Məhkəmə qərarları › İş №2-1(112)-1876/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1876/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1876/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu 2020-ci il 16 may tarixindən güzəştli şərtlərlə əmək pensiyasının ləyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü, 1990-cu ildən “Azneftgeofizika” İstesalat Birliyindən başlayaraq hazırkı vaxta kimi 32 ildir ki, işləyir. Hazırda “Socar”ın Geofizika və Geologiya İdarəsində əmək fəaliyətini davam etdirir. Ali təhsil aldıgı və 2 il hərbi xidmət müddəti nəzərə alınmaqla 44 ildən artıq əmək stajı vardır. Zərərli iş şəraitində əmək stajı 01 yanvar 2006-cı il tarixinə 12 il 3 ay təşkil etmişdir. Yəni, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illik ümumi və 12 il 3 ay, 2013-ci ildən 104 gün (3 ay 14 gün) 1 saylı seysmik ekspedisiyasında ezamiyyətdə olduğuna görə güzəştli olan əmək stajı yarandığına görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda iddiaçının seysmik stansiya və avadanlıqların təmiri sahəsində işlədiyini nəzərə almamışdır. Halbuki seysmik stsnsiyaların adı 17541 kodunda avadanlıq kimi göstərilmiş, onlar neft hasilatında istifadə edilən bir avadanlıqdır, bu kodda neft sənayesində istifadə edilən cihaz, qurğu, stansiyalar və s. avadanlıqlar bir adla avadanlıq kimi göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla yalnız mülahizələrə əsaslanmış və iddiaçının güzəştli əsaslarla əmək pensiya hüququnu pozmuşdur. Bu səbəblə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçının təqdim etdiyi 10 iyul 1977-ci il tarixli əmək kitabçası və güzəştli arayışı araşdırılaraq güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa) bölməsinin (Xİİ) rəhbərlər və mütəxəssislər yarımbölməsində 2130100b—17541 kodu üzrə quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın Geofizika və Geologiya İdarəsinin 7 aprel 2022-ci il tarixli SOCAR**********80020123X00022 nömrəli arayışında xx.xx.2007xx.xx.2010-cu il və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin 2 saylı seysmik partiyasında əməyin mühafizəsi və təhlükəsizlik üzrə mühəndis, rəis müavini, rəis və kəşfiyyat partiyasının rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının adıçəkilən müəssisədə işlədiyi seysmik stansiya və avadanlıqların təmiri sahəsi və orada işlədiyi vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş sahə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 9 ay 2 gün (xx.xx.1990-xx.xx.1995-ci il, xx.xx.1998xx.xx.1999-cu il, xx.xx.2002-xx.xx.2006-cı il, xx.xx.2007-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İşə tam, obyektiv və hərtərəfli baxılmasını təmin etmək məqsədilə araşdırılma aparılaraq sözügedən müəssisəyə xx.xx.2022-ci il tarixli **********2 nömrəli sorğu göndərilmişdir. SOCAR-ın Geofizika və Geologiya İdarəsinin 07 aprel 2022-ci il tarixli SOCAR**********80020123X00022 nömrəli arayışında iddiaçının güzəştli iş stajının 12 il 3 ay olduğu qeyd olunmuşdur. Məhz bu səbəblərə görə də iddiaçıya qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçının AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx.xx.1960-cı il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa) bölməsinin (Xİİ) rəhbərlər və mütəxəssislər yarımbölməsində 2130100b—17541 kodu üzrə quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın Geofizika və Geologiya İdarəsinin 7 aprel 2022-ci il tarixli SOCAR**********80020123X00022 nömrəli arayışında xx.xx.2007-xx.xx.2010-cu il və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin 2 saylı seysmik partiyasında əməyin mühafizəsi və təhlükəsizlik üzrə mühəndis, rəis müavini, rəis və kəşfiyyat partiyasının rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən müəssisədə işlədiyi seysmik stansiya və avadanlıqların təmiri sahəsi və orada işlədiyi vəzifələr yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş sahə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (9 il 9 ay 2 gün (xx.xx.1990-xx.xx.1995-ci il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.2002-xx.xx.2006-cı il, xx.xx.2007- xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. - İddiaçıya məxsus PB № 038129 saylı diplomdan görünür ki, iddiaçı 1978-ci il tarixdən 1988-ci il tarixədə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunda təhsil alımışdır. - “SOCAR”-ın xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00047 saylı arayışından görünür ki, iddiaçı “Kəşfıyyatgeofizika” idarəsində (hazırki “Kəşfiyyatgeofizika" İstehsalat bölümü) Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin rəisi vəzifəsində işləyərkən, 2013-cü ildə 104 gün (3 ay 14 gün) müddətində seysmik ekspedisiyalarda ezamiyyətdə olmuşdur. Ezamiyyət müddətində ekspedisiyanın partiyalarının tərkibində Əməyin mühafizəsi üzrə mühəndisin əmək funksiyaları ilə eyni olan funksiyaları icra etmişdir. Bu funksiyalar "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında“ AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısında "Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində nəzərdə tutulan 21300000- 213Q100b-17541 kod altında olan Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinin funksiyaları ilə eynilik təşkil etmiş və həmin vəzifəyə uyğun olmuşdur, AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” "10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsi, “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölmə, b) rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri; meden-geofıziki partiyaların rəisləri, mühəndisləri, geoloqları, texnikiəri, ustaları. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası ve ekologiya şöbəsinin reisi və Əməyin mühafizəsi üzrə mühəndisin gördüyü işləri səciyyələndirən vəzifə təlimatları arayışa əlavə olunur. - “SOCAR”-ın xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00025 saylı arayışından görünür ki, iddiaçı "xxxx" İdarəsinin (indiki X1) arxiv sənədlərində, onun Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası və Ekologiya Şöbəsinin rəisi vəzifəsində çalışdığı müddətdə Naftalan şəhərində (2 saylı Seysmik Ekspedisiya), Xəzəryanı-Quba NQR-də (3 saylı Seysmik Ekspedisiya), Qəbələ rayonunun Vəndam kəndində, Şəki şəhərində və Naxçıvan-Tumbul Nehrəm sahəsində ezamiyyətdə olmağı haqqında məlumat vardır. 14.01-xx.xx.2013-cü il tarixdə (5 gün) - Naftalan şəhəri 2 saylı S/E (Əmr № 01/E - xx.xx.2013-cü il 02 №li ezamiyyə vəsiqəsi), 05.04 - xx.xx.2013-cü il tarixdə (4 gün) - Xəzəryanı-Quba NQR 3 saylı S/E (Əmr № 16/E - xx.xx.2013-cü il 25 №li ezamiyyə vəsiqəsi), 21.04 - xx.xx.2013-cü il tarixdə (2 gün) - Qəbələ rayonu Vəndam kəndi (Əmr № 21 /E -xx.xx.2013-cü il 35 №li ezamiyyə vəsiqəsi), 24.04 - xx.xx.2013-cü il tarixdə (3 gün) - Qəbələ rayonu Vəndam kəndi (Əmr № 22/E - xx.xx.2013-cü il 36 №li ezamiyyə vəsiqəsi), 01.05-xx.xx.2013-cü il tarixdə (15 gün) - Qəbələ rayonu Vəndam kəndi (Əmr № 26/E xx.xx.2013-cü il 40 №li ezamiyyə vəsiqəsi), 01.06 - xx.xx.2013-cü il tarixdə (15 gün) - Qəbələ rayonu Vəndam kəndi (Əmr № 34/E -xx.xx.2013-cü il 48 №li ezamiyyə vəsiqəsi), 01.07 - xx.xx.2013-cü il tarixdə (15 gün) - Qəbələ rayonu Vəndam kəndi (Əmr № 35/E xx.xx.2013-cü il 58 №li ezamiyyə vəsiqəsi), 01.08 - xx.xx.2013-cü il tarixdə (15 gün) - Qəbələ rayonu Vəndam kəndi (Əmr № 35/E - xx.xx.2013-cü il 64 №li ezamiyyə vəsiqəsi), 01.09 – xx.xx.2013-cü il tarixdə (15 gün) - Qəbələ rayonu Vəndam kəndi (Əmr № 35/E xx.xx.2013-cü il 69 №li ezamiyyə vəsiqəsi), 01.10 - xx.xx.2013-cü il tarixdə (15 gün) - Şəki şəhəri (Əmr № 35/E -xx.xx.2013-cü il 73 №li ezamiyyə vəsiqəsi), 19.09-xx.xx.2013-cü il tarixdə (4 gün) - Naxçıvan-Tumbul, Nehrəm sahəsi 3 saylı SYQP (Əmr № 53/E xx.xx.2013-cü il 71 №li ezamiyyə vəsiqəsi), 2013-cü ildə cəmi ezamiyyət günləri 104 gündür. (3 ay 14 gün) - “SOCAR”-ın xx.xx.2023-cü il tarixli SOCAR14-2-4/2-272/2023 saylı məktubundan görünür ki, “Geofizika və geologiya idarəsinin 20 oktyabr 2022-ci il tarixli SOCAR**********30490075X00121 nömrəli arxiv arayışının mətnində texniki səhv olduğuna görə yeni arayış rəsmiləşdirilib məhkəməyə göndərilmiş, ilkin arayışın etibarsız hesab edilməsi xahiş edilmişdir. Məktuba əavə edilmiş güzəştli arayışdan hörünür ki, iddiaçı “Azneftgeofizika” İstehsalat Birliyinin (indiki X1) arxiv sənədlərində onun Seysmik Stansiya və Avadanlıqların Təmiri Sahəsində mühəndis, geofizik, 2-ci dərəcəli geofizik, Mühəndisi geofiziki Laboratoriyada mühəndis, 12/98, 11/02 saylı Seysmik dəstədə mühəndis, 3 saylı Seysmik partiyada elektronçu, 1 və 2 saylı Seysmik partiyalarda Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə mühəndis, 2 və 3 saylı Seysmik partiyalarda Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə mühəndis, Rəhbərlik yanında Baş mühəndisin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə müavini, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası və Ekologiya Şöbəsinin rəisi, 2 saylı kəşfiyyat partiyasına rəis müavini, Geofizika və geologiya İdarəsinin Texniki istehsalat şöbəsinin rəis müavini vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: 1.xx.xx.1990-2.07.1998-ci İİ Seysmik avadanlıqlarının təmiri sahəsində gejofizik - 7 il 11 ay 3 gün, kod 2130100b-1754,

2. xx.xx.1993-xx.xx.2002-ci il 12 saylı partiyada mühəndis - 3 il 9 gün, kod.2130100b -17541,

3. xx.xx.2002-01.03 2006-cı il seysmik partiyada mühəndis, 3 il 6 ay 12 gün, kod 2130100b -17541,

4. xx.xx.2006-xx.xx.2007-ci il seysmik partiyada seysmik avadanlıqlar üzrə elektronçu, 1 il 4 ay 11 gün, kod 2130100b -17541,

5. xx.xx.2007 - xx.xx.2007-ci il seysmik partiyada xətt üzrə müşahidəçi 2 ay 7 gün, kod 2130100b-17541, 6.xx.xx.2007 - xx.xx.2009-cu il seysmik partiyada əməyin mühafizəsi üzrə mühəndis 1 il 8 ay 22 gün, 2130100b – 17541

7. xx.xx.2019 - xx.xx.2009-cu il baş mühəndisin əməyin mühafizəsi təhlükəsizik texnikası üzrə müavini 6 ay 27 gün, kod 21301 01b - 24125,

8. xx.xx.2010 - xx.xx.2014-cü il əməyin mühafizəsi və təhlükəsizlik texnikası və ekologiya şöbəsinin rəisi 4 il 27 gün, kod 21301 01b- 24125. Güzəştli iş stajı: 22 il 4ay 28 gündür. İşdən azad olma: xx.xx.2014-cü il tarixli 204-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İşə qəbul olma: xx.xx.2014-cü il tarixli 1059 saylı əmrə əsasən 2 saylı çol seysmik ekspedisiyasının Qravimaqnitometrik kəşfiyyat partiyasına rəis müavini vəzifəsinə işə qəbul olunub. xx.xx.2014-cü il tarixli 1361-k saylı əmrə əsasən Geofizika və geologiya idarəsinin Texniki İstehsalat şöbəsinə rəis müavini vəzifəsinə keçirilib. Hal-hazırda işləyir. Cəmi iş stajı: xx.xx.1990-cı il tarixdən xx.xx.2022-ci ilə qədər 32 il 8 ay. İddiaçı çalışdığı mühəndis, geofizik, rəis, rəis müavini peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısında 21300000/Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin 2130100b yarımbəndində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofıziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları 17541 kodunda, neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri 24125 koduna uyğun gəlir. Adlandırma: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 saylı əmrinin 2.2 bəndinə əsasən “Xəzərdənizneftgeofizkəşfiyyat" və “Azərneftgeofizika“ trestləri birləşdirilərək onların maddi-texniki bazasında “Kəşfiyyatgeofizika" İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli ARDNŞ/'3-11)00-01-SM-05- 000033 saylı əmrinə əsasən Geofizika və geologiya İdarəsinin tabeliyində olan "xxxx" idarəsi X1 adlandırılmışdır.” - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsi tərəfindən verilmiş "xxxx" İstehsalat Bölümü 2 №-li çöl seysmik ekspedisiyası Seysmik yazıların qeydiyyatı partiyasının mühəndis-elektronçusunun vəzifə təlimatından görünür ki, vəzifə öhdəlikləri üzrə seysmik stansiyaların və onun dəstinə daxil olan avadanlıqların yoxlanması, cihaz və avadanlıqların elektron elementlərinin texniki təlimata uyğun olmasına nəzarət edir, nasazlıqların-vaxtında üzə çıxarmaq məqsədilə test üzrə yoxlamalar aparılmasını heyata keçirir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsi tərəfindən verilmiş “Geofizika və geologiya İdarəsi "xxxx" X4 seysmik ekspedisiyasının əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisinin vəzifə təlimatından görünür ki, vəzifə öhdəlikləri - iş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar edir; İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərini və vəziyyətini təhlil edir; İşəgötürənin adından iş yerində əmək şəraitinin vəziyyəti, peşə xəstəliyinin səbəbləri və onun əmələ gəlmə müddəti, habelə təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə görülmüş tədbirlər haqqında işçilərə informasiya verir; İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak edir; İdarənin müvafiq bölmələri ilə birlikdə və həmkarlar ittifaqının və ya əmək kollektivlərinin etibarlı şəxslərinin iştirakı ilə binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteninin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətinin yoxlama müayinələrində iştirak edir; Ekspedisiya rəisi və digər xidmətlərlə birlikdə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onların əməyinin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət edir, tədbirlər hazırlayır, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərir; Əməyin mühafizəsi haqqında normativ hüquqi aktların tələblərinə əməl edilməsi üçün tikintisi başa çatmış və yenidən qurulmuş istehsalat təyinatlı obyektlərin istismara qəbul komissiyalarının, həmçinin qurğuların, aqreqatların, dəzgahların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyaların işində iştirak edir və s. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus xx.xx.1977-ci il tarixdə açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1977-ci il tarixli, 1145 saylı əmrə əsasən Gözəldərə sovxozuna fəhlə peşəsinə qəbul olunmuş, xx.xx.1977-ci il tarixli, 1209 saylı əmrə əsasən öz ərizəsi ilə işdən azad olunmuş, xx.xx.1977-ci il tarixli, 1226 saylı əmrə əsasən Gözəldərə sovxozuna fəhlə peşəsinə qəbul olunmuş, 3.11.1978-ci il tarixli, 1294 saylı əmrə əsasən öz ərizəsi ilə işdən azad olunmuş, 5.04.1978-ci il tarixli, 36-OK saylı əmrə əsasən 3 №-li “Kənd tikinti” tresti –UPTK Qabaritdə -UPTK-ya 3-cü dərəcəli yükdaşıyan peşəsinə qəbul olunmuş, xx.xx.1978-ci il tarixli, 65-OK saylı əmrə əsasən öz ərizəsi əsasında işdən azad olunmuş, xx.xx.1978-ci il tarixli, 99/k saylı əmrə əsasən “Azərdəniznefttikinti” trestinin MKK-sı fəhlə peşəsinə qəbul olunmuş, xx.xx.1979-cu il tarixli, 36/k saylı əmrə əsasən Sovet Ordusuna çağırış ilə əlaqədar işdən azad olunmuş, xx.xx.1979-cu il tarixdən 1981-ci ilin may ayınadək Sovet Ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixli, 1447 saylı işə qəbul haqqında qərara əsasən istilik mübadiləsi sexinə 3-cü dərəcəli nəqliyyatla mal nəql edən peşəsinə qəbul olunmuş, xx.xx.1982-ci il tarixli 315 saylı qərara əsasən işdən azad olunmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Azərbaycan SSR-nin DİN YMQ-da xidmət etmiş, 27.07.90-cı il tarixli 251-a saylı əmrə əsasən “Azneftgeofizika ” İstehsalat Birliyinin seysmik stansiya və avadanlıqların təmiri sahəsinə mühəndis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1993-cü il tarixində 133/k saylı əmrə əsasən həmin sahədə İİ dərəcəli geofizik vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixli 57 saylı əmrə əsasən 12 saylı seysmik dəstəyə geofizik, xx.xx.1999-cu il tarixli 86/ k saylı əmrə əsasən mühəndis geofiziki laboratoriyaya geofizik, xx.xx.2002-ci il tarixli 87k saylı əmrə əsasən 11/02 saylı seysmik dəstəyə 12-ci dərəcəli mühəndis, xx.xx.2006-cı il tarixli 20k saylı əmrə əsasən 3 saylı seysmik partiyaya 12-ci dərəcəli elektronçu, 01,02.2007-ci il tarixli 18/1 saylı əmrə əsasən 3 №li seysmik partiyaya mühəndis vəzifəsinə, xx.xx.2007-ci il tarixli 175k saylı əmrə əsasən 1 saylı seysmik partiyaya xətt üzrə müşahidəçi vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixli 269/k saylı əmrə əsasən 2 saylı seysmik partiyaya əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis, xx.xx.2009-cu il tarixli 78/k saylı əmrə əsasən rəhbərlik yanında baş mühəndisin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müavini vəsifəsinə, xx.xx.2010-cu il tarixli 7/k saylı əmrə əsasən əməyin mühafizəsi,təhlükəsizlik texnikası və ekologiya şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixli 204k saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2014cü il tarixli 1059 saylı əmrə əsasən 2 saylı çöl ekspedisiyasının qravimetrik kəşfiyyat partiyasına rəis müavini vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2014-cü il tarixli 1361 k saylı əmrə əsasən Geofizika və geologiya idarəsinin texniki-istehsalat şöbəsinə rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli 20300262 saylı əmrə əsasən kompleks kəşfiyyat geofizikası şöbəsinə rəis vəzifəsinə keçirilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

4. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından məlum olur ki, iddiaçı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, sonuncunun cavab məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2017-ci il tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2 №-li əlavəsinin 2 №-li siyahısının 21300000/ Xİİ Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin 2130100b yarımbəndində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları 17541 kodunda təsbit edilmişdir. İddiaçı da xx.xx.1990 - xx.xx.2006-cı illərdə “Azneftgeofizika” İstehsalat Birliyinin seysmik avadanlıqların təmiri sahəsində geofizik, seysmik partiyalarda mühəndis işləməklə 15 il 7 ay 19 gün, yəni tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajını toplamışdır. Cavabdehin “iddiaçının adıçəkilən müəssisədə işlədiyi seysmik stansiya və avadanlıqların təmiri sahəsi və orada işlədiyi vəzifələrin yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş sahə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 9 ay 2 gün (xx.xx.1990-xx.xx.1995-ci il, xx.xx.1998-xx.xx.1999cu il, xx.xx.2002-xx.xx.2006-cı il, xx.xx.2007-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir” barədə mülahizəsi iş materiallarında olan sübutlarla təkzib olunur. Bundan əlavə iddiaçının təqdim etdiyi “Geofizika və Geologiya İdarəsi”nin Nizamnaməsindən də göründüyü kimi İdarənin əsas məqsədi Azerbaycan Respublikasının quru və dəniz ərazisində neft və qaz üzrə kəşfiyyat və mədən geofizikası, partlayış atma, mühəndis geologiyası, geodeziya və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsindən ibarətdir. (4.1.) Nizamnaməyə görə neft, qaz və kondensat ehtiyatı artımı tapşırığının yerinə yetirilməsi üçün respublikada perspektivli strukturların geofiziki kəşfiyyat üsulları ilə aşkar edilməsi və qazmaya hazırlanmasını təmin etmək İdarənin əsas vəzifələri sırasında göstərilmişdir. (4.2.) İdarə məqsəd və vəzifələrinə nail olmaq üçün quruda və dənizdə qazılan bütün növ quyularda geoloji kəsilişin öyrənilməsi, neft və qazlılığının müəyyənləşdirilməsi, layların öyrənilməsi, hesablama əmsallarının, kollektorların petrofiziki parametrlərinin təyin edilməsi məqsədilə mədən geofiziki, hidrodinamiki və s. tədqiqatların aparılması; hidrotexniki və qazma qurğularının tikilməsi və yerləşdirilməsi nəzərdə tutulan sahələrdə yer qabığının üst hissəsinin müxtəlif geofiziki üsullarla öyrənilməsi, mühəndisgeoloji və topoqrafiq-geodezik, geoloji kəşfiyyat işlərinin aparılması fəaliyyət növlərini həyata keçirir. (4.3) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika tədqiqat üsulları və interpretesiyası” (müəlliflər: V.M.Seyidov, K.Ə.Kərimova) dərsliyinə əsasən seysmik kəşfiyyat geofiziki kəşfiyyat üsullarından biri olub, yer qabığının geoloji quruluşunu öyrənilmək məqsədilə tətbiq edilir. Bu kəşfiyyat üsulu, yer səthində süni surətdə yaradılan elastiki dalğaların yayılmasını öyrənməklə müxtəlif lay sərhədlərinin dərinliklərini, forma və struktur xüsusiyyətlərinin təyinində istifadə edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasinin 1 saylı 31 yanvar 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təklif olunan bir sıra Vahid X2”nda qeofizik əmək funksiyasına görə səhra briqadalarının işinə rəhbərlik edir və partiyanın səhra işlərinin və interpretasiyalarmı həyata keçirməsi üçün zəruri olan geoloji-geofiziki, kartoqrafik və digər materiallarla, həmçinin aparat və avadanlıqlarla komplektləşməsini təmin edir. Partiyanın qarşısında qoyulmuş geoloji məsələlərin, plan və hasilat normalarının yerinə yetirilməsini, səhra işlərinin yüksək keyfiyyətini təmin edir. Aparat və avadanlıqların qorunması və düzgün istifadə olunmasını təmin edir. Əməyin qabaqcıl metodlarının tətbiqini, səmərələşdiricilik və ixtiraçılığın inkişafını təşkil edir. Aparatların vaxtında yoxlanması və təmirini, seysmik qeydlərin aparılmasını və onların əyani formada əks olunmasını həyata keçirir. İlkin texniki sənədləşməni və yerinə yetirilmiş işlərin uçotunu aparır. Səhra işləri başa çatdıqdan sonra aparat və avadanlıqların saxlanmağa təhvil verilməsi üçün hazırlanması işlərini təşkil edir. Səhra materiallarının qəbulu və qiymətləndirilməsini, seysmik materialların emalını və interpretasiyasını həyata keçirir. Materialların EHM-lə emal mərkəzinə ötürülmək üçün hazırlanmasına rəhbərlik edir. Materialların EHM-də emalı metodikasının seçilməsində iştirak edir, maşında emaldan sonra materialları qəbul edir. Səhra işləri və kameral tədqiqatlar zamanı işçilərin yüksək əmək məhsuldarlığını və səhra materiallarının vaxtında emalını təmin edir. Geoloji interpretasiyada və yekun texniki hesabatın tərtib olunmasında iştirak edir. İstehsalat üzrə metodiki əsasnamə, təlimat və tələblərə riayət olunmasını təmin edir. İstehsalat və əmək intizamına, təhlükəsizlik texnikasına, əməyin mühafizəsi və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət edir. Kadrların ixtisasının artırılmasında və iş təcrübəsinin mübadiləsində iştirak edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında göstərilən “seysmik partiyalar” anlayışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2 №-li əlavəsinin 2 №-li siyahısının 21300000/Xİİ Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin 2130100b yarımbəndində göstərilmiş “geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların” anlayışı ilə eynilik təşkil edir. İddiaçının tələb olunan 25 ildən artıq ümumi iş stajını toplması isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının tələb olunan sığorta stajını xx.xx.2017-ci il tarixədək yığdığından, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajını da, işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Beləliklə də məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı arxiv arayışları ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Bu baxımdan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar