Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1889/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi üçüncü şəxs olunmaqla “əlillik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 4110003AAC46 nömrəli göndəriş əsasında 08 fevral 2018-ci il tarixdə təyin edilmiş 2-ci dərəcəli əlilliyin bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1973-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində doğulmuşdur. İddiaçı Ağcabədi rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağrılmışdır. O, döyüş zonasında hərbi xidmət keçərkən 1993cü ildə yaralanmış və həmin yaralanma nəticəsində 12.12.1993-cü ildən 27.12.1993-cü ilə qədər Ağdam ravonlararası Ruhi X2 müavinə və müalicə olunmuşdur. Həmin vaxtı İddiaçı “Qapalı kəllə beyin travması. Nevroloji vəziyyət. Döş qəfəsinin küt qəlpə yarası” diaqnozu qoyulmuşdur. Daha sonra həmin şəxs mütəmadi şəkildə aldığı travma və yaralanma ilə bağlı müalicə kursları keçmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10.11.2016-cı il tarixli 42 saylı qərarında göstərilir ki, Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ildə aldığı və 12.12.1993-cü ildən 27.12.1993cü ilə kimi Ağdam rayonlararası ruhi X2 müayinə və müalicə olunduğu yaralanma və travma - diaqnoz: “Qapalı kəllə beyin travması. Nevroloji vəziyyət. Döş qəfəsinin küt qəlpə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin 19.09.2016-cı il tarixli 1202 nömrəli göndərişi, 19.09.2016-cı il tarixli 1202 nömrəli arayışı, Ağdam rayonlararası ruhi X4 tərəfindən verilmiş 27.12.1993-cü il tarixli çıxarış epikrizi, 03.10.2016-cı il tarixli 1101 nömrəli məktubu, xəstələrin stasionar qeydiyyat kitabından çıxarış, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın və nevropatoloqun rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Bundan sonra İddiaçı 01.12.2016-cı ildən 29.12.2016-cı ilə qədər, 30.12.2016-cı ildən 14.02.2017-ci ilə qədər Ağdam Rayonlararası Ruhi X2 stasionar şəraitdə müalicə olunmuş və ona “qapalı kəllə beyin sirkələnməsi, kəskin nəzərə çarpan asteno-nevrotik vəziyyət, psixopatiya bənzər davranış pozuntusu ilə. Döş qəfəsinin küt qəlpə varası” diaqnozu qoyulmuşdur. İddiaçı aldığı travma və yaralanmalar hərbi xarakterli olduğundan o, əlillik təyin olunması ilə bağlı 2018-ci ilin əvvəlində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Lakin həmin komissiya forma №88-li elektron qaydada portala daxil edilməsini funksiyasını onlarda aktiv olmadığını əsas gətirərək İddiaçı X8 Tibb İdarəsinə yönləndirmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsi isə öz növbəsində şəxsin stasionar müalicə aldığı müəssisələrdən əldə olunmuş sənədlər əsasında onu yenidən müayinə edərək 4110003AAC46 nömrəli göndərişlə forma №88-i ünvanlamışdır. Həmin göndərişdən də göründüyü kimi İddiaçı 02.02.2018-ci il tarixdə həmin tibb idarəsində qeydiyyatda olmuşdur. Yəni şəxsin Daxili İşlər Nazirliyinin Tibb İdarəsində qeydiyyatı olmadan göndərişinin sistemə yüklənilməsi halı istisnadır. Şəxs 2-ci dərəcə əlildir və həmin göndəriş sırf səbəb-əlaqəni dəyişdirilməsi ilə bağlı tərtib olunmuşdur. Bu hal göndərişin “Tsek”ə göndərilməsi üçün əsas” qrafasında da öz əksini tapmışdır. Adıçəkilən göndəriş əsasında 08.02.2018-ci il tarixdə “başın travmalarının nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Travmatik araxnoidit. Baş beyin əzilməsi. Kəllə-daxili hipertenziya, tez-tez təkrarlanan epileptik tutmalar ilə (ayda 6-8 dəfə). Total mator afaziya. Kordinator-statik pozğunluqlar. Piramid çatmamazlıq. Kəskin astenonevrotik sindirom. Psixotobənzər davranış pozuntusu. Disfaziya və afaziya. Total mator afaziya” diaqnozu ilə İddiaçı 5 il müddətinə əlillik səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” göstərilməklə 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Həmin səbəb-əlaqənin dəyişməsi nəticəsində aldığı pensiyanın məbləği bir qədər artmışdır. Lakin son zamanlar İddiaçı pensiyanın ödənişi dayandırılmışdır. Həmin halı araşdırmaq üçün DSMF-yə müraciət etsə də, oradan İddiaçı bildirilmişlər ki, “Sizin əlilliyiniz əlillik alt sistemində etibarsız hesab edilmişdir”. Yuxarıda sadalanan sənədlərdən göründüyü kimi şəxsə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən ilkin təyinat aparılmamış, idarə yalnız əlilliyin səbəb-əlaqəsini dəyişdirilməsi üçün forma №88-i elektron sistemə daxil etmişdir. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı yaralanma və travmaların mövcud olması işin mübahisələndirilməyən halıdır. İddiaçıya münasibətdə Agentlik tərəfindən düzgün yanaşma tətbiq olunmamışdır. İddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına 04.08.2020-ci il tarixli 495 nömrəli vəkil sorğusu ilə müraciət edilərək “Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi ilə bağlı göndərişlərin Azərbaycan Respublikası Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin Tibbi sosial ekspertiza və reablitasiya alt sistemə elektron qaydada real vaxt rejimində ötürülməsi funksiyasının hansı tarixdən aktiv olması barədə məlumatın ona göndərilməsini xahiş etmişdi. Azərbaycan Respublikası Müdaflə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 1449 nömrəli, 20.08.2020-ci il tarixli cavabında “vətəndaş İddiaçı hərbi xidmət keçərkən aldığı və 12.12.1993-cü ildən 27.12.1993-cü ilə kimi Ağdam Rayonlararası Ruhi-X2 müayinə və müalicə olunduğu “Qapalı kəllə-beyin travması. Nevroloji vəziyyət. Döş qəfəsinin küt qəlpə yarası” diaqnozlu travmanın və yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi 10.11.2016-cı il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 22-ci bəndinin a yarımbəndinə əsasən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilmişdir (əsas: 10.11.2016-cı il tarixli, 42 nömrəli qərar). Əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı göndərişlərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müddafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminə ötürülməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aid deyil və bu məsələ ilə əlaqədar vətəndaş İddiaçı Murşüd oğlu qeydiyyatda olduğu ünvan üzrə poliklinikaya müraciət etməlidir”. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 18.11.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdehin etirazında göstərilmişdir ki, İddiaçı tələbi qanunsuz və əsassızdır. Belə ki, 16 yanvar 2020-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Sənədlərin təhlilindən məlum olmuşdur ki, səhiyyə müəssisəsinin İddiaçı aid 4110003AAC46 saylı göndərişi 08.02.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 22.05.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Müraciətdə 378 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilərək, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. İddiaçı adı göndərişləri etibarsız edilmiş siyahıda 98-ci sırada qeyd edildiyindən “Əlillik altsistemi”ndə ona aid qiymətləndirmə etibarsız edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxsin iddiya yazılı münasibətində göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X3 tərəfindən əlillik dərəcisinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində göndərişlər tərtib etdikləri üçün daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş siyahıda qeyd olunan vətəndaş İddiaçı daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı üçün barəsində tərtib edilmiş göndəriş əsassız hesab edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsində göstərilənlərə uygun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki: -İddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC46 saylı göndərişi əsasında 08.02.2018-ci il tarixdə qiymətləndirilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ona 5 il müddətinə - 08.02.2023-cü il tarixə qədər ikinci dərəcə əlillik təyin edilmişdir. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10.11.2016-cı il tarixli 42 saylı qərarında göstərilir ki, Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ildə aldığı və 12.12.1993-cü ildən 27.12.1993-cü ilə kimi Ağdam rayonlararası ruhi X2 müayinə və müalicə olunduğu yaralanma və travma - diaqnoz: “Qapalı kəllə beyin travması. Nevroloji vəziyyət. Döş qəfəsinin küt qəlpə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin 19.09.2016-cı il tarixli 1202 nömrəli göndərişi, 19.09.2016-cı il tarixli 1202 nömrəli arayışı, Ağdam rayonlararası ruhi X4 tərəfindən verilmiş 27.12.1993-cü il tarixli çıxarış epikrizi, 03.10.2016-cı il tarixli 1101 nömrəli məktubu, xəstələrin stasionar qeydiyyat kitabından çıxarış, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın və nevropatoloqun rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1449 nömrəli, 20.08.2020-ci il tarixli vəkil sorğusuna cavab olaraq göndərdiyi məktubunda bildirilir ki, “Vətəndaş İddiaçı hərbi xidmət keçərkən aldığı və 12.12.1993-cü ildən 27.12.1993-cü ilə kimi Ağdam Rayonlararası Ruhi-X2 müayinə və müalicə olunduğu “Qapalı kəllə-beyin travması. Nevroloji vəziyyət. Döş qəfəsinin küt qəlpə yarası” diaqnozlu travmanın və yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi 10.11.2016-cı il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin a yarımbəndinə əsasən, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilmişdir (əsas: 10.11.2016-cı il tarixli, 42 nömrəli qərar). Əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı göndərişlərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müddafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminə ötürülməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aid deyil və bu məsələ ilə əlaqədar vətəndaş İddiaçı Murşüd oğlu qeydiyyatda olduğu ünvan üzrə poliklinikaya müraciət etməlidir”. -Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X10in 12.08.2020-ci il tarixli 527 saylı iddaçının vəkilinin sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, əlilliyin təyin edilməsi İcbari Tibbi Sığorta X7 filialının rəhbərliyinin iştirakı ilə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X10 HMK-da həftədə bir dəfə olmaqla 10 xəstə qəbul edilir. Xəstələr həftədə 10 xəstənin qəbulunu özləri bildikləri üçün bütün xəstələr növbəli halda oktyabr 2020-ci il tarixə kimi növbəyə yazılmışdılar. İlkin xəstələrin HMK-dan keçməyi yalnız İcbari Tibbi Sığorta Dövlət Ağentliyi tərəfindən həyata keçirilir. İddiaçı xəstəliyi ilə əlaqədar tərtib edilmiş sənədləri təqdim edəcəyi təqdirdə sənədlərinə baxılıb növbəyə alınaraq qanunamüvafiq qərar veriləcəkdir. -İddiaçı oğluna adına Ağcabədi rayon Poliklinikasında və Ağdam rayonlararası Ruhi-X2 açılmış “xəstənin ambulator, stasionar” tibbi kartasından çıxarışlardan görünür ki, iddiaçı başından aldığı travma ilə əlaqədar olaraq bir neçə dəfə stasionar qaydada müalicə almışdır. - Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 22.05.2019-cu il tarixli 029-1354-1219 saylı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlandığı məktubundan görünür ki, Azərbaycan Rəspublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 378 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətinizə baxılmışdır. Müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasını nəzərə alınması xahiş edilmişdir. - Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin məhkəmənin sorğususuna cavab olaraq göndərdiyi 05.02.2021-ci il tarixli 029-379-1221 saylı məktubunda göstərilmişdir ki, iddiaçı müayinə və müalicə olunmaq üçün DİN-in Tibb İdarəsinin müalicə-profilaktika müəsssələrinə müraciət etməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC46 saylı göndərişi əsasında 08.02.2018-ci il tarixdə qiymətləndirilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ona 5 il müddətinə - 08.02.2023-cü il tarixə qədər ikinci dərəcə əlillik təyin edilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 22.05.2019-cu il tarixli 029-1354-1219 nömrəli məktubu ilə 378 nəfərin, o cümlədən iddiaçının əlilliyinin təyini üçün əsas olmuş göndərişlərin etibarsız edilməsi barədə daxil oldugu məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi etibarsız edilmişdir. Tibb İdarəsi tərəfindən göndərişin əsassız hesab edilməsinə səbəb, iddiaçının daxili işlər orqanlarında xidmət etməməsi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmaması olmuşdur. Lakin, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Dadaşov X6 rayon Poliklinikasında və Ağdam rayonlararası Ruhi-X2 başından aldığı travma ilə əlaqədar olaraq bir neçə dəfə stasionar qaydada müalicə almışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10.11.2016-cı il tarixli 42 saylı qərarı ilə müəyyən edilmişdir ki, ilə Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993cü ildə aldığı və 12.12.1993-cü ildən 27.12.1993-cü ilə kimi Ağdam rayonlararası Ruhi X2 müayinə və müalicə olunduğu yaralanma və travma - diaqnoz: “Qapalı kəllə beyin travması. Nevroloji vəziyyət. Döş qəfəsinin küt qəlpə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin 19.09.2016-cı il tarixli 1202 nömrəli göndərişi, 19.09.2016-cı il tarixli 1202 nömrəli arayışı, Ağdam Rayonlararası Ruhi X4 tərəfindən verilmiş 27.12.1993-cü il tarixli çıxarış epikrizi, 03.10.2016-cı il tarixli 1101 nömrəli məktubu, xəstələrin stasionar qeydiyyat kitabından çıxarış, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın və nevropatoloqun rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Məhkəmə aradırması zamanı iddiaçıya təyin edilmiş 2-ci qrup əliliyinin müəyyən edilməsi üçün əsas olan səbəblərin aradan qalxmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA 22/03/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi - 2-ci qrup əlil olmasının müəyyən edilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın nəticəsinin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin qanunsuz hesab edilməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Belə olan halda qanunvericinin göstərişinə əsasən iddiaçı yalnız əyani müyinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi. Lakin işin faktiki hallarına əsasən iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini X1 etibarsız etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İşin faktiki hallarına əsasən cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Eyni zamanda iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir. Yuxarıda gödtərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Tibbi Sosial Ekspertiza və X5 etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı oğlunun ona 4110003AAC46 nömrəli göndəriş əsasında 08 fevral 2018-ci il tarixdə təyin edilmiş 2-ci dərəcəli əlilliyin alt sistemdə bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulması barədə iddiası təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddia tələbi təmin edilsin. İddiaçı 4110003AAC46 nömrəli göndəriş əsasında 08 fevral 2018-ci il tarixdə təyin edilmiş 2-ci dərəcəli əlilliyin alt sistemdə bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1889/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1889/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver