Məhkəmə qərarları › İş №2-1(112)-1888/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1888/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1888/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 X4 X1 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləsinə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 X4 X1 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləsinə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 X4 X2 tərəfindən verilən 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Artıq uzun müddətdir ki, həmin bağ sahəsindən istifadə edir. 2016-cı ilin may ayında cavabdeh orqandan həmin torpaq sahəsini özəlləşdirmək məqsədilə ona çıxarışın və plan-ölçünün verilməsini xahiş etmişdir. 31.05.2016-cı il tarixində cavabdeh orqan tərəfindən rədd cavabı verilərək bildirilmişdir ki, idarənin arxivində bağ sahəsinin ayrılmasına dair məlumat aşkar olunmamışdır. İddiaçı cavabdeh orqanın rədd cavabını mübahisələndirərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, sənədin arxiv məlumatı yoxdur, hətta sənədin əsli itirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya qarşı şifahi etiraz edərək bildirmişdir ki, bağ sənədinin arxiv məlumatı olmadığı halda o, ümumi məhkəməyə bağ sənədinin bərpa edilməsi üçün bağ sahəsinin ayrılması və bağ sahəsindən istifadə edilməsi faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməlidir. Məhkəmə də bununla razılaşmışdır. Belə olan halda iddiaçı cavabdehə qarşı iddia ərizəsini geri götürmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə həmin bağ sahəsinin iddiaçıya ayrılmasına və həmin bağ sahəsindən istifadə edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt təsdiq edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. Bakı Apellyasiya Məhkəməsi iddiaçıya bildirmişdir ki, sənədin əsli və arxiv məlumatı olmadığı təqdirdə o, ilk növbədə reyestr xidmətinə qarşı “sənədin arxiv məlumatının tapılmasına dair” iddia qaldırmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinə, Vitse Prezidentinə və digər qurumlara sənədin arxiv məlumatının tapılması üçün köməklik göstərilməsi barədə müraciət etməlidir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi kassasiya şikayətini təmin etməmiş və apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi etirazını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki İddiaçı adına verilən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 45q saylı bağ sahəsinə dair təqdim olunmuş müqavilənin qovluğu idarənin arxivində aşkar olunmamışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Daşinmaz Əmlakış Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsinin məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.C.Rzazadə iddiaya dair cavabdehin etirazına uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: AZE 03383698 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhər İcra Hakimiyyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 X4 X2 tərəfindən verilən 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Cavabdehin 31.05.2016-cı il tarixli iddiaçıya ünvanlanan məktubunda bildirilmişdir ki, təqdim olunan müqavilənin qovluğu İdarənin arxivində aşkar olunmamışdır. Cavabdehin 24.05.2018-ci il tarixli iddiaçıya ünvanlanan məktubunda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 X4 X2 tərəfindən verilən 19.09.2005-ci il tarixli 8114 saylı müqavilə İdarənin arxivində aşkar edilməmiş və bu səbəbdən sənədlərin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən aidiyyəti üzrə təşkilata sorğu göndərilmişdir. Cavabdehin 07.06.2019-cu il və 10.07.2019-cu il tarixli iddiaçıya ünvanlanan məktublarına əsasən bildirilmişdir ki, təqdim olunan müqavilənin qovluğu İdarənin arxivində aşkar olunmamışdır.Həmçinin təqdim oluna sənədlərdə bağ sahəsinin ölçüsü 1200.0 kv.m, faktiki isə 1086.0 kv.m –dir. Bundan əlavə göstərilən sahə heç bir bağçılıqyoldaşlıq təsərrüfatının ərazisinə düşmür və 156.0 kv.m hissəsi digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehin 16.08.2021-cı il tarixli iddiaçıya ünvanlanan məktubunda bildirilmişdir ki, təqdim olunan müqaviləyə dair məlumat İdarənin arxivində aşkar olunmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5318/2017 saylı 12 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən, ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 X4 X2 tərəfindən verilən 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasında ərizəçi İddiaçı ayrılması və onun həmin bağ sahəsindən istifadə edilməsi faktı təsdiq edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-3803/2021 saylı 05.05.2021-cə il tarixli qərardadına əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5318/2017 saylı qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim olunan 18 mart 2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 X4 X1 arxiv sənədləri, o cümlədən 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləsi və 05.08.2004-cü il tarixli protokolu Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən, iddiaçı 14.04.2022-ci il tarixli ərizəsi ilə bildirmişdir ki, bağ sahəsinin əslini itirimiş və cavabdehin arxivində sənəd qalmadığı üçün arxiv arayışını təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir: “8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi” barədə 22.05.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi qərara alınmışdır. İşin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi bağ sahəsinə dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir və həmin sənədlərin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi 19.09.2005-ci il tarixli 8114 saylı müqavilənin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini təqdim etməmiş, həmin sənəd Milli Dövlət Arxivində və cavabdehin arxivində də aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 X4 X1 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləsinə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 X4 X1 19.09.2005-ci il tarixli 8114 saylı müqaviləsinə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar