Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1872/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4n cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Bakı şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qeydiyyata alınma” tələbinə dair iddiaları üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli 073- 43826E-3219 nömrəli imtinasının əsassız hesab edilərək, onun və ailə üzvləri İddiaçı3, İddiaçı2 və İddiaçı4 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 50, 6 saylı ünvana qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onların yəni, İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 50 saylı evin, 6 saylı mənzilinə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla 1987-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 50, 6 saylı ünvanda yeləşən 2 (iki) otaqlı fərdi yaşayış evində yaşayırlar. Həmin ev xüsusi mülkiyyətlərində olmasa da faktiki olaraq onlara məxsusdur və uzun illərdir həmin evdə yaşayırlar. Həmin ev təxminən 25 kv. metrdən ibarətdir. Qeyd olunan evə dair rəsmi sənədləri olmasa da, hazırki vaxtadək bütün kommunal vəsaitlər tərəflərindən ödənilmişdir. Qeyd olunan evə qeydiyyata alınmaları üçün ərizə ilə Cavabdehnə müraciət etsələr də, sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli məktubla yaşadıqları evin hüquqmüəyyənedici sənədlərinin olmaması əsası ilə qeydiyyata alınmalarının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri İcra hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi hazırkı iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Cavabdeh və 3-cü şəxs Bakı şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər, cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddianı müdafiə edərək və ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; şəxsiyyət vəsiqələrinin surətlərindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Asan 4” tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan müəyyən olunur ki, iddiaçılardan xx.xx.1968-ci il təvəllüdlü İddiaçı1 (AA 0087756); xx.xx.1963-cü il təvəllüdlü İddiaçı3 (AZE ********); xx.xx.1990-cı il təvəllüdlü İddiaçı2 (AZE ********) ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Asan 4” tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair elektron arayışdan müəyyən olunur ki, iddiaçılardan xx.xx.2001-ci il təvəllüdlü İddiaçı4 (AZE ********) ünvan 3 mənzil 6 ünvanında qeydiyyatdadır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən (İV JQ seriyalı 302412 №li) müəyyən olunur ki, İddiaçı3 ilə İddiaçı1 1987-ci ilin noyabr ayının 27-ci günündə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Emraliyeva soyadı verilmişdir. Bakı şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 921 №li xx.xx.2019-cu il tarixli və 282 №li xx.xx.2020-ci il tarixli arayışlardan müəyyən olunur ki, İddiaçı1 1987-ci ildən hal-hazıradək 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə (əri İddiaçı3, oğlu İddiaçı2 və oğlu İddiaçı4) Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 50, mənzil 6 ünvanında qeydiyyatsız yaşayırlar. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfndən verilmiş **********19 №li xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 50, 6 saylı mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat İdarənn arxivində aşkar olunmamışdır. Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti tərəfndən verilmiş 1/754 №li xx xxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 50 saylı evin, 6 saylı mənzili Bakı şəhər İcra hakimiyyəti MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB-nin balansındadır. Məktuba əlavə edilmiş Bakı şəhər İcra hakimiyyəti MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 73 saylı MKİS-nin 251 saylı xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 50 saylı evin, 6 saylı mənzili Bakı şəhər İcra hakimiyyəti MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB-nin balansında, 73 saylı MKİS-nin xidməti ərazisindədir. İddiaçıların hazırki tələblə bağlı müraciətinə cavabdehin 073-43826E-3219 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə imtina edilmiş və imtinada iddiaçıların göstərilən ünvana qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin Qeydiyyat məsələləri bölməsinə təqdim olunmasının vacibliyi qeyd edilmiş, lakin göstərilən sənədlərin Sabunçu RPİ-nin Qeydiyyat məsələləri bölməsinə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmalarının imkan xaricində olduğu bildirilmişdir. Qeydiyyatla əlaqədar məhkəməyə müraciət etmələri məqsədə müvafiq hesab edilir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçıların qeydiyyata düşmək istədikləri Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 50 saylı evin, 6 saylı mənzili onların istifadəsində olmaqla, daimi yaşayış yerləri olduğuna görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 50 saylı evin, 6 saylı mənzilinə qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməlidir. . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 50 saylı evin, 6 saylı mənzilinə qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1872/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1872/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver