Məhkəmə qərarları › İş №2-1(112)-1873/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1873/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1873/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona işlədiyi müddətə müvafiq olaraq yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 56 yaşının tamam olduğu 05.02.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Nəsimi rayon Təhsil Şöbəsinin 76 saylı uşaq bağçasında uzun illər fəaliyyət göstərmişdir. Onun fəaliyyət göstərdiyi tarixlər 27.10.1998-ci il tarixli, ARM ******* nömrəli əmək kitabçasında da müvafiq surətdə qeyd edilmişdir. Cavabdeh tərəfindən ona verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, onun təqdim etdiyi 27.10.1988-ci il tarixli əmək kitabçasının surətinə əsasən onun ümumi sığorta stajı 22 il 3 ay olmaqla tələb olunan müddətdən azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 01.01.2006-cı il tarixədək 771,08 manat, 01.01.2006-cı il tarixindən 13661,98 manat olmaqla, ümumilikdə 14433,06 manat təşkil etdiyi qeyd olunmuşdur. Ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, o, əmək kitabçasında qeyd olunan bütün tarixlərdə iş fəaliyyəti ilə aktiv surətdə məşğul olmuşdur. Arxiv sənədlərində həmin illərin sənədlərinin olmaması ona pensiyasının təyin olunmaması üçün əsas deyildir. İşlədiyi qurum tərəfindən işlədiyi müddətlə bağlı lazımi qeydlərin aparılıb-aparılmaması onun sosial təminat hüquqlarının pozulması üçün səbəb ola bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, iddiaçı 10 fevral 2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. 76 saylı uşaq baxçasının arxiv sənədləri və əmək haqqı cədvəllərində İddiaçı barədə heç bir məlumat olmadığından, 1996-cı ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən yaşa görə pensiyanın təyin edilməsindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 16.11.1994-08.12.1998-ci illərdə 76 saylı uşaq baxçasında işlədiyini iddia edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. ƏƏSMNnin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı 6 övladını doğub, onları səkkiz yaşınadək tərbiyə etdiyinə görə pensiya hüququ 56 yaş 6 ayla 05.02.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məsələnin obyektiv araşdırılması üçün tərəflərindən Milli Arxiv İdarəsinə sorğu göndərilmişdir. Müraciətə verilən Milli Arxiv İdarəsinin 09.06.2021-ci il tarixli cavab məktubunda Binəqədi rayon 76 saylı uşaq baxçasının 1994; 1995; 1997 və 1998-ci illərə dair arxiv sənədləri və əmək haqqı cədvəllərində İddiaçı barəsində heç bir məlumat olmadığı qeyd edilmişdir. 1996-cı ilə dair arxiv sənədləri və əmək haqqı cədvəlləri isə Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan 04.03.2021-ci il tarixli Monitorinq aktına əsasən qarşılıqlı yoxlama zamanı isə işdən çıxma əmrlərinə əmrlər kitabında rast gəlinməmişdir. İş materiallarında olan 27.10.1988-ci il tarixdə tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçının 22 il 3 ay sığorta stajının olduğu müəyyən edilmişdir. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. İddiaçının ümumilikdə 14433,06 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı isə 28800 manat təşkil edir. İddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 02.03.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN” Xidmət Mərkəzindən daxil olmuş 11.02.2021-ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı həddi 62 yaş müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz 27.10.1988-ci il tarixli, ARM №- 0049263 nömrəli əmək kitabçanızda qeyd edilmiş 1994-1998-ci il tarixində uşaq bağçasında fəaliyyət dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, sözügedən araşdırma nəticələndikdən sonra Sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 03.07.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı “Asan xidmət” Mərkəzindən daxil olmuş müraciətinizə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Təqdim etdiyiniz 27.10.1988-ci il tarixdə tərtib olunmuş ARM № ******* saylı əmək kitabçasının surətinə əsasən Sizin ümumi sığorta stajınız 22 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixədək 771,08 manat, 01.01.2006-cı il tarixindən 13661,98 manat olmaqla ümumilikdə 14433,06 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 rnanat pensiya kapitalından azdır. Bildiririk ki, Dövlət Arxivinin Bakı filialının 09.06.2021-ci il tarixli məktubuna əsasən 1994-1998-ci illər ərzində işlədiyiniz 76 saylı uşaq bağçasının 1994, 1995, 1997, 1998-ci illərə dair arxiv sənədləri və əmək haqqı cədvəllərində Sizin haqqınızda heç bir məlumat olmadığından və 1996-cı ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən həmin dövrlər sığorta stajına daxil edilmir. Qeyd olunanlara əsasən Sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.02.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 18.07.1994-cü ildən 08.12.1998-ci il tarixədək 76 saylı uşaq baxçasında tərbiyəçi vəzifəsində çalışmışdır. Həmin məktubla İddiaçı işə daxil olma və işdən azad olunma barədə əmrlərindən çıxarışları məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş 143 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı 18.07.1994-cü il tarixdən 76 nömrəli baxçaya müvəqqəti tərbiyəçi köməkçisi təyin edilmişdir və 46 nömrəli 01.12.1998-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı 08.12.1998-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 03.02.2022ci il tarixli məktubdan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Nəsimi rayon Təhsil Şöbəsinin 76 saylı Uşaq baxçasının 1993-2000-ci illərə dair arxiv sənədləri əmək haqqı cədvəllərində Şabanova (Məsimova) Qüdrət Əhməd qızı barəsində heç bir məlumat yoxdur. Nəsimi rayon Təhsil Şöbəsinin əmr kitabları və 1990-1992-ci illərə dair 76 saylı Uşaq baxçasının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 06.09.2021ci il tarixli məktubdan görünür ki, Dövlət Arxivinin Bakı Filialında saxlanılan Nəsimi rayon Təhsil Şöbəsinin 76 saylı Uşaq baxçasının 1990, 1993-2000-ci illərə dair arxiv sənədləri əmək haqqı cədvəllərində vət. Şabanova (Məsimova) Qüdrət Əhməd qızı barədə heç bir məlumat yoxdur. Nəsimi rayon Təhsil Şöbəsinin 76 saylı Uşaq bağçasının əmr kitabları və 1991, 1992-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən məhkəməyə ünvanlanmış 10.09.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi rayon Təhsil şöbəsinin sənədləri BŞİH-nin arxivində saxlanılmır. Eyni zamanda həmin rayonun 76 saylı uşaq baxçasının sənədləri ayrıca fond kimi onların arxivinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 17.09.2021-ci il tarixli məktubdan görünür ki, uşaq bağçaları ilə bağlı sənədlər Təhsil Nazirliyinin arxiv fonduna təhvil verilməmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 25.10.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1941 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilmişdir. 1994-1998-ci illərdə məktəbəqədər təhsil müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığından həmin dövrü əhatə edən hər hansı sənəd və məlumat mövcud deyildir. İş materiallarında olan 14 aprel 1986-cı il tarixdə verilmiş İİİ-SL seriyalı 270600 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 14.04.1986-cı ildə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra kişiyə Şabanov, arvada Şabanova soyadı verilmişdir. İş materiallarında olan 29.09.1987-ci il tarixdə verilmiş Vİ-SL seriyalı 292248 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22.09.1987-ci il tarixdə Ermənistan, Spitak rayonu, Şenavan kəndində doğulmuşdur. X1, anası X3r. İş materiallarında olan 14.08.1990-cı il tarixdə Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş XV-JQ seriyalı 386005 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 23.07.1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan 17.10.2019-cu il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 111530 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10.12.1996-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X3r. İş materiallarında olan 26.12.2013-cü il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 223784 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09.10.1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan 28.06.2001-ci il tarixdə Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 067006 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19.04.2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan 03.02.1998-ci il tarixdə Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı 280808 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 03.01.1998-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan İddiaçı məxsus ARM seriyalı ******* nömrəli kolxozçunun əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 03.03.1984-cü ildə Ermənistan SSR Spitak rayonu Şenavan kənd kolxozuna sıravi kolxozçu kimi işə qəbul edilmiş, 20.09.1987-ci ildə öz ərizəsi əsasında işdən azad edilmiş, 18.07.1994-cü ildə 76 saylı Körpələr Evi-Uşaq Baxçasına müvəqqəti olaraq tərbiyəçi köməkçisi kimi işə qəbul olunmuş, 03.10.1994-cü ildə tutduğu vəzifədən azad edilmiş, 16.11.1994-cü ildə 76 saylı Körpələr Evi-Uşaq Baxçasına müvəqqəti olaraq dayə kimi işə qəbul olunmuş, 08.12.1998-ci ildə tərbiyəçi köməkçisi işdən azad olunmuş, 12.12.2001-ci ildə Azərbaycan Tibb Universitetində Farmakologiya kafedrasına xadimə qəbul edilmiş, 03.12.2012-ci ildə 4 saylı tədris binasına xadimə keçirilmiş, 13.07.2021-ci il tarixli qeydə əsasən hal-hazıradək işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2020 - 30.06.2021, qadınlar üzrə pensiya yaşı 62 il. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İddiaçı 03.03.1984-cü ildə Ermənistan SSR Spitak rayonu Şenavan kənd kolxozuna sıravi kolxozçu kimi işə qəbul edilmiş, 20.09.1987-ci ildə öz ərizəsi əsasında işdən azad edilmiş, 18.07.1994-cü ildə 76 saylı Körpələr Evi-Uşaq Baxçasına müvəqqəti olaraq tərbiyəçi köməkçisi kimi işə qəbul olunmuş, 03.10.1994-cü ildə tutduğu vəzifədən azad edilmiş, 16.11.1994-cü ildə 76 saylı Körpələr Evi-Uşaq Baxçasına müvəqqəti olaraq dayə kimi işə qəbul olunmuş, 08.12.1998-ci ildə tərbiyəçi köməkçisi işdən azad olunmuş, 12.12.2001-ci ildə Azərbaycan Tibb Universitetində Farmakologiya kafedrasına xadimə qəbul edilmiş, 03.12.2012-ci ildə 4 saylı tədris binasına xadimə keçirilmiş, 13.07.2021-ci il tarixli qeydə əsasən hal-hazıradək işləyir (pensiya yaşının tamam olduğu 05.02.2021-ci il tarixə 26 il 10 ay 21 gün). İddiaçının xx.xx.1965-ci il tarixdə doğulduğu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələblərinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alındıqda, onun 56 yaşının tamam olduğu vaxtdan - 05.02.2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdeh yalnız 1994-1998-ci illər ərzində iddiaçının işlədiyi 76 saylı uşaq bağçasının 1994, 1995, 1997, 1998-ci illərə dair arxiv sənədləri və əmək haqqı cədvəllərində onun haqqında heç bir məlumat olmadığından və 1996-cı ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajına əlavə edilməsinin mümkün hesab olunmadığını qeyd etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin iddiaçının əmək kitabçasından görünür ki, iddiaçı 18.07.1994-03.10.1994-cü illər, 16.11.1994-08.12.1998-ci illər ərzində 76 saylı Körpələr Evi-Uşaq Baxçasında tərbiyəçi işləmişdir. Bundan başqa, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.02.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 18.07.1994-cü ildən 08.12.1998-ci il tarixədək 76 saylı uşaq baxçasında tərbiyəçi vəzifəsində çalışmışdır və bununla bağlı əmrlərin surəti də məhkəməyə təqdim edilmişdir. Əmək kitabçasında göstərilən məlumatların, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş məlumat və əmrlərdən çıxarışların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müddət də iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Beləliklə, iddiaçı 25 ildən artıq sığorta stajına, yəni yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 56 yaşının tamam olduğu 05.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar