Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1867/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək bir neçə hərbi hissədə xidmət elmiş, xx.xx.2016-cı ildə döyüş tapşırığını icra edərkən ağır travma almışdır. xx.xx.2017-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlildir. Müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi imtina etdiyi üçün məhkəməyə müraciət etmək məcburuyyətindədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtina məktubu əsassızdır, iddiaçı bununla razı deyil. Belə ki, onun xx.xx.2017-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlili olması nəzərə almaqla veteran vəsiqəsi qanuna müvafiq olaraq müdaxiləsiz verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarının 1-ci maddəsinə əsasən Müharibə veteranları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir). Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçıya məxsus EZ seriyalı, ******* nömrəli hərbi biletdə xx.xx.2015-ci ildə şərti adı “Palıdlı” postuna düşmən tərəfindən sağ almacıq sümüyünün dəlib-keçən güllə yaralanması, sağ gözaltı nahiyəsinin, təpə nahiyəsinin qəlpə yarası xəsarətləri aloması, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunması barədə müvafiq qeydlər mövcuddur. - N saylı hərbi hissənin xx.xx.2015-ci il tarixli 528 nömrəli travma haqqında arayışın surətindən görünür ki, kapitan İddiaçı Tohid oğlu xx.xx.2015-ci il tarixdə şərti adı “Palıdlı” postuna düşmən diversiya qrupu tərəfindən basqın zamanı atışma nəticəsində “Sağ almacıq sümüyünün dəlib-keçən qəlpə yaralanması, sağ gözaltı nahiyəsinin, təpə nahiyəsinin qəlpə yarası” xəsarətləri almışdır. - xx.xx.2016-cı il tarixli xəstəlik haqqında 1067 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü ildən Silahlı Qüvvələrin N nömrəli hərbi hissənin kapitanı (motoatıcı) xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixli 2710 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. - Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-6923 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş İddiaçı ərizəsinə cavab olaraq bildiririk ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Əməliyyat Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1/0425 nömrəli cədvəlinə əsasən N nömrəli hərbi hissə xx.xx.2015-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2022ci il tarixli 1368 nömrəli məktubuna ilə xx.xx.1987-ci il təvəllüdlü ehtiyatda olan kapitan İddiaçı xidmət kartasının surəti təqdim edilmişdir. - məhkənin sorğusuna əsasən Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 2718 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2016cı il tarixli 581 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli 210nömrəli göndərişi ilə xx.xx.2016-cı ildə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. - məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubu ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri təqdim edilmişdir. - məhkəmənin sorğusuna əsasən Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2023-cü il tarixli 3-25-11/2-888/2023 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 14/595 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin xx.xx.2015-ci il tarixdə döyüş şəraitində olması və hər hansı bir döyüş əməliyyatlarında iştirak etməsi barədə Təşkilati-ştat şöbədində aparılan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibindəki birlik və birləşmələrin, hərbi hissələrin, gəmilərin, xüsusi təyinatlı təhsil müəssisələrinin, baş idarə və idarələrin, təşkilat və müəssisələrin sülh və müharibə dövrlərindəki şərti adlarına görə qeydiyyat kitabı”nda heç bir məlumat yoxdur. - Müdafiə nazirinin xx.xx.2007-ci il tarixli 0113 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq “döyüş şəraiti” dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatının aparması nəzərdə tutulması, müvafiq döyüş tapşırığına uyğun olaraq əsas müdafiə zolağı boyunca açılmış və düşmənə bilavasitə təmas şəraitində müdafiəsinə duran, Silahlı Qüvvələr növlərinin və qoşun qismlərinin birlik, birləşmə, hissə və bölmələri xx.xx.2008-ci il tarixdən döyüş şəraitində hesab edilməsi əmr edilmişdir: 3-cü Ordu Korpusu (777, 065, N saylı hərbi hissələr istisna olmaqla). - məhkəmənin sorğusuna əsasən Müdafiə Nazirliyi Hüquq idarəsinin xx.xx.2023-cü il tarixli 3-25-11/2-1421/2023 nömrəli məktubu il təıqdim edilmiş: N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 28 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, 1-ci tabor 1-ci bölük komandiri kapitan İddiaçı Tohid oğlu hospitala Şəmkir şəhəri N saylı hərbi hissəyə göndərilmişdir; N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 432 nömrəli travma haqqında arayışının surətindən görünür ki, kapitan İddiaçı Tohid oğlu xx.xx.2015-ci il tarixdə şərti adı “Palıdlı” döyüş mövqeyində düşmənin diversiya qrupu tərəfindən basqının qarşısı alarkən atışma nəticəsində “Sağ almacıq sümüyünün dəlib-keçən güllə yaralanması” xəsarətini alaraq N nömrəli hərbi hissəyə təxliyyə olunmuşdur. - məhkəmənin sorğusuna əsasən Müdafiə Nazirliyi Hüquq İdarəsininxx.xx.2023-cü il tarixli3-25-11/2-3211/2023 nömrəli məktubu ilə təqdim edilmiş Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-3189 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 0161 nömrəli əmrində N nömrəli hərbi hissənin xx.xx.2015-ci il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat yoxdur. N nömrəli hərbi hissənin 2014-2015-ci il tarixli sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanı nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan halları və iş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq məktub ünvanlayaraq bildirmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Əməliyyat Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1/0425 nömrəli cədvəlinə əsasən N nömrəli hərbi hissə xx.xx.2015-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İmtinadan razı qalmayan iddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdehin imtina dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd edilənlərə əsasən şəxsə müharibə veteranı statusu və vəsiqəsinin verilməsi üçün onun döyüş zonasında xidmət keçməsi və döyüş əməliyyatları ilə əlaqədar olaraq xəsarət alması şərtdir. İş materiallarından da görünür ki, iddiaçı qeyd edilən hər iki şərti ödəmişdir. Belə ki, İş materiallarında olan, N saylı hərbi hissənin xx.xx.2015-ci il tarixli 528 nömrəli “Travma haqqında arayışın” surətindən görünür ki, kapitan İddiaçı Tohid oğlu xx.xx.2015-ci il tarixdə şərti adı “Palıdlı” postuna düşmən diversiya qrupu tərəfindən basqın zamanı atışma nəticəsində “Sağ almacıq sümüyünün dəlib-keçən qəlpə yaralanması, sağ gözaltı nahiyəsinin, təpə nahiyəsinin qəlpə yarası” xəsarətləri almışdır. İş materiallarında olan, xx.xx.2016-cı il tarixli, 1067 nömrəli “Xəstəlik haqqında şəhadətnamənin” surətindən görünür ki, xx.xx.2004-cü ildən Silahlı Qüvvələrin N nömrəli hərbi hissənin kapitanı (motoatıcı) xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixli 2710 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin Qərarda xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” HHK-nın hərbi xidmətə və yararlıq haqqında qərarı “Xəstəliklər cədvəlinin” 24c, 23c maddələrinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş ekspertizassı haqqında Əsasnaməyə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi müəyyənləşdirilmişdir. Məhkəmə tərəfindən işin araşdırılması məqsədi ilə inzibati orqanlara müvafiq sorğular verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hər iki şərtin ödənilib-ödənilməməsinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2022-ci il tarixli sorğu məktubu ünvanlayaraq, xx.xx.2015-ci ildə xəsarət alarkən İddiaçı döyüş zonasında hərbi xidmət keçib-keçməməsi, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olub-olmaması, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçu olub-olmaması barədə məlumatın təqdim edilməsini tələb etmişdir. Məhkəmənin sorğusuna əsasən Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2023-cü il tarixli 3-25-11/2-1421/2023 nömrəli məktubu ilə sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş və iş materiallarına əlavə edilən, N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 28 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, kapitan İddiaçı Tohid oğlu 1-ci tabor 1-ci bölük komandiri hospitala Şəmkir şəhəri N saylı hərbi hissəyə göndərilmişdir. Təqdim edilmiş və iş materiallarına əlavə edilən, N saylı hərbi hissənin xx.xx.2023cü il tarixli 432 nömrəli “Travma haqqında arayışının” surətindən görünür ki, kapitan İddiaçı Tohid oğlu xx.xx.2015-ci il tarixdə şərti adı “Palıdlı” döyüş mövqeyində düşmənin diversiya qrupu tərəfindən basqının qarşısı alarkən atışma nəticəsində “Sağ almacıq sümüyünün dəlib-keçən güllə yaralanması” xəsarətini alaraq N nömrəli hərbi hissəyə təxliyyə olunmuşdur. İş materiallarında olan, Müdafiə nazirinin xx.xx.2007-ci il tarixli 0113 nömrəli Əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq “döyüş şəraiti” dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatının aparması nəzərdə tutulması, müvafiq döyüş tapşırığına uyğun olaraq əsas müdafiə zolağı boyunca açılmış və düşmənə bilavasitə təmas şəraitində müdafiəsinə duran, Silahlı Qüvvələr növlərinin və qoşun qismlərinin birlik, birləşmə, hissə və bölmələri xx.xx.2008-ci il tarixdən döyüş şəraitində hesab edilməsi əmr edilmişdir: 3-cü Ordu Korpusu (777, 065, N saylı hərbi hissələr istisna olmaqla). Məhkəmənin xx.xx.2023-cü il tarixli təkrar sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-3189 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli 0161 nömrəli əmrində N nömrəli hərbi hissənin xx.xx.2015-ci il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat vardır. Qeyd edilir ki, N nömrəli hərbi hissənin 2014-2015-ci il tarixli sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “X2” şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci tarixli Qərarında Konstitusiya Məhkəməsi hesab edir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun M a d d ə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi, istər “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda, istər “Müharibə veteranı adının verilməsini tənzimləyən Əsasnamə”də, istərsə də istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında təşəkkül tapmış hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışa və məzmuna aid edilə biləcək əməllərdə iştirak etmiş şəxs Müharibə veteranı hesab edilir. Məhkəmə qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasıdır. Hazırkı işin hallarından və iş materiallarında olan sənədlərdən də müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 28 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, kapitan İddiaçı Tohid oğlu 1-ci tabor 1-ci bölük komandiri hospitala - Şəmkir şəhəri N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 432 nömrəli “Travma haqqında arayışının” surətindən də görünür ki, kapitan İddiaçı Tohid oğlu xx.xx.2015-ci il tarixdə şərti adı “Palıdlı” döyüş mövqeyində düşmənin diversiya qrupu tərəfindən basqının qarşısı alarkən atışma nəticəsində “Sağ almacıq sümüyünün dəlib-keçən güllə yaralanması” xəsarətini alaraq, xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissəyə təxliyə olunaraq, müalicə almış və xx.xx.2004-cü ildən Silahlı Qüvvələrin N nömrəli hərbi hissənin kapitanı (motoatıcı) xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixli 2710 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişdir. Həmin Qərarda xəstəliyin səbəb əlaqəsi - sağtərəfli piramid çatışmazlığı, tez-tez baş verən bayılma, davamlı vegetativ-damar və aste nevrotik əlamətlərlə keçən funksional pozğunluqlarla təzahür edən keçirilmiş qapalı kəllə-bt travmasından (xx.xx.2015) sonrakı posttravmatik konversital-kistoz araxnoidit və İ (birinci) mərf xroniki dissirkulyator ensefalopatiya şəklində qalıq əlamətləri. Partlayış travması (xx.xx.2015) nəticəsində sol gicgah nahiyəsinin yumşaq toxumalarının cismi (qəlpə). Üzün sağ almacıq nahiyəsini dəlib-keçən odlu silah yaralanmasından (xx.xx.2015) sonrakı almacıq nahiyəsinin bərkimiş dəri çapığı. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsı zamanı alınmışdır. HHK-nın hərbi xidmətə və yararlıq haqqında qərarı “Xəstəliklər cədvəlinin” 24c, 23c maddələrinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş ekspertizassı haqqında Əsasnaməyə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi müəyyənləşdirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya məxsus EZ seriyalı, ******* nömrəli hərbi biletdə xx.xx.2015-ci ildə şərti adı “Palıdlı” postuna düşmən tərəfindən sağ almacıq sümüyünün dəlib-keçən güllə yaralanması, sağ gözaltı nahiyəsinin, təpə nahiyəsinin qəlpə yarası xəsarətləri alması, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunması barədə müvafiq qeydlər aparılmışdır. Məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 0161 nömrəli əmrində N nömrəli hərbi hissənin xx.xx.2015-ci il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat vardır. Qeyd edilir ki, N nömrəli hərbi hissənin 2014-2015-ci il tarixli sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən normaların məzmununa əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarından da müəyyən edilir ki, iddiaçı döyüşən hərbi hissə olan N nömrəli hərbi hissədə xidmət etmiş, o, xidmət etdiyi hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı xəsarət almışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş və hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdiyinə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsinə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd olunan səbəblərdən iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev