Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1889/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X2inə qarşı “dərman vasitələrinin və təqdim edilməyən preparatların ona təqdim edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh X2inə qarşı “dərman vasitələrinin və təqdim edilməyən preparatların ona təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh 13 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Nazirlər Kabinetin qərarına əsasən bu günə qədər, diabet xəstəsi kimi qeydiyyatda olduğu gündən bütün təqdim edilməyən prepartların iddiaçıya təqdim edilməsinə dair qərar qəbul olunması və qanunsuzluq edən poliklinika əməkdaşları barədə xüsusi qərardad qəbul edərək cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1-ci qrup diabet xəstəsidir və uzun illərdir ki, qanunsuzluqlarla qarşılaşır. Nazirlər Kabinetin 87 nömrəli qərarına əsasən dövlət tərəfindən diabet xəstələrinə pulsuz olaraq aşağıda qeyd edilən preparatlar təqdim edilir: “insulin şpiris qələmlər üçün ucluq gündə 2 ədəd, hər 5 gündən bir olmaqla illik 144 ədəd. “Qanda şəkəri təyin etmək üçün vizual test-çubuqları (1 qutuda 50 ədəd) ayda 1 qutu”. “Sidik şəkəri təyin etmək üçün vizual test-çubuqları(1 qutuda 50 ədəd) 3 aya 1 qutu”. “Sidikdə asetonun təyin etmək üçün vizual test çubuqları (1 qutuda 50 əd) 3 aya 1 qutu. Buna baxmayaraq onlardan cəmi 2 ədəd qanda şəkəri təyin etmək üçün vizual test çubuqları verilib 1 il ərzində. İddiaçı hesab edir ki, bununla onun səhhətinə ziyan vurulur və həyatına qəsd edilir. Eyni zamanda ona maddi ziyan vurulur. İddiaçı qeyd edilən preparatları almamağına görə qeydiyyatda olduğu 13 saylı birləşmiş şəhər poliklinikanın baş həkiminə pretenziya göndərərək cavab almış və həmin cavabın əsasında məhkəməyə müraciyyət edərək poliklinikanın qanunsuz hərəkətlərin və hərəkətsizliyin qarşısını almaq məqasədi ilə bir vətəndaş kimi kömək istiyir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 (TƏBİB) adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 (TƏBİB) adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair 2-1(112)- 11131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı iddia ərizəsində dəqiqləşmə apararaq, “Diabet xəstəsi olan İddiaçı 2021-ci ilin oktyabr ayından xx.xx.2022-ci il tarixədək təqdim edilməyən preparatların ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini” xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1889/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında dəqiqləşmə ərizəsi təqdim edərək, “İddiaçı 2021-ci ilin oktyabr ayından xx.xx.2022-ci il tarixədək təqdim edilməyən insulin şpiris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, sidik şəkəri təyin etmək üçün vizual test çubuqları, sidikdə asetonun təyin etmək üçün vizual test çubuqlarının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1889/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1889/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1889/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh 13 saylı Birləşmiş Şəhər Xəstəxanası əsl olan cavabdeh “Cavabdeh” X2 ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının xx.xx.2022-ci il tarixli müraciət məktubu; - Cavabdeh 13 nömrəli Birləşmiş Xəstəxanası tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub; - məhkəmənin sorğusuna 13 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli müşayiət məktubu; - məhkəmənin sorğusuna 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli cavab məktubu və ona əlavə edilmiş ödənişsiz reseptlər;
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları müəyyən edilir ki, iddiaçı,xx.xx.2022-ci il tarixli məktub ilə “1-ci tip şəkər xəstəsi olduğunu və Nazirlər Kabinetininin 13 may 2005-ci il 87 nömrəli qərarına əsasən, İnsilun dərman vasitəsindən əlavə digər vasitələrin verilmədiyi qeyd etmiş və ərizəsində göstərdiyi vəsitələrn hansı səbəbdən verilmədiyinə dair rəsmi şəkildə cavab göndərilməsi ilə bağlı bir neçə inzibati orqana müraciət etmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh 13 nömrəli Birləşmiş Xəstəxanası tərəfindən iddiaçıya müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq qeyd edilmişdir ki, vətəndaş 1-ci tip şəkər xəstəliyinə görə tibb müəssisəsində həkimendokrinoloq tərəfindən son 1-ildə 2 dəfə insulin testlə təmin edilmiş, hər ay 6 insulin şpris qələm (1 Levemir, Lantus, və ya İnsulin Qlaraginə 4 ədəd Novorepit və ya Apidra) peraparatı ilə təmin olunur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq qeyd edilmişdir ki, müraciətinizdə göstərilmiş məsələ ilə əlaqədar araşdırma aparılmış və məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixindən şəkərli diabet İ tip ağırlaşmasız diaqnoz ilə dispanser qeydiyyatdasınız. Qeydiyyata düşəndən sonra mütəmadi olaraq sizə hər ay 5 (beş) ədəd insulin və üç dəfə test stripi N25 ədədlik resept yazılır. Diqqətinizə çatdırırıq ki, sizin istədiyiniz şəkərli diabet üçün olan inyeksiya vasitələri imtiyazlı dərmanların elektron sistemində olmadığından hər ay təmin etmək mümkün olmamışdır. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının 8.1.2-ci bəndinə əsasən, dövlət proqramlarının icrasını və həmin proqramlarda nəzərdə tutulmuş qaydada dərman vasitələrinin təchizatının təmin edilməsi 2022-ci il dekabrın 31dək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılmışdır. Məhkəmə tərəfindən 2021-ci il oktyabr ayından hal-hazırki tarixədək İddiaçı dərman vasitələrinin təqdim edilib-edilməməsi barədə məlumatın və edildiyi təqdirdə sübutların məhkəməyə təqdim edilməsinə dair 13 saylı Birləşmiş Şəhər Xəstəxanasına sorğu verilmiş və sorğuya 13 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə tələb edilən sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən 13 saylı Şəhər Xəstəxanasına təkrar sorğu verərək, 2021ci il oktyabr ayından hal-hazırkı tarixədək İddiaçı təqdim edilməli olan dərman vasitələrinin təqdim edilməsi barədə sübutları, həmçinin İddiaçı hansı tarixdən diabet xəstəsi kimi qeydiyyatda olmasına dair məlumatın məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Sorğusuna cavab olaraq 13 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq qeyd edilmişdir ki, həmin vətəndaş (iddiaçı) əvvəl 17 saylı şəhər Poliklinikasında xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeydiyyatda olub. Sonradan 13 nömrəli BŞX-na xx.xx.2021-ci il tarixdən dispanser qeydiyyata düşəndən mütəmadi olaraq hər ay imtiyazlı qrup pulsuz dərman resept ilə şəkərli diabetə aid olan dərmanlar ilə təmin olunub. Poliklinikada ümumi qan, sidik, şəkər, ağ ciyərin rentgen müayinələrindən keçib. İddiaçı aşağıda qeyd olunan şəkərli diabet üçün olan inyeksiya vasitələrini istəyir. • insulin şpris qələmlər üçün ucluq, • qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, • sidik şəkəri təyin etmək üçün vizual test çubuqları. Məktubda qeyd edilmişdir ki, tibb müəssisəsində aptek olmadığı üçün 24 nömrəli Şəhər Poliklinikasının apteki tərəfindən imtiyazlı qrup xəstələri pulsuz dərman ressept ilə dərman təmin olunur. Həmin poliklinikanın aptekinə, Buzovna tibb anbarından imtiyazlı dərmanlar gətirilir, amma vətəndaşın istədiyi yuxarıda qeyd edilən (insulin şpris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, sidik şəkəri təyin etmək üçün vizual test çubuqları) inyeksiya vasitələri imtiyazlı dərmanların əlavə edilməsi elektron sistemində olmadığından hər ay təmin etmək mümkün olmayıb. xx.xx.2021-ci ildən xəstənin aldığı dərmanlar barədə məlumat qoşma olaraq məhkəməyə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən iddiaçıya verilmiş dərman vasitələrinin siyahısı və ödənişsiz resept qəbzləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə Cavabdehnə sorğu məktubu ünvanlayaraq 13 saylı Birləşmiş şəhər xəstəxanasının bilavasitə tabe olduğu tibb mərkəzi barədə məlumatın məhkəməyə tədim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X2 "Cavabdeh" X2 tərəfindən xx.xx.2023-cü il tarixli məktubda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin İdarə Heyətinin 25 oktyabr 2021-ci il tarixli 35 nömrəli Qərarına edilən əlavəyə əsasən 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanası “Cavabdeh” PHŞ-nin tabeliyinə verildiyi və əlavə olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin icraçı direktorunun PHŞ-6/3-1-334/2023 nömrəli 13 mart 2023-cü il tarixli əmrinə əsasən 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Stasionar fəaliyyəti dayandırılmaqla, çarpayı fondu ləğv edilmiş və yalnız ambulator-poliklinika fəaliyyəti təmin edilməklə, 45 nömrəli Şəhər Poliklinkası adlandırıldığı bildirilmişdir. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0.1-ci bəndinə əsasən şəkərli diabet - insulin (mədəaltı vəzinin hormonu) çatışmazlığı və keyfiyyətinin azalması nəticəsində qanda qlükozanın səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlik hesab edilir. Həmin Qanunun 7.2-ci bəndinə əsasən Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələr) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya vasitələri və özünənəzarət vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 9-cu bəndinə əsasən bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli Qərarının 01 nömrəli əlavəsində Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı göstərilmişdir. İNSULİN VƏ DİGƏR ŞƏKƏRSALİCİ DƏRMAN PREPARATLARİ, İNYEKSİYA VASİTƏLƏRİ, ÖZÜNƏNƏZARƏT VASİTƏLƏRİ İnsulin (50% qısa və illik 14400 vahid tələb olunmur illik 14400 50% uzun müddət vahid təsir edən) Şəkərsalıcı həblər: Sulfanilamidlər 70% tələb olunmur gündə 2 həb hesabı gündə 2 həb ilə ildə 720 həb hesabı Biquanidlər 20% ilə ildə 720 Tiozolidindionlar 2% həb Qeyri sulfanilamid sekretoqoqlar 2% a-qlükozidazanın ingibitorları 1% kombinəolunmuş preparatlar 5% Birdəfəlik insulin şprisi gündə 2 ədəd hər 5 tələb olunmur və ya insulin şpris- gündən bir olmaqla, qələmləri üçün ucluq illik 144 ədəd gündə 2 ədəd hər 5 gündən bir olmaqla, illik 144 ədəd
ÖZÜNƏNƏZARƏT VASİTƏLƏRİ Qanda şəkəri təyin ayda 1 qutu 2 aya bir qutu ayda 1 qutu etmək üçün vizual testçubuqlar (1 qutuda 50 ədəd) Sidikdə şəkəri təyin 3 aya 1 qutu 3 aya 1 qutu 3 aya 1 etmək üçün vizual test- qutu çubuqlar (1 qutuda 50 ədəd) Sidikdə asetonu təyin 3 aya 1 qutu tələb olunmur ildə 1 qutu etmək üçün vizual testçubuqlar (1 qutuda 50 ədəd) 02 nömrəli əlavədə Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı qaydası qeyd edilmişdir.
1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicəprofilaktika müəssisəsinin endokrinoloji kabinetində və ya endokrinoloji dispanserində qeydiyyata alınırlar.
2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər insulin və digər şəkərsalıcı dərman preparatlarını, inyeksiya və özünənəzarət vasitələrini almaq üçün onlara qeydiyyatda olduqları müalicə-profılaktika müəssisəsi (endokrinoloji dispanser və ya ərazi poliklinikası) tərəfindən 2 nüsxədən ibarət resept yazılır.
3. Pulsuz dərman Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formada olan resept nüsxəsində yazılır.
4. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatları təyin olunarkən, terapevtik doza 30 günlük müalicə kursundan artıq olmamalıdır.
5. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı resept əsasında müalicəprofilaktika müəssisəsinin (endokrinoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilir.
6. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları insulin və digər şəkərsalıcı dərman preparatlarının, inyeksiya və özünənəzarət vasitələrinin dəyəri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir. “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyun 2005-ci il tarixli 101 nömrəli qərarına əsasən dövlət proqramının məqsəd və vəzifələrindən biri kimi şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcminin, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısının və miqdarının, habelə bu preparat və vasitələrlə təminat qaydasının müəyyən edilməsi göstərilmişdir. Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: 8.1. 2022-ci il dekabrın 31-dək: 8.1.2. dövlət proqramlarının icrasını və həmin proqramlarda nəzərdə tutulmuş qaydada dərman vasitələrinin təchizatını təmin etsin. Göründüyü kimi, İddiaçı "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli Qərarında nəzərdə tutulmuş sayda inyeksiya və özünənəzarət vasitələri təqdim edilməmişdir. Belə ki, 25 iyul 2002-ci tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli cavab məktublarından və ona əlavə edilmiş ödənişsiz reseptlərdən də müəyyən olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş sayda inyeksiya və özünənəzarət vasitələri iddiaçıya təqdim edilməmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 2021-ci ilin oktyabr ayından xx.xx.2022-ci il tarixədək təqdim edilməyən insulin şpiris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, sidik şəkəri təyin etmək üçün vizual test çubuqları, sidikdə asetonun təyin etmək üçün vizual test çubuqlarının ona təqdim edilməsi öhdəliyi Cavabdeh X2in üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 2021-ci ilin oktyabr ayından xx.xx.2022-ci il tarixədək təqdim edilməyən insulin şpiris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, sidik şəkəri təyin etmək üçün vizual test çubuqları, sidikdə asetonun təyin etmək üçün vizual test çubuqlarının ona təqdim edilməsi öhdəliyi Cavabdeh X2in üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev