Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1886/2025 08.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 670/13 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqların miras qoyan X12 Mürsəloviçə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 670/13 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqların miras qoyan X12 Mürsəloviçə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı notariat ofisində açılmış vərəsəlik işi üzrə vərəsə olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən ”670/13" saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X12 Mürsəloviçə məxsus olması barədə arayış verilməsi üçün cavabdeh 1 say lı Bakı Ərazi İdarəsinə müraciət edib. 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının ərizəsinin təmin etməkdən imtina etmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən eyni nömrəli torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, orderin nüsxəsi idarənin arxiv qovluğunda aşkar edilməmişdir. Bundan əlavə torpaq sahəsi sənəd üzrə 0.12 ha faktiki isə 0.1 154 ha təşkil edir, əlavə olaraq torpaq sahəsinə digər şəxsin müəraciəti mövcuddur. Cavabdehin imtinası əsassızdır. Göründüyü kimi imtina üçün cavabdeh 5 dəlil irəli sürmüşdür. Birinci, torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, iddiaçı torpaq sahəsinin digər bağların ərazisinə uyğun gəlməsi dəlili ilə razılaşmır. Sxematik xəritə hüquqi sənəd deyil, bağ sahəsi 55 N-li BTK-nın ərazisində yerləşir, heç bir uyğunsuzluq yoxdur, bağ sahəsi digər bağların ərazisində deyil. İkinci, idarənin arxiv məlumatlarında eyni nömrəli torpaq sahəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması dəlili ilə də razı deyil, cavabdeh ümumi sözlərdən istifadə edib, heç bir konkret qeydiyyat barədə məlumatlar yoxdur. Üçüncü, orderin nüsxəsinin idarənin arxiv qovluğunda aşkar edilməməsi vətəndaş olaraq iddiaçının təqsiri deyil, bu hal idarənin təqsiridir. Qovluq sənədlərində orderin olmaması imtinanın əsası ola bilməz. Orderin əsli iddiaçıda vardır. Dördüncü, torpaq sahəsinin sənəd üzrə 0.12 ha faktiki isə 0.1 154 ha təşkil etməsi də imtinanın əsası deyil. Torpaq sahəsinə digər şəxsin müraciəti mövcudluğu da doğru deyil, cavabdeh bu barədə konkret heç bir dəqiq məlumat vermir, ümumi sözdən istifadə edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd olunan torpaq sahəsi digər bağların (2770 nömrəsi ilə başlayan bağlar) ərazisinə uyğun gəlir. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən eyni nömrəli torpaq sahəsi digər şəxsin (X10) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, təqdim edilmiş orderin nüsxəsi idarənin arxiv qovluğunda aşkar edilməmişdir. Bundan əlavə, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,12 ha, faktiki isə 0,1154 ha təşkil edir. Əlavə olaraq, torpaq sahəsinə dair digər şəxsin (X15) müraciəti mövcuddur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardadı ilə X10, X15, X16 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan sənədlərə əsasən: Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən İddiaçı 16 fevral 2024-cü il tarixdə verilmiş arxiv arayışına görə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1634 nömrəli sərəncamından çıxarışa əsasən “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li qətnaməsinə əsasən: 2. Aşagıdakı vətəndaşlara bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın.2.15. X4 oğ-Mərdəkan BTK №55, bağ 670/13 ” Bakı şəhər İcra Hakimiyyəti Apparatının Əhaliyyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin Bağlar təsərrüfatı idarəsi Mərdəkan bağlar sahəsindəki 55 №-li kooperativi tərəfindən verilmiş 15 nömrəli orderə görə, order X1 ondan ötrü ki, Bakı şəhər icra hakimiyyətinin 23 noyabr 1994-cü il tarixli 1634 №-li qərarına əsasən Mərdəkan bağlar sahəsində 55 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 670/13 №-li bağ ayrılıb. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən, iddiaçının istifadə etdiyi bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir, sxematik xəritəyə əsasən göstərilən sahə 2772 saylı bağın ərazisidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, bağ evi № 670/13 xüsusi mülkiyyət hüququ ilə X6 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cü ul tarixdə qeydiyyata alınmışdır. A 263521 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Əzizbəyov rayon Mərdəkan bağ massivi ərazisində yerləşən torpaq sahəsinin plan və ölçüsü X9 Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2002-ci il tarixli 322 saylı protokolu ilə sahəsi 1200 kv.m ibarət olan 670/13 bağ evi tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı xx.xx.2010-cu il tarixdə tərtib edilmişdir. Baş plandan çıxarış və əsas döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. X25 kitabında xx.xx.2010cu il tarixdə 20226 nömrə ilə uçota alınınıb İddianın mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.2. Daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir; 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.[3] 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. http://e-qanun.az/alpidata/framework/data/5/c_f_5456.htm8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
1.1.bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərilir: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. ... 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
Məhkəmə iddiaçının iddia ərizəsində göstərilən halların qanunvericiliyin tələbləri ilə qarşılıqlı təhlilini apararaq hesab edir ki, İddiaçı iddiası AR İPM-də nəzərdə tutulan mümkünlük şərtlərinə uyğun gəlmir. Belə ki, inzibati işdə olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 23 noyabr 1994-cü il tarixli 1634 nömrəli qərarına əsasən iddiaçının vərəsəsi olduğu Hüseyn-Qulubəyov X8 bağlar sahəsində 55 nömrəli BTK nəzdinə 0.12 ha torpaq saahəsi olan 670/13 nömrəli bağ ayrılmış və 15 nömrəli order verilmişdir. Həmin şəxs xx.xx.1993-cü ildə vəfat etmişdir, onun oğlu İddiaçı vərəsəsi müəyyən edilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli “Hüquqların Dövləıt qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, bağ evi 670/13 və yerləşdiyi 0.12 ha torpaq sahəsi X9 xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmışdır. İddiaçının mərhum atasına Mərdəkan qəsəbəsində yerləşən 55 №-li BTK -nın 670/13 nömrəli bağ sahəsi ayrılmasına baxmayaraq, faktiki istifadə etdiyi, onun adına qeydiyyata alınmasını istədiyi torpaq sahəsi 670/13 nömrəli bağ sahəsi deyil, 2770 başlanan bağlar ərazisinə uyğun gəlir. Bunu təkzib edən hallar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hər bir halda, Mərdəkan qəsəbəsində yerləşən 55 nömrəli BTK- nın eyni nömrədə iki fərqli bağ sahəsinin mövcud olması qeyri-mümkündür. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərdən müəyyən etmişdir ki, hal-hazırda iddiaçının hüquqi marağının obyekti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 670/13 saylı torpaq sahəsi, üçüncü şəxsin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və faktiki istifadəsindədir. Halhazırda üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat qüvvədədir. Yuxarıda qeyd edilmiş qanun noramasına əsasən “əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.”(MM 141.1 -ci mad.) İddiaçının iddia ərizəsində göstərilən mübahisəli torpaq sahəsi iddiaçının sənəd üzrə olmadığı, faktiki istifadəsində olan torpaq sahəsi isə müvafiq BTK-nın sənədlərə uyğun gəlmədiyi, hüquq-müəyyən edici sənədlərlə müəyyən edilən torpaq sahəsi isə hal-hazırda da üçüncü şəxsin adına mülkiyyət hüququ ilə qeydə alındığı üçün iddiaçının hal-hazırda subyektiv hüququ mövcud deyildir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını arzulayan iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində onun hüquqlarının pozulması halları göstərməmiş və əsaslandırmamışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır Odur ki, məhkəmənin gəldyi nəticəyə görə yuxarıda göstərilənlərə əsasən iddiaçının İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 670/13 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqların miras qoyan X12 Mürsəloviçə məxsus olması barədə arayışın verilməsini cavabdehdən tələb etmək kimi subyektiv hüququ mövcud olmadığı üçün iddiaçının iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32, 34cü, 35-ci, 80, 85-ci mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2cıbəyova