Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1875/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı 3-cü şəxs X3 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı 3-cü şəxs X6 cəlb olunmaqla “iddiaçının övladının adının dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Sabunçu rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X2 adının “Aysun” adına dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, azyaşlı qızı X2 adının “Aysun” adına dəyişdirilməsi ilə bağlı rəy verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə X6 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Rəsulova X1 Rauf Hikmət oğlu ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan qızları X5 28 yanvar 2021-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2022-cı il tarixdə AZ - İV № 552378 saylı doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı qızı X2 adının "Aysun" adına dəyişdirilməsi məqsədi ilə Bakı şəhəri Cavabdeh Başçısının müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədrinə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, azyaşlı övladının adının dəyişilməsi ilə müraciətində Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı ilə 28 yanvar 2021-ci il təvəllüdlü X2 adının dəyişdirilməsi azyaşlının mənafeləri baxımından məqsədəuyğun hesab edilməmişdir.” Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bundan əlavə həyat yoldaşı X6 qızının adının “Aysun” kimi göstərilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunsa da, etiraz təqdim edilməmişdir. İşin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı övladının adının dəyişdirilməsi ilə bağlı rəy verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmidir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. İş materiallarında olan: - İddiaçının qızı X4 məxsus AZ-İV 552378 saylı xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamədən və 05/Q-3944/13 saylı xx.xx.2022 ci il tarixli doğum akt qeydindən görünür ki, iddiaçının qızı X5 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. - İddiaçının qızı X4 məxsus xx.xx.2021-ci il tarixli doğum haqqında tibbi şəhadətnamədən görünür ki, iddiaçının qızı X5 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli R-12-164 saylı məktubu ilə bildirilmişdir ki, “Azyaşlı övladınızın adının dəyişdirilməsi barədə Cavabdehnə ünvanladığınız müraciətinizə Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı ilə 28 yanvar 2021-ci il təvəllüdlü X2 adının dəyişdirilməsi azyaşlının mənafeləri baxımından məqsədəuyğun hesab edilməmişdir.” - İddiaçı və əri X3 xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar qızları X2 adının Aysuna dəyişdirilməsinə etiraz etməmişlər. - İddiaçıya məxsus xx.xx.2015-ci il tarixli AZ-İİ № 081971 saylı nikah haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə X6 ilə nikaha daxil olmuşdur. Beləlikə, işdə olan sənədlərdən məlum olur ki, iddiaçı qızı X2 adının “Aysun” adına dəyişdirilməsi cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Hazırkı mübahisə iddiaçının yetkinlik yaşına çatmayan övladının adının dəyişdirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1 və 26.4-cü maddəsinə görə, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1.-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3.-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.2000-ci il tarixli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.11-ci bəndinə əsasən valideynlərin soyadları olmadıqda uşağa babasının və ya ulu babasının adı ilə soyad verilir. Uşağa valideynlərinin adı ilə soyad verilməsinə icazə verilmir. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll edilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2.8.- 2.8.8-ci bəndlərində Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideynlər arasında uşağın adına və soyadına münasibətdə yaranan fikir ayrılığının, uşağın mənafeyi nəzərə alınmaqla, həlli istiqamətində zəruri tədbirləri həyata keçirilməsi yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə, bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan Məhkəmə, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olmasından əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, Məhkəmə dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, Məhkəmə şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, Məhkəmə adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq Məhkəmənin presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. İlk növbədə nəzərə alınmalıdır ki, adın dəyişdirilməsi ilə bağlı iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən qərar formasında inzibati akt qəbul edilməli idi (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1.-ci maddəsi). İddiaçının müraciəti əsasında yazılı formada inzibati aktın qəbul edilməli olması həm də “İnzibati icraat haqqında” Qanunun tələblərindən irəli gəlir. Həmin Qanunun müddəalarına görə: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Lakin işin hallarından görünür ki, cavabdeh iddiaçının müraciəti əsasında belə bir inzibati akt qəbul etməmiş və ona yalnız məktubla cavab vermişdir. Cavabdeh həmçinin “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə riayət etməyərək qəbul etməli olduğu inzibati aktın əsaslandırılmasını da həyata keçirməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı məktub formal baxımdan yazılı inzibati aktın rekvizitlərinə (“İnzibati icraat haqqında” Qanunun 59-cu maddəsi) cavab verməməklə yanaşı, həmin məktubda hər hansı əsaslandırmaya da yer verilməmiş, inzibati orqan nəyə görə iddiaçının tələbini təmin etmədiyini faktiki və hüquqi hallara istinadla əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Yuxarıda sadalanmış qanunvericilik iddiaçıya övladının adını dəyişdirmək imkanını konstitusion hüquq kimi vermişdir. İnzibati orqan belə bir qərar qəbul etməkdən imtina edirsə, bunun hansı faktiki hallara əsaslandığını bildirməli və hüquqi istinadını göstərməlidir. Yuxarıda da göstərildiyi kimi cavabdehin imtina məktubunda hər hansı əsaslandırma olmadığı üçün imtinanın faktiki və hüquqi halları qeyri-müəyyən olmuşdur. Məhkəmə qeyd edir ki, işin hallarından müəyyən olunduğu kimi, iddiaçı övladının adının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etdikdən sonra “İnzibati icraat haqqında” Qanunun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh tərəfindən ümumiyyətlə həyata keçirilməmişdir. Halbuki, həmin Qanunun 28.1.1-ci maddəsinə görə, iddiaçının övladının adının dəyişdirilməsi ilə bağlı ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. Göstərilən Qanunun 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Beləliklə, cavabdeh inzibati orqan olaraq iddiaçının ərizəsi əsasında inzibati icraata başlamalı və həmin icraatı “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq aparmalı və icraatın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməli olduğu halda, bunu etməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı məktubdan müəyyən olunur ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “28 yanvar 2021-ci il təvəllüdlü X2 adının dəyişdirilməsi azyaşlının mənafeləri baxımından məqsədəuyğun hesab edilməmişdir.” Göründüyü kimi, iddiaçı inzibati orqana müraciət etmiş, hər hansı inzibati icraat aparılmadan onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının və ərinin iştirakını təmin etməli (iddiaçının əri X6 qızının adının “Aysun” kimi göstərilməsinə etiraz etmir), icraatın gedişində ehtiyac yaranarsa onlara hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Beləlikə, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan övladının adının dəyişdirilməsi iddiaçının hüququ olmaqla iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı qızı X2 adının “Aysun” adına dəyişdirilməsi ilə bağlı rəy verilməsi vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı azyaşlı qızı X2 adının “Aysun” adına dəyişdirilməsi ilə bağlı rəy verilməsi vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1875/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1875/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver