Məhkəmə qərarları › İş №2-1(112)-1867/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1867/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1867/2025 14.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı “ev və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbi barədə iddiası üzrə inzibati işə üçüncü şəxs qismində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı ünvan 2-də yerləşən 33.2 kv m sahəsı olan fərdi yaşayış evi və onun yerləşdiyi 10 sot torpaq sahəsi üzərində mülkiyyət hüquqalrını tanımaqla torpaq sahəsinə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2-də yerləşən 33.2 kv m sahəsı olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir.Lakin cavabdeh xx.xx.2024-cü il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verərək göstərilmişdir ki, “Qala” Dövlət Arxivinə sorğu verilmiş, lakin sorğuya cavab verilməmişdir.Həmçinin torpaq sahəsi Sovxozun ərazisində yerləşməklə yüksək elektrik xəttinin mühafizə zolağına düşür.Bu səbəblərə görə iddiaçının mütaciətinin təmin olunmasından imtina olunmuşdur. Halbuki qeyd edilən hallar iddiaçının təqsirindən baş verməmişdir və cavabdeh bu uyğunsuzluğu aradan qaldıra bilər.Belə ki, iddiaçının həmin evə və torpağa görə sənədləri vardır və onları işə əlavə etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Qala qoruğunun ərazisinə aid olduğundan “Qala” Dövlət Tarixi-Etnoqrafiya Qoruğuna sorğu verilmiş, lakin sorğuya cavab məktubu idarəyə daxil olmamışdır. Həmçinin, torpaq sahəsi Sovxozun ərazisində yerləşməklə bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

İnzibati məhkəmə işində olan:

Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun Sovxozu ünvanında olan 7 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə baxılmışdır, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Qala qoruğunun ərazisinə aid olduğundan “Qala” Dövlət Tarixi-Etnoqrafiya Qoruğuna sorğu verilmiş, lakin sorğuya cavab məktubu idarəyə daxil olmamışdır. Həmçinin, torpaq sahəsi Sovxozunun ərazisində yerləşməklə bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi məlum olmuşdur.İddiaçıya bildirilmişdir ki, elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir.Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim edilməlidir.Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Abşeron Rayonlararası İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Əzizbəyov rayonu, Qala kəndində 3 №li Zeytun sovxozu küçəsində yerləşən 2 yaşayış otaqlı (yaşayış sahəsi 33,2 kv metr) fərdi yaşayış evi Abşeron rayon İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı əsasında X1 adına mülkiyyət hüququ kimi qeydə alınmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən iddiaçının iddia ərizəsində iddia olunan torpaq sahəsinin bir tərəfi yol, üç tərəfi qonşudur, yaşayış evi 1 mərtəbəli 2 yaşayış otağından ibarətdir.Texniki pasporta əsasən A yaşayış evinə bitişik əlavə sahə və açıq eyvan tikilmiş, torpaq sahəsinin konfiqurasiyasında fərq var, texniki pasportda torpaq sahəsi 1296,0 kv metr, faktiki sahə 2086, kv metrdir, torpaq sahəsinin sərhəddindən 2.0 m kənara 6,0 kV-luq xətt keçir. Məhkəmənin İddiaçı Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi 3 saylı Zeytun Sovxozu, ev 7-də yerləşən 33.2 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tanınmaqla torpaq sahəsinə çıxarışın verilməsi haqqında iddiası ilə bağlı həmin ünvanda yerləşən torpaq sahəsinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun istifadəsinə verilmiş sahəyə aid olub-olmaması barədə xx.xx.2025-ci il tarixli, 2-1(112)-1867/2025 nömrəli sorğusuna "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən verilmiş cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli, 209 nömrəli sərəncamı ilə “Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğunun idarə edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli, 1911 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə “Qala” X6 Qoruğunun sərhədləri (81.5 ha torpaq sahəsində) təsdiq edilmişdir, sorğuda qeyd edilən ünvan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun sərhədləri daxilində yerləşir və Qoruğun istifadəsinə verilmiş sahəyə aiddir. Nazirlər Kabinetinin 2 oktyabr 2013-cü il tarixli, 285 nömrəli qərarı ilə təsdiq olunmuş “Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”nin 1.2-ci maddəsinə görə Qoruq - tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Abşeronun insan məskənlərinə xarakterik olan memarlıq abidələrinin, arxeoloji obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə cəmləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 24-cü maddəsinə əsasən xüsusi qorunan ərazilərin torpaqları — xüsusi təbiəti mühafizə, elmi, tarix-mədəniyyət, estetik, turizm və rekreasiya, sağlamlaşdırma və digər qiymətli əhəmiyyətə malik olan, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları tərəfindən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılan və üzərində xüsusi hüquqi rejim müəyyən edilən torpaqlardır. Tarix-mədəniyyət təyinatlı torpaqlar xüsusi qorunan ərazilərin torpaqlarına aid edilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən tarix-mədəniyyət təyinatlı torpaqlara tarix-mədəniyyət qoruqlarının, xatirə parklarının, qəbiristanlıqların, məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları aiddir. Tarixmədəniyyət təyinatlı torpaqlarda onların məqsədli təyinatına zidd olan hər hansı fəaliyyət qadağan edilir. Abşeron rayon XDS İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarından çıxarışa əsasən vətəndaş X2 torpaq sahəsi ayrılması haqqında 3№li Zeytun sovxozunun 5 mart 1991-ci il tarixli, 17 №li əmrinin nəzərə alınması, X3 verilmiş torpaq sahəsində 0,10 hekar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. "xxxx" ASC-nin məhkəmənin sorğusuna verdiyi xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən ünvan 2 ünvanında İddiaçı faktiki istifadəsində olan, sahəsi 33,2 kv metr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 10 sot torpaq sahəsinin yerləşdiyi ərazidən "xxxx" ASC-yə məxsus elektrik verilişi xətti keçmir. Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.1983-cü ildə Nümayəndə ilə nikaha daxil olmuşdur, nikaha daxil olduqdan sonra arvada Şahbazova soyadı verilmişdir. Məhkəmənin mövqeyi.

Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində qismən haqlı hesab edir: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsində 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsində göstərilmişdir: “8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilir:

Maddə 24. Xüsusi qorunan ərazilərin torpaqları və onların tərkibi

1. Xüsusi qorunan ərazilərin torpaqları — xüsusi təbiəti mühafizə, elmi, tarixmədəniyyət, estetik, turizm və rekreasiya, sağlamlaşdırma və digər qiymətli əhəmiyyətə malik olan, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları tərəfindən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılan və üzərində xüsusi hüquqi rejim müəyyən edilən torpaqlardır.

2. Xüsusi qorunan ərazilərin torpaqlarına aşağıdakılar aid edilir: təbiəti mühafizə təyinatlı torpaqlar; təbii qoruq təyinatlı torpaqlar; sağlamlaşdırma təyinatlı torpaqlar; turizm və rekreasiya təyinatlı torpaqlar; tarix-mədəniyyət təyinatlı torpaqlar;

3. Torpaqların xüsusi qorunan ərazilərin torpaqlarına aid edilməsi, onların istifadəsi və mühafizəsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Maddə 29. Tarix-mədəniyyət təyinatlı torpaqlar

1. Tarix-mədəniyyət təyinatlı torpaqlara tarix-mədəniyyət qoruqlarının, xatirə parklarının, qəbiristanlıqların, məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları aiddir.

2. Tarix-mədəniyyət təyinatlı torpaqlarda onların məqsədli təyinatına zidd olan hər hansı fəaliyyət qadağan edilir.

Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları;

Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ ...

2. Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzilistismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 oktyabr tarixli 285 nömrəli qərarı ilə təsdiq edilmiş “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında” Əsasnamədə göstərilir: 1.1. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu (bundan sonra - Qoruq) Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 18 aprel tarixli 135 nömrəli qərarına əsasən yaradılmışdır. 1.2. Qoruq - tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Abşeronun insan məskənlərinə xarakterik olan memarlıq abidələrinin, arxeoloji obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə cəmləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazidir. 1.3. Qoruğun tarix-memarlıq görkəminin, ərazisində yerləşən abidələrin təhlükəsizliyini, onların funksional təyinatını və uzunömürlülüyünü təmin etmək, habelə Qoruğun ətrafında formalaşmış təbii landşaftı mənfi vizual təsirlərdən qorumaq məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Qoruğun mühafizə (bufer) zonası yaradılır. 1.8. Qoruq Bakı şəhərinin Qala qəsəbəsində yerləşir. 2.1. Qoruğun hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə bu Əsasnamə ilə tənzimlənən xüsusi rejimli sahə hesab olunur. 2.5. Fiziki və hüquqi şəxslər Qoruq ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərinə xələl gətirə bilən, abidələrə və təbii landşafta təhlükə yaradan fəaliyyət növləri ilə məşğul ola bilməzlər. İdarənin müsbət rəyi olmadan Qoruq ərazisində torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işləri aparıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnaməyə görə, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək; Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək. İnzibati işin faktiki hallarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala kəndində 3 №li Zeytun sovxozu küçəsində yerləşən 2 yaşayış otaqlı (yaşayış sahəsi 33,2 kv metr) fərdi yaşayış evi Abşeron rayon İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı əsasında iddiaçının adına mülkiyyət hüququ kimi qeydə alınmışdır, hal-hazırda iddiaçı həmin evin və evin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ haqqında çıxarışın cavabdeh tərəfindən ona verilməsinə nail olmaq istəyir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ Abşeron rayon İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı əsasında qeydə alınaraq qeydiyyat vəsiqəsi verildiyi üçün həmin əmlak üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsindən cavabdehin imtinası əsaslı olmamışdır, belə ki, həmin evə dair qeydiyyat vəsiqəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan sənəddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh yuxarıda qeyd edilmiş hallardan hər hansı birinin fərdi yaşayış evinə münasibətdə mövcud olmasını imtina və ya etirazında göstərməmiş və əsaslandırmamışdır. Beləliklə, inzibati işə baxılması zamanı müəyyən olunur ki, iddiaçı fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni qeydiyyat vəsiqəsini təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının fərdi yaşayış evinə münasibətdə müraciətini təmin etməkdən, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu qeydə alaraq çıxarışı verməkdən heç bir əsas olmadan imtina etmiş, bununla da qanunvericiliklə üzərinə qoyulmuş öhdəlikləri icra etməkdən qanunsuz imtina etmişdir. Lakin məhkəmə iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi hissəsində iddiasını əsaslı hesasb etmir. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun sərhədləri daxilində yerləşir, yəni torpaq sahəsi xüsusi qorunan ərazinin torpağıdır, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarına əsasən həmin torpaq sahələri mülki dövriyyədən çıxarılmış torpaqlara aiddir. Odur ki, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir və cavabdehin torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmasından imtina etməsi ilə qanuna zidd hərəkətə yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:

52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 3 №li Zeytun Sovxozu küçəsi, ev 7 (33.2 kv m sahəsı olan fərdi yaşayış evi) üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 3 №li Zeytun Sovxozu küçəsi, ev 7 (33.2 kv m sahəsı olan fərdi yaşayış evi) üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar