Məhkəmə qərarları › İş №2-1(112)-187/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-187/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-187/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 06 sentyabr 2016-ci il tarixindən, 57 yaşdan “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.08.2020-ci il tarixli, 2-1(112)-3154/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək İddiaçı 57 yaşdan, yəni 06 sentyabr 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-166/2021 nömrəli, 11.03.2021-ci il tarixli qərardadı ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05.08.2020-ci il tarixli, 2-1(112)-3154/2020 nömrəli qərarı ləğv edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 06 sentyabr 2016-ci il tarixindən, 57 yaşdan “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən, 06.09.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 20.12.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 57 yaşının tamam olduğu 06 sentyabr 2016-ci il tarixinə kimi 27 ildən çox ümumi, 25 ildən çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və halhazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmən müraciət etmişdir. Lakin cavabdeh 08 yanvar 2020-ci il tarixli **********7 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, əmək kitabçasındakı qeydlərdə göstərilən əmək stajı topladığı müəssisələrin arxiv sənədləri Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrləri sığorta stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 25 ildən az təşkil edir və bu səbəblə də ona güzəştli şərtlərlə pensiya təyinatı aparmaq mümkün hesab edilməmişdir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, xx xxxxxxxx 1959-cu ildə Bakı şəhərində doğulmuşdur, hal-hazırda Bakı şəhəri, Şahtaxtinski küçəsi, ev 11-də yaşayır. Orta təhsilini başa vurduqdan sonra 15 noyabr 1977-12 noyabr 1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 05 fevral 1980-ci ildə 4 nömrəli Bakı Yük Avtobazasında elektrik-qaz qaynaqçısı şagirdi kimi əmək fəaliyyətinə başlamışdır. 09 iyul 1980-ci ildə 1-ci dərəcəli qaz qaynaqçısı, 01 aprel 1981-ci ildə həmin peşədə 2-ci dərəcə verilib. 10 yanvar 1982-ci ildə 4 nömrəli Bakı Yük Avtobazası adı dəyişilərək 8 nömrəli X2 adlandırılmışdır. 01 oktyabr 1987-ci ildə 3-cü dərəcəli qaz qaynaqçısı keçirilmişdir. 13 iyun 1997-ci ildə 8 nömrəli X2 Baktrans Səhmdar Cəmiyyətinə çevrilmişdir. 31 mart 1999-cu ildə öz xahişi ilə işdən azad olunmuşdur. 01 aprel 1999-cu ildə FİDCO LTD şirkətinə 3-cü dərəcəli qaz qaynaqçısı keçirilmiş və 04 yanvar 2006-cı ildə öz təşəbbüsü ilə işdən azad olunmuşdur. Əmək fəaliyyəti dövründə 57 yaşının tamam olduğu 06 sentyabr 2016-ci il tarixinə qədər 37 ildən çox ümumi, 25 il 5 ay güzəştli iş stajı toplamışdır ki, güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” (sonradan - Siyahı) uyğun olaraq, 09 iyul 1980-31 mart 1999-cu illərdə 4 nömrəli Bakı Yük Avtobazasında (sonradan 8 nömrəli X2 və daha sonra Baktrans Səhmdar Cəmiyyəti adlandırılmışdır) qaz qaynaqçısı (Siyahıda-

35. Ümumi peşələr- qaz qaynaqçıları)- 18 il 08 ay 23 gün, 01 aprel 1999-04 yanvar 2006cı illərdə FİDCO LTD şirkətində qaz qaynaqçısı (Siyahıda-35. Ümumi peşələr- qaz qaynaqçıları) - 06 il 09 ay 03 gün olmaqla yaranmışdır. Ümumilikdə, onun 57 yaşı tamam olduğu 06 sentyabr 2016-cı ilə kimi üst-üstə 25 il 05 ay 26 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı vardır. 1980-2006-cı illər arası dövrdə işlədiyi müəssisələrin arxivlərinin həmin müəssisələrin istər hüquqi varislərinə, istərsə də Azərbaycan Respublikasının Dövlət Arxivinə təhvil verilməməsi onun günahı deyildir. Cavabdeh onun müraciətinə imtina məktubunda onun güzəştli iş stajına irad tutmamışdır. Hesab edir ki, bu hazırki iddia işində mübahisələndirilməyən haldır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli, 07.06.2010-cu il tarixli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 15.11.1977-ci ildən 06.11.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus 25.02.1980-cı il tarixli, ИТ-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 18.11.1977-ci ildən 15.11.1979-cu ilədək Sovet Ordu sıralarında xidmət etmiş, 05.02.1980-01.04.1981-ci il tarixədək 4 saylı Bakı X5 qaynaqçı şagirdi, birinci dərəcəli qaz qaynaqşısı, ikinci dərəcəli qaz qaynaqçısı, 01.01.1982-01.10.1987-ci il tarixədək Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı Sənayə-Ticarət İTB Yük avtomüəssisəsində (01.01.1982-ci ildə 4 saylı Bakı Yük Avtomobil Bazasının adı dəyişdirilib Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı Sənayə-Ticarət İTB Yük avtomüəssisəsi qoyulmuşdur) 3-cü dərəcəli qaz qaynaqçısı, 13.06.1997-31.03.1999-cu il tarixədək "xxxx" Səhmdar Cəmiyətində (13.06.1997-ci ildə 8 saylı YAM adı dəyişdirilib "xxxx" Səhmdar Cəmiyəti qoyulmuş) 3-cü dərəcəli qaz qaynaqçısı, 01. 04.1999-cu ildən 04.01.2006-cı ilədək "xxxx" Firmasında 3-cü dərəcəli qaz qaynaqçısı vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 19.11.2019-cu il tarixli, MA-63 nömrəli məktubdan görünür ki, Bakı 4 №-li Yük Avtobazasının və “Bakısənayeticarətnəqliyyat” idarəsinin 8 №li X2nin 1980-1982 və 1982-1997-ci illər üzrə sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 13.12.2019-cu il tarixli, 5/2261 nömrəli məktubdan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin, "xxxx" firmasının arxiv sənədləri Azərbaycan Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Filial tərəfindən iddiaçının 20.12.2019-cu il tarixli ərizəsinə cavab olaraq verilmiş 08.01.2020-ci il tarixli, **********7 nömrəli məktubdan görünür ki, idarəyə təqdim etdiyi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ona dair 11.19.2019-ci il tarixli, MA-63/19 nömrəli arxiv arayışında Bakı 4 №-li Yük Avtobazasının və “Bakısənayeticarətnəqliyyat" idarəsinin 8 №-li X2nin 1980-1997-ci illər üzrə sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Bundan başqa adıçəkilən nazirliyin ona dair 13.12.2019-cu il tarixli, 5/2261 nömrəli arxiv arayışında "xxxx" Səhmdar Cəmiyyətinin, "xxxx" firmasının sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən də həmin dövrləri sığorta stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 13 aprel 2020-ci il tarixli, **********596400 nömrəli məktubdan görünür ki, idarədə olan reyestrə əsasən "xxxx" X4 11.05.1998-ci ildə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə 23.03.1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 16 avqust 2021-ci il tarixli, **********40400 nömrəli məktubdan görünür ki, "xxxx" AC 23.03.1998-ci il tarixdə "xxxx" X8 Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmış, 05.02.2020-ci il tarixli səhmdarların ümumi yığıncağının qərarı ilə "xxxx" ASC kimi adlandırılmışdır. İdarədə olan reyestr məlumatlarına əsasən bildirilir ki, "xxxx" X4 isə 11.05.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirilir ki, "xxxx" ASC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları onun 02.08.2011-ci il tarixli müraciətinə əsasən 02.08.2011-ci il tarixdən 02.08.2016-cı il tarixədək dayandırılmış, 02.08.2016-cı il tarixdə yenidən aktivləşmiş, 10.08.2016-cı il tarixli müraciətinə əsasən 10.08.2016-cı il tarixdən 10.08.2021-ci il tarixədək dayandırılmış, lakin daha sonra 02.03.2020-ci il tarixdə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə əsasən yenidən aktivləşmişdir. "xxxx" X1 fəaliyyəti və digər vergi tutulan əməliyyatları isə onun 18.05.2010-cu il tarixli müraciətinə əsasən 18.05.2010-cu il tarixdən 18.05.2015-ci il tarixədək dayandırılmış və 18.05.2015-ci il tarixdə yenidən aktivləşdirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.02.2022-ci il tarixli, **********011700 nömrəli məktubdan görünür ki, 15.02.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv, "xxxx" ASC-nin (VÖEN **********) isə fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir. - Azərbaycan Avtomobil Nəqliyyatı və X6 Həmkarlar İttifaqı tərəfindən iddiaçıya ünvanlanmış 15.12.2021-ci il tarixli, 95/08 nömrəli məktubdan görünür ki, onun güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə əlaqədar AHİK-ə ünvanladığı 02.02.2021-ci il tarixli ərizəsinə Avtonəqliyyat və X6 Həmkarlar İttifaqının mütəxəssisləri tərəfindən araşdırılmışdır. Nəzərinə çatdırılır ki, ərizəsində qeyd etdiyi sorğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 35-ci il bölməsində Ümumi peşələr sırasında uyğunluğu öz əksini tapmışdır. Yəni həmin bölmədə onun çalışdığı peşəyə qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları göstərilir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 30.12.2021-ci il tarixli, **********7 nömrəli məktubdan görünür ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən daxil olmuş müraciətinə baxılmışdır. Müraciətinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci (ümumi peşələr) bölməsində “qaz qaynaqçıları və kəsməkdə və əli ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları” peşələri əmək şəraiti xüsusilə zərərli və ağır olan iş kimi müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ona dair 11.19.2019-cu il tarixli, MA-63/19 nömrəli məktubunda Bakı 4 №-li Yük Avtobazasının və “Bakısənayeticarətnəqliyyat” idarəsinin 8 №-li X2nin 1980-1997-ci illər üzrə sənədləri Nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyini bildirmişdir. Bundan başqa Milli Arxiv İdarəsinin ona dair 13.12.2019-cu il tarixli, 5/2261 nömrəli məktubunda "xxxx" Səhmdar Cəmiyyətinin "xxxx" firmasının sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən də həmin dövrləri güzəştli iş stajına daxil etmək mümkün olmadığından onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının işlədiyi Bakı 4 №-li Yük Avtobazasının və “Bakısənayeticarətnəqliyyat" idarəsinin 8 №-li X2nin, "xxxx" Səhmdar Cəmiyyətinin, "xxxx" firmasının sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajına əlavə edilməsinin mümkün hesab edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin tələblərinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”-”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranır ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının 05.02.1980-ci il tarixdən 04.01.2006-cı il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının əmək kitabçasında qeyd edilən 05.02.1980-ci il tarixdən 04.01.2006-cı il tarixinədək olan müddətin arxiv sənədlərinin olmaması səbəbindən iş stajına daxil edilməməsi barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, işəgötürənlər tərəfindən müvafiq sənədlərin saxlanılması üçün arxivə verilməməsi iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Bundan başqa «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd edir ki, əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə müəyyən edilmişdir. Həmin Siyahının 2.4-cü bəndində Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Hazırki iş üzrə iddiaçının güzəştli iş stajına dair arayışın əldə edilməsi üçün məhkəmə tərəfindən iddiaçının işləmiş olduğu "xxxx" ASC-yə və "xxxx" MMC-yə məhkəməyə məlum olan ünvanları üzrə müvafiq sorğular göndərilsə də həmin sorğulara cavab alınması mümkün olmamışdır. Həmin müəssisələrin vergi orqanlarına məlum olan ünvanlarda fəaliyyət göstərmədiyi, həmçinin "xxxx" ASC-nin fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən müvafiq arayışların verilməməsi iddiaçının pensiya hüququnu məhdudlaşdırılması üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXXİİİ Bölməsinin 2320000-11620 şifrində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci Bölməsində “qaz qaynaqçısı” peşəsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi qaz qaynaqçısı peşəsi yuxarıda qeyd olunan peşəyə uyğun olmaqla 01.01.2006-ci ilə qədər 25 il 10 ay 28 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olmaqla cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 06.09.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı olaraq 20.12.2019-cu il tarixdə müraciət edilmişdir. İddiaçı da tələbində ona təyin ediləcək pensiyanın müraciət etdiyi 20.12.2019-ci il vaxtdan əvvəlki 3 il nəzərə alınmaqla, yəni 20.12.2016-cı il tarixdən hesablanaraq ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçıya 57 yaşdan, yəni 06.09.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 20.12.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 06.09.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 20.12.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar