Məhkəmə qərarları › İş №2-1(112)-1886/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1886/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1886/2022 21.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası) “müddətsiz birinci dərəcəli əlilliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik dərəcəsinin verilməsindən imtinalarının əsassız hesab edilməsi və hüququ yarandığı gündən, yəni 02 avqust 2019-cu il tarixindən müddətsiz birinci dərəcəli əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 izahatında bildirdi ki, iddiaçı xx xxxx 1959-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. 23 iyul 2018-cı il tarixində iddiaçı insult keçirərək xəstəxanada müalicə almışdır. İddiaçının orada uzun müddət müalicə olunmağına baxmayaraq, sağlamlıq vəziyyəti ağır olaraq qalır. İddiaçı yeriyə bilmədiyinə görə kənar şəxsin köməyinə ehtiyacı var. Həyat yoldaşı da iddiaçıya qulluq etdiyinə görə işləyə bilmir. Ona görə də iddiaçı birinci dəfə 2019-cu ilin iyul ayında Abşeron Rayon Mərkəzi X3 X6 Komissiyası tərəfindən müayinə olunaraq forma 88 göndərişi əlillik dərəcəsinin müəyyən edilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir. Komissiya tərəfindən iddiaçıya “Sol OBA hövzəsində işemik insult nəticələri və Sağ tərəfli hemiplegiya. ÜİX. infarktdan sonrakı kardioskleroz. Arterila hipertenziya İİ dərəcə. Kənar şəxsin qulluğuna ehtiyacın olması” diaqnozu qoyulmasına baxmayaraq, cavabdeh ona xx.xx.2019-cu il tarixində əlillik dərəcəsi verməkdən imtina edərək səbəb kimi əlavə müalicəyə ehtiyacın olmasını göstərmişdir. İddiaçı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə və müayinə olunduqdan sonra ikinci dəfə 2019-cu ilin noyabr ayında Abşeron Rayon Mərkəzi X3 X6 Komissiyası tərəfindən təkrar müayinə olunaraq forma 88 göndərişi əlillik dərəcəsinin müəyyən edilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir. Cavabdeh bu dəfə də 14 noyabr 2019-cu il tarixli qərarı ilə əsassız və qanunsuz olaraq iddiaçıya əlillik dərəcəsi müəyyən etməkdən imtina etmişdir. Səbəb kimi dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması qeyd edilmişdir. Həkimin rəyində isə qeyd edilir ki, status lokalizdə xəstəliyin klinikası gedişatı ətraflı qeyd edilməyib. 2020-ci ilin oktyabr ayında Abşeron Rayon Mərkəzi X3 X6 Komissiyası tərəfindən təkrar müayinə olunaraq üçüncü dəfə forma 88 göndərişi əlillik dərəcəsinin müəyyən edilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir. Cavabdeh bu dəfə də 12 oktyabr 2020-ci il tarixli qərarı ilə yenə də əsassız və qanunsuz olaraq iddiaçıya əlillik dərəcəsi müəyyən etməkdən imtina etmişdir. Səbəb kimi göndərişin natamam doldurulması və ixtisaslaşmış müalicə müəssisəsində bərpa müalicənin davamının məsləhət görüldüyü göstərilmişdir. İddiaçı əlilliyin qiymətləndirilməsindən narazı olduğu üçün xx.xx.2020-ci il tarixində 7 nömrəli TSEK-nın iş otağında iddiaçı əyani müayinə olunmuşdur. 7 nömrəli TSEK-in sədri ekspert terapevt Q.Məmmədovun, TSEK-in üzvü ekspert cərrah R.Rəhmanovun və TSEKin üzvü ekspert nevropatoloq Y.Qurbanovun imzası ilə əyani müayinə aktı tərtib edilmişdir. Aktda qeyd edilir ki, səhiyyə müəssisəsinin göndərişində əsas diaqnoz: Sol OBA hövzəsində keçirilmiş işemik insultun qalıqları. Sağ tərəfli hemiplegiya. Dz yanaşı-ÜİX postinfarkt kardioskleroz. QDÇ İİ dərəcə. Aktda daha sonra qeyd edilir: Status lokalis (status prezent)- Xəstə hərəkət edə bilmir, daim kənar şəxsin qulluğuna ehtiyacı vardır. Dəfələrlə müayinə və müalicə olunmuşdur, lakin heç bir müsbət nəticə olmamışdır. Müayinənin nəticəsində səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnoz təsdiqini tapır, xəstənin hazırkı vəziyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyyarlarına dair Əsasnamənin 2.1.8. bəndinə müvafiq olaraq müddətsiz birinci dərəcə əlillik təyininə əsas verir. Əyani müayinə aktında qeyd edilənlərə baxmayaraq, 2021-ci ilin iyun ayında Abşeron Rayon Mərkəzi X3 X6 Komissiyası tərəfindən təkrar müayinə olunaraq dördüncü dəfə forma 88 göndərişi əlillik dərəcəsinin müəyyən edilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir. Cavabdeh bu dəfə də 23 iyul 2021-ci il tarixli qərarı ilə yenə əsassız və qanunsuz olaraq ona əlillik dərəcəsi müəyyən etməkdən imtina etmişdir. Səbəb kimi dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğu, həkimin rəyi: diaqnozun ağırlaşmasını təsdiq edən instrumental müayinələrin tam aparılmadığı göstərilmişdir. Göründüyü kimi cavabdeh Abşeron Rayon Mərkəzi X3 X6 Komissiyasının əlillik dərəcəsinin müəyyən olunması barədə forma 88 göndərişlərindən əsassız və qanunsuz olaraq dəfələrlə imtina edir. Halbuki 7 nömrəli TSEK-nın ekspertlərinin tərtib etdikləri əyani müayinə aktında qeyd edilir ki, səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnoz öz təsdiqini tapır. İddiaçıya birinci dərəcəli müddətsiz əlillik 02 avqust 2019-cu ildən təyin edilməlidir. Çünki forma 88 ilkin olaraq həmin tarixdə təqdim edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçının əlillik vəziyyətinə Abşeron rayon Poliklinikasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və diaqnozu “Sol OBA hövzəsində işemik insult nəticələri (xx.xx.2018) Sağ tərəfi hepiplegiya. ÜİX. İnfarktdan sonrakı kardioskelroz. Atrerila hipertenziya İİ dərəcə. Kənar şəxsin qulluğuna ehtiyacın olması” olmaqla, əlavə müalicəyə ehtiyacın olması və diaqnozun ağırlaşmasını gedişatını izləmək üçün əlavə stasionar müalicə təyin edilməsi səbəbi ilə imtina verilmişdir. Abşeron rayon Poliklinikasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “Sol OBA hövzəsində işemik insultun nəticələri (xx.xx.2018) Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər. Spastik hemiplegiya, sağ tərəfli hemiplegiya. Əvvəllər keçirilən miokard infarktı, ÜİX. İnfarkdan sonrakı kardioskelroz. (Durğunluq) ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, Arterial hipertenziya İİ dərəcə” diaqnozu ilə göndərişin natamam doldurulması və status localisdə xəstəliyin klinikası gedişatı ətraflı qeyd edilməyib səbibi ilə imtina verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “Beyin infarktının nəticələri, Sol OBA hövzəsində işemik insultun nəticələri (xx.xx.2018) Ağırlaşma G81.1 Spastik hemiplegiya, sağ tərəfli hemiplegiya” diaqnozu ilə əlavə müalicəyə ehtiyacın olması və ixtisaslaşmış müalicə müəssəsində bərpa müalicə davamının məsləhət görülməsi səbəbi ilə imtina verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və "Sol OBA hövzəsində işemik insultun nəticələri” diaqnozu ilə göndərişin natamam doldurulması və nevropatoloqun müayinəsinin dolğun qeyd olunmaması (əzələ gücü bal ilə qiymətləndirilsin) səbəbi ilə imtina verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “Sol OBA hövzəsində işemik insultun nəticələri (xx.xx.2018)” diaqnozu ilə göndərişin natamam doldurulması və ixtisaslaşmış müalicə müəsissəsində bərpa müalicənin davamının məsləhət görülməsi səbəbi ilə imtina verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Beyin infarktının nəticələri, Sol OBA hövzəsindən keçirilmiş işemik insultun davamlı qalıqları” diaqnozu ilə qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg… səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Beyin infarktının nəticələri, Sol OBA hövzəsindən keçirilmiş işemik insultun davamlı qalıqları” diaqnozu ilə göndərişin natamam doldurulması və diaqnoz ağırlaşmasını təsdiq edən instrumental müayinələrin tam aparılmaması səbəbi ilə imtina verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Əlillik altsistemindən çıxarışlardan görünür ki, tibb müəssisəsinin xx.xx.2019-cu il tarixli Forma 88 göndərişi əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı əlillik vəziyyətinə baxılmış, iddiaçının barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Diaqnoz: Sol OBA hövzəsində işemik insult nəticələri (xx.xx.2018) Sağ tərəfli hemiplegiya. ÜİX. infarktdan sonrakı kardioskleroz. Arterila hipertenziya İİ dərəcə. Kənar şəxsin qulluğuna ehtiyacın olması. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Diaqnozun ağırlaşmasını gedişatını izləmək üçün əlavə stasionar müalicə təyin edilir. İş materiallarında olan Əlillik altsistemindən çıxarışlardan görünür ki, tibb müəssisəsinin xx.xx.2019-cu il tarixli Forma 88 göndərişi əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı əlillik vəziyyətinə baxılmış, iddiaçının barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Diaqnoz: Beyin infarktının nəticələri, Sol OBA hövzəsində işemik insult nəticələri (xx.xx.2018). Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər, Spastik hemiplegiya, Sağ tərəfli hemiplegiya. Əvvəllər keçirilən miokard infarktı, ÜİX. infarktdan sonrakı kardioskleroz. (Durğunluq) ürək çatmamazlığı olmadan, əsas ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), Arterial hipertenziya İİ dərəcə. Səbəb: Göndərişin natamam doldurulması. Status localisdə xəstəliyin klinikası, gedişatı ətraflı qeyd edilməyib. İş materiallarında olan Əlillik altsistemindən çıxarışlardan görünür ki, tibb müəssisəsinin xx.xx.2019-cu il tarixli Forma 88 göndərişi əsasında xx.xx.2020-ci il tarixdə İddiaçı əlillik vəziyyətinə baxılmış, iddiaçının barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Diaqnoz: Beyin infarktının nəticələri, Sol OBA hövzəsində işemik insult nəticələri (xx.xx.2018). Ağırlaşma G81.1 Spastik hemiplegiya, Sağ tərəfli hemiplegiya. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. İxtisaslaşdırılmış müalicə müəssisəsində bərpa müalicə məsləhət görülür. İş materiallarında olan Əlillik altsistemindən çıxarışlardan görünür ki, tibb müəssisəsinin xx.xx.2020-ci il tarixli Forma 88 göndərişi əsasında xx.xx.2020-ci il tarixdə İddiaçı əlillik vəziyyətinə baxılmış, iddiaçının barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Diaqnoz: Sol OBA hövzəsində işemik insultun nəticələri. Səbəb: Göndərişin natamam doldurulması, Nevropatoloqun müayinəsi dolğun qeyd olumayıb (əzələ gücü bal ilə qiymətləndirilsin). İş materiallarında olan Əlillik altsistemindən çıxarışlardan görünür ki, tibb müəssisəsinin xx.xx.2020-ci il tarixli Forma 88 göndərişi əsasında xx.xx.2020-ci il tarixdə İddiaçı əlillik vəziyyətinə baxılmış, iddiaçının barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Diaqnoz: Beyin infarktının nəticələri, Sol OBA hövzəsində işemik insult nəticələri (xx.xx.2018). Səbəb: Göndərişin natamam doldurulması, İxtisaslaşdırılmış müalicə müəssisəsində bərpa müalicə davamı məsləhət görülür. İş materiallarında olan Əlillik altsistemindən çıxarışlardan görünür ki, tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli Forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə İddiaçı əlillik vəziyyətinə baxılmış, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi: Ümumi xəstəlik. Diaqnoz: Beyin infarktının nəticələri, Sol OBA hövzəsində işemik insultun davamlı qalıqları. Meyar 2.2 İkinci dərəcə əlillik. 2.2.9 Qabarıq yaddaş zəifliyi. İdrakın enməsi. emosional labillik. Vestibülyar pozuntular, görmə pozuntuları və ya pramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg... Əmək zəmanəti: yüngül işlərdə işləyə bilər. İş materiallarında olan Əlillik altsistemindən çıxarışlardan görünür ki, tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli Forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə İddiaçı əlillik vəziyyətinə baxılmış, iddiaçının barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Diaqnoz: 169.3 Beyin infarktının nəticələri, Sol OBA hövzəsində işemik insultun davamlı qalıqları. Səbəb: Göndərişin natamam doldurulması. Diaqnozun ağırlaşmasını təsdiq edən instrumental müayinələr tam aparılmayıb. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli məlumatından görünür ki, İddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. TSEK-in cavabı: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Status localisdə xəstəliyin klinikası, gedişatı ətraflı qeyd edilməyib. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 T 341/2021 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun Komissiya nəticəyə gəlir: vətəndaş İddiaçı düçar olduğu əsas xəstəlik və onun ağırlaşmaları, xəstənin hazırkı vəziyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1.8-ci bəndinə müvafiq olaraq müddətsiz İ dərəcə əlillik təyininə əsas verir. Qeyd edilən xəstəliklərlə əlaqədar əlillik dərəcəsinin hansı vaxtdan hesablanmasının təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətinə aid deyildir. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişləri əsasında bir neçə dəfə qiymətləndirilmiş və göndərişin natamam doldurulması, əlavə müalicəyə ehtiyacın olması, ixtisaslaşdırılmış müalicə müəssisəsində bərpa müalicənin davamının məsləhət görülməsi səbəbindən əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Hazırda isə iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı isə ona müddətsiz birinci dərəcəli əlilliyin 02 avqust 2019-cu il tarixindən təyin edilməsini tələb edir. İş üzrə məhkəmə tibbi ekspertizası keçirilmiş, ekspertiza zamanı iddiaçının adına tərtib edilmiş sənədlərə baxılmış, iddiaçının məhkəmə-tibbi müayinəsi keçirilmiş və iddiaçının düçar olduğu əsas xəstəlik və onun ağırlaşmaları, xəstənin hazırkı vəziyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1.8-ci bəndinə müvafiq olaraq müddətsiz İ dərəcə əlillik təyininə əsas verdiyi ekspert rəyi ilə də öz təsdiqi tapmışdır. Lakin qeyd edilən xəstəliklərlə əlaqədar əlillik dərəcəsinin hansı vaxtdan hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ona müddətsiz birinci dərəcəli əlilliyin 02 avqust 2019cu il tarixindən təyin edilməsini tələb etsə də, həmin tarixdə təqdim edilmiş səhiyyə müəssisəsinin göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Bundan sonra çatışmazlıqlar aradan qaldırılmaqla yeni göndərişlər təqdim edilmiş, lakin həmin göndərişlər əsasında iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və qeyd olunan səbəblərdən əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Sonuncu göndərişdən sonra isə iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya müddətsiz birinci dərəcəli əlilliyin 02 avqust 2019-cu il tarixindən təyin edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar