Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1887/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1999-ci il tarixindən xx.xx.2005cı il tarixinədək "xxxx"-də olan dövrün sığorta stajınına əlavə edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “iddiaçının ALAZAR-AG”-də işlədiyi dövrlər nəzərə alınmaqla yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1960-ci il tarixdə doğulmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İddiaçı Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona staja görə pensiyasının təyin edilməsini və ödənilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının sığorta stajının 20 il 11 ay 25 gün təşkil etdiyi bildirilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006cı il tarixinədək 17 il 10 ay 25 gün sığorta stajına uyğun olaraq 18039,69 manat (2024-cii il tarixinə indeksləşdirilmiş), xx.xx.2020-ci il tarixindən 01,04,2024-cü il tarixinədək (3 il 1 ay sığorta stajına uyğun) 2990,57 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 21030,48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Nazirliyin elektron informasiya ehtiyatlanndakı məlumatlara əsasən xx.xx.2006-cı tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, təqdim edilən "xxxx" Birgə müəssisənin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunmuş əmək fəaliyyəti dövrü ilə (xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək) əmək kitabçasının surətində qeyd olunmuş dövr (xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək) arasında uyğunsuzluq olduğundan, həmçinin sözügedən müəssisədə əməkhaqqı cədvəlləri saxlanılmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilir ki, “Yüksək Ticarət" MMC ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 22-1.1-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvəyə minmiş tələblərinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək oları sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən sığorta stajı 20 il 11 ay 25 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 10 ay 25 gün sığorta stajınıza uyğun olaraq 18039,69 manat (2024-cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək (3 il 1 ay sığorta stajına uyğun) 2990,57 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 21030,48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən 0107.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, təqdim edilmiş “ALAZAR-AG" Birgə müəssisənin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunmuş əmək fəaliyyəti dövrü ilə (xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək) əmək kitabçasının surətində qeyd olunmuş dövr (xx.xx.1999cu il tarixindən xx.xx.2005-ci il tarixinədək) arasında uyğunsuzluq olduğundan, həmçinin sözügedən müəssisədə əməkhaqqı cədvəlləri saxlanılmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilir ki, "xxxx" MMC ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək ona qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatdığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 3-17-1/2-A- 131994/2024 nömrəli xx.xx.2024-cü il tarixli imtina məktubunda onun təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajının qanunvericiliklə nəzərdə tutulmuş 25 ildən az olması səbəbindən ona ’’Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edildiyi bildirilmişdir. Bundan sonra iddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina tam əsaslıdır və sözügedən tələb üzrə iddia rədd olunmalıdır. İddiaçı təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, xx.xx.1960-cı il tarixdə anadan olmaqla qanunvericiliklə müəyyən edilmiş yaş həddi xx.xx.2024-cü il tarixdə tamamlanmışdır. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən sığorta stajı 20 il 11 ay 25 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 10 ay 25 gün sığorta stajına uyğun olaraq 18039,69 manat (2024-cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2020-ci il tarixdən 01,04.2024-cü il tarixədək (3 il 1 ay sığorta stajına uyğun) 2990,57 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 21030,48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı təqdim etdiyi "xxxx" Birgə müəssisənin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunmuş əmək fəaliyyəti dövrü ilə (xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək) əmək kitabçasının surətində qeyd olunmuş dövr (xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək) arasında uyğunsuzluq olduğundan, həmçinin sözügedən müəssisədə əməkhaqqı cədvəlləri saxlanılmadığından həmin dövrün onun sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1999-cü il tarixdə 15A nömrəli əmrlə işə daxil olduğu qeyd edilsə də, təqdim edilən arayışda xx.xx.2000-ci il tarixdə 15A nömrəli əmrlə işə girdiyi qeyd edilmişdir. Eyni zamanda müəssisənin hazırda aktiv fəaliyyətinin olmasına baxmayaraq iddiaçının əməkhaqqı alması barədə məlumatların olmadığı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, iddiaçının "xxxx" MMC ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı təqdim etdiyi sənədlərdə sözügedən müəssisədə 2005ci il tarixədək işlədiyi qeyd olunsa da, Nazirliyin elektron informasiya sisteminin sığortaedənlər altsisteminə əsasən "xxxx" Birgə Müəssisəsinin xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alındığı, xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN aldığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 22-1.1-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvəyə minmiş tələblərinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1,1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərarı: “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir, 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. 48.1-ci maddəyə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Buradan göründüyü kimi verilən imtina qanunauyğun olmuş, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq, İddiaçı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.2000-ci il tarixdə, xx.xx.2000-ci il tarixli 15A nömrəli əmrlə "xxxx" Birgə müəssisəsinə xadimə vəzifəsinə qəbul edilib, xx.xx.2005-ci il 03/003 nömrəli əmrlə xx.xx.2005-ci ildən işdən azad edilmişdir. Əmək haqqı hesablanma cədvəli saxlanılmadığı üçün bu barədə heç bir məlumat verilə bilmir.
7. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə "xxxx" Birgə Müəssisəsində istehsalat şöbəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddənin 2a bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir.
8. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
9. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, "xxxx" Birgə Müəssisəsi ilə bağlı Dövlət Vergi Xidmətinə sorğu ünvanlansa da, hər hansı cavab verilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən isə müvafiq sənədlərin arxivə təhvil verilmədiyi bildirilmişdir. Bununla belə müəyyən edilmişdir ki, "xxxx" Birgə Müəssisəsi xx.xx.2004-cü il tarixdə VÖEN almış, xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. II. İddianın növü və mümkünlüyü
10. İddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
14. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
15. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
17. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
18. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
19. İddiaçı xx.xx.1960-cı ildə anadan olub.
20. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sosial sığorta stajı 20 il 11 ay 25 gün təşkil edir. Mübahisəli sosial sığorta stajı isə "xxxx" Birgə Müəssisəsində işlədiyi dövrdür. Belə ki, cavabdeh orqan pensiya təyinatından imtina haqqında məktubda və yazılı etirazda qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi "xxxx" Birgə müəssisənin xx.xx.2024cü il tarixli arayışında qeyd olunmuş əmək fəaliyyəti dövrü ilə (xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək) əmək kitabçasının surətində qeyd olunmuş dövr (xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək) arasında uyğunsuzluq olduğundan, həmçinin sözügedən müəssisədə əməkhaqqı cədvəlləri saxlanılmadığından həmin dövrün onun sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, "xxxx" Birgə Müəssisəsinin mövcudluğu məhkəmədə hər hansı şübhə yaratmır. Belə ki, qeyd edilən fakt cavabdeh tərəfindən təsdiq edilmiş, məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, "xxxx" Birgə Müəssisəsi xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN almış, sığortaedənlər altsistemində xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır (məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də bu faktı bir daha təsdiq etmişdir).
22. Məhkəmə eyni zamanda müəyyən edir ki, iddiaçının "xxxx" Birgə Müəssisəsində işləməsi faktı ilə bağlı əmək kitabçasında müvafiq qeydlər aparılmış, eləcə də "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş arayışda iddiaçının həmin müəssisədə işləməsi (xadimə vəzifəsində) faktı təsdiq edilmişdir.
23. Məhkəmə əmək kitabçasındakı və müəssisə tərəfindən verilmiş arayışdakı möhürləri nəzərdən keçirdərək müəyyən edir ki, möhürlərin eyniliyinə şübhə doğuran hər hansı hal yoxdur.
24. Məhkəmə şəxsin (iddiaçının) işlədiyi dövrlə bağlı əmək kitabçasında və müəssisə tərəfindən təqdim edilmiş arayışda uyğunsuzluğun olmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının doldurulması zamanı yanlışlığa yol verilməsi şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün (inzibati icraat zamanı lazımi həcmdə sübutetmə vasitələrindən istifadə etməklə) əsas ola bilər.
25. Lakin cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir.
26. Digər tərəfdən məhkəmə qeyd edir ki, işlədiyi müəssisədə əməkhaqqı cədvəllərinin saxlanılmaması işçinin (iddiaçının) məsuliyyət sferası ilə əhatə olunmur, əməkhaqqı cədvəllərinin saxlanılması işəgötürənin vəzifələrinə daxildir.
27. Məhkəmə nəzərə alır ki, iddiaçının "xxxx" Birgə Müəssisəsində işləyi dövr əmək kitabçasında xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək, müəssisə tərəfindən təqdim edilmiş arayışda xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək qeyd olunmuşdur (işə daxilolma əmrinin nömrəsi, eləcə də işdən azad olma əmrinin nömrəsi, tarixi əmək kitabçasında və arayışda eynilik təşkil edir). Hər iki sənəddə fərqli dövrlər qeyd olunmasına baxmayaraq, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində işləməsi hər iki hüquq müəyyənedici sənədlə təsdiq edilən faktdır.
28. Qeyd edilən dövrdə məcburi dövlər sosial sığorta stajının ödənməsi tələbi 2002-ci il tarixədək mövcud olmamış, 2006-cı il tarixədək olan dövrədək isə ödənilməmiş borclar silinmişdir.
29. Beləliklə, məhkəmə qeyd olunanları məcmu halında qiymətləndirərək müəyyən edir ki, "xxxx" Birgə Müəssisəsinin mövcudluğu hər hansı şübhə doğurmur, eləcə də iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində işləməsi əmək kitabçasında və müəssisə tərəfindən verilmiş arayışda əksini tapmışdır. Odur ki, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr nəzərə alındığı təqdirdə iddiaçının ümumi sığorta stajı təxminən 26 il 25 gün təşkil edir.
30. 1 iyul 2023 – 30 iyun 2024 dövrü üçün qadınlar üzrə pensiya yaşı 63 yaş 6 aydır. Odur ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2024-cü il tarixdə yaranmışdır.
31. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
32. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
33. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı xx.xx.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
35. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 63 yaş 6 ayın tamam olduğu xx.xx.2024cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva