Məhkəmə qərarları › İş №2-1(112)-18879/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-18879/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(112)-18879/2025 19.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkli və nümayəndəsi nümayəndə2, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İsmayılova Sevda Güli qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin halları İddiaçı İsmayılova Sevda Güli qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.1979-##.##.1980-ci il tarixlərdə Saray Üzümçülük sovxozunda mühasib, ##.##.1980-##.##.1980-ci il tarixlərdə “Azərkinoremsnab” İdarəsinin mərkəzi anbarında hesablayıcı, ##.##.1980-##.##.1984-ci il tarixlərdə Bakı ş., Nəsimi r., MKTB ** saylı MİSdə hesabdar, ##.##.1984-##.##.1984-ci il tarixlərdə hesablama-nəzarət qrupunda baş mühasib, ##.##.1984-##.##.2004-ci il tarixlərdə ** saylı MİS böyük hesabdar, ##.##.2004- ##.##.2005-ci il tarixlərdə ** saylı MİS böyük hesabdar vəzifələrində işləyinin ümumi sığorta stağına daxil edilməklə (cəmi staj - 25 il, 9 ay, 3 gün) pensiya hüququnun yarandığı ##.##.2025-ci il tarixdən əmək pensiyasının təyin edilərək ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. ##.##.1979-##.##.1980-ci il tarixlərdə Saray Üzümçülük sovxozunda mühasib, ##.##.1980-##.##.1980-ci il tarixlərdə “Azərkinoremsnab” İdarəsinin mərkəzi anbarında hesablayıcı, ##.##.1980-##.##.1984-ci il tarixlərdə Bakı ş., Nəsimi r., MKTB ** saylı MİS-də hesabdar, ##.##.1984-##.##.1984-ci il tarixlərdə hesablama-nəzarət qrupunda baş mühasib, ##.##.1984-##.##.2004-ci il tarixlərdə ** saylı MİS böyük hesabdar, ##.##.2004-##.##.2005-ci il tarixlərdə ** saylı MİS böyük hesabdar vəzifələrində işləmişdir. Ümumi sığorta stajı əmək kitabçasına əsasən 25 il, 9 ay, 3 gün təşkil edir. İddiaçı əmək pensiyası yaşının tamam olması ilə bağlı Dost Xidməti vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 2 dəfə müraciət etmiş, 64 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətlərinə verilmiş ##.##.2025 və ##.##.2025-ci il tarixli cavablarda pensiya təyin etməkdən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, “təqdim etdiyi sənədlərlə ümumi sığorta stajı 24 il, 9 ay, 3 gün təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş Nəsimi r., MKTB mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1980-##.##.2005-ci ildədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. X7 MKTB ilə tərtib etdiyi ##.##.2025-ci il tarixli aktına əsasən əməkhaqqı hesablama cədvəllərində 1982-ci il fevral, 1994-ci il mart-avqust, 1995-ci il noyabr- dekabr, 2001-ci il aprel-iyun aylarında iddiaçının adına rast gəlinməmişdir. Həmçinin 1982-ci ilin noyabr-dekabr, 1983-ci ilin may-avqust, 1984-ci ilin noyabr-dekabr, 1986-cı ilin avqust- dekabr, 1989-ci ilin iyul-dekabr və 1992-ci ilin əmək haqqı hesablama cədvəlləri arxivdə aşkar edilmədiyindən həmin dövrlər üzrə əməkhaqqı alıb-almamağını dəqiqləşdirmək mümkün olmamışdır”. X10 Qanun maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qeyd edilməlidir ki, sığorta stajı qanunvericiliyə əsasən 2006-cı ilə kimi olan dövr üzrə əmək kitabçası ilə müəyyən edilir. Cavabdehə əmək kitabçası iddiaçı tərəfindən təqdim edilmişdir. Eyni zamanda əmək kitabçasına şübhə etdiyi halda X10 Qanun maddə 31.2-1 maddəsinə əsasən cavabdehin imkanı olmuşdur ki, onun mötəbərliyi yoxlasın, Arxiv İdarələrinə, Nəsimi MKTB müvafiq sorğular versin. Cavabdeh bu imkan və hüququndan istifadə etmək əvəzinə pensiyanın təyin edilməsi ilə əlaqəsi olmayan sənədi əsas tutub imtina vermişdir. X6 əsasən iddiaçının sığorta stajı sübut edilməlidir, əmək haqqı alıbalmamağı pensiya təyin etmək hüququnu məhdudlaşdıra bilər. Digər tərəfdən cavabdehin 1982-ci ilin əmək haqqı sənədlərini tələb etməsinin özü qeyri-ciddi bir hərəkətdir, 43 ilin sənədini 2025-ci ildə tapılması mümkün olmaya da bilər. 43 il əvvəl Azərbaycan Respublikası ümumiyyətlə olmayıb, başqa bir ölkənin tərkibində Sosialist Respublikası olub, sonradan müstəqillik əldə edib, ötən müddətdə 2 dəfə ağır müharibə şəraiti olmuşdur, həmin dövrlərdə ölkəmiz gənc idi, qanunvericilik oturuşmamış, bir çox hallarda isə ümumiyyətlə yox idi, X1 Əliyev və Cənab Prezidentimiz İlham Əliyevin apardığı islahatlar nəticəsində bu işlər təkmilləşdi, yeni qanunlar qəbul edildi, aparat quruldu. Həmin dövrlərdə iddiaçı əmək haqqı almışdır və almasaydı təbii ki, işləməzdi. Cavabdehin imtinalarında ən azından o fakt təsdiq edilir ki, Nəsimi MKTB iddiaçının orada işləməyini inkar etmir, bu artıq sığorta stajının sübutu, pensiya təyin edilməsi üçün əsas idi. «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un # -dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçının pensiya hüququnun yarandığı ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı İsmayılova Sevda Güli qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (***)-*****/**** nömrəli inzibati iş vardır. Cavabdeh tərəfindən hesab edilir ki, məhkəmənin icraatında olan 2-1 (***)-*****/**** nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1,2-ci və 47-ci maddələrini rəhbər tutaraq işə dair etiraz təqdim edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilib. İddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən ümumi sığorta stajı 24 il 9 ay 3 gün təşkil edir. Əmək kitabçasının surətində qeyd olunmuş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyində mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1980-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. X7 rayon MKTB ilə tərtib etdiyi ##.##.2025-ci il tarixli aktına əsasən əməkhaqqı hesablama cədvəllərində 1982-ci ilin fevral, 1994-cü ilin mart-avqust 1995-ci ilin noyabr, dekabr, 2001-ci ilin aprel, may, iyun aylarında adına rast gəlinməyib. Həmçinin 1982-ci ilin noyabr, dekabr, 1983-cü ilin mayavqust, 1984-cü ilin noyabr, dekabr, 1986-cı ilin avqust-dekabr, 1989-cu ilin iyul-dekabr aylarının və 1992-ci ilin əməkhaqqı hesablama cədvəlləri arxivdə aşkar edilmədiyindən həmin dövrlər üzrə əməkhaqqı alıb-almamağının dəqiqləşdirilməsi mümkün olmayıb. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #- dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının da təyin edilməsi mümkün hesab edilmir. Cavabdeh tərəfindən məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə ümumi sığorta stajı 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləri araşdırılaraq pensiya təyinatı hüququna yenidən baxılacaqdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya 21,06.2025-cü il tarixindən proaktiv qaydada 220 manat məbləğində olmaqla yaşa görə sosial müavinət təyin edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-İ- ******/**** saylı məktubda bildirilmişdir ki, Azerbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin * saylı Bakı DOST Mərkəzindən daxil olmuş ##.##.2025-ci il tarixli *-**-*/*-*-******/**** nömrəli müraciətinizə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda (bundan sorıra- Mərkəzi Filiai) yenidən baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilib. İddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən ümumi sığorta stajı 24 il 9 ay 3 gün təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyində mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1980-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. X7 rayon MKTB ilə tərtib etdiyi ##.##.2025ci il tarixli aktına əsasən 1982-ci ilin fevral ayı, 1994-cü ilin mart-avqust ayları, 1995-ci ilin noyabr-dekabr ayları, 2001-ci ilin aprel-iyun ayları üzrə əməkhaqqı hesablama cədvəllərində iddiaçının adına rast gəlinməyib. Həmçinin, 1982-ci ilin noyabr-dekabr aylarının, 1983-cü ilin may-avqust aylarının, 1984-cü ilin noyabr-dekabr aylarının, 1986-cı ilin avqust-dekabr aylarının, 1989-cu ilin iyul- dekabr aylarının və 1992-ci ilin əməkhaqqı hesablama cədvəlləri arxivdə aşkar edilmədiyindən həmin dövrlər üzrə əməkhaqqı alıbalmamağının dəqiqləşdirilməsi mümkün olmayıb. Bu səbəbdən sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə iddiaçının ümumi sığorta stajı 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləri araşdırılaraq pensiya təyinatı hüququna yenidən baxılacaqdır. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının da təyin edilməsi də mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya 21,06.2025-ci il tarixindən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. ИT-İ seriyalı ******* nömrəli ##.##.1979-cu il tarixli İsmayılova Sevda Güli qızına dair əmək kitabçasından görünür ki, Saray üzümçülük sovxozuna daxil olan günə kimi heç harada işləməmişdir. ##.##.1979-cu il tarixli * nömrəli əmrlə ##.##.1979-cu il tarixdə Saray üzümçülük sovxozuna mühasib vəzifəsinə təyin edilmişdir. ##.##.1980-ci il tarixli ** nömrəli əmrlə ##.##.1980-ci il tarixdə iddiaçının ərizəsinə əsasən işdən azad edilmişdir. ##.##.1980-ci il tarixli *** nömrəli əmrlə ##.##.1980-ci il tarixdə “Azərkinoremsnab” İdarəsinin mərkəzi anbarının uçotçusu vəzifəsinə qəbul edilmişdir. ##.##.1980-ci il tarixli *** nömrəli əmrlə ##.##.1980-ci il tarixdə iddiaçının xahişi ilə uçotçu vəzifəsindən azad edilmişdir. ##.##.1980-ci il tarixli ** nömrəli əmrlə ##.##.1980-ci il tarixdə Nəsimi rayon Mİİ ** saylı Mİİ-nə hesabdar vəzifəsinə qəbul edilmişdir. ##.##.1984-ci il tarixli ** nömrəli əmrlə ##.##.1984-cü il tarixdə uçot-nəzarət qrupuna böyük mühasib vəzifəsinə qəbul edilmişdir. ##.##.1984-cü il tarixdə ** nömrəli əmrlə ** saylı Mİİ-nə hesabdar vəzifəsinə keçirilmişdir. ##.##.2004-cü il tarixli ** nömrəli əmrlə ##.##.2004-cü il tarixdə ** saylı Mənzil Kommunal İstismar sahəsinə böyük hesabdar vəzifəsinə müvəqqəti təyin edilmişdir. ##.##.2005-ci il tarixli 46 * nömrəli əmrlə ##.##.2005-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-ci maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2025-ci il tarixli M/** nömrəli arayışdan görünür ki, İsmayılova X12 * saylı evin ** nömrəli mənzilində qeydiyyatdadır. ИT-İ seriyalı ******* nömrəli ##.##.1979-cu il tarixdə açılmış əmək kitabçasına əsasən (sıra 5) ##.##.1980-ci ildən Nəsimi rayonu Mənzil İdarəsinə işə hesabdar vəzifəsinə qəbul olunmuş (sıra 9) ##.##.2005-ci il tarixli 46 * saylı əmrə əsasən işdən azad olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-İ- ******/**** saylı məktubda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) “Əmək və Məşğulluq” altsistemindən daxil olmuş iddiaçının müraciətinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonraQanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2024-cü il tarixindən 01,07.2025-cı il tarixinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilib. İddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən ümumi sığorta stajı 24 il 9 ay 3 gün təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyində mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1980-ci ıl tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. X7 rayon MKTB ilə tərtib etdiyi ##.##.2025 -i il tarixli aktına əsasən əməkhaqqı hesablama cədvəllərində 1982-ci ilin fevral, 1994-cü ilin mart-avqust 1995-ci ilin noyabr, dekabr, 2001-ci ilin aprel, may, iyun aylarında iddiaçının adına rast gəlinməyib. Həmçinin 1982-ci iiin noyabr, dekabı 1983-cü ilin mayavqust, 1984-cü ilin noyabr, dekabr, 1985-cı iiin avqust -dekabr, 1989-cu ilin iyul- dekabr aylarının və 1992-ci ilin əməkhaqqı hesablama cədvəlləri arxivdə aşkar edilmədiyindən həmin dövrlər üzrə əməkhaqqı alıb-almamağının dəqiqləşdirilməsi mümkün olmayıb. Bu səbəbdən sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə iddiaçının ümumi sığorta stajı 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləri araşdırılaraq pensiya təyinatı hüququna yenidən baxılacaqdır. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə ümumi sığorta stajınız 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz araşdırılaraq pensiya təyinatı hüququnuza yenidən baxılacaqdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya ##.##.2025-cü il tarixindən proaktiv qaydada 220 manat məbləğində olmaqla yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən iddiaçının müraciəti üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ##.##.2025-ci il tarixli *-**-**-*/*-****/**** saylı məktubu ilə X3 dair sənədlər nməhkəməyə təqdim edilmişdir: - ##.##.1980-ci il tarixli ** nömrəli əmrlə ##.##.1980-ci il tarixdə Nəsimi rayon Mİİ ** saylı Mİİ-nə hesabdar vəzifəsinə qəbul edilmişdir. - ##.##.1984-cü il tarixdən, ##.##.1984-cü il tarixli, ** nömrəli əmrlə ** saylı Nəsimi rayon Mİİ-nə hesabdar vəzifəsinə keçirilmişdir. - ##.##.2005-ci il tarixli **** saylı əmrdən görünür ki, X3 rayon MKTB-nin ** saylı mənzil-kommunal istismar sahəsinin hesabdar, ##.##.2005-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının ##.##.2026-cı il tarixli *-**-*F/*-***/**** saylı məktubundan görünür ki, ##.##.2025-ci il tarixli, iş № *-*(***)-*****/**** saylı sorğunuza əsasən bildiririk ki, Dövlət Arxivinin Bakı filialına vət. İsmayılova Sevda Güli qızının işlədiyi Nəsimi rayon “ЖЕУ-14”ün 1980-1996-cı illərə dair arxiv sənədlərində heç bir məlumat yoxdur. Əlavə olaraq bildirilmişdir ki, Nəsimi rayon “ЖЕУ-14”-ün 1997-2005-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və III hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il ######ın #-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 31.1-1-ci maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İdarə Heyətinin *********** saylı ##.##.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Cavabdeh haqqında” Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Cavabdeh (bundan sonra – Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, Filial inzibati orqandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə, qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla, mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə, inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı ##.##.1961-ci il tarixdə doğulmuşdur. İddiaçının ИT-İ seriyalı ******* nömrəli ##.##.1979-cu il tarixli əmək kitabçasına əsasən ##.##.1979-##.##.1980, ##.##.1980-##.##.1980, ##.##.1980-##.##.2005-ci il tarixlərdə işləməsinə dair qeydlər mövcuddur. Mübahisəli sosial sığorta stajı 10.096.1980-ci il tarixdən ##.##.2005-ci iI tarixədək fasiləsiz işlədiyi Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyində 1982-ci ilin fevral, noyabr, dekabr, 1983-cü ilin may-avqust, 1984-cü ilin noyabr, dekabr, 1986-cı ilin avqust-dekabr, 1989-cu ilin iyul-dekabr aylarının və 1992-ci il, 1994-cü ilin mart-avqust 1995-ci ilin noyabr, dekabr, 2001-ci ilin aprel, may, iyun aylarında olan əmək fəaliyyəti dövrüdür. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ##.##.2025-ci il tarixli *-**-**-*/*-****/**** saylı məktubu ilə X3 dair sənədlər nməhkəməyə təqdim edilmişdir: - ##.##.1980-ci il tarixli ** nömrəli əmrlə ##.##.1980-ci il tarixdə Nəsimi rayon Mİİ ** saylı Mİİ-nə hesabdar vəzifəsinə qəbul edilmişdir. - ##.##.1984-cü il tarixdən, ##.##.1984-cü il tarixli, ** nömrəli əmrlə ** saylı Nəsimi rayon Mİİ-nə hesabdar vəzifəsinə keçirilmişdir. - ##.##.2005-ci il tarixli **** saylı əmrdən görünür ki, X3 rayon MKTB-nin ** saylı mənzil-kommunal istismar sahəsinin hesabdar, ##.##.2005-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2025-ci il tarixli M/** nömrəli arayışdan görünür ki, İsmayılova Sevda Güli qızı ИT-İ seriyalı ******* nömrəli ##.##.1979-cu il tarixdə açılmış əmək kitabçasına əsasən ##.##.1980-ci ildən Nəsimi rayonu Mənzil İdarəsinə işə hesabdar vəzifəsinə qəbul olunmuş, ##.##.2005-ci il tarixli 46 * saylı əmrə əsasən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının ##.##.2026-cı il tarixli *-**-*F/*-***/**** saylı məktubu ilə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyin 1980-1996-cı illərə dair arxiv sənədləri natamamdır, 1997-2005-ci illərə dair arxiv sənədləri isə ümumiyyətlə Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən dövr iddiaçının fasiləsiz əmək fəaliyyəti dövrünün tərkib hissəsi olmaqla əmək kitabçasında qeyd edilmişdir. Cavabdeh qurum tərəfindən X7 rayon MKTB ilə tərtib etdiyi ##.##.2025-ci il tarixli aktına əsasən əməkhaqqı hesablama cədvəllərində 1982-ci ilin fevral, 1994-cü ilin martavqust 1995-ci ilin noyabr, dekabr, 2001-ci ilin aprel, may, iyun aylarında adına rast gəlinməyib. Həmçinin 1982-ci ilin noyabr, dekabr, 1983-cü ilin may-avqust, 1984-cü ilin noyabr, dekabr, 1986-cı ilin avqust-dekabr, 1989-cu ilin iyul-dekabr aylarının və 1992-ci ilin əməkhaqqı hesablama cədvəlləri arxivdə aşkar edilmədiyindən həmin dövrlər üzrə əməkhaqqı alıb-almamağının dəqiqləşdirilməsi mümkün olmadığı və bu səbəbdən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək haqqı alıb-almaması barədə məlumatların hazırda təqdim edilə bilməməsi, eləcə də iddiaçının işlədiyi qurumun arxiv sənədlərinin natamam olması iddiaçının əmək kitabçası və arxiv məlumatları ilə təsdiq edilən həmin dövrdəki əmək fəaliyyətinin nəzərə alınmamasına əsas hesab edilə və iddiaçı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi arasında ##.##.1980-cü il tarixdən ##.##.2005-cİ il tarixlərdə fasiləsiz əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçının ##.##.1979-##.##.2005-cı il tarixlərində ən azı 25 il sığorta stajı var ( 25 il 9 ay 3 gün). Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla ##.##.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. ##.##.2002-ci il tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci—yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda, iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı ##.##.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Nəticə etibarilə, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Avropa İnsan Haqlarının Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia * saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam II of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı ## ### 2010-cu il tarixli Qərar [II Bölmə] ərizə № 1). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən ##.##.1961-ci il tarixdə doğulduğu üçün ona 64 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Beləliklə, iddia təmin edilməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq ona ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı İsmayılova Sevda Güli qızına 64 yaşının tamam olduğu ##.##.2025-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar