Məhkəmə qərarları › İş №2-1(112)-1884/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1884/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1884/2020 11.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Suraxanı rayon şöbəsinə qarşı sosial sığorta stajının nəzərə alınaraq, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş arayışa əsasən X3 xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixdək daxili işlər orqanlarında xidmət edərək, təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün sosial sığorta stajına malik olması nəzərə alınmaqla, İddiaçı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiya təyin edilərək hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı mərhum X3 qızıdır. Hazırda əyani əsaslarla təhsil alır. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixli, **********3 saylı məktubla pensiya təyin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq mərhum X3 xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Daxili işlər orqanında olan iş stajının əmək kitabçasında olmadığı göstərilmişdir. Halbuki X3 həmin dövrlərdə daxili işlər orqanlarında xidmət etməsi və bu barədə arayış cavabdehə təqdim edilmişdir. Həmin arayış əsasında X3 iş stajı təqvimi hesablama ilə 06 il 06 ay 10 gün, imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün təşkil edir. Həmçinin X3 bundan əlavə iş stajına malik olması təqdim olunmuş əmək kitabçası əsasında öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinası əsassız olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmaan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə istinad olunaraq, xx.xx.1995-xx.xx.1999-cu illər Daxili işlər orqanında olan iş stajı əmək kitabçası olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş daxili işlər orqanlarında xidmət dövrü barədə arayışından görünür ki, X8 xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Bakı şəhəri Nərimanov RPİ-nin nəzdində mühafizə şöbəsində polis nəfəri, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək DİN-in Mühafizə İdarəsinin sərəncamında olmuş, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək DİN-in X2 binasının və ərazisinin mühafizəsi üzrə mühafizə bölməsində polis nəfəri, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək DİN-in X2 binasının və ərazisinin mühafizəsi üzrə mühafizə bölməsində polis nəfəri, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək DİN-in Baş Mühafizə İdarəsinin sərəncamında olmuş, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Bakı şəhəri Yasamal RMİ-də polis nəfəri vəzifəsində işləmiş, xx.xx.1999-cu il tarixdə Müvəqqəti Təlimatın 4-cü maddəsinin “E” bəndinə əsasən (öz xahişi ilə) əsasən daxili işlər orqanlarından xaric olunmuşdur. X3 daxili işlər orqanlarında xidmət müddəti xx.xx.1999-cu il tarixə təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün təşkil edir. Əsas: A.Hüseynovun arxiv şəxsi işi. Məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surəti Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Suraxanı rayon şöbəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq İddiaçı məxsus pensiya işinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmiş və həmin pensiya işi məhkəmə tərəfindən tədqiq edilmişdir. Pensiya işində olan Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Suraxanı rayon şöbəsinin əmək Pensiya təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli, **********9 saylı qərarından görünür ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən tələb olunan sosial sığorta stajı olmadığına görə imtina edilmişdir. Pensiya işinə əlavə edilmiş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 257623 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X4 arasında xx xxxxxx 1999-cu il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 1999-cu il tarixdə 151 saylı nömrə ilə qeyd edilmişdir. Pensiya işinə əlavə edilmiş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 178801 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 2001-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Atası qrafasında X3, anası qrfasında X1 adı yazılmışdır. Pensiya işinə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Pensiya işinə əlavə edilmiş 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 018294 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxx 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Pensiya işinə əlavə edilmiş X5 məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdən- xx.xx.2019-cu il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. Pensiya işinə əlavə edilmiş Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan Dövlət Texniki Kolleci tərəfindən verilmiş 555 saylı, xx xxxx 2019-cu il tarixli arayışdan görünür ki, Hüseynli X7 Dövlət Texniki Kollecinin əyani İV kurs Baytarlıq ixtisasında ödənişli əsaslarla təhsil alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1, 14.1.1 və 14.1.1.3-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) vəfat etmiş və ya həlak olmuş şəxslərin təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2001-ci il təvəllüdlü olmaqla, hazırda Naxçıvan Dövlət Texniki Kollecinin əyani İV kurs Baytarlıq ixtisasında ödənişli əsaslarla təhsil alır. Belə olan halda iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Beləliklə işin araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı hazırda pensiyaçı deyildir. Onun atası X8 xx xxx 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı vəfat etmiş şəxsin təhsil müəssisəsinin əyani şöbəsində təhsil alan övladı kimi ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh DSMF Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli məktubla iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının olması öz təsdiqini tapmadığına görə ona pensiya təyin edilməsindən imtina etmişdir. İmtinaya əsas olaraq iddiaçının atasının xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə Daxili işlər orqanlarında işlədiyi dövrün əmək kitabçasında olmadığını göstərmişdir. Halbuki işdə olan pensiya işinə əlavə olunmuş sənədlərdən görünür ki, X3 həmin dövr üzrə sosial sığorta stajına malik olması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş arayışla öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş arayışlar əsasında X3 xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixdək daxili işlər orqanlarında xidmət etdiyi, xidmət müddətinin xx.xx.1999-cu il tarixə təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün təşkil etdiyi müəyyən edilmişdir. Həmin dövr üzrə X3 daxili işlər orqanlarında xidmət edərək, sosial sığorta stajına malik olması iş materiallarına əlavə edilmiş arayışla təsdiq edildiyindən, məhkəmə hesab edir ki, qeyd olunan dövrlər pensiya təyin edilməsi üçün sosial sığorta stajı olaraq əsas götürülməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş X5 məxsus olmuş əmək kitabçası əsasında onun xx.xx.2009-cu il tarixdən - xx.xx.2019-cu il tarixədək müxtəlif vəzifələrdə işləyərək, sosial sığorta stajına malik olması müəyyən edilmişdir. Əmək kitabçası üzrə X3 ümumi iş stajı 09 il 05 ay 06 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.4.1ci bəndinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 4.4.2-ci bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçının atası X8 xx xxxxxx 1968-ci il təvəllüdlü olmaqla xx xxx 2019-cu il tarixdə 51 yaşında vəfat etmişdir. Belə ki, qanunvericliyin tələblərinə əsasən vəfat edən şəxsin ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla hesablanır. İddiaçının atasının 51 yaşında vəfat etməsini, onun əmək qabiliyyətli yaş dövrünün 36 il təşkil etməsini nəzərə aldıqdan, hazırki halda iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün ümumilikdə 12 il sığorta stajının olması tələb olunur. (51 yaş -15 yaş= 36)x4ay=144 ay=12 il sığorta stajı. İddiaçının atası X3 xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixdək daxili işlər orqanlarında xidmət edərək, təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün sosial sığorta stajına malik olması arayışla, xx.xx.2009-cu il tarixdən - xx.xx.2019-cu il tarixədək sosial sığorta stajına malik olması əmək kitabçası ilə təsdiq edildiyindən, ümumilikdə sosial sığorta stajının 12 ildən çox olması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, cavabehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş arayışa əsasən X3 xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixdək daxili işlər orqanlarında xidmət edərək, təqvimi hesablama ilə 06 il 06 ay 10 gün (hərbi xidməti daxil olmaqla), imtiyazlı hesablama ilə 08 il 06 ay 12 gün sosial sığorta stajına malik olması nəzərə alınmaqla, İddiaçı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiya təyin edilərək hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Suraxanı rayon Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar