Məhkəmə qərarları › İş №2-1(112)-1879/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1879/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1879/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qediyyatda olan), Cavabdehin nümayəndəsi X1 (ünvan 2 ünvanında qediyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın dəyişdirilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sərəncamın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, 2-ci qrup Qarabağ əlilidir. O ev növbəsi üçün dəfələrlə Cavabdehnə müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir. Sonuncu dəfə 18 avqust 2020-ci il tarixdə 1-1/79 nömrəli Sərəncam verilmişdir. Lakin iddiaçı ona verilən sərəncamın ilk müraciət etdiyi xx.xx.2019-cu il tarixli müraciət tarixindən verilməsini xahiş etmişdir. Lakin cavabdeh bununla bağlı iddiaçıya məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən dəftərxana vasitəsilə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhər Cavabdeh 1-1/79 №li, 17 avqust 2020-ci il tarixli sərəncamı dəyişdirilərək iddiaçının müraciət etdiyi xx.xx.2019-cu il tarixdən mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07 aprel 2022-ci il tarixli Qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Bakı şəhəri Cavabdeh Başçısı aparatının məktubla bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət edərək Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyəti aparatının Hüquq şöbəsində müraciətə baxılmış və cavab verilmişdir ki, “31 may 2018-ci il tarixli “Əlilliyi oıan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir. Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsində qeyri-müəyyənlik yaranmışdır. Yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmiş sorğuya xx.xx.2012-ci il tarixli, 3/1961-04 saylı məktubla bildirilmişdir ki, qaydalar təsdiq olunanadək yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması mümkün deyildir. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırılan məsələyə müvafiq qaydada baxılacaqdır”. Bundan sonra İddiaçı xx.xx.2020-ci il tarixdə mənzil növbəsinə qəbul edilməsi üçün yenidən müraciət etmiş və Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 1-1/79 sərəncamı ilə İddiaçı 2-ci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi müvafiq sərəncam əsasında İddiaçı 2-ci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə götürüldüyündən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən idiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan, - İddiaçıya məxsus AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nəsimi küçəsi, 14 saylı yataqxanada qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş iddiaçıya məxsus xx.xx.1999-cu il tarixli AZ04615 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Yasamal rayon Polis İdarəsinin Polis PPX rotasının polis nəfəri olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi ikinci dərəcəli əlillik təyin edilmişdir. -İddiaçıya məxsus xx.xx.2012-ci il tarixdə verilmiş 088715 saylı əlillik barədə vəsiqənin surətindən görünür ki, İddiaçı əlilliyik vəsiqəsi verilmiş və həmin vəsiqəyə əsasən xx.xx.2012-ci il tarixdən müəyyən edilmiş güzəşt imtiyazlardan istifadə edilməsi qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, arayış, İddiaçı ondan ötrü verilmişdir ki, Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı elektron bazada məlumat yoxdur. Arayış Cavabdehnə təqdim olunmaq üçün verilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan görünür ki, xx.xx.1970-ci ildə doğulmuş İddiaçı xx.xx.2002ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. -V-ЖГ№ 475896 saylı xx.xx.1999-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, 08 iyun 1999-cu il tarixdə İddiaçı ilə X2 arasında nikah bağlınmışdır. Məhkəmə araşdırması dövründə Bakı şəhər Cavabdeh 1-1/79 №li, 17 avqust 2020ci il tarixli sərəncamının verilməsinə əsas olmuş iddiaçının müraciətinin təsdiq edilmiş surəti sorğu əsasında Bakı şəhəri Cavabdehndən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq təqdim olunan inzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət edərək Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilməsini xahiş etmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2019-cu ildə İİ qrup əlillik təyin edilmiş və onun əlil olmasına səbəb Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarət olmuşdur. İddiaçı müharibə əlili olaraq mənzil növbəsinə götürülməsi barədə ilk olaraq xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçıya Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə istinadən imtina etmişdir. İddiaçı yenidən inzibati orqana müraciət etdikdən sonra rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 1-1/79 sərəncamı ilə İddiaçı 2-ci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmişdir. Hazırda iddiaçı dəqiqləşdirilmiş iddia tələbi üzrə Bakı şəhər Cavabdeh 1-1/79 №li, 17 avqust 2020-ci il tarixli sərəncamının dəyişdirilərək iddiaçının müraciət etdiyi xx.xx.2019-cu il tarixdən mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasını xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə iddia tələbini aşağıda qeyd olunanlara əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə və inzibati orqana şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 43-cü maddəsinə görə əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. İddiaçıya Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərlə bağlı xx.xx.2019-cu il tarixdən əlillik verilməsi işin mübahisəsiz halını təşkil edir. Belə olan halda onun müharibə əlili olaraq mənzil siyahısına alınması barədə müraciət etmək hüququ yaranmışdır. O cümlədən tədqiq olunan iş materialları ilə müəyyən edilir ki, iddiaçının adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmiş, ailəsi ilə birlikdə yataqxanada yaşayır. İnzibati icraat materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ilkin müraciəti təmin edilməmiş, yalnız 07 avqust 2020-ci il tarixdə yenidən müraciət etdiyi zaman mənzul növbəsinə qəbul edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569№li Azərbaycan Respublikasi Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdən olduğu, 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsinin mənzillə təmin edildiyi, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı öz əksini tapmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planının hazırlanıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhər Cavabdeh 1-1/79 №li, 17 avqust 2020-ci il tarixli sərəncamı dəyişdirilərək iddiaçının müraciət etdiyi xx.xx.2019-cu il tarixdən mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması tələbində haqlıdır, sosial ədalət və bərabərlik prinsipi baxımından əsaslıdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən 2-ci qrup əlillik təyin edildiyindən, o, 2-ci qrup müharibə əlili olmaqla mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs hesab edildiyindən, Bakı şəhər Cavabdeh 1-1/79 №li, 17 avqust 2020-ci il tarixli sərəncamı iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən, sözügedən sərəncam dəyişdirilərək iddiaçının müraciət etdiyi tarixdən, xx.xx.2019-cu il tarixdən mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhər Cavabdeh 1-1/79 №li, 17 avqust 2020-ci il tarixli sərəncamı dəyişdirilərək iddiaçının müraciət etdiyi xx.xx.2019-cu il tarixdən mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhər Cavabdeh 1-1/79 №li, 17 avqust 2020-ci il tarixli sərəncamı dəyişdirilərək iddiaçının müraciət etdiyi xx.xx.2019-cu il tarixdən mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar