Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1866/2023 15.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncamın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X1 İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncamın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdehin F-4-162 saylı 05 aprel 2022-ci il tarixli imtinaedici inzibati aktının (imtina cavabı) ləğv edilməsi və İddiaçı 09 mart 2022-ci il tarixli Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsinin küçə tərəfə çıxan pəncərə oyuğunun giriş qapısıyla əvəz olunması (yəni yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələbinə dair ərizəsinin təmin edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Bakı şəhəri, Cavabdehə qarşı F-4-162 saylı 05 aprel 2022-ci il tarixli imtina cavabı (imtinaedici inzibati aktı) ilə onun ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsinə dair məcburetmə haqqında iddia növündə verilir. Bu iddia ərizəsi vasitəsilə iddiaçı yuxarıda qeyd edilən ərizənin təmin edilərək yuxarıda göstərilən ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Bu iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azaddır. Ona görə də dövlət rüsumu iddia ərizəsinə əlavə edilmir. İddiaçı müharibə veteranıdır. Yuxarıda qeyd edilən ünvanda yaşayır. İddiaçının və ailəsinin sosial vəziyyəti qənaətbəxş olmadığından mikro və ya kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədilə səlahiyyətli müvafiq icra hakimiyyəti orqanı olan Bakı Şəhəri Cavabdehə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-21-ci maddələrinə müvafiq olaraq 09 mart 2022-ci il tarixdə ərizəylə müraciət etmişdir. Həmin ərizəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsində göstərilən sənədləri əlavə etmişdir. Həmin ərizə əsasında iddiaçı xahiş etmişdir ki, mənzilin ofis açmaq ilə pəncərəsinin qapı ilə əvəz olunaraq qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq inzibati akt qəbul edilsin. Həmin ərizədə iddiaçı qeyd etmişdir ki, həmin yaşayış sahəsi binanın birinci mərtəbəsində yerləşir. Bundan əlavə, iddiaçının sənədləri əsasında müəyyən edilir ki, onun yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi Mənzil Məcəlləsinin 20.2 və 20.3-cü maddəsinin tələblərini, eləcə də şəhərsalma haqqında qanunvericiliyin (Şəhərsalma və Tikinti Məcəlləsi) tələblərini pozmur. Cavabdehin (Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov tərəfindən imzalanmış) mənə ünvanladığı F-4-162 saylı 05 aprel 2022-ci il tarixli imtina cavabı (imtinaedici inzibati aktı) ilə mənim ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin qeyri- yaşayış sahəsinə keçirilməsinə dair ərizəsi təmin edilməyib. Həmin imtina cavabı 04 may 2022-ci il tarixdə iddiaçıya rəsmi qaydada birbaşa (əlbəəl) təqdim edilib. Cavabdehin F-4-162 saylı 05 aprel 2022-ci il tarixli imtina cavabı (imtinaedici inzibati aktı) aşağıdakı kimi əsaslandırılıb: "Cavab olaraq bildirik ki, çoxmənzilli binada memarlıq baxımından əsaslandırılmamış hər hansı bir konstruktiv dəyişikliklərin aparılması, binaların fasad hissəsində dəyişiklərin edilməsi qadağan olunduğundan müraciətinizin həlli səlahivvətinıiz xaricindədir" 01 iyun 2022-ci il tarixində cavabdehin yuxarıda göstərilən imtina cavabından cavabdehə münasibətdə şikayət instansiyası olan Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra üçüncü şəxs) inzibati şikayətlə müraciət etmişdir. Qeyd edilən şikayəti iddiaçı onunla əsaslandırmışdır ki, onun hüquq sahibi olduğu yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün maddi hüquqi əsaslar mövcuddur. Çünki tələbi Mənzil Məcəlləsinin 20-21ci maddələri üzrə müəyyən edilmiş meyarlara uyğundur. Bundan əlavə, iddiaçı qeyd edir ki, cavabdehin imtinası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları baxımından əsassızdır. Bakı Şəhər İcra Hakimiyyəti (bundan sonra - üçüncü şəxs) iddiaçıya ünvanladığı 08 iyul 2022-ci il tarixli F-33/3-162 saylı cavabıyla inzibati şikayəti təmin etməyib. Həmin cavab məktubu iddiaçıya 01 iyul 2022-ci il tarixində təqdim edilib. Üçüncü şəxsin cavab məktubu aşağıdakı məzmundadır: "Bildiririk ki, mövcud tikililərin fasad hissəsində hər hansı dəyişikliyin edilməsi ərazinin ümumi görünüşünü nəzərə alınmaqla hazırlanmış müvafiq layihə sənədələrinin hazırlanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edildiyi halda mümkün hesab edilir.” Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin F-4-162 saylı 05 aprel 2022-ci il tarixli imtina cavabı qanunsuz və əsassızdır. Buna görə də həmin imtina cavabı ləğv edilməli və iddiaçının müraciəti təmin edilməlidir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-11086/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə tikint-texniki ekspertizası təyin edilmişdir. İddiaçının nümayəndəsi, iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, “iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1866/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbini dəqiqləşdirməsinə dair ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Etiraz məktubunda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehə qarşı “yaşayış sahəsinin qeyri- yaşayış sahəsinə keçirilməsi” barədə iddia tələbini qəbul etmirik və hesab edirik ki, əsassızdır. Əvvəla bildirmək istəyirik ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi, yəni təyinatının dəyişdirilməsi üçün mənzil daxili yenidən planlaşdırılma və yenidənqurulma işlərinin aparılması və küçəyə çıxış qapısının açılması qaçılmazdır. İlk öncə tərtib edilmiş layihə üzrə yaşayış sahəsinin yenidənqurulması, yenidən planlaşdırılması və küçəyə giriş qapısının açılması layihə-smeta sənədlərinin nəticəsində binanın yükdaşıyan konstruktiv elementlərinin dayanıqlığa texniki və sanitar normalara uyğunluğu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müvafiq Rəyinin verilməsi zəruridir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1-ci maddəsinə əsasən Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan yaşayış evlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq uçun xususı razılıq (lisenziya) almış hüquq və ya fiziki şəxslər layihəçi ola bilərlər. Həmin məcəllənin 67.3-cü maddəsinə əsasən: Tikinti obyektlərinin seysmıklık dərəcəsi seysmik rayonlaşdırma (zonalaşdırma) və mikrorayonlaşdırma xəritələri əsasında tikintinin layihələndirilməsi zamanı müəyyən edilir. Mühəndis-axtarış işlərinin nəticələri ilə bağlı müvafiq sənədlər olmadan tikinti obyektinin layihələndirilməsinə yol verilmir. Həmin məcəllənin 75.5-ci maddəsinə əsasən: Sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir. AR Mənzil Məcəlləsinin 20-ci və 22-ci maddələri yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtlərini aydın göstərmişdir. Belə ki, AR Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri- yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-cı maddəsinə əsasən, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gedişgəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda. keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin huquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçun müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi uzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir. 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsnin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya otariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21 ,3-cü maddəsinə əsasən, sahənin keçirilməsini həyata keçirən orqanbu Məcəllənin 21.2-ci maddəsində göstərilənlərdən başqa, digər sənədləri tələb edə bilməz Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcəllənin 21.4-cü maddəsinə əsasən, sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən Bu Məcəllənin 21 2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədləri həmin orqana təqdim edildiyi gündən 30 gündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 21 5-ci maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç ış günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik sahələrin mülkiyyətçilərini məlumatlandırır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçının müraciətinə cavab olaraq, Bakı şəhəri, Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, cavab olaraq bildiririk ki, çoxmənzilli binada memarlıq baxımından əsaslandırılmamış hər-hansı bir konstruktiv dəyişikliklərin aparılması, binaların fasad hissəsində dəyişikliklərin edilməsi qadağan olunduğundan müraciətinizin həlli səlahiyyətlərimiz xaricindədir. - İddiaçının müraciətinə cavab olaraq, Bakı şəhəri, İcra Hakimiyyətinin başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, bildiririk ki, mövcud tikililərin fasad hissəsində hər hansı dəyişikliyin edilməsi ərazinin ümumi görünüşünü nəzərə alınmaqla hazırlanmış müvafiq layihə sənədlərinin hazırlanması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edildiyi halda mümkün hesab edilir. - RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56; Yeni qaydalarla AZ 1052, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı imtina aldıqdan sonra yuxarı inzibati orqana - Bakı Şəhər İcra Hakimiyyətinə inzibati qaydada şikayət etmiş və həmin qurumdan imtina aldıqdan sonra 30 gün keçmədən məhkəmədə iddia qaldırmışdır. Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hazırki mübahisəyə dair iş üzrə aşağıdakıları qeyd edir: İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89 saylı binada yerləşən 56 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair inzibati aktın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı Şəhəri Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu il iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki çoxmənzilli binada memarlıq baxımından əsaslandırılmamış hər-hansı bir konstruktiv dəyişikliklərin aparılması, binaların fasad hissəsində dəyişikliklərin edilməsi qadağan olunduğundan müraciətinizin həlli səlahiyyətlərimiz xaricindədir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89 saylı binada yerləşən 56 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair inzibati aktın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin hallarının araşdırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli “sorğu məktubu” ünvanlayaraq, ünvan 6akı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 173, M1, m 1 ünvanında yerləşən mənzilə dair arxiv qovluğunun (qovluqda olan bütün sənədlərin) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə mübahisəli ünvana dair tələb edilən sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56; Yeni qaydalarla AZ 1052, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Məhkəmə , Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli “sorğu məktubu” ünvanlayaraq, ünvan 10rimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 47 ünvanına dair arxiv qovluğunun (qovluqda olan bütün sənədlərin) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə mübahisəli ünvana dair tələb edilən sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Sorğuya əsasən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 89, Yeni qaydalarla ünvan 13 ünvanında yerləşən qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 məxsusdur. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Bakı Şəhər Cavabdeh Başçısının “Təbriz küşəsi 89 saylı evin 47 nömrəli mənzilinin təyinatının dəyişdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 499 nömrəli Sərəncamı ilə Təbriz küçəsi 89 saylı ünvanda yerləşən, sahəsi 88,05 kv.m olan 47 nömrəli mənzilin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilmişdir. İş materiallarında olan, xx.xx.2012-ci il tarixdə tərtib edilmiş, **********17-05101- 093018 reyestr nömrəli texniki pasporta əsasən, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 98,9 kv.m-dir. Mənzil 1953-cü ildə tikilmişdir, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və mənzil 3 otaqdan ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanıilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: 1.1 Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. 6.1. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə uyğun olaraq, yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər. 6.8. Yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. 6.9. Yerli icra hakimiyyətinin başçısı qəbul edilən normativ xarakterli və qeyrinormativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. ... Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. ... 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. ... Maddə 22. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi şərtləri və qaydası Mənzil Məcəlləsinin 20-21-22-ci maddələrində əks olunmuşdur. Həmin normaların məzmunundan görünür ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdehin inzibati orqana müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən tələb edilən sənədlər təqdim edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh inzibati orqana müvafiq ərizə ilə müraciət etmiş, ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədi göstərilmiş, keçirilən sahə üzərində hüquqlarını müəyyənləşdirən sənəd (RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış) və yaşayış sahəsinin texniki pasportu və eskiz layihəsi təqdim edilmişdir. Cavabdeh izibati orqan tərəfindən məhkəmə icraatında təqdim edilmiş iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etiraz ərizəsində “tərtib edilmiş layihə üzrə yaşayış sahəsinin yenidənqurulması, yenidən planlaşdırılması və küçəyə giriş qapısının açılması layihə-smeta sənədlərinin nəticəsində binanın yükdaşıyan konstruktiv elementlərinin dayanıqlığa texniki və sanitar normalara uyğunluğu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq Rəyinin verilməsinin zəruri olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər tutarlı sayıla bilməz. Belə ki, cavabdehin imtina dəlillərinə (etiraz ərizəsinə) münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Mənzil Məcəlləsinin 21-ci maddəsində tələb olunan sənədlər sırasında yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq rəyinin təqdim edilməsi tələbi göstərilməmişdir. Həmçinin 22.1.3-cü maddəsinə əsasən imtina əsaslarında yaşayış sahəsinin texniki və sanitar normalara uyğun olmaması deyil, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin tikinti norma və qaydalarına uyğun olmaması göstərilmişdir. Göründüyü kimi, qanunvericiliyin istinad olunan normalarına görə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina halları dəqiq göstərilmiş və həmin normalarda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq rəyinin alınması tələbi göstərilməmişdir. Eyni zamanda mübahisə predmeti olan daşınmaz əmlakın yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin tikinti norma və qaydalarına uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbi dəqiqləşdirilərək “pəncərə oyuğunun giriş qapısıyla əvəz olunması” tələbdən çıxarılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın yuxarıda gösətilən dəlili əsassızdır. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 10/1639 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert rəyində qeyd edilmişdir ki, aparılmış tədqiqatla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 16 fevral 2023-cü il tarixli, mütəxəssis rəyinə əsasən, sözügedən mənzilin faktiki vəziyyətinin həmin mənzilə dair tərtib olunmuş xx.xx.2017-ci il tarixli 11/21410 invertar nömrəli texniki pasportuna uyğun olduğu, texniki pasportda göstərilən qeydiyyatdan keçmiş “8” saylı yerləşkənin binanın konturundan kənar sahədə olduğu, qeyd olunan qapı oyuğu aşılsa da digər yaşayış sahələrinin gediş-gəlişinə mane olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 16 fevral 2023-cü il tarixli, mütəxəssis rəyinə əsasən, sözügedən mənzilin faktiki vəziyyətinin həmin mənzilə dair tərtib olunmuş xx.xx.2017-ci il tarixli, 11/21410 inventar nömrəli texniki pasporta uyğun olduğu, texniki pasportda göstərilən, qeydiyyatdan keçmiş “8” saylı yerləşkənin binanın konturundan kənar sahədə olduğu, qeyd olunan qapı oyuğu açılarsa digər yaşayış sahələrinin gedişgəlişinə mane olmadığı müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. İddiaçının mənzili ilə qonşu olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 89, saylı evin 47 nömrəli mənzilin eyni qaydada təyinatının dəyişdirilməsi barədə Nərimanov RİH-nin xx.xx.2017-ci il tarixli, 499 saylı sərəncamın qəbul edildiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, qeyd edilən 47 nömrəli ünvanda yerləşən yaşayış sahəsinə dair cavabdeh tərəfindən mübahisəsiz qaydada qanunvericiliyin sadalanan tələblərinə uyğun olaraq zəruri hərəkətləri həyata keçirmiş və yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmişdir. Eyni zamanda iş materiallarında olan, Azərbaycan Respublikası Bakı Şəhər Cavabdeh başçısının “Təbriz küşəsi 89 saylı evin 47 nömrəli mənzilinin təyinatının dəyişdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 499 nömrəli Sərəncamında ərizəyə əlavə olunmuş sənədlərin siyahısında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq Rəyinin mövcud olduğu sübuta yetirilməmiş (Sərəncamda buna dair istinad yoxdur) və qeyd edilən rəy tələb edilmədən Təbriz küçəsi 89 saylı ünvanda yerləşən, sahəsi 88,05 kv.m olan 47 nömrəli mənzilin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilmişdir. Bununla bağlı olaraq məhkəmə, cavabdehin imtinası həm Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə zidd hesab edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, mövcud qanunvericilik yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinaya yalnız 3 halda yol verir ki həmin halların hazırkı iş üzrə mövcudluğu öz təsdiqini tapmamışdır. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalı olsa da, cavabdeh tərəfindən belə əsaslandırma aparılmamış, iddiaçı tərəfindən məhz hansı pozuntuya yol verilməsi qeyd edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətindən olan mənzil binanın 1ci mərtəbəsində yerləşdiyindən, texniki pasportda göstərilən qeydiyyatdan keçmiş “8” saylı yerləşkənin binanın konturundan kənar sahədə olduğu, qeyd olunan qapı oyuğu açılsa da digər yaşayış sahələrinin gediş-gəlişinə mane olmadığından həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncamın verilməsi üçün hər hansı məhdudiyyət, habelə iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdehə təqdim etdiyindən onun tələbinin təmin edilməsindən imtina edilməsi üçün əsaslar mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsi yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olduğundan və iddiaçıların mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edildiyindən, eləcə də hazırkı iş üzrə cavabdeh təşkilat iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina əsaslarının mövcudluğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, cavabdehin imtinası qanunaziddir. Odur ki, iddiaçının tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehə həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev