Məhkəmə qərarları › İş №2-1(112)-18808/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-18808/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18808/2025 10.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydində düzəliş edilərək ana adının "X8" kimi qeyd edilməsi vəzifəsinin cavabdeh 5 saylı Bakı Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkün kimi gəldikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna sahəsində məskunlaşmışdır. Bütün sənədlərində anası X8 olmasına baxmayaraq, doğum haqqında şəhadətnamədə ana adı “Sehran” olaraq qeyd edilmişdir. O, bununla bağlı, Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə müraciət etdi və ona verilən cavabda qeyd edilir ki, Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1952-ci ildə tərtib edilmiş 8 saylı doğum haqqında akt qeydində ad Sehran yazıldığı halda, Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1972-ci ildə tərtib edilmiş 14 saylı nikah haqqında akt qeydində adı Zöhrə kimi qeyd edilmişdir. İzah edilmişdir ki, təqdim olunan sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün düzəliş edilməsi qeydiyyat şöbəsində mümkün deyildir. Qeyd edilən sənədlər keçmiş SSRİ dövründə yazıldığından səhv qeyd edilmişdir. Ona görə də ona verilmiş sənədlərdə düzəlişin edilməsi zərurəti yaranmışdır. Hazırki ərizə ilə məhkəməyə müraciət etməklə hesab edir ki, doğum haqqında akt qeydində düzəliş edilərək ana adının X8 olması zəruridir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “X2 adına Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1952-ci ildə tərtib edilmiş 8 saylı doğum haqqında akt qeydində ad “Sehran” yazıldığı halda, Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1972-ci ildə tərtib edilmiş 14 saylı nikah haqqında akt qeydində adı “Zöhrə” qeyd edimişdir. WAQ informasiya sistemində yoxlama aparılmış və ad dəyişmə ilə bağlı akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Yuxarıda qeyd olunanlara əsasən nəzərinizə kifayət qədər əsas olmadığından doğum haqqında akt qeydinizə dəyişiklik edilməsi tərəfimizdən mümkün olmamışdır.”

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

8. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

9. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuşdur.

11. AA0530137 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1950-ci il tarixdə anadan olmuşdur.

12. AZE 02406865 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1952-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur. Vəsiqədə şəxsin adı “Zöhrə” kimi göstərilmişdir.

13. Respublika Vətəndaşlıq Vəziyyəti Aktının Arxivi tərəfindən verilən xx.xx.2005-ci il tarixli arayışdan görünür ki, X11 və X1 nikahı haqqında 15 sentyabr 1972-ci il tarixdə 14 №-li aktın qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Kəlbəcər rayon Ağcakənd icra nümayəndəliyi. Nikah bağlandıqdan sonra ərə Mamedov, arvada Mamedova soyadı verilmişdir.

14. AZ-İ 319193 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur, ana adı X6, ata adı X5 qeyd olunmuşdur. Şəhadətnamə Mingəçevir rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025ci il tarixdə verilmişdir. Şəhadətnamədə şəxsin ana adı “X6” kimi göstərilmişdir.

15. Məhkəmənin sorğusuna əsasən Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı doğumu haqqında akt qeydi (xx.xx.1976, N-75) Mingəçevir şəhər qeydiyyat şöbəsində qeyd edilmişdir. Odur ki, qeyd edilən doğum, akt qeydinin göndərilməsi imkan xaricindədir. X3 Kəlbəcər rayon Ağcakənd İN-də xx.xx.1952-ci il tarixli 08 N-ə ilə qeyd edilən doğum haqqında akt qeydində adı “Zöhrə” deyil, “Sehran” kimi qeyd edilib. Əlavə olaraq X3 Ağcakənd İN-də qeyd edilən xx.xx.1972-ci il tarixli 14 N-li nikahı haqqında akt qeydinin təstiq edilmiş surəti məhkəməyə təqdim edilir. Kəlbəcər rayon Ağcakənd icra nümayəndəliyinin xx.xx.1952-ci il tarixli 08 nömrəli doğum akt qeydinə əsasən X7 xx.xx.1952-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur. Vəsiqədə şəxsin adı “Seyran” kimi göstərilmişdir. Kəlbəcər rayon Ağcakənd icra nümayəndəliyinin xx.xx.1972-ci il tarixli 14 nömrəli nikahın bağlanması haqqında akt qeydinə əsasən X11 ilə X1 nikahı bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Mamedov, arvada Mamedova soyadı verilmişdir.

IV. Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

18. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

19. Belə ki, iddiaçının anasının şəxsiyyət vəsiqəsi mövcuddur, xx.xx.2005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin ad qrafasında şəxsin tam adı “X8”, doğum tarixi “xx.xx.1952” olaraq qeyd olunmuşdur.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

21. Qanunveriliyin tələbindən də göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Yəni, müvafiq qeydiyyat şöbəsi tərəfindən iddiaçıya şəxsiyyət vəsiqəsi tərtib olunarkən onun doğum haqqında şəhadətnaməsi (şəxsiyyətini təsdiq edən sənəd) nəzərə alınmışdır.

22. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini nəzərə alan məhkəmə qeyd edir ki, həmin şəxsin AZE02406865 nömrəli şəxsiyyət vəsiqəsində adının “Zöhrə” olması, eyni zamanda - Kəlbəcər rayon Ağcakənd icra nümayəndəliyinin xx.xx.1972-ci il tarixli 14 nömrəli nikahın bağlanması haqqında akt qeydinə adının “Zöhrə” olması iş materialları ilə müəyyən edilir.

23. Buna baxmayaraq xx.xx.1975-ci il təvəllüdlü İddiaçı doğum akt qeydində və buna uyğun verilən AZ-İ 319193 nömrəli doğum haqqında şəhadətnaməsində ana adı qrafasında “X6” olaraq göstərilmişdir. Belə ki, iddiaçıya məxsus həmin sənədlərin tərtibi zamanı iddiaçının anasının Kəlbəcər rayon Ağcakənd icra nümayəndəliyi tərəfindən xx.xx.1952-ci il tarixdə tərtib edilən 08 nömrəli doğum akt qeydi nəzərə alınmışdır, həmin akt qeydinə əsasən X6 xx.xx.1952-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur.

24. Beləliklə, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədən onun atasının X11 olduğu, sonuncunun X4 ilə nikahının Kəlbəcər rayon Ağcakənd icra nümayəndəliyi tərəfindən xx.xx.1972-ci il tarixdə qeydə alındığı, nikah bağlandıqdan sonra ərə Mamedov, arvada Mamedova soyadı verildiyi müəyyən olunur.

25. Nəzərə alınmalıdır ki, iddiaçının anasına məxsus şəxsiyyət vəsiqəsi, doğum akt qeydi, nikah haqqında akt qeydində “ata adı, “soyadı” və “doğulduğu vaxt və yer” qrafalarında aparılan qeydlər eynilik təşkil edir. Belə ki, həmin sənədlərdən şəxsin xx.xx.1952-ci il tarixdə Kəlbəcər rayonunda doğulduğu, ata adının Mehralı, nikaha qədər soyadının Süleymanova, nikahdan sonra Mamedova olduğu görünür. Odur ki, həmin sənədlərin eyni bir şəxsə məxsus olması iş materialları ilə təsdiq olunur, cavabdeh isə qeyd edilən halları araşdırmadan müraciəti təmin etməkdən imtina etmişdir.

26. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti doğum akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə iddiaçının anasının adının “Zöhrə” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməli və ana qrafasında onun anasının adı “Sehran” deyil, “Zöhrə” kimi göstərilməlidir.

27. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı:

İddia təmin edilsin. İddiaçı doğum akt qeydində anası qrafasında “X6” əvəzinə “X8” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi və ona uyğun doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh 5 saylı Bakı Cavabdehn üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar