Məhkəmə qərarları › İş №2-1(112)-1869/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1869/2025

07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1869/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2,üçüncü şəxslər X4, X1 və onların nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı idia qaldıraraq ünvan 1 ünvanda mənzil kimi qeyd evin fərdi yaşayış evinə keçirilərək yerləşdiyi torpaq sahəsi ilə birlikdə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə X5, X6 və X7 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda olan mənzilin fərdi yaşayış evinə keçirilərək yerləşdiyi torpaq sahəsi ilə birlikdə üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsin ərizə ilə müraciət etmiş, xx.xx.2024-cu il tarixli məktub ilə müraciətinin həllindən imtina edilmişdir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi səhvən Dövlət mənzil fonduna aid olduğu qeyd edilmişdir. Halbuki, yaşadığı ev ilkin olaraq özbaşına tikili olmuş və Ermənistan Respublikasından qaçqın düşmüş vətəndaşın adına müvafiq qaydada sənədləşdirilmiş, daha sonra isə alqı -satqı yolu ilə iddiaçının mülkiyyətinə keçmişdir. Yaşadığı ev mənzil fonduna aid olmuş olsaydı həmin evin ilkin arxiv sənədlərində mənzilin orderi və yaxud mənzilə köçürmə barədə müvafiq İcra hakimiyyəti orqanın sərəncamı və ya qərarı olardı. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Mənzilin fərdi yaşayış evinə keçirilərək torpaq sahəsi ilə birlikdə üzərindəki hüquqların qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər iddiaya dair etiraz təqdim edərək bildirmişlər ki, 1988-ci ildən Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndindən 11 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə qaçqın düşmüşlər və Bakı şəhərinə gəlib Nərimanov rayonu ərazisində Daş karxanası 329 ünvanında məskunlaşmışlar. Həmin ünvanda yerləşən məskunlaşdıqları 57 kv.m evi Bakı ermənisi Rafiq Qalustukyandan alqı-satqı müqaviləsi ilə almışlar. Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası 329 ünvanında məskunlaşdıqları 57 kv.m ev 2 otaqlı mənzildən, dəhlizdən və mətbəxdən ibarət idi. Giriş qapısının qarşısında taxtadan düzəldilmiş kiçik sanitar qoşşağı var idi. Ailə üzvləri 11 nəfərdən ibarət olduğuna görə 57 kv.m evə və dəhlizə yerləşmirdilər. Ona görə də, 57 kv.m evin qonşuluğunda olan boş torpaq sahəsi üzərində təcili olaraq X2 13,7 kv.m, 14,3 kv.m, 16 kv.m və 20 kv.m sahələri olan 4 ədəd kiçik otaqlar, hamam, mətbəx və sanitar qovşağı tikmişdir. Lakin Bakı şəhərində məskunlaşdıqları zaman Nərimanov rayonu, Daş karxanası 329 ünvanında təkcə 57 kv.m sahəsi olan 2 otaqdan və dəhlizdən ibarət olan mənzilin çıxarışı var idi. Həmin mənzilin qonşuluğunda olan boş torpağın isə heç bir rəsmi sənədi yox idi. Boş torpaqda tikilən və yaşadıqları 4 ədəd ayrı-ayrı kiçik otaqların isə heç bir rəsmi sənədi yoxdur. 2016-cı ildə X3 ailə üzvlərinin heç birinin xəbəri olmadan razılığı barədə saxta etibarnamələr və ərizələr düzəldərək 57 kv.m sahəsi olan çıxarışlı mənzili 28000 (iyirmi səkkiz min) manat pula əvvəlcə girov qoymuş və sonra pulu qaytara bilmədiyinə görə mənzili alqı-satqı müqaviləsi ilə satmışdır. Beləliklə saxta yollarla qeydiyyatdan çıxarmışlar. Həmin faktla əlaqədar Nərimanov rayon Polis İdarəsinin Pasport və Qeydiyyat Şöbəsinin operatoru X8 məhkəmənin hökmü ilə 5 il, 6 ay azadlıqdan məhrum edilmişdir. X3 da hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Satılmış 57 kv.m mənzilin hazırki sahibi İddiaçı isə heç bir əsası olmadan məhkəməyə iddia ərizəsi vermiş, yaşadıqları torpaq sahəsindən və otaqlardan çıxarmağa çalışır.

II. İddianın növü və mümkünlüyü

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun, Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İV. Məhkəmənin mövqeyi 6.Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi hissəsində iddiası mümkünlük şərtlərinə cavab vermir.

7. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 10.1-ci bəndinə əsasən, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. 10.İddia ərizəsindən göründüyü kimi iddiaçının iddiası iki tələbdən ibarətdir və bu tələblərin biri digərindən asılıdır. Belə ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə tələbinə- torpağın üzərindəki yaşayış sahəsinın mənzil kimi deyil, fərdi ev kimi qeydiyyata alındıqdan sonra, fərdi yaşayış evinın altında olan və istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi məsələsinə baxılması mümkün olacaqdır. 11.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində iddiası mümkün sayılmamalıdır. 12.İnzibati Prosessual Məcəllənin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 9 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar