Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1873/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (təsisçisi) X5, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********292100 saylı kameral qərar əsasında hesablanılaraq şəxsi hesab vərəqəsinə işlənilmiş 169 336 manat məbləğində kameral hesablama məbləğinin və məbləğ üzrə hesablanılan günlük 0.1 faiz miqdarında faiz borclarının müəssisənin şəxsi hesab vərəqəsindən geri çəkilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbi “vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/114324/2024 saylı, xx.xx.2023-cü il tarixli **********292100 saylı kameral qərarların ləğv edilməsi və qərarların nəticələrinin aradan qaldırılması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 2023-cü il cari hesabat ilinin mart ayı ƏDV bəyannaməsi iddiaçı tərəfindən düzgün şəkildə büdcəyə öhdəlik hesablanmadan təqdim edilmişdir. Lakin buna baxmayaraq **********292100 saylı kameral qərar əsasında vergi orqanı tərəfindən 169 336 manat məbləğində vergi borcu hesablanılaraq müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir və hazırda əlavə olaraq məbləğin üzərinə günlük 0.1 faiz miqdarında faiz borcu hesablanılır. İddiaçı qeyd edir ki, cari hesabat ili üçün Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin 166.1.1. bəndinə əsasən vergi tutulan əməliyyatların aparıldığı vaxt nağdsız ödəmələr zamanı əsas məbləğin müəssisənin bank hesabına daxil olduğu vaxt hesab olunur. Cari hesabat ilinin mart ayı ərzində daxil olan 169.336 manat məbləğində avans ƏDV məbləğinin əsas məbləği müəssisənin bank hesabına daxil olmamışdır. Avans məbləğinin əsas vəsaiti bank hesabına daxil olmadığından Vergi orqanı tərəfindən **********292100 saylı qərar əsasında hesablanılmış kameral vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85-ci maddəsinin 85.5. bəndinin müddəaları əsasında **********292100 saylı, xx.xx.2023-cü il tarixli qərar əsasında hesablanılmış 169.336 manat məbləğində kameral hesablama məbləği və məbləğ üzrə hesablanılmış günlük 0.1 faiz miqdarında faiz borcları müəssisənin şəxsi hesab vərəqəsindən geri çəkilərək, 2023-cü il cari hesabat ilində qüvvədə olan Azərbaycan Respublikasının 166-cı maddəsinin 166.1.1. bəndi, eyni zamanda 3-cü maddəsinin 3.8. bəndinə riayət olunmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85-ci maddəsinin 85.5. bəndinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış hesablanmış məbləğin yenidən hesablanmasını tələb etmə hüququna malikdirlər. **********292100 saylı, xx.xx.2023-cü il tarixli kameral qərar üzrə xx.xx.2026-cı il tarixədək düzgün tutulmamış vergilərin hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını tələb etmə hüququmuz olmasına baxmayaraq, 2023-cü il hesabat dövrü qurtardıqdan sonra, aylardır davam edən çox saylı müraciətlər, şikayətlər və izahlar bu günədək hələ də nəticəsiz qalır. Eyni zamanda müəssisənin 2023-cü il cari hesabat ilini 23043.04 manat məbləğində zərər ilə başa vurmasına baxmayaraq, Vergi orqanı tərəfindən **********024800 saylı, xx.xx.2024-cü il tarixli kameral qərar əsasında 21704.30 manat məbləğində əlavə mənfəət vergi borcu müəssisənin şəxsi hesab vərəqəsinə işlənilərək, günlük 0.01 faiz məbləğində faiz borcu tətbiq olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3-cü maddəsinin 3.8. bəndinə əsasən Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Dəfələrlə edilmiş müraciətlərə, şikayətlərə, izahlara, müvafiq və təsdiqedici bütün məlumat toplusunun Vergi orqanına təqdim edilməsinə və təqdim edilmiş hesabatın düzgünlüyünün Dövlət Vergi xidmətinin avis sistemində öz əksini tapmasına baxmayaraq, hələ də 21.704,30 manat məbləğində əlavə mənfəət vergi borcu, günlük 0.01 faiz məbləğində faiz borcu müəssisənin şəxsi hesab vərəqəsindən çəkilməmişdir. Qərarlarla bağlı yetəri qədər məlumat təqdim edilməsinə, qanunvericiliklə müəyyən olunan müraciətlərə baxılma müddətinin bitməsinə, müraciətlərin statusunda icra üçün vermə və ya sənəd bağlama statusu əks olunmasına baxmayaraq müraiətlər ya şablon məktub olaraq əsassız və formal qaydada cavablanılır, yada heç bir cavab almadan nəticəsiz qalır. 13 dekabr 2021-ci il tarixindən etibarən GOLD PARK MMC-nin ƏDV depozit hesabından qarşılıqlı əməliyyatlar aparılması zamanı qarşı tərəfin ekranında “bu müəssisənin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” bildirişi əks olunur. Əlavə olaraq ƏDV depozit hesabından qarşılıqlı əməliyyatların aparılmasına məhdudiyyət tətbiq olunmuşdur. Həmin tarixlərdə Dövlət Vergi Xidməti ilə əlaqə saxlanıldığı zaman bu bildirişin səbəbinin texniki xəta olduğu və aradan qaldırılacağı bildirilmişdir. Müəssisə həmin hesabat ilində qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Bakı şəhəri, 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarının meyarlarına cavab verməmiş və riskli vergi ödəyicisi olması ilə bağlı hər hansı qərar qəbul edilmədən depozit hesabına süni maneə yaradılmışdır. X10 ödəyicisi olmaması daha əvvəldən Bakı Şəhər İnzibati Məhkəməsində sübuta yetirilmiş, Vergi orqanı tərəfindən hər hansı qərar olmadan müəssisənin depozit hesabına qoyulmuş məhdudiyyət, əlavə olunmuş bildiriş məhkəmə baxışı zamanı iclasda asan imza vasitəsi ilə yoxlanılaraq iddianın doğruluğu müəyyən olunmuş və məhkəmə xx.xx.2023-cü il tarixli, 2-1(112)8009/2023 saylı Qərar ilə GOLD PARK MMC-nin iddiasını təmin etmişdir. (Qərarın qəbul edilməsindən 1 ildən artıq müddət ötməsinə baxmayaraq hələdə Vergi Orqanı tərəfindən icra edilməmişdir.) Tətbiq edilmiş məhdudiyyət nəticəsində müəssisə öz fəaliyyət qabiliyyətini itirmiş, gəlir əldə etməsi mümkün olmamışdır. 13 dekabr 2021-ci il tarixindən etibarən GOLD PARK MMC-nin ƏDV depozit hesabına qanunsuz olaraq suni maneə yaradılmışdır. Qoyulmuş məhdudiyyətdən sonrakı dövrlərdə müəssisənin borcları yaranmış və həmin borclar üzrə günlük 0.01% məbləğində faiz borcu hesablanmışdır. Müəssisə əsas borclarından əlavə olaraq Dövlət Büdcəsinə 43 000 manat artıq ödəmə həyata keçirmişdir. Lakin dövlət büdcəsinə artıq ödəmə olaraq ödədiyi həmin 43 000 manat artıq ödəmədən 42 730 manat məbləğində vəsait faiz borclarına silinmişdir. Eyni zamanda müəssisənin 2021-ci il cari hesabat ili mənfəət vergisi üzrə 2022-ci ildə kameral vergi hesablaması aparılmış. Daha sonra 2024-cü il ilin İİ rübündə həmin bəyannamə üzrə uyğunsuzluqlar aradan qaldırılaraq dəqiqləşmə təqdim edilmişdir. Faktiki borcun 115 304,48 manat məbləğində yaranmasına baxmayaraq xx.xx.2024-cü il tarixində 3-21-2-3/2-114324/2024 saylı kameral qərar əsasında 2021-ci il cari hesabat ili mənfəət vergisinə görə 178 422,76 manat hesablanılaraq müəssisənin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Eyni zamanda həmin hesablama üzrə 42 730 manat məbləğində faiz məbləğidə tətbiq edilmişdir. 178 422,76 manat kameral hesablanılmış vergi məbləği və həmin hesablama üzrə 42 730 manat faiz məbləği müəssisənin Dövlət Büdcəsinə ödənilmiş ödəmələrindən və artıq ödəmələrindən tutulmuşdur.
4. Cavabdeh orqan tərəfindən təqdim edilmiş yazılı etirazlarda qeyd olunmuşdur ki, cavabdeh iddia tələbi ilə razılaşmır və aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabınıza 169336 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 940755.56 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 169336 manat ƏDV/0.18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 940755.56 manat məbləğdən 940755.56 manat az göstərilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********469900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə kameral vergi yoxlaması ilə 2023-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 169336 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********292100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırılma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci ilin mənfəət vergisi bəyannaməsində uçot-baza məlumatlarına əsasən 315.591,4 manat təsdiqini tapmayan xərc müəyyən edilmişdir.Qeyd edilən kənarlaşmalar ilə bağlı təqdim ediilmiş bəyannamənin xərc hissəsinin 221,4-cü sətrindən 315.591,4 manat məbləğ vergi orqanı tərəfindən silinmişdir. Hesablama qaydası 315.591,4 manat xərcdən silinmiş 315591,4*20%=63118,28 manat vergi məbləği hesablanmışdır. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********252400 nömrəli məktub göndəliməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək kənarlaşma aradan qaldırılmağından 63.118,28 manat vergi məbləği hesablanmış və xx.xx.2024-cü il tarixli **********758300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Uçot-baza məlumatlarına əsasən 315.591,4 manat təsdiqini tapmayan xərcin 134.349 manat hissəsi riskli vergi ödəyiciləri ilə aparılmış əməliyyatlara aiddir. Belə ki, EBBL seriyalı 343181 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE seriyalı 420294 nömrəli xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı 778343 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE seriyalı 693722 nömrəli xx.xx.2021-ci il tarixli və EBBK seriyalı 264892 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə fakturalar üzrə aparılmış əməliyyatlar riskli vergi ödəyiciləri ilə aparıldığdan vergi orqanı tərəfindən nəzərər alınmamışdır. Bildirilir ki: 1) EBBL seriyalı 343181 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə faktura üzrə əməliyyat vergi orqanının xx.xx.2021-ci il tarixli **********188600 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC ilə aparılmışdır. 2) EBBE seriyalı 420294 nömrəli xx.xx.2021-ci il tarixli və EBBE seriyalı 693722 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə fakturalar üzrə əməliyyatlar vergi orqanının xx.xx.2021-ci il tarixli, **********359900 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunan "ALMATROS” MMC ilə aparılmışdır. (müvafiq əməliyyatlar "ALMATROS” MMC riskli vergi ödəyicisi hesab olunduğu qərarın tarixindən sonrakı dövrlərdə aparılmışdır.) 3) EBBJ seriyalı 778343 nömrəli xx.xx.2021-ci il tarixli və EBBK seriyalı 264892 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə fakturalar üzrə əməliyyatlar vergi orqanının xx.xx.2021 -ci il tarixli, **********340100 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunan "HİSAR” MMC ilə aparılmışdır. Uçot-baza məlumatlarına əsasən 315.591,4 manat təsdiqini tapmayan xərclərin 181242.4 manat məbləğ hissəsi isə heç bir sənəd əsasında öz təsdiqini tapmamışdır. Bu xərclərin nəyə xərclənməsi ilə bağlı vergi ödəyicisinə uyğunsuzluq məktubu vasitəsilə müraciət edilsə də, ödəyici tərəfindən heç bir açıqlama verilməmiş, sənədlər təsdiq edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən çəkilən xərclər mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməli və iqtisadi cəhətdən əsaslandırılmalıdır. İqtisadi əsası olmayan xərclər (şişirdilmiş xərclər) xərclərdən çıxarılmalı və vergilər faktiki iqtisadi göstəricilər əsasında hesablanmalıdır. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı MMC-nin iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********292100 nömrəli Qərara əsasən: Bəyannamə və hesabat növü: Əlavə dəyər vergisi Bəyannamə və hesabat dövrü: Mart 2023 Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 169.336,00 Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 169.336,00 Əsas: Təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 169.336 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 940.755,56 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 169336 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 940.755,56 manat məbləğdən 940.755,56 manat az göstərilmişdir.
6. İddiaçı MMC-nin (VÖEN: **********) xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üzrə AZ15AİİB400600C**********115 (Kapital Bank ASC), AZ20AİİB401600C**********115 (Kapital Bank ASC), AZ60AİİB400600C**********115 (Kapital Bank ASC), AZ49AİİB400600C**********115 (Kapital Bank ASC), AZ45AİİB401600C**********115 (Kapital Bank ASC) nömrəli bank hesablarından çıxarışlar iş materiallarına əlavə olunmuşdur.
7. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli 3-21-2-3/2-114324/2024 nömrəli Qərara əsasən: Bəyannamə və hesabat növü: Mənfəət vergisi Bəyannamə və hesabat dövrü: 2021-ci il Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 115.304,48 Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 178.422,76 Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 63.118,28 Əsas: Təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 6678.15 manat məbləğ, həmin hesabat il üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) üzrə cəmi hesablanmış 6536.27 manat sığorta haqqlarının məbləğindən 141.88 manat artıq olması nəticəsində kənarlaşma yaranmışdır.
8. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********188600 nömrəli Qərara əsasən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
9. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********340100 nömrəli Qərara əsasən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
10. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********359900 nömrəli Qərara əsasən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
11. "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Alqı-Satqı Müqaviləsi, xx.xx.2021-ci il tarixli X2, xx.xx.2021-ci il tarixli Təhvil-Təslim Aktı, xx.xx.2021ci il tarixli X2 və Təhvil-Təslim Aktı iş materiallarına əlavə olunmuşdur.
12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə göndərilmiş EBBE seriyalı 420294 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura (cəmi məbləğ: 72.459,00 manat) və EBBE seriyalı 693722 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə faktura (cəmi məbləğ: 5.060,00 manat) iş materiallarına əlavə olunmuşdur.
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-8009/2023 nömrəli Qərarı ilə iddia təmin edilmişdir. E-qaimə və depozit hesabında qarşılıqlı əməliyyatlar zamanı İddiaçı MMC barəsində ekranda əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimalı olunur” bildirişinin silinməsi və həmin bildirişlə bağlı qoyulmuş əməliyyatların aparılmasına maneələrin aradan qaldınması vəzifəsi cavabdeh Dövlət Vergi Xidmətinə həvalə edilmişdir.
14. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (direktoru) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
15. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi
16. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 izahatında bildirmişdir ki, 2021-ci ilin aprel ayından etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baş mühasib vəzifəsində işləyir. X13 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləməyə başladığı ilkin dövrdə MMC riskli vergi ödəyicisi olmamış, sonrakı dövrdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul edilsə də, vergi orqanı tərəfindən vergi ödəyicisinə yalnız bir neçə aydan sonra bu barədə məktub göndərilmişdir. Bu səbəbdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı MMC arasında qarşılıqlı əməliyyatlar aparılarkən tərəflər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi olması barədə məlumatlı olmamışdır. Müvafiq olaraq xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimə fakturalar əsasında İddiaçı MMC-yə daş, mərmər, qranit satılmışdır. Mişar daşı istisna olmaqla digər mallar idxal proseduru əsasında Azərbaycan Respublikasına gətirilmiş, anbarda yerləşdirilmişdir və müvafiq fakt gömrük məlumatlarında öz təsdiqini tapır. "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməsi barədə qərardan məlumatlı olduqdan sonra müvafiq qərarı mübahisələndirmişdir.
17. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 izahatında bildirmişdir ki, hazırda işləmir, lakin 2021-ci ildə İddiaçı MMC-də anbarda vəzifəsində işləmişdir. 2021-ci ilin yay aylarında Cəfərov Kənan adlı şəxsin iştirakı ilə Qaradağ rayonu, Gülbaxt ərazisində "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş malları təhvil almışdır. Təhvil aldığı mallar arasında mişar daşı, mərmər olmuşdur, digər malları tam xatırlamır.
18. "xxxx" MMC-də rəsmi işçi kimi qeydiyyatda olmamış, etibarnamə üzrə işləmişdir. 2021-ci ildə "xxxx" MMC-nin rəhbəri X8 tərəfindən verilmiş etibarnamə əsasında Qaradağ rayonu, Gülbaxt ərazisində mişar daşından ibarət malları İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinə təhvil vermişəm. Həmin an təqdim etdiyim mallar arasında mərmər və qranit olmamışdır. Belə ki, müvafiq malları təhvil verərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mühasibi X13 əlaqə saxlayaraq mərmər və qranit də təhvil verilməli olduğunu bildirmişdir. X9 bu barədə X6 məlumat vermiş və X8 mərmər və qranitin təhvil verilməsini özünün həll edəcəyini bildirmişdir.
II. İddianın növü və mümkünlüyü
19. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
21. İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
22. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
23. X7 İddiaçı MMC-nin yeganə təsisçisi olduğundan onu təmsil etməyə səlahiyyətlidir.
24. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
25. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 1) xx.xx.2023-cü il tarixli **********292100 nömrəli qərarın və 2) xx.xx.2024-cü il tarixli 3-21-2-3/114324/2024 nömrəli qərarın ləğv edilməsini tələb etmişdir.
26. Məhkəmə xx.xx.2023-cü il tarixli **********292100 nömrəli Qərara münasibətdə müəyyən edir ki, mübahisənin yaranma səbəbi vergi tutulan əməliyyatın vaxtının düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur.
27. Belə ki, cavabdeh vergi orqanı xx.xx.2023-cü il tarixli, **********292100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarda qeyd etmişdir ki, təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 169.336 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 940.755,56 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 169336 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 940.755,56 manat məbləğdən 940.755,56 manat az göstərilmişdir.
28. Belə olan təqdirdə məhkəmə müəyyən edir ki, cavabdeh vergi orqanı iddiaçının depozit hesabına 169.336 manat məbləğində mədaxilin daxil olmasını nəzərə alaraq vergi ödəyicisinin ƏDV-yə cəlb olunan əməliyyatlarının ümumi həcminin 940.755,56 manat olması qənaətinə gəlmiş (ƏDV üzrə vergi dərəcəsinin 18% olmasını əsas götürərək) və 940.755,56 manat məbləğə münasibətdə ƏDV hesablamışdır.
29. Vergi Məcəlləsinin 166-cı maddəsinin hazırda qüvvədə olan redaksiyası: 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; -29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 166-cı maddənin mətni aşağıdakı redaksiyada verilmişdir (Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir): 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;
30. Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 329 nömrəli Qərarına əsasən: ...1.2. Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X3 (bundan sonra - DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ...1.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturalarında nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. 1.4. Malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra - alıcı) tərəfindən vergi hesabfakturalarında göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra - satıcı) hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.
31. Məhkəmə nəzərə alır ki, qanunvericiliyin tələblərinə əsasən müvafiq əməliyyatın vergiyə cəlb edilməsi anı kimi vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallar (işlər və xidmətlər) üçün ödəmənin həyata keçirildiyi vaxt – pul vəsaitinin vergi ödəyicisinin bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesabına daxil olduğu vaxt nəzərə alınır. Odur ki, müvafiq əməliyyatın vergiyə cəlb edilməsi üçün ilkin şərt əməliyyat üzrə təqdim edilmiş malın (işin və xidmətin) dəyərinin vergi ödəyicisinə ödənilməsidir.
32. Məhkəmə müəyyən edir ki, İddiaçı MMC-nin (VÖEN: **********) xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üzrə AZ15AİİB400600C**********115 (Kapital Bank ASC), AZ20AİİB401600C**********115 (Kapital Bank ASC), AZ60AİİB400600C**********115 (Kapital Bank ASC), AZ49AİİB400600C**********115 (Kapital Bank ASC), AZ45AİİB401600C**********115 (Kapital Bank ASC) nömrəli bank hesablarından çıxarışlar iş materiallarına əlavə olunmuşdur.
33. Məhkəmə iş materiallarına əlavə olunmuş bank hesablarından müvafiq çıxarışları nəzərdən keçirərək müəyyən edir ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri ərzində İddiaçı (VÖEN: **********) bank hesabına hər hansı mədaxil daxil olmamış, faktiki olaraq müvafiq dövr üzrə təqdim edilmiş mallar (işlər və xidmətlər) üçün ödəmə həyata keçirilməmişdir.
34. Məhkəmə hesab edir ki, təqdim edilmiş malın (xidmətin və işin) dəyərinə münasibətdə əsas məbləğ üzrə ödəniş vergi ödəyicisinin bank hesabına daxil edilmədiyi müddətdə məhz ƏDV-nin depozit hesabına ödənilmiş məbləğ nəzərə alınmaqla müvafiq əməliyyatın vergiyə cəlb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, ƏDV-nin depozit hesabı vergi ödəyiciləri arasında aparılmış əməliyyatların dəyərinin birbaşa ödənilməsi məqsədilə nəzərdə tutulmamışdır. Müvafiq hesab yalnız həmin əməliyyatlar üzrə əlavə dəyər vergisinin (ƏDV) mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə köçürülməsi məqsədilə istifadə olunur. Odur ki, vergi orqanı vergi tutulan əməliyyatların vaxtını müəyyən edərkən vergi ödəyicisinin ƏDV-nin depozit hesabına köçürülmüş məbləği əsas götürməməli, müvafiq əməliyyat üzrə əsas vəsaitin vergi ödəyicisinin bank hesabına faktiki daxilolma vaxtını nəzərə almalıdır.
35. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********292100 nömrəli qərarın qəbul edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
36. Məhkəmə xx.xx.2024-cü il tarixli 3-21-2-3/114324/2024 nömrəli Qərara münasibətdə müəyyən edir ki, mübahisənin yaranmasının səbəbi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
37. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC (VÖEN: **********), “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC (VÖEN: **********), “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdirlər.
38. Həmin əməliyyatlar "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə aparılmış əməliyyatlar) Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.
39. Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC riskli əməliyyat apardığı tarix aralıqlarında məhz İddiaçı Məhud Məsuliyyətli Cəmiyyətinə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.
40. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
42. Məhkəmə "xxxx" MMC və "xxxx" MMC ilə aparılmış qarşılıqlı əməliyyatlara münasibətdə nəzərə alır ki, İddiaçı MMC tərəfindən müvafiq müqavilələr əsasında aparılmış əməliyyatlarla əlaqədar elektron qaimə faktura əldə olunarkən "xxxx" MMC və "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısında olmadıqları, yalnız vergi orqanı tərəfindən bildiriş daxil olduqdan sonra iddiaçının bu fakt barədə məlumatlandığı müəyyən edilmişdir. Belə ki, qeyd edilən fakt cavabdeh vergi orqanı tərəfindən təkzib edilməmişdir.
43. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının "xxxx" MMC və "xxxx" MMC ilə aparılmış əməliyyyatlar üzrə aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu və ya Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən risk meyarlarına cavab verməsi müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərarlar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin "xxxx" MMC (**********) və "xxxx" MMC (**********) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla qanuni olmamışdır.
44. Məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aparılmış qarşılıqlı əməliyyatlara münasibətdə nəzərə alır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********359900 nömrəli Qərarına əsasən xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Hazırki iş üzrə cavabdeh vergi orqanı "xxxx" MMC tərəfindən riskli vergi ödəyicisi hesab edildiyi tarixdən sonra iddiaçıya təqdim edilmiş elektron qaimə fakturalar (EBBE seriyalı 420294 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura və EBBE seriyalı 693722 nömrəli xx.xx.2021ci il tarixli elektron qaimə faktura) üzrə malların və ya xidmətlərin dəyərini nəzərə almamışdır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə göndərilmiş EBBE seriyalı 420294 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura üzrə alınmış malın ümumi dəyəri 72.459,00 manat, EBBE seriyalı 693722 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə faktura üzrə alınmış malın ümumi dəyəri 5.060,00 manat təşkil etmişdir.
45. Məhkəmə müvafiq elektron qaimə-fakturalar üzrə əməliyyatların "xxxx" MMC riskli vergi ödəyicisi hesab edildiyi tarixdən sonrakı dövrdə aparıldığını nəzərə alaraq aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olub-olmamasını və ya Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən risk meyarlarına cavab verib-verməməsini müəyyənləşdirməyi zəruri hesab edir.
46. Məhkəmə ilkin olaraq müəyyən edir ki, "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Alqı-Satqı Müqaviləsi, xx.xx.2021-ci il tarixli X2, xx.xx.2021-ci il tarixli Təhvil-Təslim Aktı, xx.xx.2021-ci il tarixli X2 və Təhvil-Təslim Aktı iş materiallarına əlavə olunmuşdur.
47. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 izahatında bildirmişdir ki, 2021-ci ilin aprel ayından etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baş mühasib vəzifəsində işləyir. X13 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləməyə başladığı ilkin dövrdə MMC riskli vergi ödəyicisi olmamış, sonrakı dövrdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul edilsə də, vergi orqanı tərəfindən vergi ödəyicisinə yalnız bir neçə aydan sonra bu barədə məktub göndərilmişdir. Bu səbəbdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı MMC arasında qarşılıqlı əməliyyatlar aparılarkən tərəflər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi olması barədə məlumatlı olmamışdır. Müvafiq olaraq xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimə fakturalar əsasında İddiaçı MMC-yə mişar daşı, mərmər, qranit satılmışdır. Mişar daşı istisna olmaqla digər mallar idxal proseduru əsasında Azərbaycan Respublikasına gətirilmiş, anbarda yerləşdirilmişdir və müvafiq fakt gömrük məlumatlarında öz təsdiqini tapır. "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməsi barədə qərardan məlumatlı olduqdan sonra müvafiq qərarı mübahisələndirmişdir.
48. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 izahatında bildirmişdir ki, hazırda işləmir, lakin 2021-ci ildə İddiaçı MMC-də anbardar vəzifəsində işləmişdir. 2021-ci ilin yay aylarında Cəfərov Kənan adlı şəxsin iştirakı ilə Qaradağ rayonu, Gülbaxt ərazisində "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş malları təhvil almışdır. Təhvil aldığı mallar arasında mişar daşı, mərmər olmuşdur, digər malları tam xatırlamır.
49. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 izahatında bildirmişdir ki, "xxxx" MMCdə rəsmi işçi kimi qeydiyyatda olmamış, etibarnamə üzrə işləmişdir. 2021-ci ildə "xxxx" MMC-nin rəhbəri X8 tərəfindən verilmiş etibarnamə əsasında Qaradağ rayonu, Gülbaxt ərazisində mişar daşından ibarət malları İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinə təhvil vermişəm. Həmin an təqdim etdiyim mallar arasında mərmər və qranit olmamışdır. Belə ki, müvafiq malları təhvil verərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mühasibi X13 əlaqə saxlayaraq mərmər və qranit də təhvil verilməli olduğunu bildirmişdir. X9 bu barədə X6 məlumat vermiş və X8 mərmər və qranitin təhvil verilməsini özünün həll edəcəyini bildirmişdir.
50. Odur ki, məhkəmə nəzərə alır ki, İddiaçı MMC və "xxxx" MMC arasında aparılmış qarşılıqlı əməliyyatlar üzrə elektron qaimə-fakturalarda, X1 və Təhvil-Təslim Aktlarında qeyd olunan məbləğlər uyğunluq təşkil edir.
51. Məhkəmə eyni zamanda nəzərə alır ki, məhkəmə iclasında şahid qismində iştirak edən "xxxx" MMC-nin işçisi X13 (baş mühasib), müvafiq malların təhvil-təslim prosesini həyata keçirmiş X11 (İddiaçı MMC-nin anbardarı qismində) və X9 ("xxxx" MMC-nin rəhbəri tərəfindən verilmiş etibarnamə üzrə səlahiyyətli şəxs qismində) EBBE seriyalı 420294 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura və EBBE seriyalı 693722 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə faktura üzrə malların İddiaçı MMC-yə təhvil verildiyini təsdiq etmişdir.
52. Odur ki, "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə malların (mərmər, mişar daşı, qranit) faktiki olaraq təhvil verilməsi qənaətini təkzib edən hər hansı şübhə yoxdur.
53. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
54. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
55. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli 3-21-2- 3/114324/2024 nömrəli qərarın (inzibati aktın) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
56. Mübahisələndirilən qərarların ləğvi onun icrasının nəticələrini aradan qaldırmalıdır. Ona görə məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirilən qərarların ləğvi ilə əlaqədar icrasının nəticələrinin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, bu, İPM-in 32.1-ci maddəsinin tələbindən irəli gəlir. Yəni bu, cavabdeh tərəfindən alınanların geri qaytarılmasında və ilkin hüquqi vəziyyətin (müdaxilədən əvvəlki) bərpasında ifadə olunur.
57. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
58. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
59. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
60. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı MMC barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********292100 nömrəli qərarın və xx.xx.2024-cü il tarixli 3-21-2-3/114324/2024 nömrəli qərarı ləğv edilsin və həmin qərarların icrasının nəticələri aradan qaldırılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva