Məhkəmə qərarları › İş №2-1(112)-188/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-188/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-188/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyоva Miminat Tacib qızı İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı X2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “X1 Bakı şəhəri, Xəzər rayonu, Əhmədli qəsəbəsi, 4-cü Rezervuar küçəsi, ev 8 (hazırda ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə iş üzrə iddiaçının ərizəsinə məhkəmənin binasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “X1 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Rezervuar küçəsi, ev 8 (hazırda ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul edilmiş 24 avqust 2022-ci il tarixli, 2-1(112)-5967/2022 nömrəli qərarı ilə, iddia tələbinin təmin edilməsi, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Rezervuar küçəsi, ev 8 (hazırda ünvan 1 ünvanından X1 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. 15 sentyabr 2022-ci il tarixində üçüncü şəxs X3 məhkəməyə ərizə ilə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2-1(112)-5967/2022 saylı qərarının yeni açılmış hallarla bağlı təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 05 noyabr 2022-ci il tarixli Qərardadı ilə, işə yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizənin təmin edilməsi, məhkəmənin 24 avqust 2022-ci il tarixli, 2-1(112)-5967/2022 saylı qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmənin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)- 732/2023 nömrəli qərardadı ilə İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilməsi qərara alınmışdır. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçı hazırkı vəziyyətdə iddia ərizəsinə məhkəmə tərəfindən baxılmasını istəmir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyrimümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “X1 Bakı şəhəri, Xəzər rayonu, Əhmədli qəsəbəsi, 4-cü Rezervuar küçəsi, ev 8 (hazırda ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3, 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı X2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “X1 Bakı şəhəri, Xəzər rayonu, Əhmədli qəsəbəsi, 4cü Rezervuar küçəsi, ev 8 (hazırda ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3acıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar