Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1884/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və əmlaka görə yaranmış 1010,14 manat məbləğində borcun ondan tutularaq bələdiyyə büdcəsinə ödənilməsi barədə çıxarılmış 22 fevral 2021-ci iİ tarixli 04/27 saylı qərarın ləğv edilməsini tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsində istifadəsində olan 0,01187 ha torpaq sahəsində yerləşən 90,2 kvadrat metr yaşayış, 61,8 kvadrat metr köməkçi sahədən ibarət 5a saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və bu barədə adına qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 07 iyun 2008-ci il olan “Hüquqların Dövlət qeydiyyatı haqqında dövlət reyestrindən Çıxarış" hazırlanmışdır. Bir müddət əvvəl Binəqədi rayon icra və Probasiya şöbəsindən onunla əlaqə saxlayaraq şöbəyə gəlməsini istəmişlər. Adı çəkilən şöbədə olarkən ona bildirilmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu,M.Ə.Rəsulzadə qəsəbəsi, R. Behbudov,ev 5 ünvanında yerləşən torpaq sahəsinə və əmlaka görə yaranmış 1010,14 manat məbləğində borcun ondan tutularaq bələdiyyə büdcəsinə ödənilməsi barədə 22 fevral 2021-ci il tarixli, 04/27 saylı qərar qəbul edilərək icra olunması üçün Binəqədi rayon icra və Probasiya şöbəsinə göndərilmişdir. O, həmin qərardan məlumatı olmadığını bildirmiş və qərarın surətini icra məmurundan əldə edərək aidiyyəti üzrə bələdiyyəyə müraciət etsə də, bələdiyyədə onun guya xeyli miqdarda borcunun əmələ gəldiyi bildirilərək pulun tam şəkildə ödənilməsi tələb olunmuşdur. O, bələdiyyənin sözügedən qərarını və ona borc məbləğinin bu miqdarda hesablanmasını tamamilə qanunsuz və əsassız sayır. Belə ki, o, bələdiyyə tərəfindən borcumun olması ilə bağlı bugünədək hər hansı şəkildə məmulatlandırılmamış və ona müvafiq xəbərdarlıq da edilməmişdir. M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə və əmlaka görə 1010,14 manat məbləğində borcunun bələdyyə büdcəsinə ödənilməsi barədə 22 fevral 2021-ci il tarixli 04/27 saylı qərarı qəbul edilərkən onun iştirakı təmin edilməmiş, həmin qərar qəbul edildikdən sonra qərarın surəti də ona təqdim edilməmiş və bu məsələ ilə bağlı ümumiyyətlə məlumatlandırılmayıb. Eyni zamanda M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən 4 gün əvvəl ona təqdim olunmuş tədiyyə bildirişində əmlak, torpaq və torpaqdan istifadəyə görə illik 34,64 (otuz dörd manat altmış dörd qəpik) verginin hesanlandığı göstərildiyi halda, ötən dövr üçün də guya 1044 manat borcumun olduğu bildirilmişdir. Halbuki illik vergi məbləği 34,64 manat olduğu halda, ötən dörv üçün 1044 manat borcun hesablanması ağlasığmazdır. Nəzərə alınsa ki, vaxtaşırı ödəmələr üzrə iddia müddəti qanunvericiliklə 3 il müəyən edilmişdir, cavabdehin 22 il üçün məndən vergi məbləğini, özü də şişirdilmiş rəqəmlərlə tələb etməsi qanuni sayıla bilməz. Həmçinin bildirir ki, ona əlilliyə görə əmək pensiyası təyin edildiyindən və vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pensiyaçılara əmlak və torpaq vergisi üzrə güzəştlər müəyyən edildiyindən, cavabdehin bu şəkildə vergi məbləğini hesablaması və hesablama zamanı ona verilmiş vergi güzəştlərini nəzərə almaması daha bir qanun pozuntusu kimi qiymətləndirilməlidir. Beləliklə, hesab edir ki, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə və əmlaka görə 1010,14 manat məbləğində borcun bələdyyə büdcəsinə ödənilməsi barədə 22 fevral 2021-ci il tarixli 04/27 saylı qərarı qəbul edilərkən onun hüquqları M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün öz pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalıb.
3. İddiaçı 3-cü qrup əlilliyə görə əmək pensiyası alır.
4. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsində istifadədə olan 0,01187 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli, 5 otaqlı, 90,2 kv.m. yaşayış, 61,8 kv.m. köməkçi sahədən ibarət 5a nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.
5. Məhkəmənin sorğusuna cavab olaraq M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı barəsində torpaq və əmlak vergi borcunun ödənilməsinə dair qəbul edilmiş 04/27 saylı xx.xx.2021-ci il tarixli qərarın (inzibati akt), həmçinin qərarın qəbul edilməsinə əsas olan M.Ə.Rəsulzadə bələdiyyəsinin 04/27 saylı, xx.xx.2021-ci il tarixli qərarı, RB/184 saylı, xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu, tədiyyə bildirişi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********45 saylı məktubuna əlavə olunmuş siyahıdan çıxarış göndərilmişdir.
6. M.Ə.Rəsulzadə bələdiyyəsinin 04/27 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsi 5 ünvanında yerləşən və mülkiyyət hüququ əsasında cavabdeh İddiaçı məxsus fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə görə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə onun vergi borcu yaranmışdır. Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada vətəndaş İddiaçı tədiyyə bildirişi və xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, vətəndaş Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə yaranmış 1010,14 (bir min on manat, 14 qəpik) manat torpaq və əmlak vergi borcunu ödəməkdən yayınır. Bununla da vətəndaş İddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 11, 16, 77 və 200.5, 200.6, 208.5, 208.6-cı maddələrinin, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 maddəsinin və 5-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. Bununla əlaqədar 21 oktyabr 2005-ci il tarixli, 1036-İİQ saylı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2 və 87-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və6.1.8-ci maddələrinə əsasən vətəndaş İddiaçı (xx.xx.1958, Gədəbəy rayonu, şəxsiyyət vəsiqəsi № 3585632, FİN1KVXRJM) ünvan 5 ünvanında yerləşən, ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 1010,14 (bir min on manat, 14 qəpik) manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilməsi; vergi borcunun 10 gün müddətində Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin hesablaşma hesabına ödənilməsi və qərarın icrasının Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.
II. İddianın növü və mümkünlüyü
8. İddianın növü mübahisələndirməyə dair iddiadır.
9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
10. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
12. Qərarda iddiaçıya məxsus əmlakın ünvanının ünvan 6ilsə də, təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən əmlakın yerləşdiyi ünvan 5a-dır
13. Odur ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin mübahisələndirilən qərarı qeyd edilən əlamətlərə malik olduğundan inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır.
14. Həmin qərarın iddiaçıya cavabdeh qurum tərəfindən nə vaxt təqdim edildiyi, ümumiyyətlə iddiaçının inzibati icraata cəlb edildiyi müəyyən edilmir.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
17. Məhkəmə ilk olaraq qeyd edir ki, mübahisələndirilən qərar iddiaçının mülkiyyət hüququna müdaxilədir və həmin müdaxilə mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyır.
18. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
19. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmuşdur.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
21. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
22. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qurum tərəfindən qəbul edilən qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olmadığından iddia təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməlidir.
23. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçıya torpaq və əmlak vergisinin necə hesablandığı aydın deyil.
24. Vergi Məcəlləsindən: 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Fiziki şəxsin xüsusi mülkiyyətində olan Yaşayış məntəqələri yaşayış və qeyri-yaşayış sahələri (manatla) Bakı 0,4 200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 200.6. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.
204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. 206.3-cü maddəyə əsasən torpaq sahəsinin hər 100 kvadratmetrinə görə həmin maddədəki cədvəldə göstərilin göstəricilərə müvafiq olaraq yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlara görə 10000 m²dək olduqda 0,6 manat ödənilir.
25. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətin bina evi deyil, fərdi yaşayış evidir. Vergi Məcəlləsinə əsasən, fiziki şəxslər binalara görə əmlak vergisini ödəyirlər. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış sahəsi 90,2 kv.m. (yəni ən yaxşı halda 30 kv.m.-dən yuxarı olan vergitutma obyekti 60,2 kv.m-dir), istifadəsində olan torpaq sahəsinin ölçüsü isə 118,7 kv.m. olduğu halda qeyd edilən Vergi Məcəlləsində qeyd edilən əmsallar tətbiq edildiyi halda (198.1.1. və 206.3-cü maddələr), torpaq sahəsinə və əmlaka görə 1010,4 manat vergi borcunun necə yarandığı və hansı dövrü əhatə etdiyi aydın deyil.
26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Torpaq sahəsinə və əmlaka görə yaranmış 1010,14 manat məbləğində borcun İddiaçı tutularaq bələdiyyə büdcəsinə ödənilməsi barədə cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsin 22 fevral 2021-ci iİ tarixli 04/27 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva