Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1870/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçılar İddiaçı və X1 iştirakları ilə, İddiaçılar İddiaçı və X1 Binəqədi Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, X1, X3, Babayev kamil Cavanşir oğlunun, X2 və İddiaçı Kamal oğlunun ünvan 1nə daimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Bələdiyyəsinin x xxxx 2004-cü il tarixində 87 saylı qərarı ilə ona Binəqədi rayonu, 7-ci MKR, İ.Hacıyev küçəsinin 200 kv.m torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq fərdi yaşayış evinin tikilməsi üçün satılmışdır. xx xxx 2004-cü ildə Bələdiyyə ilə ona ayrılan torpağın alqı-satqı müqaviləsi bağlamış və torpağın ödənişini Bələdiyyənin hesabına köçürmüşdür. Artıq 10 ildən çoxdur ki, o,evi tikib qurtarmış və onun içində 6 nəfərdən ibarət öz ailəsilə yaşayır. Bütün ailə üzvləri hərəsi ayrı yerlərdə qeydiyyatdadırlar. O cümlədən Bakı şəhərində, Göyçay rayonunda, Qaradağ rayonunda. Bu yaranmış vəziyyət onu və ailə üzvlərini qane etmir, ona görə ki, Poliklinikaya, Məktəbə və digər qurumlara müraciət etməkdə problemlər olur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı və X4 tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, iddiaçı X4 əlavə iddiaçı qismində işə qoşulmaqla, iddiaçıların ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdirlər.İddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş,cavabdeh məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyinə dair məktub ünvanlanmışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxxx 1957-ci il təvəllüdlü İddiaçı xx xxxxxx 1969-cu il təvəllüdlü X5 ilə xx.xx.1989-cu ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İşdə olan Binəqədi rayon Polis İdarəsi tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2020ci il tarixli, ***-*******-3220 saylı və xx.xx.2020-ci il tarixli, ***-*******-3220 saylı məktublardan görünür ki, iddiaçıların qeydiyyata alınmalarına dair müraciətlərinə cavab olaraq, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onların ünvan 2 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət edilməli olduğu, Qanunda qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə qeydiyyata alınmanın qanuna müvafiq olmadığı bildirilmiş, bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 87 nömrəli xx xxxx 2004-cü il tarixli vət. İddiaçı yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında qərara və torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsinə dair xx xxx 2004-cü il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, 7-ci mkr, İ.Hacıyev küçəsində fərdi ev tikmək üçün 200 kv.m torpaq sahəsi ona satılmışdır. Beləliklə, iş materiallarından görünür ki, iddiaçılar ünvan 1ndəki ünvana pasport qeydiyyatına alınması barədə cavabdehə müraciət etmişlər, cavabdeh isə iddiaçıların müraciətini təmin etməmişdir. Hazırda iddiaçılar həmin ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. Buna əsas olaraq da Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 87 nömrəli xx xxxx 2004-cü il tarixli vət. İddiaçı yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında qərarı, torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsinə dair xx xxx 2004-cü il tarixli müqaviləni, Azəriqaz QSC Azərbaycan Elmi-Tədqiqat layihə Qaz İnstitutunun ünvana dair işçi layihəsini, elektrik enejisinin alqı-satqısına dair müqaviləni təqdim edirlər. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs, üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçıların Bakı şəhəri, ünvan 1ndəki ünvana qeydiyyata alınması üçün həmin evlə bağlı mülkiyyət hüququ, icarə (və ya kirayə) müqaviləsi, nə də digər qanuni əsasları mövcud deyildir və bunun nəticəsi olaraq o cavabdeh orqana qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işn faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçılar ünvan 1ndəki ünvanına order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmədiyindən, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin onların həmin evə qeydiyyata alınmasından imtinası qanuna zidd deyil və iddiaçıların hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı və X1 Binəqədi Rayon Polis İdarəsinə qarşı ünvan 1ndəki ünvanınaa daimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı və X1 Binəqədi Rayon Polis İdarəsinə qarşı pasport qeydiyyatına alınma tələbinə dair iddiası rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1870/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1870/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver