Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18672/2025 07.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublı̇ kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nümayəndə iştirakı ilə, iddiaçı Həsənov Ası̇ f Söyün oğlunun cavabdehlər Azərbaycan Respublı̇ kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Tı̇ bbi Ərazi Bölmələrı̇ nin İ̇darəetmə Bı̇ rlı̇ yi PHŞ-ə, Qazax rayon Mərkəzi Xəstəxanası PHŞ-ə qarşı əlillik barədə məlumatın informasiya ehtiyatlarına daxil edilməsi tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Həsənov Ası̇ f Söyün oğlu cavabdeh Azərbaycan Respublı̇ kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Tı̇ bbi Ərazi Bölmələrı̇ nin İ̇darəetmə Bı̇ rlı̇ yi PHŞ-ə, Qazax rayon Mərkəzi Xəstəxanası PHŞ-ə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh - Cavabdeh2 (TƏBİB) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na dair 16 yanvar 2020-ci il, 12 nömrəli Qərarının 2-ci bəndinə əsasən İV mərhələ onkoloji xəstəliklərdə göndərişi 6 ay və ya son 12 ay müddət gözlənilmədən, xəstəliyinin əlillik dərəcəsinin verilməsi əsas verdiyi halda TƏBİB və onun tabeliyində olan X2 PHŞ-si Elektron hökumət portalı vasitəsilə real vaxt rejimində Tibbiqoyumasına dair sosial ekspertiza müayinə göndərişlərinin reyestrə çıxışını, habelə göndəriş barədə məlumatların real vaxt rejimində Səhiyyə Nazirliyinin Vahid X1 ötürülməsini təmin etməli olduğu və Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin reyestrə daxil edildiyi barədə yazılı və ya elektron cavab verməli olduğu halda bunları qanunsuz və əsassız olaraq etmədiyindən 12 sentyabr 2025-ci il tarixdən əvvəlki dövr üzrə əlilliyinin olması barədə məlumatı (Forma 88) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya ehtiyatlarına daxil etmək öhdəliyinin qoyulması, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə ona təyin edilmiş əlillik pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə aidiyyət məsələsinə baxılması üçün məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və digər cavabdehlərin nümayəndələri hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə iddiaçının və digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı 12 sentyabr 2025-ci il tarixdən əvvəlki dövr üzrə əlilliyinin olması barədə məlumatı (Forma 88) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya ehtiyatlarına daxil etmək öhdəliyinin qoyulmasını, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə ona təyin edilmiş əlillik pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin qoyulmasını tələb edir və həmin tələblər cavabdehlər Azərbaycan Respublı̇ kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Tı̇ bbi Ərazi Bölmələrı̇ nin İ̇darəetmə Bı̇ rlı̇ yi PHŞ-ə, Qazax rayon Mərkəzi Xəstəxanası PHŞ-ə qarşı yönəldilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası iddia növünə aid olduğundan və cavabdehlər Azərbaycan Respublı̇ kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tı̇ bbi Ərazi Bölmələrı̇ nin İ̇darəetmə Bı̇ rlı̇ yi PHŞ-nin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, həmin tələbə İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə uyğun olaraq iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmənin ərazi aidiyyəti məsələsi iddiaçının yaşayış yeri ünvanı üzrə müəyyən edilməlidir. AZEMİS Elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Həsənov Ası̇ f Söyün oğlu yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh qismində həmçinin Qazax rayon Mərkəzi Xəstəxanası PHŞ göstərilsə də, həmin İdarənin səlahiyyəti də Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Qazax rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının yaşayış yeri Qazax rayonu olduğundan, hazırkı iddia öhdəliyin icrası iddia növünə aid olmaqla cavabdehlərin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, hazırkı işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in Məcəllənin 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Həsənov Ası̇ f Söyün oğlunun cavabdehlər Azərbaycan Respublı̇ kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Tı̇ bbi Ərazi Bölmələrı̇ nin İ̇darəetmə Bı̇ rlı̇ yi PHŞ-ə, Qazax rayon Mərkəzi Xəstəxanası PHŞ-ə qarşı əlillik barədə məlumatın informasiya ehtiyatlarına daxil edilməsi və s. tələbinə dair 2-1(112)-18672/2025 nömrəli inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-18672/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-18672/2025
07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver