Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1870/2020 09.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir),cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon Şöbəsinə qarşı onun 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə Oğuz rayonu Xaçmaz kəndi Komsomol kolxozunda kolxozçu peşəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehinüzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya 2019-cu ilin aprel ayından yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, yaşa görə əmək pensiyası təyin edilərkən 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə Oğuz rayonu Xaçmaz kəndi “Komsomol” kolxozunda kolxozçu peşəsində işlədiyi dövrlər cavabdeh tərəfindən nəzərə alınmamış və sosial sığorta stajına daxil edilməmişdir. Əmək pensiyasının yenidən hesablanması məqsədilə sənədlərini toplayaraq xx.xx.2019-cu ildə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə təqdim etsə də, pensiya təyinatı ilə bağlı ərizəsi şöbə tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizənin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən təmin olunmadığı üçün bunu əsassız və qanunsuz hesab edən iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə kolxozda normativ əmək günü qazanmadığı üçün həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddiaçının 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə kolxozda normativ əmək günü qazanmadığını bildirmişdir. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1955-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, o, 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə kolxozda normativ əmək günü qazanmadığı üçün həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçıya məxsus xx.xx.1977-ci ildə doldurulmuş “Kolxozçunun əmək kitabçası”ndan müəyyən olunur ki, o, 1972-ci ildə Vartaşen rayonu, Xaçmaz kəndi, ”Komsomol” kolxozuna üzvü olmuş, 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə həmin kolxozda kolxozçu peşəsində işləmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçıya 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə Oğuz rayonu Xaçmaz kəndi Komsomol kolxozunda kolxozçu peşəsində işlədiyi dövrlər nəzərə alınmamaqla yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçı pensiya təyin edilərkən həmin dövrlərin nəzərə alınmamasını qanunsuz hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinəçatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əməlik qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, iddiaçı həqiqətən də 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə Oğuz rayonu Xaçmaz kəndi komsomol kolxozunda kolxozçu peşəsində fəhlə işləmişdir. Cavabdeh inzibati orqan iddia tələbində göstərilən dövrlərin pensiya təyinatı zamanı nəzərə alınmamasının səbəbi əsaslandırmadığı və sübuta yetirmədiyi üçün həmin sənədləri məhkəmə mötəbər hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;... Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə Oğuz rayonu Xaçmaz kəndi Komsomol kolxozunda kolxozçu peşəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fоndunun Nərimanov rayon şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 33-cü, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 1972, 1973, 1974, 1976 və 1977-ci illərdə Oğuz rayonu Xaçmaz kəndi Komsomol kolxozunda kolxozçu peşəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fоndunun Nərimanov rayon şöbəsinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinə Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1870/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1870/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver