Məhkəmə qərarları › İş №2-1(112)-1869/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1869/2024

01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1869/2024 01.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 1 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2012-ci il tarixdən 3.07.2023-cü il tarixədək Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətində xidmət etmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 3 iyul 2023-cü il tarixli 1171/ş №-li əmrinə əsasən intizam qaydalarını kobud şəkildə pozduğuna görə Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi daxili xidmət leytenantı İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir (Əsas: X10 Xidməti rəisinin 20 aprel 2023-cü il tarixli 3-18-4/2-1087/23 nömrəli məktubu, X9 edilməsi və daxili təhlükəsizlik Baş idarəsi rəisinin 13 iyun 2023-cü il tarixli 3- 18/3-16-1449/2023 nömrəli təqriri). İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan FHN-nin 1171/ş nömrəli xx.xx.2023-cü il tarixli əmrini ləğv edərək, işə bərpa edilməsi, qərar icra edilən dövrə qədər məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci ildən Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətində həqiqi hərbi xidmətə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdən Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi bütün dövrlərdə ona həvalə edilən tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni edərək, qüsursuz xidmət göstərmişdir. 2023-cü ilin mart ayında X9 edilməsi və daxili təhqiqat baş idarəsi tərəfindən X10 Xidmətinin Suraxanı rayonu X5 rəisi Vüqar İsmayılov barəsində olan şikayətləri aydınlaşdırmaq üçün araşdırılma aparılmışdır. Araşdırma nəticəsində onun barəsində əsassız qərar qəbul edilərək. FHN-nin 1171\ş nömrəli xx.xx.2023-cü il tarixli əmrlə fövqəladə hallar orqanlarından xaric edilmişdir. Əmrdə intizam qaydalarını kobud şəkildə pozmağı səbəb göstərilmişdir. Əsas olaraq X10 Xidməti rəisinin xx.xx.2023-cü il tarixli 3-18-4\2-1087\23 nömrəli məktubu. X9 edilməsi və daxili təhqiqat baş idarəsi rəisinin xx.xx.2023-cü il tarixli 3-18\3-16-1449\2023 nömrəli təqriri göstərilmişdir. Həmin məktubun və təqririn məzmunu ilə tanış edilməmişdir. Barəsində olan intizam tənbehinin tətbiq edilməsi haqqında FHN-nin 1171\ş nömrəli xx.xx.2023-cü il tarixli əmrinin təsviri hissəsində intizam qaydalarını pozduğuna dair bir neçə hal göstərilmişdir. Həmin halların heç biri baş verməmişdir. İlk olaraq qeyd olunur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq şəxsi avtomobilini Suraxanı rayonu Dövlət X5 inzibati binasının ərazisində hissənin təlim-məşq bazasında və deponun giriş qapısının yaxınlığında saxlamış və qrupun digər əməkdaşlarına da şəxsi avtomobillərini hissənin ərazisində saxlamaları üçün şərait yaratmış, hissənin əməkdaşları tərəfindən idman dərslərinin keçirilməsinə, yanğın xilasetmə hazırlığının keçirilməsi zamanı isə hissənin yanğınsöndürən avtomobillərinin giriş-çıxışına və hərəkətinə mane olmuşdur. Qeyd etmək istəyir ki, ümumiyyətlə ona məxsus olan heç bir avtomobil qeyd edilən ərazilərdə saxlanılmamışdır. Dövlət X5 inzibati binasının ərazisi video-kamera ilə müşahidə olunur, həmin ərazidə olan videogörüntülərdə olan avtomobillərin heç biri ona aid deyil. xx.xx.2023-cü il tarixdə X10 Xidmətinin Suraxanı rayon DYMH-nin rəisi daxili xidmət polkovniki Vüqar İsmayılova qarşı qeyri-etik ifadələr işlətmiş olduğu qeyd olunur, lakin hissə əməkdaşları da təsdiq edə bilər ki belə hal baş verməmişdir. O, belə bir məlumatın yalnız qərəzli təqdim edilməsi qənaətindədir. xx.xx.2023-cü il tarixdə saat 10:35-də xidmət yerini özbaşına tərk etmiş və 2 saat sonra xidmət yerinə qayıtdığı zaman Xüsusi riskli xilasetmə xidmətinin çevik xilasetmə idarəsinin xilasetmə dəstəsinin xilasetmə qrupunda Nazilriyin aparatının əməkdaşları tərəfindən aşkar olunmuş nöqsanların rəsmiləşdirilməsinə maneçilik törətmiş olduğu isə tamamilə həqiqətdən uzaqdır. Belə ki. həmin vaxt çatmayan ləvazimatları götürmək məqsədilə Çevik xilasetmə idarəsinə gedirdi. Yolda olan zaman tabeçiliyində olan bölmənin rəisi zəng edərək Daxili təhqiqatdan yoxlama üçün gəldiklərini və geri qayıtmağını tələb etdiklərini bildirdi. Ona görə də geri qayıtdı. Qeyd etmək zəruridir ki, çatışmayan ləvazimatları götürmək üçün getdikdə qaydaya uyğun olaraq İdarənin növbətçi hissəsinə zəng edir və həmin gün də eyni qaydada hərəkət etmişdir. Aşkar olunmuş nöqsanların rəsmiləşdirilməsinə maneçilik törətməyi isə ümumiyyətlə mümkünsüzdür. Həmişə olduğu kimi ondan tələb olunan qaydalara uyğun davranmışdır. Cavabdehnə məxsus olmayan geyim formasından istifadə etməklə xidmətə çıxmağı isə heç bir halda baş verməmişdir. Onlara təqdim edilən geyim forması 2 ildir ki ,istifadə olunduğuna görə rəngi solmuşdur. Lakin geyim formasının tələblərinə həmişə əməl etmişdir. Cavabdeh FHN-nə müraciət edərək, barəsində olan FHN-nin 1171\ş nömrəli xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilərək, işə bərpa edilməyi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Lakin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona yalnız əmrin surəti təqdim edilmişdir və məktubda Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında ARQ-nun 10.0.1-ci. 10.0.3-cü, 10.0.10-cu, 10.0.11-ci maddələrinin və AR Prezidentinin xx.xx.2007-ci il tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR FHN-nin hərbi qulluqçularının və hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin tələblərini kobud şəkildə pozduğuna görə 1171/ş nömrəli xx.xx.2023-cü il tarixli əmrlə xidmətkeçməyinə xitam verildiyi qeyd edilmişdir. Qeyd etmək zəruridir ki, tərəfindən Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında ARQ-nu və AR Prezidentinin xx.xx.2007-ci il tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR FHN-nin hərbi qulluqçularının və hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin tələblərini pozan hərəkətlərə yol verilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 14 aprel 2023-cü il tarixdən 19 aprel 2023cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq idarə etdiyi Hyundai Santafe markalı, ağ rəngli **-SC-*** nömrəli avtomobili Suraxanı rayon Dövlət X5 inzibati binasının ərazisində hissənin təlim-məşq bazasında və deponun giriş qapısının yaxınlığında saxlamış, qrupun digər əməkdaşlarına da şəxsi avtomobillərini hissənin ərazisində saxlamaları üçün şərait yaratmış, hissənin əməkdaşları tərəfindən idman dərslərinin keçirilməsinə, yanğın-xilasetmə hazırlığının keçirilməsi zamanı isə hissənin yanğınsöndürən avtomobillərinin giriş-çıxışına və hərəkətinə mane olmuşdur. Həmçinin 13 aprel 2023-cü il tarixdə hissənin rəisi daxili xidmət polkovniki Vüqar İsmayılova qarşı qeyrietik ifadələr işlətmişdir. Nazirliyin Aparatının əməkdaşları tərəfindən Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun Suraxanı rayonu ərazisində yerləşən inzibati binasında nəzarət tədbirləri çərçivəsində 27 aprel 2023-cü il tarixdə hissədə yoxlama zamanı İddiaçı xidmət yerini özbaşına tərk etmiş olduğu müəyyən edilmişdir. Bir neçə saat sonra xidmət yerinə gəlmiş İddiaçı Nazirliyin Aparatının əməkdaşlarına nöqsanların rəsmiləşdirilməsinə maneçilik törətmişdir. Həmçinin xidmət yerinə gələrkən İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 avqust tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin tələblərinə zidd geyim formasında olmuşdur. Heç bir üzürlü səbəb olmadan 13 mart, 22 mart və 1 aprel tarixlərində xidmətə çıxmadığı üçün İddiaçı barəsində 17 may 2023-cü il tarixdə Cavabdeh 0820/ş nömrəli Əmri ilə şiddətli töhmət, fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən hərəkətlərə yol verdiyi və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 10.0.3-cü maddəsinin tələblərini pozduğu üçün 26 may 2023-cü il tarixdə Cavabdeh 0921/ş nömrəli Əmri ilə töhmət intizam tənbehi tətbiq edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndələri və vəkilləri iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı nümayəndələri və vəkililərinin izahatlarını müdafiə etdiyini, əlavəsinin olmadığını bildirdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia növü ilə bağlı işlər üzrə qanunvericilik vətəndaşa inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması ilə bağlı, eləcə də işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və s. barədə müraciət etmək hüququ vermişdir ki, bu tələbə inzibati aktın mübahisələndirilməsi zamanı baxılması mümkündür. Eyni zamanda, prosessual qənaət prinsipləri baxımından da həmin formada tələbin qoyulması məqsədəuyğundur. İddiaçı 3.07.2023-cü il tarixli əmrin mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə riayət etmişdir. Tətbiq edilən hüquq: “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun preambulasına əsasən Bu Qanun fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Qanunun: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. ... Maddə 10. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 10.0.1. qanunvericiliyin tələblərinə riayət etməyə; 10.0.2. fövqəladə hallar orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməyə; 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə; ... 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; 10.0.11. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməyə. 31.1-ci maddəsinə əsasən, fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. məzəmmət (irad); 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə; 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə. 31.5-ci maddəsinə əsasən, bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 33.1 və 33.1.12-ci maddələrinə əsasən, fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə fövqəladə hallar orqanlarından xaric edildikdə xitam verilir; İş materiallarında olan: Xidməti yoxlamalar şöbəsinin baş zabiti mayor Fərhad Abbas tərəfindən “Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin, Xilasetmə dəstəsinin, Xilasetmə qrupunun rəisi daxili xidmət leytenantı İddiaçı xx.xx.2023-cü il tarixdə izahat verməkdən imtina etməsi barədə Arayışa əsasən Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin, Xilasetmə dəstəsinin, Xilasetmə qrupunun rəisi daxili xidmət leytenantı İddiaçı və həmin qrupun xilasedicilərinin günün nizam qaydalarını mütəmadi şəkildə pozmaqla xidmət yerlərini özbaşına tərk etmələri barədə daxili olmuş məlumat əsasında X9 edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Daxili nəzarət İdarəsinin Hərbi qulluqçularla iş şöbəsinin rəisi polkovnik Tural Əliyev və həmin şöbənin rəis müavini polkovnik-leytenant Elnur Orucov tərəfindən xx.xx.2023-cü il tarixdə Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin, Xilasetmə dəstəsinin, Xilasetmə qrupunda (Çevik 21) yoxlama keçirilmişdir. Araşdırma ilə əlaqədar olaraq, izahatının alınması üçün 10 may 2023-cü il tarixdə qrup rəisi d/x leytenantı İddiaçı nazirliyə dəvət olunmuş, saat 11:55 radələrindən 12:55 radələrinə kimi nazirliyin Fövqəladə hallarında xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsində olmuş, şifahi qaydada xx.xx.2023cü il tarixdə yoxlama zamanı xidmət yerində olmadığını qrup rəisi olduğu üçün bu barədə məruzə etməli olmadığını, X9 edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Daxili nəzarət İdarəsinin Hərbi qulluqçularla iş şöbəsinin rəisi polkovnik Tural Əliyev və həmin şöbənin rəis müavini polkovnik-leytenant Elnur Orucov xilasedicilərin otağına xilasediciləri tərtib olunmuş aktla tanış etmək istəyərkən onların işinə müdaxilə etdiyini, Gülnarə Əliyevaya səhra geyim formasını geyinməyə göstəriş verdiyini bildirmiş, lakin yazılı izahat verməkdən imtina etmişdir. X9 edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Hərbi qulluqçularla iş şöbəsinin rəis müavini polkovnik-leytenant Elnur Orucov tərəfindən verilmiş Arayışa əsasən Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Xilasetmə Dəstəsinin Suraxanı Xilasetmə postunun qrup rəisi daxili xidmət leytenantı İddiaçı və həmin qrupun xilasedicilərinin günün nizam qaydalarını mütəmadi şəkildə pozmaqla xidmət yerlərinin özbaşına tərk etmələri barədə daxil olmuş məlumat əsasında X9 edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin Daxili Nəzarət müavini polkovnik-leytenant Elnur Orucov tərəfindən 27 aprel 2023-cü il tarixində Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Xilasetmə Dəstəsinin Suraxanı postunda (Çevik 21) yoxlama keçirilmişdir. Yoxlama zamanı postun xidmətdə olan şəxsi heyətinin say tərkibi yoxlanılarkən qrup rəisi daxili xidmət leytenantı İddiaçı, qrupun motosikletçi-xilasedici daxili xidmət çavuşu Əhliman Qəhrəmanovun və qrupun xilasedicisi Gülnarə Əliyevanın xidmət yerində olmadıqları məlum olmuşdur. Eyni zamanda qrupun rəisi daxili xidmət leytenantı İddiaçı, qrupun bölmə rəisi daxili xidmət giziri Ruslan Əsgərovun və qrupun xilasedicisi Gülnarə Əliyevanın mövcud nizamnamələrin tələblərinə uyğun olmayan hərbi geyim formasında olduqları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cavabdeh 0820/ş №-li, 17 may 2023-cü il tarixli əmrdən çıxarışa əsasən Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi, daxili xidmət leytenantı İddiaçı 13 mart, 22 mart və 1 aprel 2023-cü il tarixlərində üzrlü səbəb olmadan sutkalıq naryada çıxmamış, bununla da o, Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.2-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozulmuşdur.Göstərilənləri nəzərə alaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi, daxili xidmət leytenantı İddiaçı şiddətli töhmət verilməsi əmr edilmişdir (Əsas: Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin 12 aprel 2023-cü il tarixli 3-18-16/2-386/2023 nömrəli məktubu və X9 edilməsi və daxili təhlükəsizlik Baş idarəsi rəisinin 12 may 2023-cü il tarixli 3-18/3-16-1124/2023 nömrəli təqriri). Azərbaycan Respublikasının Cavabdeh 0921/Ş №-li, 26 may 2023-cü il tarixli əmrdən çıxarışa əsasən Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Suraxanı xilasetmə postunun qrup rəisi daxili xidmət leytenantı İddiaçı Nazirliyin Böhran X1 112 Çevik Reaksiya İdarəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin rəisi daxili xidmət mayoru Bəxtiyar Qurbanov barəsində həqiqətə uyğun olmayan məlumatlar vermiş, həmin məlumatların araşdırılması zəruri olduğundan B.Qurbanovun və idarənin digər əməkdaşlarının xidməti vəzifələrinin icrasından ayrılmalarına səbəb olmuş və fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən hərəkətlərə yol vermiş, bununla da, o Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3.-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1.2-ci maddəsinə uyğun olaraq və “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin, Xilasetmə dəstəsinin, Suraxanı xilasetmə postunun qrup rəisi, daxili xidmət leytetantı İddiaçı töhmət verilməsi əmr edilmişdir (Əsas: X9 edilməsi və daxili təhlükəsizlik Baş İdarəsi rəisinin 24 may 2023-cü il tarixli 3-18/3-16-1239/23 nömrəli təqriri. Çevik xilasetmə idarəsinin rəisi, daxili xidmət mayoru Bəxtiyar Qurbanov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Xidməti Xasiyyətnamədə qeyd edilmişdir ki, Daxili xidmət leytenantı İddiaçı 17 dekabr 2021-ci il tarixindən Azərbaycan Respublikası Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi vəzifəsində xidmət edir. Tutduğu vəzifənin öhdəsindən gələ bilməmiş, bilik və bacarıqlarını, peşəkarlıq səviyyəsini artırmaq üçün öz üzərində çalışmamış, verilən əmr və tapşırıqların vaxtlı-vaxtında yerinə yetirilməsinə səy göstərməmiş, özünə qarşı tələbkar olmamış, zəif iradəli və dözümsüzdür. Dəfələrlə günün nizam-intizam qaydalarını pozmuşdur. Rəhbərlik tərəfindən verilən əmr və tapşırıqların icrasına laqeydlik göstərmişdir. Xidmətində yol verdiyi nöqsanlara görə rəhbərlik tərəfindən onunla mütəmadi olaraq söhbətlər aparılmasına baxmayaraq tutulan iradlardan nəticə çıxarmamış, xidmətə münasibətində heç bir dönüş yaratmamışdır. İş materiallarına həmçinin X9 edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin baş zabiti mayor X12 tərəfindən alınmış izahatlar və Nazirliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar əlavə edilmişdir. İş üzrə məhkəmə tərəfindən hər iki tərəfin vəsatəti əsasında şahidlər dindirilmişdir. Belə ki, 9 fevral 2024-cü il tarixdə X16 şahid qismində ifadə verərək bildirmişdir ki, o, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Bölmə rəisidir. 2 ay orada işləmiş, iddiaçı onun komandiri olmuşdur. Sutkalıq iş rejimi olub-1 gün işdə 2 gün evdə olmuşdur. Postda olmamışlar. İddiaçı ilə səhər 9-dan axşam 5-ə kimi işdə olmuşlar, iddiaçının növbədə olduğunu görməmişdir. X6 şahid qismində ifadə verərək bildirmişdir ki, o, Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin xilasedici mütəxəssis vəzifəsində işləyir. 17 ildir Azərbaycan Respublikasının Cavabdehndə işləyir, amma həmin postda 4-5 ildir işləyir Şəxsi maşınını idarənin həyətində saxlamasına şahid olmuşdur. Geyim formasını pozması barədə məlumatı yoxdur. Hərbçilər hansı formanı geyinməlidir məlumatı yoxdur. Yanğından mühafizə idarəsinin rəisi ilə aralarında münaqişə var idi. Amma kim kimə nə deyirdi, münaqişə nədən ibarət idi məlumatı yoxdur. Qadın olaraq həmişə otaqda otururdu, çölə çıxmırdı. Daxili təhqiqat idarəsi ora gələndə o, orada olmamışdır. Alimentlə bağlı məhkəməsi olduğuna görə təqir götürüb getmişdir. Sonra ona zəng vurdular bildirdilər ki, təhqiqat gəlib, o, geri qayıtdı. Onlar ondan işdə olmamağı ilə bağlı izahat aldılar. Toğrul izahat verməyinə etiraz edirdi. X4 şahid qismində ifadə verərək bildirmişdir ki, geyim forması barədə məlumatı yoxdur. İddiaçının orada maşın saxlamasına şahid olmuşdur. Orada söz-söhbətin olmasını ağızdan ağıza eşitmiş, amma görməmişdir. İddiaçı onun komandiri olub. O səhər saat 9dan 5-ə kimi orda olurdu. Onlar sutkalıq işə çıxırdılar, 1 gün işdə iki gün evdə. İddiaçının sutkalıq növbədə olmasını görməmişdir. İddiaçı Tapdıq oğlu şahid qismində ifadə verərək bildirmişdir ki, o, Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsində dəstə rəisi vəzifəsində 2007-ci ildən işləyir. Sutkalıq işləyir. O, orada çox olmur. 3 post üzrə rəisdir. Yanğından mühafizə idarəsinin rəisi ilə mübahisəsi olub. İddiaçının barəsində ona şikayət olub. Barəsində araşdırma aparmamışdır. Onun sözünə bəzən baxırdı, bəzən baxmırdı. Bir postda işçilər xəstələnəndə Toğrula deyirdi ki, Suraxanı postundan 1 nəfər getsin digər posta, lakin Toğrul buna icazə vermirdi. Bu da rəhbər kimi onun imicinə təsir göstərirdi.. Harasa gedəndə növbətçi hissədən icazə alınmalıdır. X17 şahid qismində ifadə verərək bildirmişdir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsində işləyir. Eyni vəzifədə olduqlarına görə ona qiymət vermək səlahiyyətində deyil. Toğrulun sonradan ona və rəhbərliyə qarşı bəzi aqressiv hərəkətləri olub. Çevik xilasetmə idarəsinin rəisi Bəxtiyar Qurbanovla aralarında mübahisə olub, nalayiq davranışlar edib. Vəzifəsinə uyğun olmayan sözlər işlədib. Hadisə idarə rəisinin otağında olub. Toğrul ona sizi məhkəmələrdə süründürəcəm deyirdi. X13 şahid qismində ifadə verərək bildirmişdir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsi Suraxanı yanğın mühafizəsində işləyir. Komandir olduğuna görə maşını içəridə saxlayırdı. Rəisin icazəsi vardı. Xilasetmənin işçilərinin maşınlarını içəridə saxladığına görə aralarında mübahisə olmuşdu. Postda meydançanın ortasında olmuşdur. 1 gün işdə, 2 evdə olurlar. Xilasetmənin rəisi soruşdu bu maşınlar kimindi, kim icazə verib içəri salmağa?. Toğrulun olduğunu demişdir. Sonra dalaşdıqlarını eşitmişdir. Rəisə “tülkü kimi baxma” deyirdi. X14 şahid qismində ifadə verərək bildirmişdir ki, Suraxanı rayonu Yanğından mühafizə idarəsində işləyir. Bir binada işləyirlər, amma ayrı qurumlardır. Bir gün növbəni təhvil alırdılar, səs-küy eşitdilər. Rəislə dalaşırdı. əslində icazə yoxdu İddiaçı da işçiləri də maşını həyətdə saxlayırdı. Yalnız rəis heyətinin xidməti maşını içəri daxil ola bilərdi. Başqa maşınlar hissəyə nəsə gətirdiyi halda daxil olurdu. Maşınların içəri buraxılmasına o, şərati yaradırdı əgər hissə rəisi icazə verirdisə. Gün ərzində ancaq 2-3 maşın daxil ola bilərdi. Şəkildəki maşınlar şəxsi maşınlardır. X18 şahid qismində ifadə verərək bildirmişdir ki, Daxili Təhlükəsizlik Baş idarəsinin Daxili Nəzarət idarəsinin hərbi qululuqçular şöbəsinin rəisidir. Daxili Təhlükəsizliyin baş İdarəsi tərəfindən ona ora getməyi tövsiyə olundu. Gedib yerində araşdırdılar. Baxmışlar ki, Toğrul orada yoxdur. Xidmət saatında orada olmayıb. İzahatı onun müavini alıb. Digər işçilarin izahatı alınan zaman da maneəçilik yaradıb. Araşdırmaya rəhbərliyi o, etməmişdir. Sıra düzülüşü etdilər, baxdılar ki, Toğrul orada yoxdu. Akt tərtib elədilər. Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı xx.xx.2012-ci il tarixdən 3.07.2023cü il tarixədək Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətində xidmət etmiş, 3 iyul 2023-cü il tarixli 1171/ş №-li əmrə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. İddiaçı hazırda həmin əmri mübahisələndirir. Hazırkı iddianın növü mübahisələndirmə haqqında iddiadır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının fövqəladə hallar orqanlarından xaric edilməsi barədə əmri qəbul etmiş cavabdeh həmin əmrin əqbul edilməsini zəruri edən faktiiki şərtləri sübut etməlidir. Yəni sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdehin əmrindən müəyyən edilir ki, əmrin verilməsinə əsas, X10 Xidməti rəisinin 20 aprel 2023-cü il tarixli 3-18-4/2-1087/23 nömrəli məktubu, X9 edilməsi və daxili təhlükəsizlik Baş idarəsi rəisinin 13 iyun 2023-cü il tarixli 3-18/3-16-1449/2023 nömrəli təqriri olmuşdur. İş materiallarından müəyyən edilir ki, cavabdeh həmin əmrin verilməsi üçün aşağıdakı faktiki və hüquqi əsaslara istinad etmişdir: 1) iddiaçı idarə etdiyi “Hyundai Santafe” markalı, **-SC-*** nömrəli avtomobili Suraxanı rayon Dövlət X5 inzibati binasının ərazisində hissənin təlim-məşq bazasında və deponun giriş qapısının yaxınlığında saxlamış, qrupun digər əməkdaşlarına da şəxsi avtomobillərini hissənin ərazisində saxlamaları üçün şərait yaratmış, hissənin əməkdaşları tərəfindən idman dərslərinin keçirilməsinə, yanğın-xilasetmə hazırlığının keçirilməsi zamanı isə hissənin yanğınsöndürən avtomobillərinin giriş-çıxışına və hərəkətinə mane olmuşdur; 2) 13 aprel 2023-cü il tarixdə hissənin rəisi daxili xidmət polkovniki Vüqar İsmayılova qarşı qeyri-etik ifadələr işlətmişdir; 3) Nazirliyin Aparatının əməkdaşları tərəfindən Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun Suraxanı rayonu ərazisində yerləşən inzibati binasında nəzarət tədbirləri çərçivəsində 27 aprel 2023-cü il tarixdə hissədə yoxlama zamanı xidmət yerini özbaşına tərk etmişdir; 4) Xidmət yerinə gəlmiş iddiaçı Nazirliyin Aparatının əməkdaşlarına nöqsanların rəsmiləşdirilməsinə maneçilik törətmişdir. 5) İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 avqust tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin tələblərinə zidd geyim formasında olmuşdur. 6) Heç bir üzürlü səbəb olmadan 13 mart, 22 mart və 1 aprel tarixlərində xidmətə çıxmadığı üçün iddiaçı barəsində 17 may 2023-cü il tarixdə Cavabdeh 0820/ş nömrəli Əmri ilə şiddətli töhmət, fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən hərəkətlərə yol verdiyi və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 10.0.3-cü maddəsinin tələblərini pozduğu üçün 26 may 2023-cü il tarixdə Cavabdeh 0921/ş nömrəli Əmri ilə töhmət intizam tənbehi tətbiq edilmişdir. Yuxarıda istinad edilən normanın tələbində qeyd edilən halları sübut etmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə qeyd edir ki, istinad edilən hallar, cavabdeh orqanın apardığı inzibati icraat materialları, eləcə də məhkəmə araşdırması zamanı əldə edilən sübutlar, dindirilmiş şahid ifadələri nəticəsində sübuta yetirilmişdir. 1) iddiaçının şəxsi avtomobilini Suraxanı rayon Dövlət X5 inzibati binasının ərazisində saxlaması barədə; Qeyd edilən hal işdə olan fotoşəkillər, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş video materialla sübut olunur. İddiaçı iddia ərizəsində ümumiyyətlə bu halı inkar etmiş, belə bir halın baş verməməsini qeyd etmişdir. Lakin tərəflərin iştirakı ilə cavabdehin təqdim etdiyi video materiala baxış keçirilərkən iddiaçının idarə etdiyi “Hyundai Santafe” markalı, ağ rəngli **-SC-*** nömrəli avtomobilin idarənin həyətində, həmçinin yanğın maşınının çıxma zolağının qarşısında saxladığı müəyyən edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq iddiaçı həmin maşının ona məxsus olmasını etiraf etmişdir. Həmçinin videomateriala baxış zamanı iddiaçı məhkəmədə yanlış təəssürat yaradaraq həmin hissədən (deponun zolaqlarla işarələnmiş qarşısından) yanğınsönürmə maşının olmadığını, orada heç bir maşının çıxmadığını bildirmişdir. Lakin materiala baxdıqdan sonra iddiaçının iş üzrə tərəflərə və məhkəməyə təhrif edilmiş məlumat verməyə cəhd etməsi öz təsdiqini tapmışdır. İşin bu halı həmçinin şahid ifadələri ilə, o cümlədən iddiaçının vəsatət əsasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. İddiaçı tərəf bununla bağlı bildirmişlər ki, İdarənin həyətində təkcə iddiaçının deyil, digər şəxslərin də avtomobilləri olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddianın predmeti iddiaçının fövqəladə hallar orqanlarında xaric edilməsi barədə əmrin ləğv edilməsi təşkil edir. Məhkəmənin hazırkı mübahisə çərçivəsində digər əməkdaşların hərəktlərinə hüquqi qiymət vermək kimi bir səlahiyyəti yoxdur və hazırkı araşdırmanın predmetini təşkil etmir. 2) 13 aprel 2023-cü il tarixdə hissənin rəisi daxili xidmət polkovniki Vüqar İsmayılova qarşı qeyri-etik ifadələr işlətməsi barədə; İddiaçı iddia ərizəsində bu halı da inkar etmişdir. Lakin işdə olan sübutlar əsasında iddiaçının eyni inzibati binada yerləşən X5 rəisi V.İsmayılovla mübahisələrinin olması müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan izahatlar, tərtib edilmiş aktlardan və məhkəmə iclasında dinirilmiş şahid X8 ifadəsindən müəyyən edilir ki, iddiaçı V.İsmayılova “pəncərədən nə baxırsan tülkü kimi, gəl aşağı söhbət edək” ifadəsini işlətmişdir. İddiaçı bildirir ki, aralarında olan mübahisəyə səbəb, V.İsmayılovun Qarabağ müharibəsi iştirakçısına öz şəxsi avtomobillərini yudurtması, bir zabit kimi bunu qəbul edə bilməməsini göstərmişdir. Göründüyü kimi, iddiaçının özünün izahatı ilə də, onun V.İsmayılovla mübahisəsinin olması müəyyən edilir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş izahatları, tərtib edilmiş aktları və şahid ifadələrini birlikdə qiymət verərək həmin halın da öz təsdiqini tapması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 10.0.10-cu bəndinə görə, etik davranış və intizam qaydalarına əməl etmək fövqəladə hallar orqanları əməkdaşlarının vəzifəsidir. 3) Nazirliyin Aparatının əməkdaşları tərəfindən Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun Suraxanı rayonu ərazisində yerləşən inzibati binasında nəzarət tədbirləri çərçivəsində 27 aprel 2023-cü il tarixdə hissədə yoxlama zamanı xidmət yerini özbaşına tərk etməsi barədə; İddiaçı həmin gün xidmət yerində olmadığını inkar etmir. İddia ərizəsində və məhkəmənin əvvəlki iclaslarında verdiyi izahatında bildirmişdir ki, çatışmayan ləvazimatları götürmək üçün getmiş və qaydaya uyğun olaraq İdarənin növbətçi hissəsinə zəng edib icazə almışdır. Cavabdehin təqdim etdiyi inzibati icraat materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli izahatında baş idarəyə gedərkən yuxarı komandanlıqdan icazə aldığını bildirmiş, yuxarı komandanlığın kim olması sualına isə, Döyüş hazırlığının rəisi Mustafa Rəcəbova məlumat verdiyini bildirmişdir. Lakin məhkəməyə təqdim edilmiş XRXX-nin Döyüş və Xüsusi hazırlıq İdarəsinin rəisi X7 izahatından müəyyən edilir ki, sonuncu bu barədə məlumatının olmadığını, heç kimə icazə vermədiyini bildirmişdir. 4) Xidmət yerinə gəlmiş iddiaçının Nazirliyin Aparatının əməkdaşlarına nöqsanların rəsmiləşdirilməsinə maneçilik törətməsi barədə; Qeyd edilən halın təsdiqi digər sübutlarla (aktlar, izahatlar, şahid ifadələri) yanaşı məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsi ilə öz təsdiqini tapır. Belə ki, şahid G.Əliyeva bildirmişdir ki, “...sonra ona zəng vurdular bildirdilər ki, təhqiqat gəlib, o, geri qayıtdı. Onlar ondan işdə olmamağı ilə bağlı izahat aldılar. Toğrul izahat verməyinə etiraz edirdi”. Göründüyü kimi, iddiaçı G.Əliyevanın izahat verməsinə etiraz etməsi və nəticədə Nazirliyin Aparatının əməkdaşlarına nöqsanların rəsmiləşdirilməsinə maneçilik törətməsi sübuta yetirilir. 5) İddiaçının Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 avqust tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin tələblərinə zidd geyim formasında olması barədə; Qeyd edilən hal, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yay və qış səhra geyim formalarının əksi olan şəkillərdən, həmçinin iddiaçının geyim formasında olan fotoşəkillərindən müəyyən edilir. İddiaçı iddia ərizəsində bununla bağlı bildirmişdir ki, onlara təqdim edilən geyim forması 2 ildir istifadə olunduğuna görə rəngi solmuşdur. Lakin cavabdeh tərəfindən təqdim edilmiş Paylama Cədvəllərindən müəyyən edilir ki, iddiaçı həmin cədvələ imza edərək geyim formasını təhvil almışdır. İddiaçı tərəf digər əməkdaşların da həmin formada olmasına dair fotoşəkillər təqdim etmişdir. Məhkəmə təkrar olaraq qeyd edir ki, hazrıkı mübahisənin predmetini iddiaçı barəsində olan əmrin qanuniliyinin yoxlanılması təşkil edir. 6) Heç bir üzrlü səbəb olmadan 13 mart, 22 mart və 1 aprel tarixlərində xidmətə çıxmaması barədə; Qeyd edilən hal məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə təsdini tapmışdır. Həmçinin iddiaçı da bu halı inkar etmir. Cavabdeh tərəfindən təqdim edilmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin xx.xx.2022-ci il tarixli, 297 № li “2023-cü tədris ilində Xüsusi Riskli Xilasetmə Xidmətinin döyüş hazırlığının və gündəlik fəaliyyətinin təşkili haqqında” əmr hazırlanmışdır. Həmçinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 095 № li, “2023-cü tədris ilində Çevik Xilasetmə İdarəsinin döyüş hazırlığının və gündəlik fəaliyyətinin təşkili haqqında” əmr hazırlanmışdır. Həmin əmrə əlavə edilmiş siyahının 2-ci bəndində (İdarə üzrə növbətçilər – idarənin qrup rəisləri) 7-ci bölməsində iddiaçının adı qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirə bilmişdir. İddiaçının iddia ərizəsində və məhkəmə iclaslarında verdiyi ziddiyyətli ifadələrlə tələbinin faktiki əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmır. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, X2 və X3 imzaladıqları yazılı ərizələrdə qeyd edilənlərlə, məhkəmə iclasında şahid qismində dindirildikləri zaman verilmiş ifadələr arasında ziddiyyətə qiymət verərək hesab edir ki, həmin şəxslərin məhkəmə iclasında verdikləri ifadələr daha mötəbər sübut hesab edilməlidir. Belə ki, hər iki şahidə məhkəmə tərəfindən bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və iltizama qol çəkdirilmişdir. Hər iki şəxsin vaxtı ilə iddiaçının tabeçiliyində çalışmış şəxslər olmasını nəzərə alaraq qeyd edilən ərizələrin də iddiaçının mənafeyinə uyğun yazılması istisna edilmir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə xidmətlə bir araya sığmayan hərəkətlərə, fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməyə görə tətbiq edilə bilər. Məhkəmə araşdırması zamanı cavabdehin təqdim etdiyi xidməti araşdırma materialları sözügedən əmrin verilməsinə əsas olan, iddiaçının xidmətlə bir araya sığmayan hərəkətlərə yol verməsi müəyyən edilmiş və bunun nəticəsi olaraq da fövqəladə hallar orqanlarında xidmətdən xaric edilmişdir. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmri qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından mübahisələndirlən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar