Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-188/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı Şalıyev Qasım Qulamhüseyn oğlunun iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla İş Departamentinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi) “borcun şəxsi vərəqədən silinməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X6 Departamentinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi) ********** VÖEN və SUN **********8 uçot nömrəsi üzrə ödədiyi bütün sosial sığorta haqlarının şəxsi vərəqəsində əks etdirilməsi, əsassız olan 36.40 AZN əsas borc 79.32 AZN penya borcunun şəxsi vərəqəsindən silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3386/19 saylı qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı X3 məhkəməyə xx.xx.2020-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsinə ərizə təqdim edərək ********** VÖEN və SUN **********8 uçot nömrəsi üzrə 2016-cı ilin sonuncu rübünün noyabr-dekabr ayları üçün Suraxanı DSMF-ya ödədiyi 42 manat sosial sığorta haqlarının şəxsi vərəqəsində borc kimi görünən 36,40 AZN əsas borc və 79,32 AZN penya borcunun qanunsuz olduğundan şəxsi vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 2-1(112)188/20 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X6 üzrə Baş İdarəsinə qarşı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi aşağıdakı variantda icraata qəbul edilmişdir: “İddiaçı X1 ********** VÖEN və SUN **********8 uçot nömrəsi üzrə 2016-cı ilin sonuncu rübünün noyabr-dekabr ayları üçün Suraxanı DSMF-ya ödədiyi 42 manat sosial sığorta haqqının şəxsi vərəqəsində əks etdirilməsi öhdəliyi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin üzərinə qoyulsun, iddiaçı X1 şəxsi vərəqəsində borc kimi görünən 36,40 AZN əsas borc və 79,32 AZN penya borcunun qanunsuz olduğundan şəxsi vərəqəsindən silinməsi öhdəliyi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin üzərinə qoyulsun”. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergi İdarəsində xx.xx.2008-ci il tarixdə ********** VÖEN ilə fərdi sahibkar kimi qeydiyyata alındıqdan sonra uzun müddət Lənkəran şəhər qeydiyyatında olmaqla hüquq sahəsində fəaliyyət göstərmiş, mükəlləf olduğu sadələşdirilmiş vergini və SUN **********8 uçot nömrəsi üzrə sosial sığorta haqlarını müvafiq qaydada vaxtında ödəmişdir. 2016-cı il tarixdə Bakı şəhərində qeydiyyata alınması ilə əlaqədar Bakı şəhərində vergi orqanına müraciət etmiş və VÖEN şəhadətnaməsi ünvan dəyişikliyi əsası ilə dəyişdirilmişdir. Keçən bu dövr ərzində də sosial sığorta haqqının ödənişlərini mütəmadi həyata keçirməyinə baxmayaraq müəyyən ödənişlərin elektron sistemdə görünmədiyini, hətta həmin borca penya hesablandığını aşkarlamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Suraxanı rayon Şöbəsinə yazılı müraciət etdikdən sonra ona rəsmi cavab verilməsə də, şifahi olaraq müraciətinin nəzərə alındığını bildirmişlər. Cari ilin may ayında www.e-taxes.qov.az saytında vergilər üzrə vərəqəsini incələyərkən, sosial sığorta haqları üzrə şəxsi hesab vərəqəsində 36.40 AZN əsas borc və 79.32 AZN isə penya borcunun hələ də yazıldığını müəyyən etmişdir. Bütün ödənişləri vaxtında etməsinə baxmayaraq şəxsi vərəqəsində borc kimi görünən bu məbləğlərin silinməsi üçün cavabdehə “online karguzarlıq” proqramı vasitəsi ilə müraciət etmişdir. Həmin məktuba verilmiş xx.xx.2019-cu il tarixli **********675900 saylı cavab məktubunda faktın araşdırılması və araşdırmanın nəticəsinə uyğun tədbirlərin görülməsi üçün DSMF Suraxanı rayon şöbəsinə məlumat verildiyi bildirilmişdir. Həmin tarixdən iki aya yaxın müddət keçməsinə baxmayaraq hər hansi bir tədbir həyata keçirilməmiş, şəxsi vərəqədə hələ də həmin məbləğlər borc kimi görünməkdədir. Hətta www.e-qov.az portalında DSMF Suraxanı rayon şöbəsi tərəfindən bu borcların ödənilməsi barədə bildiriş yerləşdirilmişdir. Ödənişləri tam şəkildə icra etdiyinə görə həmin borclar əsassız olduğundan hər hansı bir inzibati akt çıxarılmasına ehtiyac qalmadan şəxsi vərəqədən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunmuşdur. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin məhkəməyə təqdim edilmiş iddiaya dair xx.xx.2019-cu il tarixli yazılı etirazında göstərilmişdir ki, X2 ona hesablanmış dövlət sığorta haqları üzrə 36,40 manat əsas və 79,32 manat faiz borcu olmaqla, ümumilikdə 115,72 manat borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin X6 üzrə Baş İdarəsi 2-1(81)-3386/19 saylı iş üzrə iddia ərizəsində irəli sürülən tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Lakin iddiaçının mübahisələndirdiyi münasibətlər xx.xx.2019cu il tarixdən əvvəlki dövrlərə yəni, vergi ödəyicisinə hesablanmış borc müvafiq səlahiyyətlərin Vergilər Nazirliyinə verilməmişdən öncəki dövrlərə təsadüf edir. Vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən saldo keçən və xx.xx.2019-cu il tarixə dövlət sosial sığorta haqqları üzrə borcu ümumilikdə 115,72 manat, o, cümlədən məcburi dövlət sosial sığorta haqqları üzrə 36,40 manat əsas və 79,32 manat faiz borcu vardır. Qeyd edilən borcun tərkibini, fəaliyyət növü “Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - Bakı şəhərində” xx.xx.2018-ci il tarixə hesablanmış 36,40 manat əsas və 79,32 manat faiz borcu təşkil edir. Həmçinin iddiaçı tərəfindən qeyd olunan borcun silinməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixli **********899300 nömrəli ərizə ilə cavabdeh inzibati orqana müraciət edilmiş, cavabdeh isə öz növbəsində xx.xx.2019-cu il tarixli **********675900 nömrəli məktubla müraciəti cavablandırmışdır. İşin tam və hərtərəfli araşdırılması məqsədilə xx.xx.2019-cu il tarixli **********625400 nömrəli məktubla Dövlət Sosial Müdafıyə Fondunun Suraxanı Rayon Şöbəsinə sorğu edilmişdir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbləri əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamenti Müraciətin qeydiyyata alınması haqqında bildirişdən müəyyən olunur ki, iddiaçı Şalıyev Qasım Qulamhüseyn oğlu xx.xx.2019-cu ildən Vergilər Nazirliyinin AVİS Karguzarlıq altsistemində qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. - iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin çıxarışından müəyyən olunur ki, vergi ödəyicisi Q.Q. Şalıyevin xx.xx.2018-ci il tarixdən saldo keçən və xx.xx.2019-cu il tarixə dövlət sosial sığorta haqqları üzrə borcu, ümumilikdə, 115,72 manat, o, cümlədən, məcburi dövlət sosial sığorta haqları üzrə 36,40 manat əsas və 79,32 manat faiz borcu vardır. - ödəmə tapşırıqlarından görünür ki, X3 tərəfindən 2016-cı ilin oktyabr, noyabr dekabr və 2017-ci ilin yanvar-mart, aprel-iyun, iyul, sentyabr-oktyabr, dekabr, 2018-ci ilin yanvar-mart ayları üzrə sosial sığorta haqları ödənilmişdir. Yuxarıdakılardan başqa www.e-qov.az portalında DSMF Suraxanı rayon şöbəsi tərəfindən bu borcların ödənilməsi barədə bildiriş yerləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Bu Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, smetaları, nağd vəsaitləri, qiymətli kaızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq vergi orqanının hüquqlarına aid edilmişdir. “Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinin 1 yanvar 2019-cu ildən qüvvədə olan redaksiyasına əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 1 yanvar 2019-cu ildən məcburi dövlət sosial sığortası sahəsində idarəetmə üzrə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Vergilər Nazirliyi tərəfindən həyata keçirilməyə başlanmışdır. Həmin Qanunun 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Bəhs edilənlərə əsasən, 1 yanvar 2019-cu ildən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirildiyindən və bu barədə nəzarət vergi orqanları tərəfindən həyata keçirildiyindən, mübahisə edilən məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada vergi orqanı tərəfindən həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı ********** VÖEN və SUN **********8 uçot nömrəsi üzrə 2016-cı ilin sonuncu rübünün noyabr-dekabr ayları üçün Suraxanı DSMF-ya ödədiyi 42 manat sosial sığorta haqqının şəxsi vərəqəsində əks etdirilməsi, şəxsi vərəqəsində borc kimi görünən 36,40 AZN əsas borc və 79,32 AZN penya borcunun qanunsuz olduğundan şəxsi vərəqəsindən silinməsi üçün cavabdehə “online karguzarlıq” proqramı vasitəsi ilə müraciət etmiş, cavabdehin ona ünvalanladıgı xx.xx.2019cu il tarixli **********675900 saylı cavab məktubunda faktın araşdırılması və araşdırmanın nəticəsinə uyğun tədbirlərin görülməsi üçün DSMF Suraxanı rayon şöbəsinə məlumat verildiyi bildirilmişdir. İddiaya dair münasibətində də cavabdeh iddiaçının mübahisələndirdiyi münasibətlərin xx.xx.2019-cu il tarixdən əvvəlki dövrlərə yəni, vergi ödəyicisinə hesablanmış borc müvafiq səlahiyyətlərin Vergilər Nazirliyinə verilməmişdən öncəki dövrlərə təsadüf etdiyini, vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən saldo keçən və xx.xx.2019-cu il tarixə dövlət sosial sığorta haqqları üzrə borcu ümumilikdə 115,72 manat, o, cümlədən məcburi dövlət sosial sığorta haqqları üzrə 36,40 manat əsas və 79,32 manat faiz borcu oldugunu, borcun tərkibini, fəaliyyət növü “Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - Bakı şəhərində” xx.xx.2018-ci il tarixə hesablanmış 36,40 manat əsas və 79,32 manat faiz borcu təşkil etdiyini, işin tam və hərtərəfli araşdırılması məqsədilə xx.xx.2019-cu il tarixli **********625400 nömrəli məktubla Dövlət Sosial Müdafıyə Fondunun Suraxanı Rayon Şöbəsinə sorğu edildiyini göstərdə də, nəticə etibarı ilə iddiaçının ödənişləri tam şəkildə icra etdiyinə baxmayaraq həmin iddiiaçının ödədiyi 42 manat sosial sığorta haqqının şəxsi vərəqəsində əks etdirilməsindən, şəxsi vərəqəsində borc kimi görünən 36,40 AZN əsas borc və 79,32 AZN penya borcunun qanunsuz olduğundan şəxsi vərəqəsindən silinməsindən yayınmış, bununla da hərəkətsizlik etmişdir. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanuna əsasən inzibati orqanların publik hüquq sahəsindəki idarəetmə fəaliyyətinin həyata keçirilməsi əsasən iki formada təzahür edir – inzibati akt qəbul edilməsi və faktiki xarakterli fəaliyyət (hərəkətlər). Məhkəmənin hüquqi mövqeyinə görə faktiki xarakterli hərəkətlərin inzibati aktlardan fərqləndirilməsi üçün ən effektiv üsul “istisna yolu”dur. Belə ki, inzibati orqanın publik hüquq sahəsindəki inzibati akta aid edilə bilməyən bütün digər fəaliyyəti faktiki xarakterli hərəkət kimi qəbul edilməlidir. Faktiki xarakterli hərəkətlər özünü ya hər hansı bir inzibati aktın yaxud normativ-hüquqi aktın icrası kimi, ya da heç bir hüquqi akta əsaslanmadan, birbaşa törədilən hərəkətlər kimi göstərə bilər. İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyri-iradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür. İnzibati aktlar bir qayda olaraq hüquqi vəziyyətdə dəyişiklik etmək qabiliyyətinə malik olduqları halda, faktiki xarakterli hərəkətlər daha çox maddi nəticə əldə etməyə yönəlir. Başqa sözlə, inzibati orqan faktiki xarakterli hərəkətlərlə yeni faktiki vəziyyət yaratmağa və ya mövcud faktiki vəziyyəti dəyişdirməyə çalışır və bu hərəkətləri həyata keçirməkdə əsas məqsəd faktiki nəticə əldə etməkdir. Məhz bu cür faktiki hərəkətlərin (onların yaratdığı faktiki nəticələrin) fiziki və ya hüquqi şəxslərə münasibətdə təsirləri olur. Faktiki xarakterli hərəkətlər həmçinin hüquqi nəticələr doğururlar. Bəzən hüquqi nəticənin baş verməsi üçün hərəkətin edilib bitməsi və maddi nəticənin yaranması tələb olunur. Bəzən isə hərəkətsizlik də, yəni, xarici aləmdə maddi nəticənin olmaması da hüquqi nəticəyə səbəb ola bilər. İnzibati aktlar kimi, faktiki xarakterli hərəkətlər də qanunun tələblərinə uyğun olmalıdır, əks hal, qanunçuluq prinsipinə zidd hərəkət kimi qiymətləndirilir. Faktiki xarakterli hərəkətlərin qanunsuz hesab edilməsi üçün müxtəlif səbəblər ola bilər, məsələn, inzibati orqanın hərəkəti həyata keçirmək üçün səlahiyyətinin olmaması, orqanın hərəkəti edərkən səlahiyyətinin çərçivələrinə riayət etməməsi, hərəkətin qanunun məqsədlərinə zidd olması və s. Qanunvericilikdə inzibati akta qarşı olduğu kimi, faktiki xarakterli hərəkətlərə qarşı da hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı nəzərdə tutulmuşdur. Formalhüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmasa da, hesab olunur ki, belə bir hərəkət inzibati akt olsa (hipotetik baxımdan) və qanunsuz olsa, onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılar. Müvafiq olaraq faktiki xarakterli hərəkətlərin yoxlanılması və qiymətləndirilməsi bəzi özəl xüsusiyyətlər nəzərə alınmaqla inzibati aktın yoxlanılması qaydasına uyğun aparılmalıdır. Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri” ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır. Bu qəbildən olan məlumatların vergi orqanı tərəfindən uçotunun aparılması vergi orqanının əsas vəzifələrinin icrasının lazımi qaydada təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək (maddə 24.0.1), o cümlədən hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək (maddə 24.0.4) Vergi Məcəlləsində vergi orqanının əsas vəzifələri sırasında göstərilmişdir. Belə olan halda, şəxsi hesab vərəqəsini vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aid etmək olar. Bununla bağlı olaraq, həmçinin nəzərə alınmalıdır ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli, 474-VQ saylı Azərbaycan Respublikasının Qanununda da şəxsi hesab vərəqəsi anlayışından istifadə olunmuş, vergi ödəyicilərinin vergi orqanlarındakı şəxsi hesab vərəqələrində 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclarının vergi orqanları tərəfindən silinməli olması qərara alınmışdır. Bu qaydada tənzimləmənin özü də bir daha təsdiq edir ki, şəxsi hesab vərəqəsi vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədi dəyərinə malikdir. Bu qaydada bir uçot sənədinin aparılması vergi idarəçiliyinin təşkili baxımından zəruri olmaqla yanaşı, həm də vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlərdə açıqlığı, şəffaflığı və hüquqi müəyyənliyi təmin etməyə xidmət edir. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyatlar olmuşlar. Bunun əksinə olaraq, əgər “dürüstləşmə” adı altında həyata keçirilən şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı qanunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Həmin faktiki xarakterli hərəkətlər qanunun və ya inzibati aktın tələb etdiyi məzmunda həyata keçirilməyibsə (məsələn, silinməli olan faizlərin məbləği düzgün silinməyibsə və s.) inzibati orqan tərəfindən faktiki xarakterli hərəkətin düzgün həyata keçirilməməsi vəziyyəti yaranmış olur. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır. “Dürüstləşmə” əməliyyatının aparılmasının hüquqi əsasına gəldikdə, qeyd olunmalıdır ki, belə adda əməliyyat vergi qanunvericiliyində birbaşa tənzimlənməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, vergi orqanlarının vergilərin və digər məcburi ödənişlərin ödənilməsini təmin etməyə yönəlmiş hərəkətlərinin bitkin siyahısını qanunvericilikdə təsbit etmək obyektiv səbəblərə görə həmişə mümkün olmaya bilər. Yuxarıda da qeyd edildiyi kimi ictimai münasibətlərin inkişafı və dəyişkənliyi nöqteyinəzərindən, şəxs-dövlət münasibətləri müstəvisində baş verəcək bütün halların öncədən görülməsinin və tənzimlənməsinin mümkünsüz olması səbəbindən, yeni ortaya çıxmış bir vəziyyətdə inzibati orqanların hərəkət qaydalarının müəyyən edilməsi həmin inzibati orqanların səlahiyyətindədir ki, bu zaman onların «hərəkət zolağını» hüquqi dövlətin ümumi prinsipləri müəyyən edir. Bu mənada, vergi orqanı tərəfindən həyata keçirilən bu əməliyyata qiymət verilərkən onun qanunvericilikdə birbaşa təsbit edilib-edilməmiş olmasından daha çox, həmin əməliyyatın mahiyyəti və məqsədi nəzərə alınmalıdır. Məhkəmə bu mövqeyinə uyğun olaraq hesab edir ki, vergi orqanının “dürüstləşmə” əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlərindəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.4-cü maddəsinə əsasən vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur: verginin ödənilməsi, verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə, vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir, bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı X1 ********** VÖEN və SUN **********8 uçot nömrəsi üzrə 2016-cı ilin sonuncu rübünün noyabr-dekabr ayları üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə ödədiyi 42 manat sosial sığorta haqqının şəxsi vərəqəsində əks etdirilməsi, şəxsi vərəqəsində borc kimi görünən 36,40 AZN əsas borc və 79,32 AZN penya borcunun şəxsi vərəqəsindən silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin üzərinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X1 ********** VÖEN və SUN **********8 uçot nömrəsi üzrə 2016-cı ilin sonuncu rübünün noyabr-dekabr ayları üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə ödədiyi 42 manat sosial sığorta haqqının şəxsi vərəqəsində əks etdirilməsi, şəxsi vərəqəsində borc kimi görünən 36,40 AZN əsas borc və 79,32 AZN penya borcunun şəxsi vərəqəsindən silinməsi öhdəliyi Azərbaycan Respublikası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sadrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-188/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-188/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver