Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1879/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı Əliabas oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası memar, işləmir),сavabdehin nümayəndəsi Musayeva Günay Abdul qızının (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir), üçüncü şəxsin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, baş mütəxəssis – böyük inspektor vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı Əliabas oğlunun cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işə cəlb olunmaqla iddiaçıya 04.08.1992-ci ildə Xüsusi Şəhər Travma TSEK tərəfindən müddətsiz verilmiş 3-cü qrup əlilliyinin bərpa edilməsi və müvafiq əlillik vəsiqəsinin verilməsinin cavadehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldıraraq iddiaçıya 04.08.1992-ci ildə Xüsusi Şəhər Travma TSEK tərəfindən müddətsiz verilmiş 3-cü qrup əlilliyinin bərpa edilməsi və müvafiq əlillik vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Əliabbas oğlu 1992-ci il tarixində almış olduğu xəsarətə görə Azərbaycan SSR Sosial Təminat Nazirliyinin Şəhər xüsusiləşdirilmiş travmatoloji HƏEK-da 04.08.1992-ci il tarixində müayinə olunmuş və sol çanaq-bud oynağının çıxması və həmin oynaqda kəskin şəkildə ifadə edilmiş hərəkət məhdudiyyəti şəkilində metal şurupların olması ilə çanaq sümüyü çuxurunda fırlanan hissənin arxa kənarının düzgün bitişməməsi nəticəsində sol çanaq/bud sümüyünün ağırlaşmış ankilozedici koksartrozu və sol diz oynaqlarının artrozu diaqnozu qoyulmuşdur. HƏEK-nin müayinə aktından çıxarış və BTƏ-1 № 023680 arayışa əlavə verilmişdir. Həmin müayinə aktına əsasən 04.08.1992-ci il tarixindən 3-cü qrup müddətsiz əlillik qrupu verilmişdir. 2000-ci il tarixindən etibarən Azərbaycan Respublikası ƏƏSMN-nə, Azərbaycan Respublikası ƏƏSMN-nin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasına, Azərbaycan Respublikası ƏƏSMN-yi yanında DSMT-na etmiş olduğu müraciətlərə müxtəlif cavablar verilmiş, lakin, pozulmuş pensiya hüququnun təmin olunması üçün hər hansı qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasına ünvanladığı müraciətə verilmiş 12.06.2019-cu il tarixli cavab məktubunda göstərilir ki, iddiaçıya 04.08.1992-ci il tarixindən müddətsiz əlillik təyin edilmişdir, həmin cavab məktubunda eyni zamanda qeyd olunur ki, “lakin, travma TSEK-i heç bir Protokolu və yaxud müayinə aktını aidiyyəti olduğu TSEK-lərə göndərməmişdir”. Bununla bağlı bildirir ki, həmin dövrdə ölkə erməni işğalçılarına qarşı müharibə aparırdı. TSEK tərəfindən müayinə aktının aidiyyəti olduğu TSEK-ə göndərməməsi iddiaçının pensiya hüququnun pozulması üçün əsas ola bilməz. İddiaçıya xəstəliyinə görə təyin edilmiş təqaüdünün birtərəfli qaydada dayandırılması, qeyd olunan sahəni tənzimləyən qanunvericiliyin tələblərinə zidd hesab olunmalıdır İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti ilə bağlı əlillik alt sistemdə hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 16.01.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi G.Musayeva iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi F.Hüseynzadə iddiaya etiraz etmiş, bildirmişdir ki, iddiaçının müayinəsinə dair məlumat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aşkar edilməmişdir. Üçüncü şəxsin nümayəndəsi F.Hüseynzadə iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddiasını təsdiq edən sübut qismində məhkəməyə 023680 nömrəli, 04.08.1992-ci il tarixli TSEK-də müayinə keçmə haqqında aktdan çıxarışın kserosurətini, TSEK qərarı haqqında müalicə müəssisəsinin 04.08.1992-ci il tarixli bildirişinin kserosurətini, Azərbaycan Respublikaının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanlanmış 21 yanvar 2013-cü il tarixli məktubunun, 1 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 12.06.2019-cu il tarixli məktubunun, Dövlət Sosial Müdafiə Fondunun 31.05.2019-cu il tarixli məktubunun, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 11.02.2020-ci il, 28.11.2019-cu il tarixli məktublarının, öz şəxsiyyət vəsiqəsinin kserosurətlərini təqdim etmişdir. Məhkəmə təqdim edilmiş həmin sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, müxtəlif vaxtlarda cavabdehə müraciət edərək 1992-ci ildə ona müddətsiz əlillik verilməsini bildirərək 3-cü qrup əlilliyinin bərpa edilməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır, imtina onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyi ilə bağlı heç bir sənəd aşkar edilməmişdir. Bu səbəbdən də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddia tələbini əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmənin sorğusuna cavabında Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 25.06.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçı barədə “əlillik altsistemin”də məlumat yoxdur, Azərbaycan SSR Sosial Təminat Nazirliyi Şəhər Xüsusiləşdirilmiş Travmotoloji HƏEK ləğv edildiyindən 1992-ci il üzrə müayinələrin qeydiyyat kitabını, arxiv sənədlərini tapmaq mümkün olmamışdır, Milli Arxiv İdarəsinin 12.03.2021-ci il tarixli məktubunda da Bədəlov Vahid Əliabas oğlunun müayinəsinə dair məlumatlar, sənədlər (müayinə aktından çıxarış və s.) mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dvölət Arxivinin Bakı filialına verilməmişlər. Yəni işin faktiki hallarına əsasən iddiaçının əlilliyi ilə bağlı nə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində, nə də Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində ümumiyyətlə heç bir sənəd aşkar edilməmişdir. Belə olan hallarda iddiaçının əlilliyinin bərpa edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilmədiyi üçün iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı Bədəlov Vahid Əliabas oğlunun cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya 04.08.1992-ci ildə Xüsusi Şəhər Travma TSEK tərəfindən müddətsiz verilmiş 3-cü qrup əlilliyinin bərpa edilməsi və müvafiq əlillik vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bədəlov Vahid Əliabas oğlunun Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya 04.08.1992-ci ildə Xüsusi Şəhər Travma TSEK tərəfindən müddətsiz verilmiş 3-cü qrup əlilliyinin bərpa edilməsi və müvafiq əlillik vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1879/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1879/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver