Məhkəmə qərarları › İş №2-1(112)-18742/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-18742/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18742/2025 09.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi XXX Günəş Yusif qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1956-cı il təvəllüdlüdür. xx.xx.1974-cü il tarixli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək satıcı köməkçisi (07 ay 23 gün); - xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet Ordusunda hərbi xidmət (02 il 09 gün); - xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək elektromexanik (07 ay 28 gün); - xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək bufetçi (02 ay 12 gün); -xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək elektromexanik (04 il 06 ay 03 gün); -xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Ələt refrijerator vaqon deposunda çilingər-elektrik (08 ay 26 gün); -xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı Texniki məktəbində kurs (05 ay 17 gün); -xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Ələt refrijerator vaqon deposunda çilingər-elektrik (01 ay 25 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək refrijerator qatarının mexaniki (08 ay 07 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək refrijerator qatarının rəhbəri (08 il 06 ay 16 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək refrijerator seksiyasının mexaniki (05 ay 20 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.2018-ci il tarixədək refrijerator seksiyasının rəhbər mexaniki (23 il 09 ay 15 gün); -xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X7 refrijeratorseksiyasının rəhbər mexaniki (07 ay 07 gün); - xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də mexanik (04 il 02 ay 05 gün) vəzifəsində çalışmışdır. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışında göstərilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Vəzifəyə təyin edilmə (başqa Vəzifədən işdən azad Sıra Çalışdığı struktur Vəzifə(peşənin) işə keçirilmə) azad işə başladığı olunduğu N°-si vahidi adı barədə əmrin edilməyə dair tarix (başqa işə tarixi və əmrin tarixi keçirildiyi) nömrəsi və nömrəsi tarix refrijerator

1. Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1984 xx.xx.1985 xx.xx.1984 xx.xx.1985 vaqon deposu mexaniki 693 369 refrijerator

2. Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1991 - xx.xx.1991 vaqon deposu rəhbər mexaniki 64 refrijerator xx.xx.1993

3. Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1993 - 498 vaqon deposu mexaniki refrijerator

4. Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1994 xx.xx.2018 xx.xx.1994 xx.xx.2018 vaqon deposu rəhbər mexaniki 315 315 refrijerator

5. Şərq vaqon deposu seksiyaların xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 rəhbər mexaniki 282 786 "xxxx" MMC-nin Şərq refrijerator seksiyaların xx.xx.2018

6. vaqon deposu - xx.xx.2018 - 18-AEXP-681 mexaniki "xxxx" MMC-nin Şərq refrijerator vaqon deposu seksiyaların xx.xx.2019 19- xx.xx.2023

7. 23-AEXP- xx.xx.2019 xx.xx.2023 böyük mexaniki AEXP-855 019 İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 32 il 7 ay 7 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubu əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “...Mərkəzi Filiala təqdim ediyiniz "xxxx" QSC-nin 16 aprel 2024-cü il tarixli 13-1/2-A-1112/1-42/2024 nömrəli sizə dair arayışında xx.xx.1991xx.xx.1993-cü il və xx.xx.1994-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən işlədiyiniz vəzifə həmin arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (4 il 10 ay 1 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.”

İddia tələbi və iddianın əsaslandırması:

İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 30 oktyabr 2013-cü il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 12 sentyabr 2022-ci il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxx 1956-cı ildə Bakı şəhərində dünyaya gəlmiş və hazırda ünvan 1 ünvanında yaşayır. Orta təhsilini başa vurduqdan sonra 05 sentyabr 1974- 28 aprel 1975-ci il tarixində X1 Satış Şöbəsində 45 nömrəli mağazada satıcı işləmişdir. 08 may 1975-17 may 1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 12 oktyabr 1977-ci ildə X3 və Televiziyaların 3 nömrəli Texniki Qovşağında elektromexanik vəzifəsinə işə qəbul edilmişəm və 09 iyun 1978-ci ildə işdən çıxmışdır. 17 iyul 1978-ci ildə Azərbaycan Dəmir Yollarının X5 Bakı bölməsinə bufetçi qəbul edilmiş və 29 sentyabr 1978-ci il tarixinə kimi orda işləmişdir. 29 noyabr 1978- 01 iyun 1983-cü il tarixində X3 və Televiziyaların 3 nömrəli Texniki Qovşağında elektromexanik vəzifəsində işləmişdir. 29 iyun 1983-cü ildə Azərbaycan Dəmir Yollarının X2 Deposunda elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir. 08 iyul 1983-cü ildə elektrik avadanlıqlarının təmiri üzrə çilingər keçirilmişdir. 26 mart 1984-cü ildə işdən çıxmışdır. 26 dekabr 1983-12 iyun 1984-cü il tarixlərində Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində əyani formada refrijerator seksiyası mexaniki kursunda təhsil almışdır. 29 iyun 1984-cü ildə Azərbaycan Dəmir Yollarının Ələt- X4 Deposunda çilingər-elektrik vəzifəsinə işə qəbul edilmişdir. 23 avqust 1984-cü il tarixində refrijerator seksiyası mexaniki keçirilmişdir. 30 aprel 1985-ci ildə refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmişdir. 01 yanvar 1991 -ci il tarixindən refrijerator seksiyasının rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. 15 noyabr 1993-cü il tarixində refrijerator seksiyası mexaniki keçirilmişdir. 05 may 1994-cü ildə refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə keçirilmişdir. 20 fevral 2018-ci ildə əmək müqaviləsinə xitam verilib. 20 fevral 2018-ci ildə X7 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmişdir. 27 sentyabr 2018-ci ildə işdən çıxmışdır. 08 noyabr 2018-ci ildə Azərbaycan Dəmir Yollan Ekspress MMC-də X7 refrijerator seksiyalarının mexaniki vəzifəsinə təyin edilmişdir. 25 sentyabr 2019-cu ildə orada refrijerator seksiyalarının daxili avadanlıqlarının xidməti baxış və cari təmiri sexinin mexaniki vəzifəsinə keçirilmişdir. 17 oktyabr 2019-cu ildə orada refrijerator seksiyalarının daxili avadanlıqlarının xidməti baxış və cari təmiri sexinin böyük mexaniki keçirilmişdir. 13 yanvar 2023-cü ildə əmək müqaviləsinə xitam verilib. İddiaçı iddia ərizəsinin əsasında əmək fəaliyyəti dövründə 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır. 01 yanvar 2006-cı ilə qədər ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Syahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər yarımbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsiilə eynilik təşkil edir. Cavabdehin qəbul etdiyi inzibati aktdan görünür ki, cavabdeh guya iddiaçının refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməməsini əsas tutaraq, pensiya təyin edilməsi xahişini rədd etmişdir. İddia tələbinə etirazın əsasları:

Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçıya verilmiş 3-17-1/2-A-234823/2025 nömrəli cavab məktubunda iddiaçının qanunla tələb edilən güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildirilir ki, Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsində (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən iddiaçıya dair əmək kitabçasında, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-A- 1112/1-42/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.1994-xx.xx.2018ci il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə və vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan sahə və vəzifəyə uyğun deyil. Göstərilənlərə əsasən o qənaətə gəlirik ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 10 ay 1 gün): -xx.xx.1984-xx.xx.1985-ci il; - xx.xx.1993-xx.xx.1994-cü il; - xx.xx.2018-xx.xx.2019-cu il; - xx.xx.2019-xx.xx.2022-ci il; - xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bildirilir ki, refrijerator seksiyalarının mexaniki icraçı-texniki vəzifə olub, əsas funskiyaları kompressor, kondensator, buxarlandırıcı və s. kimi qurğuların gündəlik işinin təmin edilməsi, avadanlıqların texniki baxışı, nasazlıqları aşkar edib aradan qaldırmaq, temperatur, təzyiq, yağ səviyyəsi kimi parametrlərin nəzarətidir. Rəhbər mexanik isə idarəedici-nəzarətçi vəzifə olub, mexaniklərin işinin təşkil edilməsi, texniki xidmət və təmir işləri üçün plan və qrafiklərin tərtib edilməsi, nasazlıqlar zamanı texniki qərarların verilməsi fəaliyyəti ilə məşğul olur. Sözügedən mexanik soyutma qurğuları, elektrik, mexaniki hissələrlə birbaşa işləyir, qatarın hərəkəti zamanı xidmət göstərir, zərərli və təhlükəli əmək şəraitinə faktiki məruz qalır. Lakin rəhbər mexanikin əsas işi nəzarət, təşkilatçılıq, texniki qərarvermə fəaliyyətidir. Yəni rəhbər mexanikin avadanlıqla daimi birbaşa işi yoxdur və fiziki təhlükəli şəraitdə tam iş vaxtı olmur. Qeyd olunan səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımıdan mümkün hesab olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığına görə iddia tələbi təmin edilə bilməz.

Tərəflərin iştirakı və izahatları:

İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; ... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə mübahisə üzrə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 60 yaşı, həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün azı 25 il stajı (ümumi) və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə güzəştli iş stajı olmalıdır. İddiaçının 57 yaşı xx.xx.2013-cü ildə tamam olmuşdur. İddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasında qeyd olunan bütün dövrləri, o cümlədən hərbi xidmət dövrü nəzərə alındıqda onun xx.xx.2013-cü il tarixədək ümumilikdə 38 il 06 ay 27 gün iş stajı mövcuddur. Göründüyü kimi, iddiaçının xx.xx.2013cü il tarixədək tələb olunan ümumi iş stajı 25 ildən çoxdur. Ümumi iş stajının mövcudluğu cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır. Cavabdeh orqan iddiaçının işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsinin AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda göstərilən asfalt və beton döşəyənlər vəzifəsinə aid olmadığını bildirmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materiallarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışında göstərilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Vəzifəyə təyin edilmə (başqa Vəzifədən işdən azad Sıra Çalışdığı struktur Vəzifə(peşənin) işə keçirilmə) azad işə başladığı olunduğu N°-si vahidi adı barədə əmrin edilməyə dair tarix (başqa işə tarixi və əmrin tarixi keçirildiyi) nömrəsi və nömrəsi tarix refrijerator

1. Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1984 xx.xx.1985 xx.xx.1984 xx.xx.1985 vaqon deposu mexaniki 693 369 refrijerator

2. Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1991 - xx.xx.1991 vaqon deposu rəhbər mexaniki 64 refrijerator xx.xx.1993

3. Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1993 - 498 vaqon deposu mexaniki refrijerator

4. Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1994 xx.xx.2018 xx.xx.1994 xx.xx.2018 vaqon deposu rəhbər mexaniki 315 315 refrijerator

5. Şərq vaqon deposu seksiyaların xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 rəhbər mexaniki 282 786 "xxxx" MMC-nin Şərq refrijerator seksiyaların xx.xx.2018

6. vaqon deposu - xx.xx.2018 - 18-AEXP-681 mexaniki "xxxx" MMC-nin Şərq refrijerator vaqon deposu seksiyaların xx.xx.2019 19- xx.xx.2023

7. 23-AEXP- xx.xx.2019 xx.xx.2023 böyük mexaniki AEXP-855 019 İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 32 il 7 ay 7 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli siyahıda 23000000 XXVİİİ. Nəqliyyat bolməsində 23001000—23598 kodla refrijerator qatarların (seksiyaların) mexanikləri nəzərdə tutulmuşdur. İş materiallarına refrijerator seksiyasının mexaniki və rəhbər-mexanikinin təsdiq edilmiş vəzifə təlimatlarının surətləri əlavə edilmiş və həmin sənədlərdən də müəyyən olunur ki, «refrijerator seksiyasının rəhbər-mexaniki» və «refrijerator seksiyasının mexaniki» vəzifələrinin xarakteri eynidir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “refrijerator seksiyasının rəhbər mexaniki”, “refrijerator seksiyasının böyük mexaniki” və “refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər üç vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. Məhkəmə göstərilənləri məcmu halında qiymətləndirərək qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi və iddiaçının işlədiyi “refrijerator seksiyasının rəhbər-mexaniki” peşəsi üzrə yerinə yetirilən işlərin xüsusiyyətlərinin iddiaçının “refrijerator seksiyasının mexaniki” peşəsinə aid işlərin xüsusiyyətləri ilə eyni olması yuxarıda qeyd olunan arayışla öz təsdiqini tapır. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1684/2024 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeni nəzər alır: “... 12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. ...” Məhkəmə hesab edir ki, İddiaçı işlədiyi refrijerator seksiyasının rəhbər-mexaniki vəzifəsinin əmək funksiyaları “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) yarımbəndində refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi ilə eynilik təşkil edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən (57 yaşının tamam olduğu tarixədək) xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.2013-cü il tarixədək refrijerator seksiyasının rəhbər-mexaniki vəzifəsində çalışdığı dövrlər zərərli əmək şəraiti kimi nəzərə alınmalıdır. Odur ki, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 12 il 6 aydan çox stajı mövcuddur. Bu səbəbdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Məhkəmə nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 12 sentyabr 2022-ci il tarixindən (iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir) hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 30 oktyabr 2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 12 sentyabr 2022-ci il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar