Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(112)-18749/2025 27.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibiliyi, İddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “təqaüdün ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2008-ci il tarixdən ##.##.2011-ci il tarixədək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil aldığı müddət ərzində verilməli olan təaqüdün ikinci mislinin ödənilməsi; ##.##.2011-ci il tarixdən ##.##.2015-ci il tarixədək Türkiyə Respublikası Ankara şəhərində Türkiyə Respublikası Quru Qoşunları Hərbi Məktəbində təhsil aldığı müddət ərzində çatmalı olan təaqüdün ikinci mislinin ödənilməsi; ali təhsil müəssisəsini bitirdiyi zaman ödənilməli olan 2600 (iki min altı yüz) manat birdəfəlik müavinətin ödənilməsi; ilk dəfə işə düzələn zaman ödənilməli olan müvafiq pul məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1992-ci ildə Bakı doğulmuşdur. 1997ci ildə atası və anası boşandıqdan sonra iddiaçı, bacısı (Paşazadə Aysel) və qardaşı (Paşazadə Ağalar) babasının (ana babasının) X6 himayəsində qalmışdırlar. Babası tərəfindən iddiaçı və bacısı (qardaşı Ağalar bizdən balaca olduğuna görə o sonra daxil olub internat məktəbinə) ##.##.1999-cu ildə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən ** №-li sanatoriya tipli internat məktəbinə təhvil verilmişdir, ##.##.2004-cü ildə həmin məktəbdən babası tərəfindən xaric olunaraq ##.##.2004-cü ildə “Ümid Yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzinə yerləşdirilmişdirlər. İddiaçı ##.##.2011-ci ilə qədər “Ümid Yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzində qalmışdır. “Ümid Yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzində qaldığı müddətdə, ##.##.2008-##.##.2011-ci il tarixlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. Yəni istirahət və bayram günlərində həmin müəssisədə yaşamışdır. ##.##.2011-ci il tarixdən ##.##.2015-ci ilə qədər Türkiyə Respublikası Ankara şəhərində Türkiyə Respublikası Quru Qoşunları Hərbi Məktəbində və ##.##.2015-ci il tarixdən ##.##.2016-cı il tarixədək Türkiyə Respublikası İzmir şəhərində Nəqliyyat, Kadrlar Məktəbi və Təhsil Mərkəzi Komandanlığında təhsil almışdır. ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixədək Müdafiə Nazirliyinin *** №-li (Göygöl rayonu Toğanalı kəndi), *** №-li (Gədəbəy rayonu), *** №-li (Goranboy rayonu Goran qəsəbəsi) və *** №-li (Qubadlı rayonu Xəndək kəndi) nömrəli hərbi hissələrində, ##.##.2021-ci il tarixdən hal hazırədək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında (Qubadlı rayonu) zabit qismində xidmət etmişdir. Vətən Müharibəsi zamanı N №-li hərbi hissədə düşmənlə təmasda yerləşən döyüş mövqeyində Gədəbəy rayonunun müdafiə və mühafizəsində iştirak etmişdir. Bu yaxınlarda Azərbaycan Respublikasının televiziya kanallarından birində müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 265 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunmaları barədə məlumat almışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan yazılı etirazda qeyd edilmişdir ki, hazırkı iddia mümkün sayılmamalıdır. 1. 2008-2011 -ci illərdə Hərbi Litseydə təhsil aldığı müddət ərzində verilməli olan təqaüdün ikinci mislinin ödənilməsinə dair: İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Belə ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxılarkən məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki, halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mükünlüyünə dair” ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianı əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasında əvvəl aparılan hüquqi dəyərləndirmədir.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. 2011-ci il # ###### tarixinədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il # ######## tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011 -ci il 1 yanvar tarixindən isə iddia müddəti tətbiq edilən iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsi ilə tənzimlənir. 2000-ci il # ######## tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni ##.##.2011 -ci il tarixədək inzibati orqanların qərarların və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ##.##.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməzlər.Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual - Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansi inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.(Misal üçün: Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2-1 (***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli 2-1 (***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, 01,05.2024-cü il tarixli 2-1 (***)-***/**** nömrəli qərarları).Belə yanaşma hüquqi müəyyənlik prinsipinə əsaslanır. İşin materiallarında göründüyü kimi, iddiaçı ehtiyata buraxılarkən ödənilməmiş pul təminatının hesablanaraq ödənilməsi barədə tələblə bağlı əvvəllər məlumatlı olduğu halda, o, iddianı MPM-in 298-ci maddəsi üzrə müəyyən edilmiş müddəti buraxmaqla qaldırmışdır. Hesab edirik ki, belə situasiyalarda hər bir halda hüquqi müəyyənlik prinsipinin xüsusi əhəmiyyəti və həmin prinsipin təmin olunması ilə bağlı ictimai maraq nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə ehtiyata buraxılarkən ödənilməmiş pul təminatının hesablanaraq ödənilməsindən cavabdehin imtinasının iddiaçı tərəfindən 2011-ci il # ###### tarixinədək mübahisələndirildiyi iş üzrə materiallardan görünmür və bu baxımdan onun yeni qanunvericiliyə əsasən həmin imkanı itirdiyi qəbul olunmalıdır. Belə ki, iddiaçı cavabdehin həmin hərəkətlərinin mübahisələndirilməsi barədə həmin dövrdə və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində müvafiq hüquqi müdafiə imkanlarından yararlanmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir.Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd edirik ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmə tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılmalıdır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna edilməlidir. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın ## ###### 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların ( hərəkətlərin ) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir. İddia ərizəsi məhkəməyə 2025-ci il tarixində verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Göründüyü kimi iddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayyət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1. maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir, 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2001-ci il tarixli Qərarında göstərilmişdir: "Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir." Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377-ci maddəsinə görə iddia müddətinin başlanması, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir.İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır.İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır və Müdafiə Nazirliyi hesab edir ki, məhkəmə ilk növbədə iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosesual-hüquq normalarına əsasən qiymət verməlidir. Belə ki, hüquqi mübahisənin bütün mərhələsində (iddia məhkəməyə daxil olduqda, məhkəmə baxışının vaxtı təyin edildikdə, məhkəmə baxışına hazırlıq aparıldıqda, məhkəmə qərarına apellyasiya və ya kassasiya şikayətinə əsasən yenidən baxdıqda) məhkəmə daim işin faktiki hallarını nəzərdən keçirməli, iddianın mümkünlüyünü yoxlamalıdır. İddianın əsaslığının araşdırılması üçün əsas şərt iddianın mümkün olmasıdır. Yəni məhkəmənin iddianın mahiyyəti üzrə qərar qəbul edə bilməsi üçün mümkünlük şərtləri mövcud olmalıdır. Bundan əlavə o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1 maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. “inzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxslər üçün müəyyən həquqi nəticələr yaradan qərar, sərəncam və digər növ hakimiyyət tədbiridir.Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir- inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanladığı fiziki və ya həquqi şəxs üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır.Beləliklə inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanladığı hüquqi və ya fiziki şəxsin hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir ( Vergi ödəyicilərinin 2017-ci ilin # ###### tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında “Azərbaycan Respublikasının 2016-cı il ## ###### tarixli 474 VQ nömrəli Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərardadı nömrə 02, 24-cü bənd). İddiaçının mübahisə açdığı məsələ (müəyyən dövr üzrə) inzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində ( Dövlət hakimiyyəti orqanlarının, idarələrin , təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 27-ci fəslində ( Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri ( hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların ( hərəkət və hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, inzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta ( hərəkət və hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasa Ali Məhkəməsi Plenumunun “inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarına əsasən: “Mümkünlüyün şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1,3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.(1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlama!ıdır.(2.1-ci bənd); Məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.(2.3-cü bənd) ; iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd) ; Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana məraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın ## ###### 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların ( hərəkətlərin ) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir. İddia ərizəsi məhkəməyə 2025-ci il tarixində verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Göründüyü kimi iddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayyət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. 2. 2011-2015 illərdə Türkiyyə Respublikası Ankara şəhərində təhsil aldığı müddət ərzində təqaüdün ikinci mislinin ödənilməsinə dair: Türkiyə Respublikasının hərbi təhsil müəssisələrində Azərbaycan Respublikasının vətəndaşlarının təhsil alması Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ####### tarixli Fərmanı ilə ilə təsdiq edilmiş 1992-ci il ######un ## -də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə”yə əsasən həyata keçirilir. Həmin Müqavilənin 7-ci maddəsində qeyd edilmişdir: Ödənmələr və xərclər: 1. Kursant olmayan hərbçilərin və onların yaxın qohumlarının maddi haqları Göndərən Dövlət tərəfindən təmin ediləcəkdir. 2. Hərbçi heyətin X1 gediş və gəliş xərclərini Göndərən Dövlət ödəyir (mümkün olan hallarda hərbçilər hərbi hava və quru nəqliyyatdan istifadə edə bilərlər). 3. X1 kursantın aşağıda göstərilən xərclərini ödəməyi vacib bilir: a) hərbi kursantlar üçün: 1. İaşə (yemək); 2. Yataq; 3. Xərclik (X1 tərəfindən müəyyən edilən miqdar əsasında); 4. Təlim-təhsil xərcləri; 5. Geyim (X1 uyğun öz kursantları üçün qəbul edilmiş tələblər əsasında). b) Zabitlər üçün: 1. Aylıq məvacib (kursant zabitlərə rütbələrinə görə X1 tərəfindən müəyyən edilmiş miqdarda); 2. Təlim-təhsil xərcləri; 3. Geyim (zabitlər üçün təlim-təhsil qurumunda geyilən, X1 tələblərinə uyğun olaraq). “Normativ hüquqi aktlar” haqqında Konstitusiya Qanununda qeyd olunur: “Maddə 23.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının bağladığı hökumətlərarası müqavilələr Azərbaycan Respublikasının daxili qanunvericilik aktlarından daha üstün mövqedədir və ziddiyyət yaranarsa hökumətlərarası müqavilələrin müddəaları tətbiq olunacaq.” 3. Ali təhsil müəsisəsini bitirdiyim zaman ödənilməli olan 2600,0 manat birdəfəlik müavinətin ödənilməsinə dair: ##.##.2025-ci il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 5-ci maddəsində qeyd edilmişdir: 5. Keçid müddəalar 5.1. Bu Qərarın 1-ci hissəsi 2025-ci il #####in #-dək ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirmiş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə şamil edilmir. Qərardan aydın olur ki, iddiaçının tələb etdiyi 2600,0 manat, vaxt baxımından onun oxuduğu dövrü əhatə etmədiyi və təhsilini Türkiyə Respublikasının hərbi təhsil müəssisəsində aldığı üçün ona şamil edilə bilməz. 4. İlk dəfə işə düzələn zaman ödənilməli olan pul məbləğinin ödənilməsinə dair: ## ###### 2001-ci il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2-ci maddəsinin 3-cü abzasında qeyd edilmişdir: “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 6000 (altı min) manat məbləğində birdəfəlik müavinətlə təmin olunsunlar“ Qərardan aydın görünür ki, iddianın 4cü hissəsi üzrə cavabdeh Müdafiə Nazirliyi olmadığından əsl cavabdeh ilə əvəz olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsində (Əsl olmayan tərəfin əvəz edilməsi) qeyd edilmişdir: 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Yuxarıda qeyd olunanlardan əlavə olaraq bildirik ki, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir və həmin məcəllənin 6-ci maddəsinin “a” bəndində əmək məcəlləsinin hərbi qulluqçulara şamil edilmədiyi qeyd edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Axərbaycan Respublikasının Qanununda qeyd edilmişdir: “Hərbi xidmətin şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması bu Qanun, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Qanunun 10-cu maddəsində “ Pul təminatı və maddi təminat hüququ” qeyd edilmişdir: “Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına qida məhsulları və əşya əmlakı alır, qida məhsulları və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli 562 №li Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Müdafiə Nazirliyinin hərbi qulluqçularına verilən pul təminatı və onun əlavələri, Müdafiə Nazirinin ##.##.2002-ci il tarixli *** nömrəli əmri "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamə və Müdafiə Nazirinin ##.##.2017-ci il tarixli ** nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü abzasına əsasən valideyn himayəsindən məhrum olunmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir. Bildiririk ki, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ##.##.2023-cü il tarixədək təqaüd ödənilmirdi. Onlara təhsil müddətində pul təminatı və müavinət ödənilirdi. Müavinətin məbləği “Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli **** nömrəli Sərəncamına əsasən müəyyən edilmişdir. Həmin Sərəncamda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlara daha yüksək müavinətin ödənişi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, Türkiyə Respublikasının hərbi təhsil müəssisələrində Azərbaycan Respublikasının vətəndaşlarının təhsil alması Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ####### tarixli Fərmanı ilə təsdiq edilmiş 1992-ci il ######un ##-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə"yə əsasən həyata keçirirlir. Həmin Müqavilənin 7-ci maddəsinə əsasən Türkiyə tərəfi kursantların aşağıda göstərilən xərclərini qarşılayır; - yemək xərcləri; - yataq xərcləri; - xərclik (Türkiyə dövləti tərəfindən müəyyən edilən miqdar əsasında), - təlim və təhsil xərcləri; - geyim xərcləri. Həmin müqavilədə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan şəxslərə hər hansı imtiyaz nəzərdə tutulmayıb. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.10-cu bəndinə əsasən qanunun anologiyası konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətlər münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Həmin Qanunun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydalarına da baxılmışdır. Göstərilən Qaydalarda xarici ölkələrə təhsil almağa göndərilmiş valideyn himayəsindən məhrum tələbələrə digərlərindən fərqli hər hansı əlavənin ödənişi barədə qeyd aşkar edilməmişdir. Xüsusi təyinatlı ali təhsil müəssisələrini bitirərək zabit rütbəsi almış şəxslər xidmətini davam etdirmək üçün göndərilmiş qoşun növünün xüsusiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada bütün geyimlə, o cümlədən ayaqqabı ilə təmin edilirlər. Bu səbəbdən Müdafiə Nazirliyi tərəfindən valı eyn ımayəsın ən məhrum şəxslərə əlavə vəsait ödənilmir. Hərbi hisssələrə göndərilmiş hərbi qulluqçulara müvafiq qaydada köç pulu ödənilir. Həmçinin xidmət yerində yaşayış yeri ilə təmin olunmayan hərbi qulluqçulara mənzil kirayəsi əvəzinə pul kompensasiyası ödənilir. Eyni zamanda bildirilir ki, hərbi qulluqçuların təminatları “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və hərbi qulluqçulara dair digər normativ hüquqi aktlarla tənzimlənir. ** №-li sanatoriya tipli internat məktəbi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *** nömrəli Arayışa əsasən İddiaçı Sabunçu rayonu, ** №-li sanatoriya tipli internat məktəbinə ** №-li əmrə əsasən ##.##.1999-cu ildə İ sinfə qəbul olunub, ** №-li əmrə əsasən ##.##.2004-cü ildə VI sinifən xaric olunub. Ümid Yeri X/C İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanlanan məktubda qeyd edilmişdir ki, ##.##.1992-ci il təvəllüdlü İddiaçı ##.##.2004-cü il tarixində Ümid Yeri uşaq sığınacağına qəbul olmuş, ##.##.2011-ci il tarixində həmin müəssisədən məzun olmuşdur. Sığınacaqda yaşadığı müddətdə onu valideynlərindən və qohumlarından heç kim axtarmamışdır. Nazirlər kabinetinin *** №-li qərarına əsasən İddiaçı ayaqqabı və geyim üçün 265 (iki yüz altmış beş) manat və orta əmək haqqının iki misli, yəni 1867 (min səkkiz yüz altmış yeddi) manat 60 qəpik cəmi 2132 (iki min yüz otuz iki) manat 60 qəpik məbləğində ödəniş olunmasına köməklik göstərilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş eti. II. İddianın mümkünlüyü: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır İddia tələbindən görünür ki, iddiaçı: 1) ##.##.2008-ci il tarixdən ##.##.2011-ci il tarixədək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil aldığı müddət ərzində verilməli olan təaqüdün ikinci mislinin ödənilməsi; 2) ##.##.2011-ci il tarixdən ##.##.2015-ci il tarixədək Türkiyə Respublikası Ankara şəhərində Türkiyə Respublikası Quru Qoşunları Hərbi Məktəbində təhsil aldığı müddət ərzində çatmalı olan təaqüdün ikinci mislinin ödənilməsi; 3) ali təhsil müəssisəsini bitirdiyi zaman ödənilməli olan 2600 (iki min altı yüz) manat birdəfəlik müavinətin ödənilməsi; 4) ilk dəfə işə düzələn zaman ödənilməli olan müvafiq pul məbləğinin ödənilməsini tələb edir. Məhkəmə ilkin tələbə münasibətdə qeyd edir ki, iddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında əsasən: “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın ## ###### 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir. İddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərar(lar)ın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Məhkəmə dördüncü tələbə münasibətdə qeyd edir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman birdəfəlik müavinətin ödənilməsinə dair cavabdeh Cavabdeh vəzifəsi (səlahiyyəti) yoxdur. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli *** nömrəli Qərarına əsasən: ... valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 6000 (altı min) manat məbləğində birdəfəlik müavinətlə təmin olunsunlar. Məhkəmə qeyd edir ki, qanunvericilik normalarının məzmunundan aydın olur ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman 6000 (altı min) manat məbləğində birdəfəlik müavinətin ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun vəzifəsi olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi “2008-2011-ci illərdə Hərbi Liseydə təhsil aldığı müddət ərzində verilməli olan təqaüdün ikinci mislinin ödənilməsi” və “ilk dəfə işə düzələn zaman ödənilməli olan pul məbləğinin ödənilməsi” hissəsində mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia “2008-2011-ci illərdə Hərbi Liseydə təhsil aldığı müddət ərzində verilməli olan təqaüdün ikinci mislinin ödənilməsi” və “ilk dəfə işə düzələn zaman ödənilməli olan pul məbləğinin ödənilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apeeşikayət verilə bilər. Hakim Aydın Babayev
Məhkəmə qərarları › İş №2-1(112)-18749/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-18749/2025
27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver