Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18809/2025 12.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh X5rşı “fərdi parklanma talonunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Cavabdeh X5rşı məhkəməyə müraciət edərək, mülkiyyətində olan **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Qurban Xəlilov küçəsində təşkil edilmiş P11029 nömrəli parklanma məntəqəsində fərdi parklanma talonunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda ünvan 1 ünvanında yaşayır və həmin ünvanda yaşayış yeri üzrə müvəqqəti qeydiyyatı mövcuddur. Mülkiyyətində olan və idarə etdiyi **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Qurban Xəlilov küçəsində təşkil edilmiş P11029 nömrəli parklanma məntəqəsində fərdi parklanma talonunun verilməsi üçün xx.xx.2025-ci il tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etmişdir. AYNA tərəfindən xx.xx.2025-ci il tarixli məktub göndərilmiş, onun daimi qeydiyyatının Göyçay rayonu olduğunu əsas gətirilərək fərdi parklanma talonunun verilməsindən imtina edilmişdir. Bildirir ki, “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin Vİİ hissəsinə əsasən, fərdi parklanma talonları yalnız parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə uyğun olaraq verilir. “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli, 187 nömrəli qərarının 2.1-ci bəndinə əsasən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları (bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun), Bakı şəhərinin inzibati ərazisində isə Agentlik (bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Göründüyü kimi, həm “Yol hərəkəti haqqında” Qanununda, həm də “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında “yaşayış yeri üzrə qeydiyyatda olan” ifadəsi işlənilmişdir. Burada qeydiyyatın daimi və ya müvəqqəti olması qeyd edilməmişdir. Yaşayış yeri üzrə həm müvəqqəti, həm də daimi qeydiyyat “yaşayış yeri üzrə qeydiyyat” hesab olunur. Əgər qeyd edilən normativ hüquqi aktlarda “yaşayış yeri üzrə daimi qeydiyyatda olan” ifadəsi işlənilsəydi, fərdi parklanma talonunun verilməsindən imtina edilməsi əsaslı olardı. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
3. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nda öz əksini tapmışdır. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən, fərdi parklanma talonu almaq istəyən şəxs yerli icra hakimiyyəti orqanına şəxsən və ya internet şəbəkəsi vasitəsilə elektron formada müraciət edə bilər. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ayrılır. Belə ki, Qaydanın 1.3.1-ci yarımbəndinə əsasən, parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar deyildikdə təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar nəzərdə tutulur. Həmin Qaydanın 2.4cü bəndinə əsasən, müraciətə minik avtomobilinin istifadəçisi tərəfindən Qaydanın 2 nömrəli əlavəsində göstərilən formaya uyğun yazılmış ərizə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin) surəti, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti və nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədlərin surəti əlavə edilir. Həmçinin həmin ərizədə müraciət edən haqqında məlumatlar (adı, soyadı və atasının adı, təvəllüdü, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi) və xüsusəndə qeydiyyatda olduğu ünvan qeyd olunur. Bu da öz növbəsində onu bir daha sübut edir ki, fərdi parklanma talonu yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq, vətəndaşın şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu ünvan üzrə verilir. Bundan başqa mobil tətbiq vasitəsilə elektron müraciət etmək mümkündür (vətəndaşın müraciət etdiyi vasitə.) Elektron müraciət etdikdə bu Qaydanın 2.4.1-2.4.4-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlərin skan edilmiş surəti tələb olunur. Bu halda həmin sənədlərin elektron formatda müraciətə əlavə edilməsi, habelə yerli icra hakimiyyəti orqanı və ya Agentlik tərəfindən qəbul edilməsi və baxılaraq cavablandırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin mərkəzi informasiya sistemində və Bakı şəhərinin inzibati ərazisində isə Agentliyin “AYNA” informasiya sistemində texniki imkan yaradılır. Həmin Qaydanın 2.17-ci bəndinə əsasən, bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. İddiaçı öz iddia ərizəsində bildirir ki, Normativ Hüquqi aktlarda, yaşayış yeri qeydiyyatda olan yer kimi ifadəsi olsaydı, AYNA tərəfindən fərdi parklanma talonunun verilməsindən imtina əsaslı olardı. Lakin iddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində, Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsilə müəyyən edildiyini qəbul etməməsi, ona fərdi parklanma haqqında talonunun verilməməsinin əsaslı olduğunu bir daha əks etdirir. Qeyd edilməsi zəruridir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Odur ki, şəxsiyyət vəsiqəsində isə yalnız qeydiyyat ünvanı qeyd olunduğundan, şəxsin yaşayış yeri onu qeydiyyatda olduğu yer hesab edilir. Eyni zamanda, Qaydanın 2 nömrəli Əlavəsində olan ərizə nümunəsində şəxsin qeydiyyatda olduğu yer üzrə fərdi parklanma talonunun verildiyi bir daha öz təsdiqini tapır. Əlavə olaraq bildirmək istərdik ki, analoji işlərlə bağlı Baki İnzibati Məhkəməsinin, xx.xx.2024-cü il tarixli 2-1(112)-7680/2024 saylı qərarına əsasən iddiaçının tələbi təmin edilməmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(103)-832/2025 saylı qərarına əsasən iddiaçı tərəfindən verilən apellyasiya şikəti təmin edilməmişdir və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7680/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan Respublikası “vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Bu Qanunun 3 maddəsinə əsasən, Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, vətəndaşlığı, doğulduğu yer, ünvanı (yaşayış yeri), qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti göstərilir. Eyni zamanda bu Qanuna əsasən, Şəxsiyyət vəsiqəsinin məlumatları X2 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Şəxsiyyət vəsiqəsinin məlumatlarının X2 Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur. İddiaçı qeydiyyat ünvanı GöyÇay rayonu, Aşağı Qaraməryəm kəndi olduğundan, ona ünvan 3 ünvanı üzrə fərdi parklanma talonunun verilməsi qanunvericiliyə uyğun deyil. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında, Qanunun, vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun və İPMnin 47-ci maddəsini nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan X1rşı fərdi parklanma talonunun verilməsi və ödənişsiz əsaslarla parklanma yerinin ayrılması öhdəliyinin Azərbaycan Yerüstü Nəqilyyat Agentliyinin üzərinə qoyulmasına dair tələbinə dair iddiası təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
6. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
7. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
8. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
11. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: Vİİ. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonu həmin parklanma məntəqələrində ödənişsiz parklanma hüququ verir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Bir nəqliyyat vasitəsi yalnız bir istifadəçisinin fərdi parklanma talonunda göstərilə bilər. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XİX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsi istifadəçilərinə şamil edilmir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın: 1.1. “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası” (bundan sonra - Qayda) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin səkkizinci hissəsinə uyğun olaraq hazırlanmışdır və fərdi parklanma talonlarının formasını, habelə onların verilməsi qaydasını müəyyən edir. 1.2. Yerli icra hakimiyyəti orqanları və Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) fərdi parklanma talonlarının uçotunu aparır. 1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar - təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar; 1.3.2. parklanma məntəqələrində ödənişsiz parklanma - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XXİİİ hissəsi nəzərə alınmaqla, təşkil olunmuş parklanma yerindən rezervasiya edilmədən ödənişsiz istifadə imkanlarının yaradılması. 2.1. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. 2.2. Fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. 2.6. Təqdim olunmuş sənədlərdə və ərizədə çatışmazlıq (bu Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, müraciətin yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. 2.9. Müraciət qəbul olunduqdan sonra 2 (iki) iş günü müddətində yerli icra hakimiyyəti orqanları müraciəti və ona əlavə edilən sənədlərin skan edilmiş surətini və ya X2 Sistemi vasitəsilə əldə etdiyi sənədləri və ya məlumatları elektron qaydada Bakı şəhərinin ərazisində pulsuz parklanma yerlərinin ayrılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərir. Müraciətə Bakı Nəqliyyat Agentliyi tərəfindən baxılıb razılıq verildikdən sonra 2 (iki) iş günü müddətində Bakı Nəqliyyat Agentliyinin holoqramı olan fərdi parklanma talonu yerli icra hakimiyyəti orqanları tərəfindən müraciət etmiş şəxsə verilir. Fərdi parklanma talonunun verilməsindən imtina edildikdə, imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. 15.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun:
2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
16. İddiaçının mülkiyyətində olan və idarə etdiyi və “BMVV 320” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvanın yaxınlığında park etməsi üçün parklanma talonunun əldə edilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin iddiaçının şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat ünvanı ilə yaşayış ünvanı fərqli olduğundan imtina edilmişdir.
17. Məhkəmə tərəfindən müəyyən edildi ki: - BB830083 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, “BMW 320” markalı **-UL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydə alınmışdır. - 03.11.2025-ci il tarixli 3-13-18/MQV-5478/2025 nömrəli müvəqqəti qeydiyyat vəsiqəsinə əsasən, İddiaçı ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. - AZE seriyalı AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Göyçay rayonu, Aşağı Qaraməryam ərazisi D, Aşağı Qaraməryam kəndi ünvünında qeydiyyatdadır.
18. Göründüyü kimi İddiaçı şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat ünvanı ilə yaşayış ünvanı fərqlidir.
19. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin Vİİ hissəsinə əsasən, fərdi parklanma talonları yalnız parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə uyğun olaraq verilir.
20. Məhkəmə cavabdehin dəlilini əsaslı hesab edərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın 2.1-ci maddəsində qeyd edilən parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçilərinə aid edilməməlidir. Belə ki, iddiaçı ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır.
21. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
22. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
23. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva