Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1867/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi iddiaçının vəkili və nümayəndələri Vəkil və X4 cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 31.01.2020-ci il tarixli **********196751 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və MMC-nin dekabr 2018-dekabr 2020-ci il dövrləri yoxlama ilə əhatə edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərarla iddiaçıya 235.663.84 manat mənfəət vergisi, 1.226.010,04 manat əlavə dəyər vergisi olmaqla, cəmi 1.461.673,88 manat əlavə vergi məbləği hesablanmış və 1.508.911,21 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, ümumilikdə hesablanmış vergi məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyasının cəmi 2.970.585,09 manat təşkil edir. Keçirilən yoxlama istər Vergi Məcəlləsinin, istərsə də yoxlama sahəsində mövcud digər sahəvi qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla aparılmış və nəticədə heç bir əsası olmayan, qanunsuz olaraq əlavə vergi hesablanmışdır. 09.07.2021-ci il tarixli səyyar vergi yoxlaması aktından da göründüyü kimi yoxlama 18.01.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş iddiaçıya aid olduğu iddia edilən “qara mühasibatlıq” sənədlərinə əsasən aparılmışdır. Yəni vergilərin hesablanmasının və maliyyə sanksiyaların tətbiq edilməsinin yeganə əsası “qara mühasibatlıq” sənədləri kimi qeyd edilən kağızlar olmuşdur. Yoxlama zamanı cavabdehə ilkin mühasibatlıq sənədləri, vergi bəyannamələri və aidiyyəti digər sənədlər təqdim edilmişdir. Qeyd edilən sənədlərdə hər hansı vergidən yayınma halı mövcud olmadığı üçün cavabdeh tərəfindən daha əvvəl, digər vergi orqanı (Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) tərəfindən keçirilmiş başqa bir tədbir zamanı əldə edilmiş “qara mühasibatlıq” adlandırdıqları sənədlərə vergidən yayınmanın əsası kimi götürülmüşdür. Həmin “qara mühasibatlıq” sənədlərinin nədən ibarət olması, özündə hansı “məlumatları” daşıması, ümumiyyətlə həmin sənədlərin kim tərəfindən tərtib olunması iddiaçıya məlum deyil. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 18.01.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı əməkdaşlarının təzyiqi və diqtəsi ilə qeyd edilən sənədlərin guya iddiaçının fəaliyyəti ilə əlaqədar olması barədə MMC-nin direktorundan izahat alınmışdır. Həmin sənədlər əsasında cavabdeh tərəfindən əlavə vergilərin hesablandığı iddiaçıya məlum olan kimi, bu sənədlərin əsassız və MMC-nin fəaliyyətinə aid olmaması barədə 06.07.2021-ci il tarixdə vergi orqanına müraciət olunmuşdur. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən yoxlama 12.02.2021-ci il tarixdə başlanılmış, 5 ay davam etmiş, 19 səhifədən ibarət akt tərtib etməklə yekunlaşmış və nəticəsində 2.970.585,09 manat vergi öhdəliyi müəyyən edilmiş kompleks yoxlama tədbiri olan səyyar vergi yoxlaması yalnız bir sənəd əsasında, özündə hər hansı məlumatı, iddiaçının faktiki olaraq vergi tutulan dövriyyəsini, əməliyyatların aparılıb-aparılmadığını, aparıldığı təqdirdə əməliyyatların başlanğıcını, gedişatını və sonunu əks etdirməyən, gəlir və xərclərini müəyyən etməyən, eləcə də mənbəyi məlum olmayan “qara mühasibatlıq” sənədlərinə əsasən aparılmışdır. Bu cür qanunsuz və əsassız hərəkətlər nəticəsində iddiaçının fəaliyyəti iflic vəziyyətə salınmışdır. Qeyd edilən “qara mühasibatlıq” sənədlərinin iddiaçının fəaliyyəti ilə əlaqədar olduğu qəbul edilmiş olsa belə, həmin sənədlərdə iddiaçıya aid məlumatların aşkar olunmuşdursa, bu məlumatlar əsasında iddiaçının vergi öhdəliyi müəyyən edilmişdirsə, bu hal mübahisələndirilən səyyar vergi yoxlaması aktında və səyyar vergi yoxlaması materiallarında göstərilməli, həmin sənədlərin iddiaçıya aid olmasını və bu sənədlər əsasında əlavə vergi öhdəliyinin müəyyən edilməsini təsdiq edən sübutlar yoxlama materiallarına əlavə edilməli idi. Səyyar vergi yoxlaması aktından görünür ki, cavabdeh tərəfindən qeyd edilənlərlə bağlı hər hansı sübut yoxlama materiallarına əlavə edilməmişdir. “Qara mühasibatlıq” adlandırılan hər hansı bir ikili sənəd yoxdur. Vergi orqanın ofisdən götürdüyü direktorun dayısına aid bloknota “qara mühasibatlıq” deyilir. Həmin bloknotun şirkətə hər hansı bir aidiyyəti yoxdur. Operativ nəzarət bloknotu ofisdən götürdüyündən direktor bloknotun ofisə aid olduğunu bildirmişdi. Sonradan həmin bloknotun kimə məxsus olduğunu öyrənəndə dayısı (mühasib) bildirmişdi ki, mikselqarışdırıcı sahiblərinə xidmət göstərir onların sürücülərinin uçotunu aparır. İddiaçı tərəfindən heç bir hüquq pozuntusu olmamışdır. Operativ nəzarət dəfələrlə qəfildən müəssisəyə daxil olub daşımaların sənədləşmələrini yerindəcə yoxlamış, heç bir hüquq pozuntusu aşkar edə bilməmişdir. Səyyar vergi yoxlaması aktında qara mühasibatlığı əks etdirən satış dəftərlərinə əsasən iddiaçıya ƏDV üzrə 1.226.010,04 manat mənfəət vergisi üzrə 2018-ci il üçün 8.121,83 manat, 2019-cu il üçün 74.286,05 manat və 2020-ci il üçün 160.833,56 manat hesablanmalı olduğu qeyd edilmiş, lakin hesablamanın riyazi əsasları konkret mötəbər sübutlara istinadla göstərilməmişdir. Ümumiyyətlə səyyar vergi yoxlaması aktında ƏDV üzrə hesablamanın hansı formada aparılması, 1.226.010,04 manat ƏDV-nin hansı düsturla hesablanması qeyd edilməmişdir. İddiaçının "xxxx" kimi istinad edilən kağızlarda MMC-nin rəhbərinə və ya digər səlahiyyətli şəxslərinə aid imza, müəssisənin möhürü yoxdur. Əgər həmin kağızlarda müəyyən rəqəmlər sadalanmış, riyazi əməliyyatlar aparılması barədə qeydlər olsa da belə, qeyd edilən məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs: alqı-satqı, xidmət göstərilməsi və s.) müəyyən etmək mümkün deyildir. Belə olan təqdirdə cavabdeh tərəfindən iddiaçının dövriyyəsinin necə hesablanması qaydasının konkret sübutlara istinad etməklə müəyyən etmək mümkün deyildir. Həmçinin “qara mühasibatlıq” sənədlərinə istinad etməklə vergilər hesablanarkən, iddiaçının özünün bəyan etdiyi məbləğlərin nəzərə alınıb-alınmaması, başqa sözlə, eyni əməliyyat üzrə iki dəfə verginin hesablanması səyyar vergi yoxlaması aktı ilə müəyyən etmək mümkün deyildir. Cavabdeh yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, yoxlama üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı, qeyd edilən məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahat almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi. İddiaçı vergi ödəyicisi kimi 03.12.2018-ci il tarixdən vergi qeydiyyatına alınmış və beton məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Məlum olduğu kimi qeyd edilən fəaliyyətlə məşğul olmaq üçün elektrik enerjisi, qaz və sudan istifadə olunmalıdır. İstehsal fəliyyəti ilə məşğul olan hər hansı sahibkarın vergitutulan dövriyyəsini müəyyən etmək üçün onun enerjisi, qaz və su sərfiyyatı mütləq müəyyən olunmalıdır. Hazırkı halda cavabdeh iddiaçının 8.037.176,9 manat məbləğində vergiyə cəlb edilməli olan dövriyyəsinin olduğunu iddia edir. Lakin bu dövriyyənin formalaşdırılması üçün, başqa sözlə, qeyd edilən dövriyyəyə uyğun beton məmulatlarının istehsalı üçün istehlak edilmiş enerjisi, qaz və su sərfiyyatı həcmi barədə məlumat əldə edilməmişdir. Hansı işçi qüvvəsi ilə qeyd edilən həcmdə beton məmulatlarının istehsalının həyata keçirildiyi də anlaşılmaz olaraq qalır. Yoxlamanın obyektiv və ədalətli aparılması bunu tələb edirdi ki, cavabdeh “qara mühasibatlıq” sənədləri kimi qəbul etdiyi kağızlardakı məlumatları təhlil etməli, onu digər məlumatlarla qarşılıqlı surətdə araşdırmalı idi. Eyni zamanda nəzərə alınmalıdır ki, 2020-ci ilin əvvəllərindən hal-hazırki günə kimi nəinki Azərbaycan Respublikasında, hətta bütün dünya ölkələrində COVİD-19 virusunun yayılması səbəbindən pandemiya elan olunmuş, qapanmaya gedilmiş, kəskin karantin elan edilmiş, məsuliyyət ciddiləşdirilmişdir. Qeyd edilən vəziyyətdə iddiaçının 8.037.176,9 manat məbləğində vergiyə cəlb edilməli olan dövriyyəsinin olmasının iddia edilməsi belə absurddur. Beləliklə “qara mühasibatlıq” sənədlərindəki məlumatlar üzrə əlaqəli təhlillər apardıqdan sonra həmin məlumatların nə dərəcədə mötəbər olub-olmamasını müəyyən etmək mümkün olduğu halda, cavabdeh nədənsə bu tədbirlərin heç birini həyata keçirməmişdir. Göründüyü kimi vergi ödəyicisinə vergi məbləğlərinin hesablanması üçün qanunvericiliklə dairəsi dəqiq müəyyən edilən məlumat mənbələri müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı qanunvericilikdə nəzərdə tutulmuş məlumat mənbələrindən hər hansı birinə (və ya bir neçəsinə) istinad edilməsi səyyar vergi yoxlaması aktında müəyyən olunmur. Həmçinin məlumdur ki, Vergi Məcəlləsinin tələblərinə əsasən vergi orqanına operativ vergi nəzarəti imkanlarından istifadə etmək səlahiyyəti verilmişdir. Cavabdeh bu səlahiyyətlərdən istifadə etməklə, məsələn xronometraj metodu ilə müşahidə apara, bununla da iddiaçının real dövriyyəsini mötəbər sübutlara istinad etməklə müəyyən edə bilərdi. Lakin cavabdeh qanunla müəyyən edilmiş formada deyil, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan kifayət qədər yüksək məbləğdə əlavə vergi öhdəliyi müəyyən etmişdir. Eyni zamanda 18.01.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş iddiaçıya aid olduğu iddia edilən “qara mühasibatlıq” sənədlərindəki məlumatlar mütəxəssisin (ekspertin) iştirakı və arayışı əsasında əldə edilməli və araşdırılmalı idi. Belə ki, “qara mühasibatlıq” sənədlərindəki müvafiq məlumatların əldə edilməsi zamanı həmin məlumatların tamlığının qorunması və məlumatlara hər hansı kənar müdaxilənin edilməməsinin təmin olunması məqsədi ilə, eləcə də bu sahə bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahə hesab edildiyindən həmin məlumatlar mütəxəssisin (ekspertin) iştirakı və arayışı əsasında əldə edilməli idi. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının fəaliyyətinə aid edilən “qara mühasibatlıq” sənədləri 18.01.2021-ci il tarixdə operativ nəzarəti tədbiri zamanı götürülsə də, 6 ay keçdikdən sonra həmin məlumatlardan istifadə edilmişdir. Bu müddət ərzində həmin məlumatlara kənar müdaxilənin edilməsi istisna deyil və ya əksini sübut etmək cavabdehin üzərinə düşür. Yoxlama materiallarında olan ilkin mühasibatlıq sənədlərinə, yəni müəssisəyə aid gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri, kassa mədaxil və məxaric qəbzləri, bank reysterleri, şəxsi hesab vərəqəsi, e-qaimə fakturalar, ƏDV depozit hesabından çıxarış və s. sənədlərə əsasən iddiaçı tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə aparılmış əməliyyatla görə dövlət büdcəsinə hesablanmalı olan vergilər vergi ödəyicisinin bəyannamə məlumatlarında öz əksini tapmışdır. Səyyar vergi yoxlması ilə (“Qara mühasibatlıq”) əsas götürülməklə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, “qara mühasibatlıq” sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Bundan başqa səyyar vergi yoxlaması aktında bir-birini təkzib edən, ziddiyətli hallar mövcuddur. Birincisi, iddaçı 03.12.2018-ci il tarixdən vergi qeydiyyatına alınsa da, 18.04.2019-cu il tarixdə təsərrüfat subyektini vergi orqanından qeydiyyatdan keçirməklə əsas fəaliyyətə başlamışdır. Obyekt qeydiyyatdan keçirilənədək iddiaçının hər hansı sahibkarlıq fəaliyyəti olmamışdır. Cavabdehdə bunu təkzib edəcək hər hansı rəsmi sübut yoxdur. Çünki iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektinin sahəsi 3100 kv.m olmaqla Bakı şəhərinin mərkəzində (Heydər Əliyev pr. 103) yerləşir. Həmin ünvanda iddiaçı qeydiyyatsız fəaliyyət göstərsəydi, bu hal vergi orqanları tərəfindən yoxlama tədbirləri ilə aşkar edilərdi. Lakin hazırda mübahisələndirilən səyyar vergi yoxlaması aktında iddiaçının təsərrüfat subyektini vergi orqanından qeydiyyatdan keçirdiyi dövrə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilmiş, həmin dövrə görə həm mənfəət vergisi, həm də ƏDV hesablanmışdır. Lakin aktda iddiaçının həmin dövrdə hansı obyektdə fəaliyyət göstərdiyi barədə hər hansı qeyd mövcud deyil. Əgər cavabdeh hesab edirsə ki, iddiaçı 18.04.2019-cu il tarixdə qədər də yuxarıda qeyd edilən obyektdə fəaliyyət göstərib, bu zaman səyyar vergi yoxlaması aktında buna münasibət bildirməli, bu barədə icarəyə verənin izahatı (arayışı) alınmalıdır. Lakin iddiaçı qeyd edilənlər barədə hər hansı araşdırma aparmamışdır. İkincisi, iddiaçının yoxlama ilə əhatə edilən dövr ərzində ayda 4 və ya 5 sayda (işçilərin qəbulu və azad olmaları nəzərə alınmaqla) işçisi olmuşdur. İddiaçıda keçirilən operativ vergi nəzarəti tədbiri zamanı MMC-nin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən əmək müqavilələrinin bağlanması yoxlanılmış, hər- hansı nöqsanlı fakt aşkarlanmamış, bu barədə akt, protokol və s. tərtib edilməmişdir. Həmçinin səyyar vergi yoxlaması ilə də yoxlama dövründə bu sahədə nöqsan müəyyən edilməmişdir. Belə olan təqdirdə, yəni 4 və ya 5 (işçilərin qəbulu və azad olmaları nəzərə alınmaqla) sayda işçidən artıq işçi qüvvəsinin olmadığını cavabdeh tərəfindən də qəbul olunduğu halda, 8.037.176.9 manat məbləğində vergiyə cəlb edilməli olan dövriyyəyə uyğun beton məmulatlarının hansı işçi qüvvəsinin istehsal olunduğu səyyar vergi yoxlaması aktında qeyd edilməmişdir. Bütün bu yuxarıda sadalananlarla bağlı səyyar vergi yoxlaması zamanı araşdırma aparılaraq aktda bu barədə qeydlər olunmalı idi. Lakin cavabdeh tərəfindən bu halların heç birinə münasibət bildirilməmiş və nəticədə qeyd edilən ziddiyətli hallar yaranmışdır. Səyyar vergi yoxlaması zamanı cavabdeh tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş “qara mühasibatlıq” sənədlərindəki məlumatların mənbəyinin məlum olubolmaması, bu məlumatların vergi ödəyicisinin sahibkarlıq və maliyyə faəliyyətlərini əks etdirən məlumatlar kimi qiymətləndirilə bilinməsi, eləcə də əlavə vergi öhdəliyinin müəyyən edilməsi üçün bu məlumatların əsas təşkil edilib-edilməməsi müəyyən edilmədiyindən, həmin məlumatlar əsasında cavabdeh vergi orqanı tərəfindən əsassız olaraq iddiaçı barəsində əlavə vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş 09.07.2021-ci il tarixli **********148191 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12.02.2021-ci il tarixli **********144532 nömrəli nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: dekabr 2018 - dekabr 2020) təyin edilmiş; yoxlamaya 15.02.2021-ci il tarixdə başlanılmış və yoxlama 01.06.2021-ci il tarixdə başa çatdırılmışdır. Aparılan səyyar vergi yoxlamasının nəticəsi 03.06.2021-ci il tarixli **********144568 nömrəli aktla rəsmiləşdirilmişdir. İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin 18.01.2021-ci il tarixli **********6803 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərara və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 18.01.2021-ci il tarixli **********6826 nömrəli Qərarına əsasən VCİABl-nin əməkdaşları tərəfindən operativ nəzarət tədbiri həyata keçirilmişdir və qara mühasibatlığa aid sənədlər müəssisənin direktoru X2 iştirakı ilə götürülmüşdür. Götürülmüş sənədlər 18.01.2021-ci il tarixdə direktorun iştirakı ilə protokollaşdırılmışdır. Səyyar vergi yoxlaması vergi orqanında olan baza məlumatlarına və müəssisədən götürülmüş səyyar vergi yoxlamasına təqdim olunmuş qara mühasibatlığa əsasən aparılmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində "xxxx" MMCə məxsus obyektdən götürülmüş qara mühasibatlıq sənədlərinə Vergi auditi idarəsinin əməkdaşı və cəmiyyətin direktoru X3 iştirakı ilə baxış keçirilmiş və 22.02.2021-ci il tarixli protokol ilə rəsmiləşdirilmişdir. MMC-nin direktoru Zamiq Xankişiyev həmin sənədlərin "xxxx" MMC-yə aid olduğunu bildirilmişdir. Həmçinin "xxxx" MMC-nin mühasibi işləmiş X7 tərəfindən 27.05.2021-ci il tarixdə yoxlamaya verilmiş izahatda götürülmüş sənədlərin cəmiyyətə aid olduğu bildirilmişdir. Əlavə dəyər vergisinin yoxlanılması üzrə müəssisə 03.12.2018-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş və **********7 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi almışdır. Bildiriş 03.12.2018-ci il tarixdən qüvvəyə minmişdir. Hesablama vergi ödəyicisindən götürülmüş sənədlərə əsasən aparılmışdır. Hesablamada markalar üzrə 1 kub metr məhsulun qiyməti satış e-qaimə fakturalardan və müəssisədən əldə edilmiş sənədlərdən götürülmüşdür. Müəssisədən götürülmüş satış dəftərlərinə əsasən 1226010.04 manat ƏDV hesablanmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 1226010.04 * 50% = 613005.02 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisinin yoxlanılması zamanı VCİABİ tərəfindən götürülmüş və səyyar vergi yoxlamasına təqdim edilmiş qara mühasibatlıq əsasında aparılmışdır. Cəmiyyət vergi orqanına 2018-ci il mənfəət vergisi bəyannaməsini boş təqdim etmişdir. Cəmiyyət tərəfindən yoxlamaya ilkin mühasibat sənədləri təqdim edilmədiyindən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq müəssisənin 2018-ci il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14 və 83.9 maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: M1= G1/(100+R)xR. Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R-şərti rentabellik normasıdır: M1= 243655,00/(100+20)x20 = 40609,17. Göründüyü kimi, yoxlama ilə cəmiyyətin 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 40609,17 manat məbləğində hesablanmış və mənfəət vergisi 2018-ci il üzrə 8121,83 manat müəyyən edilmişdir. 2019-cu il üzrə mənfəət M1=2478759,37/(100+20)x 20 = 413126,56. Yoxlama ilə cəmiyyətin 2019-cu il üzrə vergiyə cəlb edilən mənfəəti 413126,56 manat məbləğində hesablanmış və mənfəət vergisi 2019-cu il üzrə 82625,31 manat müəyyən edilmişdir. 2019-cu il üzrə mənfəət M1= 4825006,74/(100+20)x 20 = 804167,79. Göründüyü kimi, yoxlama ilə cəmiyyətin 2020-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 804167,79 manat məbləğində hesablanmış və mənfəət vergisi 2020-ci il üzrə 160833,56 manat müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə cəmiyyət tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 8121,83 manat, 2019-cu il üzrə 74285,35 manat, 2020-ci il üzrə 153256,66 manat, cəmi 235663.84 manat azaldılması müəyyən edilmişdir. Tətbiq edilmiş maliyyə sanksiyaları üzrə: Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə 1291,5 manat, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirtməsinə görə yəni 22378,6 manat əmək haqqının nağd qaydada ödənilməsinə görə 22373,5*10%= 2237,86 min manat, VM-nin 58.13-cü maddəsinə əsasən elektron qaimə faktura təqdim edilməli olduğu halda malların elektron qaimə - faktura verilmədən təqdim edilməsinə görə 2019-cu il üçün 216823,13 və 2020-ci il üçün 557721,78 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Sonda iddianın təmin olunmaması xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndələri ayrı – ayrılıqda iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.07.2021-ci il tarixli **********148191 nömrəli qərarından görünür ki, səyyar vergi yoxlamasının nəticələri haqqında 03.06.2021 tarixli **********144568 nömrəli aktına və 08.07.2021 tarixli **********058600 nömrəli sənədə əsasən əlavə dəyər vergisinin və mənfəət vergisinin azaldılması müəyyən edilərək iddiaçıya 1461673.88 manat məbləğində əlavə vergi borcu hesablanmış və 1508911.21 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” 12.02.2021-ci il tarixli **********144532 saylı qərarı ilə iddiaçı barəsində Vergi Məcəlləsinin 383.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə dekabr 2018 - dekabr 2020 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 12 fevral 2021-ci il tarixli KY211557919 saylı “Sahibkarlıq sahəsində apanlan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, iddiaçı barəsində 01.12.2018-01.01.2021 dövrü əhatə edən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məqsədilə növbədən kənar səyyar vergi yoxlaması qeydiyyatdan keçirilmişdir. Cavabdehin 15.02.2021-ci il tarixli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıdan səyyar vergi yoxlamasının aparılması üçün zəruri sənədlər tələb edilmişdir. Cavabdehin 03.06.2021-ci il tarixli **********144568 saylı “Səyyar vergi yoxlaması aktı”ndan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 18.01.2021-ci il tarixli **********6803 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərara və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 18.01.2021-ci il tarixli **********6826 nömrəli Qərarına əsasən VCİABİ-nin əməkdaşları tərəfindən operativ nəzarət tədbiri həyata keçirilmişdir və qara mühsibatlığa aid sənədlər müəssisənin direktoru X2 iştirakı ilə götürülmüşdür. Hesablama qara mühasibatlıga əsasən aparılmışdır. Götürülmüş sənədlər 18.01.2021-ci il tarixdə direktorun iştirakı ilə protokollaşdırılmışdır. Müəssisədən götürülmüş qara mühasibatlıgı əks etdirən satış dəftərlərinə əsasən 1226010.04 manat ƏDV və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 1226010.04*50%= 613005.02 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. 2018, 2019 və 2020-ci ili üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək 235663.84 manat MV hesablanması və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 235663.84*50%= 117831.92 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Vergi Məcəlləsinin 58.6-a maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə 1291,5 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi orqanı və iddiaçının nümayəndəsi tərəfindən imzalanmış 22.02.2021-ci il tarixli protokoldan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində İddiaçınə (VÖEN **********) məxsus obyektdən qara mühasibatlıq sənədlərinə (12 dəftər və 6 qovluq) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin istehsal sahəsi auditi üzrə 1-ci şöbəsinin dövlət vergi müfəttişi X8 və MMC-nin direktoru X2 iştirakı ilə 22.02.2021-ci il tarixdə saat 15:30-da baxış keçirilmişdir. X13 oglunun cavabdehə verdiyi 27.05.2021-ci il tarixli izahatından görünür ki, o, müəssisə yarandığı vaxtdan 29.01.2021-ci il tarixə qədər mühasib işlədiyi dövrdə MMCnin daxili mühasibatlıq işlərini, o cümlədən, hasil olan beton məmulatlarının hesabatını aparmış, vergi orqanı tərəfindən 18.01.2021-ci il tarixdən götürülən sənədlər, o cümlədən satış dəftərləri İddiaçı MMC-yə aiddir və dövriyyəsini əks etdirir. İş materiallarına iddiaçının təqdim etdiyi müxtəlif şirkətlərlə aparılan alqı-satqı əməliyyatlarına dair e-qaimələr, ƏDV sub-uçot hesabından çıxarış, müxtəlif banklar üzrə aparılan əməliyyatlara dair hesabdan çıxarışlar əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 28 dekabr 2021-ci il tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılmasından imtina edilməsi barədə 18 mart 2022-ci il məlumatda göstərilmişdir ki, ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün hazırkı ekspertiza təyini haqqında 28.12.2021-ci il tarixli qərardadda ekspertizanın keçirilməsi üçün zəruri olan işə aid digər sənədlərin İddiaçı MMC və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilməsi göstərilmişdir. Lakin qeyd edilir ki, ekspertiza tədqiqatına iddiaçı tərəfindən bir qism sənədlər təqdim edilsə də, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən əlavə vergilərin hesablanması ilə bağlı 03.06.2021-ci il tarixli, **********144568 saylı səyyar vergi yoxlaması aktında qeyd edilən satış dəftərləri və s. sənədlər təqdim edilməmişdir. Belə ki, 03.06.2021-ci il tarixli, **********144568 saylı səyyar vergi yoxlaması aktında vergi ödəyicisinə əlavə hesablanmış vergilərin müəssisədən götürülmüş “qara mühasibatlıq” sənədləri (satış dəftərləri) əsasında hesablandığı göstərilmişdir. Bundan başqa qeyd edilir ki, “qara mühasibatlıq” sənədlərinin (satış dəftərləri) təqdim edilməli olması ilə yanaşı həmin “qara mühasibatlıq” sənədlərində (satış dəftərlərində) olan yazılışların bilavasitə müəssisə üzrə aparılmış əməliyyatlara (həmçinin satışa və alışa aid olub olmaması) aid olub-olmaması, “qara mühasibatlıq” adlanan yazılışların və imzaların kimə məxsus olub-olmaması, yazılışları icra edən şəxs, yazılışların hansı dövrə aid olması və həmin yazılışlarda göstərilənlərin hesablama aparılması üçün oxunaqlı olub-olmaması və sair də müəyyən olunmalıdır. Yəni “qara mühasibatlıq” sənədlərində (satış dəftərində və s.) olan yazılışların bilavasitə müəssisə üzrə aparılmış əməliyyatlara (həmçinin satışa və alışa aid olub olmaması) aid olub-olmamasına, “qara mühasibatlıq” adlanan yazılışların və imzaların kimə məxsus olmamasına, yazılışları icra edən şəxsin müəyyən edilməsinə, yazılışların hansı dövrə aid olmasına və həmin yazılışlarda göstərilənlərin hesablama aparılması üçün oxunaqlı olubolmamasına məhkəmə tərəfindən qiymət verilməlidir. Bundan sonra bütün sənədlər, o cümlədən, “qara mühasibatlıq” sənədləri (satış və s.) tədqiqata təqdim edildikdən sonra ekspert qarşısında qoyulan şullar üzrə tədqiqat aparmaq olar. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ********** nömrəli cinayət işi üzrə aparılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/1819 saylı 17 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, üzərində “Beton” yazılmış jurnalın üz qabığının iç səhifəsində 1-2-ci sıralardakı “Zaur **-TM-*** 055 ***-**-** Royal 90 TN-540 070 205-49-49” hərf və rəqəmli əlyazmaları, 11-13-cü sıralardakı “Namiq **-FR-*** - 070202 99 20.və Hikmət 90- NK-266- 055 831 89 41”, “Yusif **-ZN-*** 055 83303-89” hərf və rəqəmli əlyazmaları; Jurnalın 3-cü vərəqində 1-ci, 2-ci və 17-ci sıralardakı əlyazmalar (“kub” qrafasındakı rəqəmlərdən başqa); 4-cü vərəqin üz tərəfində 1-7-ci sıralardakı əlyazmalar (“maışn nömrəsi” qrafasındakı 1, 11, 21, 31, 43, 53, 63 rəqəmlərindən başqa), arxa tərəfində 30-31-ci sıralardakı, “10.08.19” tarix göstəricisinə dair 1-4-cü sıralardakı, 7-ci vərəqin üz tərəfində “27.02” tarix göstəricisinə dair 1-6-cı sıralardakı əlyazmalar; 11 -ci vərəqin arxa tərəfində “21.08” tarix göstəricisinə dair 21-25-ci, 27-28-ci sıralardakı və 1-10-cu sıralardakı əlyazmalar; 12-ci vərəqin üz tərəfində 12-20-ci sıralardakı və həmin vərəqdə 1-ci və 15-ci sıralardakı əlyazmalar, arxa tərəfində 16-28-ci sıralardakı əlyazmalar; 13-cü vərəqin üz tərəfində “Tarix 03.09, Təşkilatın adı Elçin Şərur nömrə avans” əlyazmaları, 1-5-cı sıralardakı, 8-10-cu sıralardakı, 13-23-cü sıralardakı hərf və rəqəmli əlyazmalar, arxa tərəfinin “18.09” tarix göstəricisinə dair 1-9-cu sıralarındakı hərf və rəqəmi əlyazmalar; 14cü vərəqin üz tərəfində “21.09.” tarix göstəricisinə dair 1-5-ci, 7-10-cu sıralardakı hərf və rəqəmli əlyazmalar, arxa tərəfində “20.09” tarix göstəricisinə dair 11-12-ci sıralardakı, “26.09” tarix göstəricisinə dair 6-cı, 7-ci sıralardakı və 8-ci sıradakı “Təbriz 9 k 300 ” əlyazmaları; 15-ci vərəqin üz tərəfində 1-6-cı, 10-cu sıralardakı və “Binəqədi Ramazan 150” və onun qarşısındakı qarşısındakı əlyazmalar; arxa tərəfindəki “09.01” tarix göstəricisinə dair 10-cu, 13-27-ci sıralardakı hərf və rəqəmli əlyazmalar; 17-ci vərəqin üz tərəfində “15.11.19” tarix göstəricisinə dair 11-17-ci sıralardakı, arxa tərəfində 18-23-cü sıralardakı, 5-7-ci sıralardakı əlyazmalar; 19-cu vərəqin üz tərəfində “29.11.” tarix göstəricisinə dair 23-24-cü sıralardakı, arxa tərəfində “01.12” tarix göstəricisinə dair “99- 55-253 20, 99-44-253 30, 99 MU-253 42” əlyazmaları; 20-ci vərəqin üz tərəfində “07.12." tarix göstəricisinə dair 1-10-cu sıralardakı əlyazmalar; arxa tərəfində “22.1.” tarix göstəricisinə dair 12-ci sıradakı əlyazmalar; 21-ci vərəqin üz tərəfində “22.12.” tarix göstəricisinə dair 13-cü, 19-22-ci, 25-31-ci sıralardakı, arxa tərəfində 2-3-cü, 5-11-ci, 14- 15-ci sıralardakı hərf və rəqəmli əlyazmalar; 22- ci vərəqin üz tərəfində 1-ci “22.12.” tarix göstəricisinə dair 28-29-cu, 33-cü sıralardakı, 2-ci “22.12.” tarix göstəricisinə dair 3-cü sıradakı əlyazmalar; 25-ci vərəqin üz tərəfində “07.01" tarix göstəricisinə dair 5-12-ci sıralardakı, arxa tərəfində “07.01.” tarix göstəricilərinə dair 1-ci, 1-3-cü sıralardakı əlyazmalar” 20.01.” tarix göstəricilərinə dair 1-12-ci, 16-19-cu sıralardakı əlyazmalar; 26-cı vərəqin üz tərəfində 20-22-ci, 1-4-cü sıralardakı əlyazmalar, arxa tərəfində “21.01” tarix göstəricisinə dair 1-11-ci, 14-15-ci, 25-28-ci sıralardakı əlyazmalar; 27-ci vərəqin üz tərəfində “26.01” tarix göstəricisinə dair “16-17-ci sıralardakı” əlyazmalar, arxa tərəfində “26.01” tarix göstəricilərinə dair əlyazmalar (1-5-ci sətirlər), 28-ci vərəqin üz tərəfində 1-ci “30.01” tarix göstəricisinə dair 11-ci sırada və 2-ci “30.01” tarix göstəricisinə dair 1-9-cu sıralardakı əlyazmalar; 30-cu vərəqin arxa tərəfində “09.04” tarix göstəricisinə dair 1-7-ci, 9-12-ci, 13-18-ci, 20-22-ci sıralarındakı əlyazmalar; 31-vərəqin üz tərəfində “09.04” tarix göstəricisinə dair 6-7-ci sıralardakı əl yazmalar, 32-ci vərəqin üz tərəfində 1-ci “04.05” tarix göstəricilərinə dair 1-8-ci, 10-cu, 2-ci “04.05.20” tarix göstəricisinə dair 1-11-ci, sıralardakı, 04 ədəd “04.05.20” tarix göstəricilərinə dair əlyazmalar, arxa tərəfində “05.05.20” tarix göstəricisinə dair 1-ci, 4-cü, 7-15-ci və 17-ci sıralardakı əlyazmalar; 33-cü vərəqin üz tərəfində 1-13-cü sıralardakı əlyazmalar, 34-cü vərəqin üz tərəfində 1-6-cı, arxa tərəfində 1-26-cı sıralardakı əlyazmalar; 35-ci vərəqin üz tərəfində 1-9-cu sətirlərdəki əlyazmalar, 36-cı vərəqin üz tərəfində “15.05.20” tarix göstəricisinə dair 1-9-cu sətirlərdəki əlyazmalar, “16/5” tarix göstəricisinə dair 9-cu, 13-14-cü sətirlərdəki əlyazmalar; 37-ci vərəqin üz tərəfindəki “20.05.20” tarix göstəricilərinə dair bütün əlyazmalar (qırmızı qələmlə icra olunmuş əlyazmalardan başqa); 38-ci vərəqin arxa tərəfində “27.05.” tarix göstəricilərinə dair bütün əlyazmalar (qırmızı qələmlə icra olunmuş əlyazmalardan başqa); 39-cu vərəqin üz tərəfində 1-ci və 2-ci sətirlərdəki əlyazmalar, 1-4-cü sətirlərdəki əlyazmalar, “16.06.20” tarix göstəricisinə dair 1-7-ci sıralardakı əlyazmalar, arxa tərəfində “19.08” tarix göstəricisinə dair bütün əlyazmalar (qırmızı rəngli qələmlə icra olunmuş əlyazmalardan başqa); 40-cı vərəqin üz tərəfindəki əlyazmalar (qırmızı rəngli qələmlə icra olunmuş rəqəmlərdən başqa), arxa tərəfindəki əlyazmalar (“21.06.” tarix göstəricisinə dair 2-4-cü sıralardakı əlyazmalardan və axırıncı sətirdəki “** BB ***, 5, 90” və qırmızı rəngli qələmlə icra olunmuş əlyazmalardan başqa); 41-43-cü vərəqlərdəki əlyazmalar (42--ci vərəqin arxa tərəfindəki 33-34-cü sıralardakı əlyazmalardan başqa); 44-cü vərəqin üz tərəfindəki əlyazmalar (1-2-ci və 24-cü sıralardakı əlyazmalardan başqa) və arxa tərəfindəki əlyazmalar (qırmızı rəngli qələmlə icra olunmuş əlyazmalardan başqa); 45-ci vərəqin üz tərəfindəki əlyazmalar (9-10-cu sıralardakı, 6-cı sırada “Rauf pom Maşın özünən 16 150” əlyazmalarından, qırmızı rəngli qələmlə icra olunmuş “48” rəqəmindən başqa) və arxa tərəfindəki əlyazmalar; 46-cı vərəqin üz və arxa tərəflərindəki əlyazmalar (qırmızı qələmlə icra olunmuş rəqəmlərdən başqa); 47-ci vərəqin üz tərəfində 1-11-ci sıralardakı və arxa tərəfindəki əlyazmalar; 48-ci vərəqin üz və arxa tərəflərindəki əlyazmalar (qırmızı qələmlə icra olunmuş rəqəmlərdən başqa); 49-cu vərəqin üz tərəfində “07.08.20” tarix göstəricisinə dair 1-5-cı sıralardakı və arxa tərəfindəki əlyazmalar, 50-ci vərəqin üz tərəfində “09.08.20” tarix göstəricisinə dair əlyazmalar (“73 m3 v - 300” əlyazmalarından və qırmızı rəngli qələmlə icra olunmuş əlyazmalardan başqa), arxa tərəfindəki “-819-30,00 **********” əlyazmaları; 51-ci vərəqin üz tərəfindəki əlyazmalar (“tarix, 8/9 Alıcı, akt № m3 Qeyd avans imza” əlyazmalarından və qırmızı qəngli qələmlə icra olunmuş əlyazmalardan başqa), arxa tərəfində “17.08.20” və “18.08.20” tarix göstəricilərinə dair əlyazmalar (qırmızı rəngli qələmlə icra olunmuş əlyazmalardan başqa); 52-ci vərəqin üz tərəfindəki əlyazmalar (qırmızı qələmlə icra olunmuş rəqəmlərdən başqa) və arxa tərəfindəki əlyazmalar (axirincı sətirdəki əlyazmalardan və qırmızı rəngli qələmlə icra olunmuş əlyazmalardan başqa), 53-cü vərəqin üz tərəfindəki 1-6-cı sətirdəki əlyazamalar, arxa tərəfində “02.09” tarix göstəricilərinə dair əlyazmalar (qırmızı qələmlə icra olunmuş əlyazmalardan başqa); 54-cü vərəqin üz tərəfində “03.09” tarix göstəricisnə dair 2-ci sıradakı “99Nh-266” əlyazmaları, “04.09” tarix göstəricisinə dair 5-8-ci sıradakı əlyazmalar; 55-ci vərəqin üz tərəfində “05.09.20” tarix göstəricisinə dair “19 kub 300 marka təbriz” əlyazmaları; arxa tərəfindəki əlyazmalar (qırmızı rəngli qələmlə icra olunmuş əlyazmalardan başqa); 56-cı vərəqin üz tərəfində 1-3-cü, 7-10-cu, 18-20-ci sıralardakı əlyazmalar, arxa tərəfində yuxarıdakı 1-7-ci sıralardakı əlyazmalar; 57-ci vərəqin arxa tərəfində 7-8-ci, 22-23-cü sıralardakı əlyazmalar; 58- ci vərəqin üz və arxa tərəflərindəki əlyazmalar (arxa tərəfindəki qırmızı rəngli qələmlə icra olunmuş “231” rəqəmindən başqa); 59-cu vərəqin üz tərəfindəki əlyazmalar (qırmızı qələmlə icra edilmiş rəqəmlərdən başqa), arxa tərəfində 23-26-cı sıralardakı əlyazmalar; 60-cı vərəqin üz tərəfində “12.09” tarix göstəricisinə dair 1-4-cü sıralardakı əlyazmalar; 61-ci vərəqin arxa tərəfindəki əlyazmalar (yuxarıdan 1-4-cü sıralardakı əlyazmalardan və “16.09”. tarix göstəricisinə dair əlyazmalardan başqa); 62-ci vərəqin 13-19-cu sıralarındakı əlyazmalar, arxa tərəfində 2-ci “16.09” tarix göstəricisinə dair 4-5-ci sıradakı əlyazmalar, 1-ci “17.09” tarix göstəricisinə dair 1-2-ci sıralardakı əlyazmalar; 64-cü vərəqin üz tərəfində “19.09.” tarix göstəricisinə dair 22-23-cü sıralardakı əlyazmalar və arxa tərəfindəki əlyazmalar; 65-ci vərəqin üz tərəfində “20.09.2020” tarix göstəricisinə dair 1-14-cü, 16-22-ci sıralardakı, həmin vərəqin aşağı hissəsində 1-3-cü sıralarındakı əlyazmalar; 66-cı vərəqin üz tərəfində 3-cü “23/9” tarix göstəricisindən aşağı hissədə 1-6-cı sətirlərdəki əlyazmalar (qırmızı rəngli qələmlə icra olunmuş “250” rəqəmindən başqa); 67-ci vərəqin üz tərəfində 5-ci “26.09” tarix göstəricisinə dair 3-cü sıradakı “99 ZN-204” əlyazmaları, arxa tərəfində 3-cü “26.09” tarix göstəricisinə dair 8-9-cu sıralardakı əlyazmalar; 69-cu vərəqin üz tərəfində “30.09.” tarix göstəricisinə dair 6-cı, 8-9-cu sıralardakı əlyazmalar; 72-ci vərəqin arxa tərəfində “14.10” tarix göstəriscisinə dair 13-cü, 17-ci sıralardakı əlyazmalar; 73-cü vərəqin üz tərəfində 7-ci “15/10” tarix göstəricisinə dair “** FR ***” əlyazmaları; 74-cü vərəqin arxa tərəfində “20.10” tarix göstəricisinə dair 22-ci sıradakı əlyazmalar; 75-ci vərəqin üz tərəfində 3-cü “20.10.” tarix göstəricisinə dair 6-9-cu sıralardakı əlyazmalar, 76-cı vərəqin arxa tərəfində “25.10.” tarix göstəricisinə dair 13-cü, 19-26-cı sıralardakı əlyazmalar; 77-ci vərəqin üz tərəfində 1ci “27.10” tarix göstəricisinə dair 1-ci sırada qırmızı qələmlə icra olunmuş əlyazmalar, arxa tərəfində 1-ci “30.10” tarix göstəricisinə dair 1-ci sıradakı “Sumqayıt, **-UB-*** 10 Tahir” əlyazmaları, 2-ci sırada “**-RU-*** 20” əlyazmaları; 80-ci vərəqin üz tərəfində “06.11.” tarix göstəricisinə dair 19-cu sıradakı əlyazmalar; 88-ci vərəqin arxa tərəfində “30.12.” tarix göstəricisinə dair 5-9-cu sıralaradakı əlyazmalar yuxarıda qeyd olunan vərəqlərdə və sıralardakı əlyazmalar (yuxarıda qeyd olunan vərəqlərdə və sıralardakı qaralanmış rəqəmli və hərfli əlyazmalardan başqa) – X5 tərəfindən icra olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ********** nömrəli cinayət işi üzrə aparılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/9269 saylı 03 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, ekspertiza təyini haqqında qərarda göstərilənlər əsaslı hesab olunduğu təqdirdə yoxlamanın əhatə etdiyi dövr ərzində İddiaçı MMC-nin fəaliyyəti üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcunun cəmi məbləği 1464938,87 manat müəyyən olunur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmədə işin halları müəyyən olunmuşdur ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12.02.2021-ci il tarixli **********144532 nömrəli nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: dekabr 2018 - dekabr 2020) təyin edilmiş, yoxlama 15.02.2021-ci il tarixdə başlanılmış və 01.06.2021-ci il tarixdə başa çatdırılmış, səyyar vergi yoxlamasının nəticəsi üzrə 03.06.2021-ci il tarixli **********144568 nömrəli akt tərtib olunmuşdur. Keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.07.2021-ci il tarixli **********148191 nömrəli qərarına əsasən iddiaçıya 1226010.04 manat ƏDV və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 1226010.04*50%= 613005.02 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. 2018, 2019 və 2020-ci ili üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək 235663.84 manat MV hesablanması və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 235663.84*50%= 117831.92 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Vergi Məcəlləsinin 58.6-a maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə 1291,5 manat maliyyə sanksiyası hesablanmışdır. Bu qərarla razılaşmayan vergi ödəyicisi həmin qərarı mübahisələndirmişdir. Cavabdeh öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı barəsində aparılmış səyyar vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını “qara mühasibatlıq” sənədləri təşkil edir ki, həmin sənədlər vergi ödəyicisinin təsərrüfat subyektindən götürüldüyündən mənbəyi bəllidir və bu sənədlər əsasında iddiaçıya vergilərin hesablana bilməsi vergi qanunvericiliyində birbaşa nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.07.2021-ci il tarixli **********148191 nömrəli qərarı əsassız olmaqla qanunvericiliyin aşagıdakı müddəaları ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 15.1.6. vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq vergi ödəyicisinin hüququdur. 15.1.8. vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 38.2. vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. 38.4. səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 39.1. səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.4. vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7. vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. 43.1. sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 43.1. səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Əşyaların nümunə kimi götürülmə həcmi, miqdarı, müddəti və onların tədqiq edilməsi qaydaları bu maddəyə uyğun müəyyən edilir. 43.2.3. Vergi orqanının səyyar vergi yoxlamasını həyata keçirən vəzifəli şəxsinin əşyaların nümunə kimi götürülməsini əsaslandıran məlumatı vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən araşdırılır və yalnız bundan sonra həmin əşyaların nümunə kimi götürülməsi barədə qərar qəbul edilir. 43.5. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. 43.6. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin, habelə müşahidəçilərin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. 43.8. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 6-ci bəndinə əsasən: 6.1. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 6.2. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38-ci maddəsinin müddəalarına müvafiq bu Qaydaların 13-cü hissəsinin tələbləri nəzərə alınmaqla vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ına (Əlavə 2) əsasən həyata keçirilir. Həmin Qaydaların 8-ci bəndinə əsasən: 8.1. Bu Qaydalarda müddətlərin müəyyən edilməsi Vergi Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 8.2. Yarım illə hesablanan müddət altı aya, rüblə hesablanan müddət üç aya bərabərdir. 8.3. Vergi Məcəlləsi ilə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. 8.4. Bu Qaydalarda nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. 8.11. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. 8.12. Müstəsna hallarda, yəni səyyar vergi yoxlamasının başa çatdırılması mümkün olmadıqda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında Qərar”ına (Əlavə 11) əsasən səyyar vergi yoxlamasının müddəti 90 günə qədər artırıla bilər. 8.13. Səyyar vergi yoxlamasının nəticələri üzrə akt yoxlama başa çatdıqdan sonra 3 iş günü müddətində tərtib edilir. 8.14. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında Qərar”ına (Əlavə 26) əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: 8.14.1. Nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; 8.14.2. Səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 8.15. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması müddəti bir qayda olaraq 10 gün müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin 12.02.2021-ci il tarixli **********144532 nömrəli nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: dekabr 2018 - dekabr 2020) təyin edilmiş, yoxlama 15.02.2021-ci il tarixdə başlanılmış və 01.06.2021-ci il tarixdə başa çatdırılmış, səyyar vergi yoxlamasının nəticəsi üzrə 03.06.2021-ci il tarixli **********144568 nömrəli akt tərtib olunmuşdur. Aktda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin 18.01.2021-ci il tarixli **********6803 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərara və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 18.01.2021-ci il tarixli **********6826 nömrəli Qərarına əsasən VCİABl-nin əməkdaşları tərəfindən operativ nəzarət tədbiri nəticəsində əldə edilmiş mənbəyi bəlli olmayan “qara mühasibatlığı” əks etdirən satış dəftərlərinə əsasən əlavə dəyər və mənfəət vergisi hesablanması və maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Cavabdehin həmin sənədlərin iddiaçıya aid olması barədə sübut kimi istinad etdiyi cinayət işi üzrə keçirilmiş 4/1819 saylı 17 yanvar 2022-ci il tarixli ekspert rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin ekspert rəyində üzərində “Beton” yazılmış jurnalın üz qabığının iç səhifəsində olan əlyazmaların müəyyən hissəsinin iddiaçının qanuni nümayəndisi – direktoru X5 tərəfindən icra olunması qeyd edilsə də, həmin jurnal məhkəmə tərəfindən iddiaçıya məxsus rəsmi mühasibatlıq sənədi kimi qiymətləndirilə bilməz. Belə ki, X2 əlyazmalarının iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəsini cavabdeh sübuta yetirməmiş, oradakı yazıların məhz iddiaçının fəaliyyətinə aid olması və onun fəaliyyəti ilə bağlı guya reallığı əks etdirməsi müəyyən edilməmişdir. Cavabdehin dəlilləri kimi, müəssisənin vaxtilə mühasibi olmuş X13 oglunun cavabdehə verdiyi 27.05.2021-ci il tarixli izahatı, habelə vergi orqanı və iddiaçının nümayəndəsi tərəfindən imzalanmış 22.02.2021-ci il tarixli baxış protokolundan da göründüyü kimi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində iddiaçıya məxsus obyektdən qara mühasibatlıq sənədlərinə (12 dəftər və 6 qovluq) baxış keçirilməsi iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəni təsdiq edən mötəbər sübut olmadıgından heç də səyyar vergi yoxlaması nəticəsi üzrə qərar qəbul edilməsi üçün əsas təşkil edə bilməz. Lakin buna baxmayaraq səyyar vergi yoxlaması yalnız bir sənəd əsasında, özündə hər hansı məlumatı, iddiaçının faktiki olaraq vergi tutulan dövriyyəsini, əməliyyatların aparılıb-aparılmadığını, aparıldığı təqdirdə əməliyyatların başlanğıcını, gedişatını və sonunu əks etdirməyən, gəlir və xərclərini müəyyən etməyən, eləcə də mənbəyi məlum olmayan “qara mühasibatlıq” sənədlərinə əsasən aparılmışdır. Bununla baglı iddiaçının dəlilləri ona görə əsaslıdır ki, iddiaçı müxtəlif şirkətlərlə aparılan alqı-satqı əməliyyatlarına dair e-qaimələr, ƏDV sub-uçot hesabından çıxarış, müxtəlif banklar üzrə aparılan əməliyyatlara dair hesabdan çıxarışlar təqdim etmişdir. Cavabdeh yoxlama üçün əhəmiyyətli olan bütün bu halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı oldugu halda, əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma apara bilərdi, iddiaçı vergi ödəyicisi kimi 03.12.2018-ci il tarixdən vergi qeydiyyatına alındıgından və beton məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul oldugundan onun enerjisi, qaz və su sərfiyyatı müəyyən oluna, hansı işçi qüvvəsi ilə qeyd edilən həcmdə istehsalın həyata keçirildiyini “qara mühasibatlıq” sənədləri kimi qəbul etdiyi kağızlardakı məlumatlarla təhlil edib onu digər məlumatlarla qarşılıqlı surətdə araşdıra bilərdi, Vergi Məcəlləsinin tələblərinə əsasən operativ vergi nəzarəti imkanlarından istifadə etməklə, məsələn xronometraj metodu ilə müşahidə apara, bununla da iddiaçının real dövriyyəsini mötəbər sübutlara istinad etməklə müəyyən edə bilərdi. Belə ki, yoxlama materiallarında olan ilkin mühasibatlıq sənədlərinə, yəni müəssisəyə aid gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri, kassa mədaxil və məxaric qəbzləri, bank reyestrləri, şəxsi hesab vərəqəsi, e-qaimə fakturalar, ƏDV depozit hesabından çıxarış və s. sənədlərə əsasən iddiaçı tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə aparılmış əməliyyatla görə dövlət büdcəsinə hesablanmalı olan vergilər vergi ödəyicisinin bəyannamə məlumatlarında öz əksini tapmışdır. Lakin cavabdeh həmin sənədlərin heç birinə qiymət verməmişdir. Həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi cinayət işi üzrə aparılmış 9/9269 saylı 03 mart 2022-ci il tarixli ekspert rəyində yoxlamanın əhatə etdiyi dövr ərzində iddiaçının fəaliyyəti üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcunun müəyyən olunması nəticəyə gəlinsə də, həmin ekspertiza da operativ nəzarət tədbiri nəticəsində əldə edilmiş mənbəyi bəlli olmayan “qara mühasibatlığı” əks etdirən satış dəftərlərinə əsasən aparıldıgından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə tərəfindən işin bu hallarının tam və hərtərəfli araşdırılması məqsədilə ekspertiza təyin edilmiş, lakin ekspert tərəfindən rəy verilməsindən imtina edilərək göstərilmişdir ki, “Qara mühasibatlıq” sənədlərinin (satış dəftərləri) təqdim edilməli olması ilə yanaşı həmin “qara mühasibatlıq” sənədlərində (satış dəftərlərində) olan yazılışların bilavasitə müəssisə üzrə aparılmış əməliyyatlara (həmçinin satışa və alışa aid olub olmaması) aid olub-olmaması, “qara mühasibatlıq” adlanan yazılışların və imzaların kimə məxsus olub-olmaması, yazılışları icra edən şəxs, yazılışların hansı dövrə aid olması və həmin yazılışlarda göstərilənlərin hesablama aparılması üçün oxunaqlı olub-olmaması və sair də müəyyən olunmalıdır. Yəni “qara mühasibatlıq” sənədlərində (satış dəftərində və s.) olan yazılışların bilavasitə müəssisə üzrə aparılmış əməliyyatlara (həmçinin satışa və alışa aid olub olmaması) aid olub-olmamasına, “qara mühasibatlıq” adlanan yazılışların və imzaların kimə məxsus olmamasına, yazılışları icra edən şəxsin müəyyən edilməsinə, yazılışların hansı dövrə aid olmasına və həmin yazılışlarda göstərilənlərin hesablama aparılması üçün oxunaqlı olub-olmamasına məhkəmə tərəfindən qiymət verilməlidir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2.1.6 Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Maddə 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Maddə 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Göründüyü kimi bu ziddiyyətlərin və aydın olmayan məqamların əksi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsinə müvafiq səyyar vergi yoxlamasının keçirilməsi tələblərini pozmaqla Vergi Məcəlləsinin 48-ci maddəsinə zidd olaraq götürülmüş sənədlərin iddiaçıya aid olması cavabdeh tərəfindən sübut olunmadıgından vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Çünki vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Belə olan halda səyyar vergi yoxlamasının nəticəsi üzrə aktda operativ nəzarət tədbiri nəticəsində əldə edilmiş mənbəyi bəlli olmayan “qara mühasibatlığı” əks etdirən satış dəftərlərinə əsasən əlavə dəyər və mənfəət vergisi hesablanması və maliyyə sanksiyası tətbiq edilməsi qanunsuzdur. Belə ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Bundan əlavə, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında müəyyən dövriyyəsinin olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Cavabdeh tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki, həmin sənədlərdə iddiaçı müəssisənin səlahiyyətli şəxsinə aid imzasının olması qəbul edilsə belə (ekspert rəyində qeyd olundugu kimi), müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxslərə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs.: alqı satqı, təhvil təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Həmçinin, cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı ekspert və mütəxəssis yardımından istifadə edilməmişdir. Belə olan halda, iddiaçının dövriyyəsinin necə hesablanması ilə bağlı sual ortaya çıxır. İş materiallarında isə iddiaçının real dövriyyəsinin hesablanması qaydasına (konkret sübutlara istinad etməklə) dair hər hansı məlumat yoxdur. Səyyar vergi yoxlamasındakı qeyd olunan məlumatları da təhlil etdikdə görünür ki, yoxlama aktında cavabdeh hesablamanın riyazi əsasını konkret mötəbər sübutlara istinadla göstərməmişdir. Cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsi ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Beləliklə, proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi vergi ödəyicisindən sənədlərin və əşyaların götürülməsi ilə əlaqədar tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Vergi Məcəlləsinin işə tətbiq edilən aşagıdakı maddələrinə əsasən: 49.5. vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3. vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.
64. vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 94.0.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına və maliyyə sanksiyalarının tətbiq olunmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiası təmin edilməli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.07.2021-ci il tarixli **********148191 nömrəli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.07.2021-ci il tarixli **********148191 nömrəli qərarı ləğv edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4
HAKİM: MEHRİBAN QARAYEVA