Məhkəmə qərarları › İş №2-1(112)-1872/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1872/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1872/2024 20.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-yə qarşı “ kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatı mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etmək cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-yə həvalə edilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək hərəkətindən şikayət edən orqanlar – Əmanətlərin Sığortalanması Fondu, Ləğv prosesində olan Cavabdeh3 ASC və Azərbaycan Respublikasının Mərkəzi Bankı göstərək - Əmanətlərin Sığortalanması Fondunun İddiaçı 2543,96 ABŞ dolları məbləğində borc öhdəliyinin olmasına dair 16 may 2023-cü il məktubunda ifadə olunanhərəkəti qanunsuz və əsassız hesab edilməsini; həmin borcun silinməsini və İddiaçı adının Azərbaycan vahid bank siyasətini həyata keçirən Mərkəzi bankda borclular siyahısından çıxarılmasını Əmanətlərin Sığortalanması Fonduna və Mərkəzi Banka həvalə edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4.-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankı qaldırılmış iddia ilə bağlı məhkəməyə bildirmişdir ki, Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3-cü hissəsinə görə məlumat təchizatçıları Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) məlumatları təqdim edir və onların dəqiqliyini təmin etməlidir. Qaydanın 3.10-cu bəndinə görə MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasına aparır. Qaydanın 2.1.2-ci yarımbəndinə görə məlumat təchizatçısı dedikdə-MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı başa düşülür.

4. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, “İddiaçı “adına olan borcun silinməsi və adının borclular siyahısından çıxarılmasına dair məlumatı Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim etməyi cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-yə həvalə edilməsi”ni xahiş etmişdir.

5. Məhkəmənin 20 fevral 2024-cü il tarixli Qərardadı ilə, “iddiaçının adının borclular siyasından çıxarılmasına dair məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim etmək öhdəliyinin cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-yə həvalə edilməsi hissəsində iddianın dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Cavabdeh3 ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 69441380 saylı kredit müqaviləsinə əsasən 7600 (yeddi min altı yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı aldığı krediti vaxtı vaxtında ödəyirdi. 2015-ci ildə manat digər valyutalar, o cümlədən dollar qarşısında dəyər itirdi və məzənnə 1 USD= 1.05 AZN olaraq müəyyənləşdi. Bunun nəticəsində iddiaçı ilə bank arasında yeni müqqavilə bağlandı. Həmin müqavilə üzrə də öhdəliklərini yerinə yetirməyə davam etdirmişdir. Təxminən 10 ay sonra manatın növbəti “devalvasiyası” baş verdi və məzənnə 1USD= 1.70 olaraq müəyyənləşdi. Nəticədə iddiaçı kredit borcunu ödəməkdə çətinlik çəkdi. Bununla bağlı olaraq Cavabdeh3 ASC Binəqədi rayon Məhkəməsində bank qarşısında öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün ona qarşı iddia qaldırılmışdır. Nəticədə Binəqədi rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli 2(001)-1933/2017 saylı qətnamə qəbul edilərək iddiaçıdan İddiaçı Cavabdeh3 ASC-nin xeyrinə 54741.65 (beş min yeddi yüz qırx bir dollar altmış beş sent) ABŞ dolları və 30 manat dövlət rüsumu tutulmasını qət etmişdir. Maddi vəziyyənin ağır olduğu üçün və həyat yoldaşının xəstəliyi ilə bağlı təcili əməliyyat olunması zərurəti yarandığından banMaddi vəziyyəti ilə bağlı olaraq bankların a güzəşt etmələri üçün yaxınlaşmış və ona 2.000 ABŞ dolları ödəyəcəyindən sonra kredit borcunun silinəcəyi bildirilmişdir. İddiaçı ona deyilən məbləği ödəmişdir. Bir neçə gün sonra Cavabdeh3 ASC fəaliyyətini dayandırdı. Azərbaycan Respublikası Prezidenti 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalandı. Nəticədə mövcud vəziyyət dəyişdi. Fərmana əsasən Cavabdeh3 ASC-yə ödədiyi əlavə məbləğ də Hesablama Palatası tərəfindən kompensasiya kimi geri ödənilmişdir. Maddi vəziyyəti ilə bağlı olaraq bankların birinə kredit üçün müraciət etdikdə, iddiaçının adının Mərkəzi Bankın borclular siyasında olmasını bildirərək kredit verilməsindən imtina etmişlər. Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət etmiş, Fond cavab olaraq bildirmişdir ki, Cavabdeh3 ASC qarşısında 2543,96 ABŞ dolları borc öhdəliyinin olması barədə bildirmişdir. Lakin iddiaçının heç bir borcu qalmamışdır. Borc öhdəliklərini yerinə yetirdiyi və Prezidentin fərmanı ilə qalan borcu güzəşt edildiyi üçün icra sənədi üzrə icraata xitam verilmiş və hətta ödədiyi əlavə məbləğ geri qaytarılmışdır. Bu hal Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının şərtlərinə ziddir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə münasibətini оnunlа əsаslаndırmışdır ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə Cavabdeh3 ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 27 dekabr tarixli 2-1(103)-3194/2017 saylı qərarı ilə Cavabdeh3 ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh3 ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1,-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Buradan da görünür ki, ləğv prosesində olan Cavabdeh3 ASC hüquqi şəxs olaraq öz fəaliyyətini davam etdirir, ləğv prosesi başa çatmadığına görə hüquq qabiliyyətini itirməmişdir. Sözügedən iş üzrə mübahisə predmeti vaxtı ilə Cavabdeh3 ASC ilə iddiaçı arasında bağlanmış müqavilə münasibətlərindən yaranan məsələdir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı müqavilə tərəfləri arasındakı münasibətlər və ondan yarana biləcək mübahisələr öz hüquqi təbiətinə görə mülki hüquq xarakterli olub xüsusi hüquq sahəsinə aiddir və inzibati məhkəmə icraatının predmeti hesab olunmur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iddianın mümkünlüyünə dair aşağıdakıları qeyd edir. Cavabdeh hazirki mübahisəni tərəflər arasında bağlanılmış müqavilə münasibətlərindən yaranan məsələ olduğunu və mülki hüquq xarakterli olub xüsusi hüquq sahəsinə aid olduğunu qeyd etməsinə baxmayaraq,məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, hazırki mübahisə, cavabdehin publik fəaliyyətinə aid olan məsələdən irəli gələn mübahisədir, yəni Ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən qanunvericiliklə müəyyən edilmiş onun üzərinə düşən öhdəliklərinin yerinə yetirilməməsi (hərəkətsizliyi) nəticəsində iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnməsidir. Nə qədər ki, cavabdehin publik xarakterli səlahiyyətləri icra etmək vəzifəsi mövcuddur, nə qədər ki, cavabdeh iddiaçının publik maraqlarının təmin edilməsi ilə bağlı məhdudlaşdırıcı təsir göstərə bilir, cavabdeh ilə iddiaçı arasında yaranmış hazırkı münasibətlərdən irəli gələn mübahisənin həlli məhkəmə inzibati icraatına aiddir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Hazırkı mübahisədə cavabdeh hakimiyyət tədbiri həyata keçirmək səlahiyyətinə malik olan hüquqi şəxsdir. Azərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1990-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. . Ləğv prosesində olan Cavabdeh3 ASC-nin iddiaçıya ünvanladığı 16 may 2023-cü il tarixli, **********300 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 69441380 saylı kredit müqaviləsinə əsasən 7600 (yeddi min altı yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçının bank qarşısında öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-1933/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh3 ASC-nin xeyrinə 5741.65 (beş min yedi yüz qırx bir dollar 65 sent) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu borcun tutulması qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra banka 3197.69 (üç min yüz doxsan yeddi dollar 69 sent) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixə sözügedən qətnamə üzrə Cavabdeh3 ASC qarşısında 2543.96 (iki min beş yüz qırx üç dollar 96 sent) ABŞ dolları borc öhdəliyi mövcuddur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-1933/2017 saylı qətnaməsinə əsasən, (Cavabdeh3 ASC-nin cavabdehlər İddiaçı və X1 qarşı borcun tutulması” tələbinə dair” İddiaçı və X1 müştərək qaydada kredit müqaviləsi üzrə 4476,32 ABŞ dolları əsas borc, 1255,33 ABŞ dolları faiz borc, 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5741.65 (beş min yedi yüz qırx bir dollar 65 sent) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh3 ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh3ASC-nin Binəqədi rayon İcra şöbəsinə ünvanladığı 17 noyabr 2017-ci il tarixli məktubunda bildirilmişdir ki, Binəqədi rayon icra şöbəsinin icraatında olan, Binəqədi rayon məhkəməsi tərəfindən verilmiş 2(001)-1933/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən İddiaçı Cavabdeh3 ASCnin xeyrinə cəmi 5741.65 USD dollar borc məbləği və 30 manat dövlət rüsumu pul vəsaiti tutulması qət edilmişdir; məlumat üçün bildiririk ki, İddiaçı qətnamə üzrə borcununa güzəşt edilmişdir; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, Binəqədi rayon məhkəməsi tərəfindən verilmiş 2(001) -1933/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verməyinizi xahiş edirik. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(001)-1933/2017 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olmuş iddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı “pul” tələbinə dair iddiası üzrə qəbul edilmiş 2(001 )- 1933/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi 20 iyun 2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2017-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. Daha sonra Cavabdeh3 ASC-nin icra şöbəsinə ünvanlanmış məktubuna əsasən, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru xx.xx.2017-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə sorğusu əsasında Ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən məhkəməyə iddiaçı ilə Cavabdeh3 ASC arasında rəsmiləşdirilmiş kredit müqaviləsi və ona dair müvafiq sənədlər təqdim edilmişdir.

İİİ. Məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 35.4. Banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 32/1 nömrəli, “12” noyabr 2021ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”na əsasən: - 1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinə, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.1-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır. - 1.2. Bu Qayda kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (bundan sonra – MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir. - 2.1.1 kredit - hesabat tarixinə istənilən valyutada borc verilmiş pul vəsaiti, açılmış kredit xətləri, verilmiş qarantiya və zaminliklər, faktorinq və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlər (banklararası kreditlər və bankların xarici filiallarının verdikləri kreditlər istisna olmaqla); - 2.1.2. məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı; - 3.1. Kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. - 3.2. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. - 3.3. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. - 3.4. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. - 3.5. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. - 3.6. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. - 3.7. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. - 3.8. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. - 3.9. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. - 3.10. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.

İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh3 ASCdən xx.xx.2014-cü il tarixli 69441380 saylı kredit müqaviləsinə əsasən 7600 (yeddi min altı yüz) ABŞ dolları məbləğində kredit əldə edilmiş, kredit borcu tam ödənilmişdir. Belə olan halda, cavabdeh yuxarıda qeyd olunan Qaydanın 3.5-ci bəndinə əsasən iddiaçı tərəfindən kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim etməli idi. Cavabdeh tərəfindən kredit öhdəliyinin icra edilməsi ilə bağlı məlumatların MKR-ə təqdim edilməsi ilə bağlı hərəkətsizlik nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Odur ki, göstərilənlərə əsasən, məhkəmə iddiaçını tələbini əsaslı və qanuni hesab edir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı adının borclular siyahısından çıxarılmasına dair( kredit öhdəliyinin tam icra edilməsi haqqında) məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim etmək vəzifəsi cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-yə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı (adının borclular siyahısından çıxarılmasına dair ( kredit öhdəliyinin tam icra edilməsi haqqında) məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etmək cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-yə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar