Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1878/2020 02.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı üçüncü şəxs qismində Laçın rayon İcra Hakimiyyəti göstərilməklə “müharibə veteranı adının verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı üçüncü şəxs qismində Laçın rayon İcra Hakimiyyəti göstərilməklə 1988-1992-ci illərdə Laçın rayonunun Quşçu kəndində könüllü özünmüdafiə dəstələrinin tərkibində, erməni qəsbkarlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirakı nəzərə alınaraq, ona “müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, sonradan işə Bakı İnzibati Məhkəməsində baxılmağa başlanılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İşin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün 02 mart 2020-ci il tarixə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. 02 mart 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında müəyyən edildi ki, eyni tərəflər arasında və eyni mübahisəyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış və mahiyyəti üzrə müvafiq məhkəmə qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 1988-1992-ci illərdə Laçın rayonunun Quşçu kəndində könüllü özünmüdafiə dəstələrinin tərkibində, erməni qəsbkarlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirakı nəzərə alınaraq, ona “müharibə veteranı” adı verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir (iddia ərizəsi xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarxli, 2- 1(81)-3287/2019 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı üçüncü şəxs qismində Laçın rayon İcra Hakimiyyəti göstərilməklə “müharibə veteranı adının verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmış, həmin qərardan apelyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin “AZEMİS” Elektron Məhkəmə Sistemindən əldə edilmiş xx.xx.2019-cu il tarixli, 2-1(81)-3287/2019 saylı qərarı iş materiallarına əlavə edilmişdir). Məhkəmə əlavə olaraq qeyd edir ki, işdə olan poçt zərfindəki ştamplardan müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı üçüncü şəxs qismində Laçın rayon İcra Hakimiyyəti göstərilməklə “müharibə veteranı adının verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə çatdırılması üçün xx.xx.2019cu il tarixdə poçt rabitə xidmətinə təqdim edilmiş, xx.xx.2019-cu il tarixdə sonuncuya çatdırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(81)-3287/2019 iş üzrə yekun məhkəmə qərarı yuxarıda qeyd edilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə poçt rabitə xidməti vasitəsilə çatdırılmasından sonra, yəni xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, eyni iddia ilə bağlı əvvəllər mahiyyəti üzrə qərar qəbul edildiyindən, başqa sözlə, mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə mahiyyəti üzrə hüquqi qiymət verildiyindən, habelə, həmin qərarda göstərilmiş çatışmazlıqlar aradan qaldırılmadığından, bu halda da hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(81)- 3287/2019 saylı, xx.xx.2019 tarixli qərarı da yekun məhkəmə aktı hesab olunur. Əlavə olaraq, məhkəmə o halı xüsusi şəkildə qeyd etməyi zəruri hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarxli, 2- 1(81)-3287/2019 saylı qərarından göründüyü kimi, həmin qərarla iddia tələbinin təmin edilməməsi məhz iddiaçının müvafiq döyüş əməliyyatlarında iştirak etməsi barədə qanunvericilikdə göstərilmiş sübutların mövcud olmaması ilə əlaqədardır. Odur ki, iddiaçıya izah edilir ki, yuxarıda qeyd edilmiş çatışmazlığı aradan qaldırdan sonra yenidən aidiyyəti və səlahiyyətli inzibati orqana, xahişi təmin edilmədiyi halda isə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsinin digər məhkəmənin icraatında olmasına baxmayaraq, eyni məsələ ilə əlaqədar yenidən məhkəməyə müraciət etməsi ilə bağlı iddiaçının hərəkətlərinə qanunvericiliyin ona verdiyi imkanlardan sui-istifadə etmək cəhdi kimi qiymət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1878/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1878/2020
02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver