Məhkəmə qərarları › İş №2-1(112)-1869/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1869/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1869/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «şəhid ailəsi üçün təyin edilən təqaüdün tam məbləğdə iddiaçıya ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı «şəhid ailəsi üçün təyin edilən təqaüdün qalan hissəsinin iddiaçıya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçının mərhum əri X7 17 yanvar 1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (Kəlbəcər istiqamətində) şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları»nın 5-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. İddiaçı və onun övladı X6 ailə üzvləri kimi vərəsələridir. Təqaüd almaq hüququ olan digər ailə üzvləri tərəfindən heç bir ərizə təqdim edilməmişdir. Buna baxmayaraq, iddiaçı uzun müddət həmin təqaüdün yarısını almışdır, yəni hər ay üçün ona 250 manat məbləğində vəsait ödənilmişdir. Hazırda Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona 500 məbləğində şəhid ailəsi üçün təqaüd verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 8-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” onu almaq hüququ yarandığı gündən təyin edilir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona təqaüdün qalan hissəsi (250 manat məbləğində) də onu almaq hüqüqu yarandığı gündən ödənilməlidir. Beləliklə, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi zamanı cavabdehin qanuna zidd hərəkətləri nəticəsində onun (iddiaçının) hüquqları pozulmuşdur. Cavabdeh təqaüdün məbləğini düzgün hesablamamışdır. Göstərilənlərə və İPM-in 14, 35-ci maddələrinə əsaslanaraq, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün qalan hissəsinin həmin təqaüdü almaq hüququ yarandığı gündən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «şəhid ailəsi üçün təyin edilən təqaüdün qalan hissəsinin dayandırıldığı vaxtdan tam məbləğdə iddiaçıya ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Dövlət Sosial Müdafiə Fondunun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailələsinin üzvləri hesab olunurlar: ər-arvad, valideyn, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, peşə təhsilli, orta ixtisas təhsilli, ailə təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1-ci bəndinə görə şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Sözügedən Qaydaların 1.2.6-cı bəndinə görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab edilirlər: (2.1.1) arvadı (əri); (2.1.2) valideynləri; (2.1.3) 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; (2.1.4) qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar; (2.1.5) babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; (2.1.6) 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Sözügedən Qaydaların müvafiq bəndinin məzmunundan göründüyü kimi, şəhid ailəsi şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları və qanunla onları saxlayan şəxs yoxdursa baba və nənələri hesab edilir. Dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşu uğrunda şəhid olanların ailələrinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Həmin Fərmanın 1-ci bəndinə əsasən «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 100 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmana Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1225 nömrəli Fərmanı ilə dəyişiklik edilmiş və sözügedən təqaüdün məbləği 1 yanvar 2021-ci il tarixdən 500 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları»nın 1-ci bəndinə əsasən bu Qaydalar “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Qaydaların 5-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Həmin Qaydaların 6-cı bəndinə görə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. X1 ailə üzvləri sırasına onun arvadı və valideynləri daxil edilmiş, müvafiq müvafiq qanunvericilik normalarına əsasən bu təqaüdü almaq hüququ olan ailə üzvləri arasında məbləğin bərabər bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. X2 doğum haqqında şəhadətnaməsi təqdim edilmədiyindən, onun bu təqaüdü almaq hüququ olan valideynlərinin ad, soyad və ata adının müəyyənləşdirilməsi və hazırda onların sağ olub-olmamasının dəqiqləşdirilməsi mümkün olmadığından, həmin təqaüdün tam şəkildə şəhidin arvadı İddiaçı ödənilməsi qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı X2 arvadı olmasına baxmayaraq, faktiki olaraq bu təqaüdü almaq hüququna malik olan tək ailə üzvü olmadığı üçün 500 manat məbləğindəı nəzərdə tutulmuş Prezident təqaüdünün tam həcmdə iddiaçıya ödənilməsi qanunauyğun hesab edilmir. Belə ki, qanunvericilik normalarının tələblərinə uyğun olaraq təqaüdün ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə, İddiaçı X2 arvadı olsa da, yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulan şəhid ailəsi üzvləri kateqoriyasına daxil olan və bu təqaüdü almaq hüququ olan tək ailə üzvü deyildir. Qanunvericilik normalarının tələblərinə uyğun olaraq şəhidin valideynlərinin də bu təqaüdü almaq hüququ olduğundan, həmin təqaüdün tam həcmdə bölünmədən iddiaçıya verilməsi yolverilməzdir və bu səbəbdən də iddia əsassızdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, 2022-ci ilin ortalarından ona müvafiq təqaüd 50% həcmində ödənilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü iddiaçıya 2007-ci ildən 2022-ci ilin avqust ayınadək tam şəkildə, 2022-ci ilin avqust ayından 50% həcmində ödənilmişdir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2-ci bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: - (1.2.6) Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. Həmin Qaydaların 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; (2.1.1) arvadı (əri); (2.1.2) valideynləri; (2.1.3) 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; (2.1.4) qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar; (2.1.5) babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; (2.1.6) 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanının 1-ci bəndinə əsasən «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 100 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2010-cu il tarixli 323 nömrəli Fərmanı ilə «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün aylıq məbləği 50 faiz artırılaraq 150 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il tarixli 564 nömrəli Fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 165 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2013-cü il tarixli 953 nömrəli Fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq 2013-cü il sentyabrın 1-dən 200 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli 242 nömrəli Fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2019-cu il tarixli 501 nömrəli Fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1225 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanının 1-ci hissəsində “300 (üç yüz)” sözləri “500 (beş yüz)” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Prezidentinin13 yanvar 2023-cü il tarixli 1973 nömrəli Fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları»nın 5-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Həmin Qaydaların 6-cı bəndinə görə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 17 yanvar 1994-cü il tarixdə həlak olmuş X2 arvadı kimi şəhid ailəsi statusuna malikdir. Cavabdeh ona Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanı ilə təsis edilmiş şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü 2007-ci ildən 2022-ci ilin avqust ayınadək tam şəkildə ödəmişdir, 2022-ci ilin avqust ayından isə 50% həcmində ödəyir. Cavabdeh iddiaçının təqaüdü almaq üçün tək ailə üzvü (şəhidin) olmadığını bildirərək, ona təqaüdün yarısının ödənilməsi qənaətinə gəlmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mərhum əri X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və ona şəhid statusu, iddiaçıya isə bununla əlaqədar şəhid ailəsi statusu verilmişdir. Qeyd olunan faktiki hal mübahisələndirilməsə də, məhkəmə vurğulayır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həm ötən əsrin 90-cı illərində, həm də 2020-ci ilin sentyabr – noyabr aylarında döyüş əməliyyatlarında şəhid olmuş şəxslərə dövlət dəstəyinin davamı kimi xüsusi qrup şəxslər qismində şəhid ailələri üçün nəzərdə tutulmuş dövlət tərəfindən güzəştlər (o cümlədən, mənzillə təmin olunması, təqaüd verilməsi və s. ilə bağlı) müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, bu qəbildən olan güzəştlər müvafiq şəxslərə aidiyyəti səlahiyyətli orqanlar tərəfindən vaxtında və mütənasib şəkildə tətbiq edildikdə özünün mahiyyəti və məqsədi baxımından adekvatlığını saxlamış olur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının özünü “tək ailə üzvü” kimi bəyan etməsini qəbul etməsə də, digər ailə üzvünün (şəhid ailəsi sayılan şəxsin) konkret kimliyi, həmin şəxsin müvafiq statusa malik olması barədə heç bir arqument gətirmir və hansı səbəbdən təqaüdün məhz yarısının verilməsini əsaslandırmır. Belə ki, başqa ailə üzvləri də ehtimal oluna bilər. Hətta belə şəxsin inzibati orqana müraciəti də olmamışdır. Odur ki, cavabdehin bu dəlil üzrə imtinası «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinin tələblərini pozur. Bundan başqa, hazırkı iş üzrə iddiaçının üzərinə inzibati icraatda şəhidin başqa ailə üzvlərinin olmamasına dair sübut təqdim etmək vəzifəsi də qoyula bilməz. Belə hal «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələblərinə ziddir. Beləliklə məhkəmə qeyd olunanlar əsasən belə qnəatə gəlir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətləri (imtinası) qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı şəhid ailəsi üçün təyin edilən təqaüdün qalan hissəsinin dayandırıldığı vaxtdan tam məbləğdə ödənilməsi öhdəliyi DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı şəhid ailəsi üçün təyin edilən təqaüdün qalan hissəsinin dayandırıldığı vaxtdan tam məbləğdə ödənilməsi öhdəliyi DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar