Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1888/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Mənfəət 2022 dövrü üzrə 24 iyul 2023-cü il tarixli **********205800 saylı və 26 iyul 2023-cü il tarixli **********303800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, təqdim edilən 2022-ci il mənfəət vergisi bəyannaməsi qanunverciliyə uyğun olaraq hesablama metoduna əsasən tərtib olunaraq vergi orqanına təqdim edilmişdir. Vergi qanunverciliyinə əsasən hesablama metodu ilə təqdim edilən mənfəət vergisi bəyannaməsində müəssisə tərəfindən 2022-ci il üzrə topdan və pərakəndə ticarət üzrə olmaqla mal, iş, xidmətin təqdim edilməsindən formalaşan ümumi dövriyyə məbləği əks etdirilmişdir. Müəssisə tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsidə 220-ci Çıxılmalardan sonra ümumi gəlir sətirinin göstəricisi müvafiq olaraq müəssisə tərəfində vergi orqanına təqdim edilən 2022-ci ilin ayları üzrə ƏDV bəyannamələrinin 305-ci sətir göstəricilərində əks etdirilərək vergi orqanına bəyan edilmiş və vergi orqanı tərəfindən müvafiq dövrün bəyannamələrinə kameral münasibət bildirilmişdir. Müəssisənin dövriyyəsi avtomobillərin və ehtiyyat hissələrinin pərakəndə və topdan satışı üzrə formalaşmışdır. Müəssisənin dövriyyəsini formalaşdıracaq və vergi orqanına bəyan edilməyən hər hansı dövriyyəsi, gəliri mövcud olmamışdır. 2021-ci il ərzində təqdim edilmiş sonuncu ƏDV bəyannaməsində (Dekabr 2021 ƏDV bəyannaməsi) göstərilmiş debitor borc 127309.49 manat məbləği 2022-ci il mənfəət vergisi bəyannaməsində dövrün əvvəlinə göstərilmiş sair debitor borc (127309.49 manat) məbləği arasında hec bir fərq yoxdur. Kənarlaşma olaraq göstərilən və müəssisənin bank hesabına daxil olan məbləğlərlə ümumi dövriyyə məbləği arasındakı fərqin əsasını müəssisənin cari hesabların arasındakı pul köçürmələri, konvertasiya əməliyyatları, bank tərəfindən alınan kredit məbləğləri, təsisçi qoyuluşu, pərakəndə ticarət üzrə daxil olan pul vəsaitini kassadan bank hesabına mədaxil etməsi, topdan ticarət üzrə formalaşan ƏDV məbləğinin müəssisənin debitorları tərəfindən ƏDV depozit hesabına deyil bank hesabına ödənilməsi təşkil edir. 2022-ci il təqdim edilmiş əsas vəsaitlərin satış tarixinə balans dəyəri 10 416.10 manat məbləğdə olmuş və 10500 manat məbləğdə satış olmuşdur. 2022-ci il üzrə müvafiq dövr üzrə hər hansı riskli vergi ödəyicisi ilə əməliyyat aparıldığı aşkar edilməmişdir. Əlavə olaraq, 2022-ci il üzrə əməliyyatların aparıldığı vaxt risklilik barədə vergi orqanının müvafiq sistemində araşdırmalar aparılmış və riskli vergi ödəyici olması barədə hər hansı məlumat aşkar edilməmiş və qərar olmamışdır. Bu səbəbdən də riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın geri tarixə şamil edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. 2022-ci il ərzində idxal olunan mallar üzrə rezident hüquqi şəxslər tərəfindən də beynəlxalq daşıma xidməti göstərilmiş və bununla bağlı elektron qaimə fakturalarda müəssisəyə təqdim edilmişdir. Beynəlxalq Daşıma ilə bağlı elektron qaimələr AVİS alt sistemində mövcuddur. 2022-ci il hesabat dövrləri üzrə təqdim edilmiş ÖMV bəyannamələrində göstərilmiş icarə haqqı üzrə məbləğlərin cəmi 36 000.00 manat olmuşdur və müvafiq olaraq da təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin müvafiq sətirlərində göstərilmiş xərc məbləğləri 36 000.00 manat qeyd olunmuşdur. Əlavə olaraq, təqdim edilən bəyannaməninin Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər bölməsində 222-ci Borca görə faizlər və onunla bağlı olan xərclər sətrində göstərilmiş 29701,1 manat məbləğ müəssisənin "xxxx" ASC və "xxxx" QSC-dən kredit müqavilələri üzrə götürülmüş bank kreditlərinə görə banka ödənilən kredit faizlərinə görə formalaşmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 9131398.43 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (343940.78 manat), ixrac edilmiş (0.00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (8912620.51 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 9256561.29 manat məbləğdən 125162.86 manat az əks etdirilmişdir. Eyni zamanda vergi ödəyicisi 2022-ci il ərzində əldə edilmiş elektron qaiməfaktura məbləği, idxal məbləği və alış aktı alış məbləğlərinin cəmi ilə təqdim edilmiş 2022ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində qeyd olunan "Əsas vəsaitlərin dəyəri" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğindən "Kapitallaşma üçün aktivlər" sətrinin "Təqdim edilmişdir", "Silinmişdir", "Ləğv edilmişdir" məbləğlərinin cəmi çıxılmaqla və "Ehtiyatlar" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğinin toplanması nəticəsində yaranan məbləğ arasında 135 819,95 manat fərq yaranmışdır. Əlavə olaraq, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 24425,4 manat təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********161200 nömrəli və xx.xx.2023-cü il tarixli **********377300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə 52,197 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********205800 nömrəli və xx.xx.2023-cü il tarixli **********303800 saylı Qərarlar qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh iddiaçıya bildirmişdir ki, təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin araşdırılması zamanı aşağıdakı risklər müəyyən olunmuşdur: - 2022-ci il ərzində təqdim edilmiş elektron qaimə fakturalar, nəzarət kassa aparatı ilə satış, alış aktı ilə satış, ixrac və digər satış (gəlir) məbləğlərinin cəmi dəyəri ilə həmin dövr üzrə tərəfinizdən teqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş gəlir məbləği arasında 15514,5 manat kənarlaşma yaranmışdır. - təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində dövrün əvvəlinə göstərilmiş debitor qalıq (ƏDV-siz) məbləği ilə 2021-cl il ərzində tərəfinizdən təqdim edilmiş sonuncu ƏDV bəyannaməsində göstərilmiş debitor borc (307) məbləği arasında 43709,7 manat kənarlaşma yaranmışdır. - təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş gəlir məbləği ilə həmin dövr üzrə bank hesabına mədaxil olunmuş məbləği arasında 8896556,8 manat kənarlaşma yaranmışdır. - 2022-ci il təqdim edilmiş daşınmaz əmlak (notarius məlumatlarına əsasən), habelə tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinə əsasən təqdim edilmiş binalar, tikililər və qurğular üzrə cəmi 10416,1 manat məbləğin 2022-ci il üzrə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannamələri üzrə gəlirlərə cəlb edilib-edilməməsinə dair ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. - Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 24425,4 manat tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. - 2022-ci il ərzində aparılmış idxal əməliyyatı üzrə malların statistik dəyəri ilə faktiki (invoys) dəyəri arasında 505728,8 manat kənarlaşma yaranmışdır. - 2022-ci il hesabat dövrləri üzrə təqdim edilmiş ÖMV bəyannamələrində göstərilmiş icarə, faiz, royalti, divident məbləğlərin cəmi ilə təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin müvafiq sətirlərində göstərilmiş xərc məbləğləri cəmi arasında 29701,1 manat kənarlaşma yaranmışdır. -təqdim edilmiş 2022-cl İİ mənfəət (gəlir) vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində göstərilmiş xarici kreditor borcların azalması (təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir məbləğlərin cəmi) ilə həmin dövr ÖMV bəyannamələri üzrə qeyri-rezident ödənişlər əsasında yaranan xərc məbləğləri arasında 457746,9 manat kənarlaşma yaranmışdır. - təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş Sığorta xərcləri 6260,5 manat, ÖMV bəyannaməsində göstərilən ödənişlərlə əlaqədar xərclər 493746,9 manat xərclər barədə təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. - 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-faktura məbləği, idxal məbləği və alış aktı alış məbləğlərinin cəmi ilə tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində qeyd olunan "Əsas vəsaitlərin dəyəri" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğindən "Kapitallaşma üçün aktivlər" sətrinin "Təqdim edilmişdir", "Silinmişdir","Ləğv edilmişdir" məbləğlərinin cəmi çıxılmaqla və "Ehtiyatlar" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğinin toplanması nəticəsində yaranan məbləğ arasında 621471,2 manat fərq yaranmışdır. İddiaçıdan müəyyən olunmuş risklərlə bağlı ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi bildirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məktubla cavabdehin müraciətini cavablandırmış, bəyannamədə göstərilən məlumatlarla bağlı izahatını vermişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********205800 saylı qərarından görünür ki, iddiaçı 2022-ci il üzrə təqdim etdiyi bəyannamə, hesabat üzrə 201.927,80 manat mənfəət vergisi hesablamış, vergi orqanı bununla razılaşmayaraq aparılmış kameral yoxlama nəticəsində verginin məbləğini 226.960,38 manat müəyyən etmiş, nəticədə iddiaçıya əlavə 25.032,58 manat mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 9.131.398,43 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (343940.78 manat), ixrac edilmiş (0.00 manat) və təqdim edilmiş elektron qaiməfaktura əsasında satılmış mallar (işlər, xidmətlər) ( 8912620.51 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 9256561.29 manat məbləğdən 125162.86 manat az əks etdirilmişdir. Eyni zamanda işdə olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********303800 saylı qərarından görünür ki, cavabdeh aparılmış kameral yoxlama nəticəsində vergi məbləğini 254.124,37 manat müəyyən etməklə 2022-ci il üzrə iddiaçıya yenidən əlavə 27.163,99 manat mənfəət vergisi hesablamışdır. Həmin qərarın 6-cı - həmin qərara əsasən ləğv edilmiş əvvəlki qərar barədə məlumat hissəsində görünür ki, **********205800 saylı qərar ləğv edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, əsas vəsasitin daxilolması nəzərə alınmaqla 135 819,95 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin bu qərarları ilə razılaşmayaraq 24 iyul 2023-cü il tarixli **********205800 saylı və 26 iyul 2023-cü il tarixli **********303800 saylı qərarların ləğv edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin yuxarıda göstərilən hallarından da bəlli olduğu kimi, cavabdeh **********205800 saylı qərarını ləğv etdiyindən həmin qərar məhkəmə tərəfindən yenidən ləğv edilə bilməz. Buna görə də iddia tələbi 24 iyul 2023-cü il tarixli **********205800 saylı qərarın ləğv edilməsi hissəsində təmin edilə bilməz. Cavabdehin 26 iyul 2023-cü il tarixli **********303800 saylı qərarının ləğv edilməsinə gəldikdə, məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, cavabdeh 26 iyul 2023-cü il tarixli **********303800 saylı qərarı qəbul edərkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçı 2022-ci il hesabat dövrü üzrə mənfəət vergisini 201.927,80 manat bəyan etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının həmin hesabat dövrü üzrə ödəməli olduğu mənfəət vergisini 254.124,37 manat müəyyən etsə də, əlavə vergi kimi 27163.99 manat vergi hesablamışdır. Bundan əlavə, həmin qərarda cavabdeh Əsas vəsasitin daxilolması nəzərə alınmaqla 135 819,95 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc müəyyən etsə də, hansı hissədə xərcləri qəbul etmədiyini əsaslandırmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında təqdim etdiyi məlumatda göstərmişdir ki, “vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2022-ci il üzrə dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsində 9 131 482,36 manat gəlir göstərildiyi halda, 2022-ci il ərzində 9 256 561,38 manat satış (8912620,55 qaimə ilə satış + 343940,83 manat kassa) olduğu müəyyən edilmiş, xx.xx.2023-cü ildə aparılmış kameral vergi yoxlaması zamanı -125 079,02 manat dövriyyə fərq bərpa edilərək 25 032,58 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisinin 2022-ci il ərzində 1 356 850,04 manat qaimə ilə, 5 945 127,25 manat X6 (idxal) ilə alış əməliyyatları olmuş, eyni zamanda "xxxx" Firmasi (VÖEN **********) xx.xx.2023 tarixli **********812000 nömrəli qərar ilə riskli vergi ödəyiciləri siyahısına daxil edildiyi üçün "xxxx" MMC tərəfindən qeyd olunan vergi ödəyicisindən 24 425,44 manat dəyərində qaimə (EBBV 88138) ilə əldə edilən mallar xərc olaraq nəzərə alınmamışdır. Yekun olaraq ödəyicinin 7 277 551,86 manat alışı olduğu (1 356 850,046+5 945 127,25-24 425,44) müəyyən edilmişdir. 2022-ci il ərzində təqdim edilən ödəmə mənəyində tutulan vergi bəyannamələrində 457036,5 manat (186953,03 +55335+143310,0+71655,5) dəyərində beynəlxalq daşıma xidməti əldə edildiyi müəyyən edilmişdir. 1 671 575,43 (ilin əvvəlinə ehtiyat) + 7 277 551,85 (qaimə+ygb-riskli)+ 457 036,5 (beynəlxalq daşıma)- 8 061 813,29 (aşağıda göstərilən xərclər) - 1 480 170,34 (İlin sonuna ehtiyat) = -135 819,85 xx.xx.2023-cü il tarixdə ildə aparılmış kameral vergi yoxlaması zamanı - 135 819,85 xərclərdən silinərək 27164,0 əlavə vergi məbləği hesablanmışdır. İlin əvvəlinə ehtiyat 1 671 575.43, ilin sonuna ehtiyat 1 480 170.34. Kameral vergi yoxlaması zamanı xərc kimi götürülən sətirlər, cəmi 8 061 813,29 manat – 1.Malın dəyəri 6 899 017.18; 2. İcarə haqqı 36 000.00; 3.Enerji xərcləri 12957,77; 4.Yanacaq xərcləri 16575,79; 5.Su və kanalizasiya xərcləri 1600; 6.Rabitə xərcləri 14421,78; 7.Reklam xərcləri 200236,03; 8. Nəq. xərci 486361,57; 9. Sığorta üzrə xərc 6260,5; 10. Digər xərclər 105346,72; 11. Əsas vəsaitin daxil olması 283035,95 manat (qaimə ilə əldə edilib) Ümumilikdə 2022-ci il Mənfəət vergisi bəyannaməsi 52 196,57 manat hesblama aparılmışdır.” Göründüyü kimi, cavabdeh iddiaçının təqdim etdiyi bəyannamə üzrə cəmi 8 061 813,29 manat məbləği xərc kimi qəbul etdiyini bildirmiş, iddiaçı isə bəyannamədə cəmi xərcinin 8121843,34 manat olmasını bəyan etmişdir. Belə olan halda isə müəyyən olunur ki, cavabdehin hesablamasına əsasən iddiaçının sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərcləri 135 819,95 manat deyil, 60030.05 manat təşkil etmişdir. Bundan əlavə, cavabdeh bəyannamədə xərc kimi götürülən sətrləri qeyd etsə də, digər sətrlər üzrə xərclərin hansı əsasla qəbul edilməməsini əsaslandırmamış, bununla bağlı hər hansı bi sübutu məhkəməyə təqdim etməmişdir. X3 Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94.0-c maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının üzərinə düşür. Beləliklə, hazırkı halda cavabdehin mübahisəli aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməkdən yayındığını, həmçinin yuxarıda göstərilənlərı nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi akt qanunsuz və əsasız olmuş, iddiaçı barəsində əlavə öhdəlik yaratmışdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 iyul 2023-cü il tarixli **********30800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1888/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1888/2024
24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver