Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-189/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 23.05.2019cu il tarixli **********183645 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 224078,10 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 30713,30 manat maliyyə sanksiyasının silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.05.2019-cu il tarixli **********183645 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (bundan sonra - cavabdeh vergi orqanı) 01.02.2018ci il tarixli **********138481 nömrəli qərarına əsasən iddiaçı "xxxx" MMC-də yanvar 2015 dekabr 2017 dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 16.02.2018-ci il tarixdə başlanmış və 27.03.2019-cu il tarixdə bitmişdir. Yoxlama 6 halda cəmi 187 gün dayandırılmış, 2 halda isə cəmi 60 gün uzadılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi 29.03.2019-cu il tarixli **********143927 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında 23.05.2019-cu il tarixli **********183645 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçıya 2016-cı il (İ rüb) üzrə 70.470,0 manat bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi (bundan sonra MTFSV), 2015-ci il (İ-İV rüblər) üzrə 71.517,90 manat, 2016-cı il (İ-İV rüblər) üzrə isə 82.090,20 manat ödəmə mənbəyində tutulan vergi (bundan sonra - ÖMV), ümumilikdə isə 224.078,10 manat əlavə vergi məbləği hesablanmış və eyni zamanda ümumilikdə 30.713,30 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddiaçı barəsində qəbul edilmiş 23.05.2019-cu il tarixli **********183645 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı tamamilə əsassız və qanunsuz hesab edilir. İlk öncə qeyd edilmişdir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən inzibati akt əsasında iddiaçıya əlavə vergi məbləği hesablanarkən Vergi Məcəlləsinin 36.3, 56.1 və 85.4-cü maddələrinin imperativ tələbləri gözlənilməmiş və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, səyyar vergi yoxlaması və onun əsasında qəbul edilmiş məsuliyyətə cəlb etmə haqqında qərardan göründüyü kimi, iddiaçıya 2016-cı ilin İ rübü üzrə 70470 manat MTFSV və 20903,6 manat ÖMV, 2015-ci ilin İ-İV rübləri üzrə isə 71517,90 manat ÖMV hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 36.3, 56.1 və 85.4-cü maddəsinin tələblərinə əsasən vergi nəzarəti, o cümlədən səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinin son 3 ildən (hesabat dövrü illik olan vergilər üzrə təqvim ilindən) çox olmayan fəaliyyəti əhatə oluna bilər. MTFSV və ÖMV üzrə hesabat dövləri və yenidən hesablama müddəti aşağıdakı tarixlərdə bitmişdir: Vergi dövrü Hesabat dövrünün qurtadığı Hesablama dövrünün bitdiyi tarix tarix 2015-cı il İ rüb 20.04.2015 20.04.2018 2015-cı il İİ rüb 20.07.2015 20.07.2018 2015-cı il İİİ rüb 20.10.2015 20.10.2018 2015-cı il İV rüb 21.01.2016 21.01.2019 2016-cı il İ rüb 20.04.2016 20.04.2019 Beləliklə, cavabdeh vergi orqanı mübahisələndirilən inzibati aktı qəbul edərkən və iddiaçıya 2015-ci ilin İ-İV rübləri üzrə 71517,90 manat, 2016-cı ilin İ rüb üzrə isə 91373,60 manat əlavə vergi öhdəliyi yaradarkən müddətlə bağlı vergi qanunvericiliyin tələblərini və iddiaçının qanunla qorunan hüquq və maraqlarını kobud şəkildə pozmuşdur. İkincisi, səyyar vergi yoxlaması aktından göründüyü kimi, cavabdeh vergi orqanı mütəxəssis rəyinə əsasən müəyyən edilmiş 2.610 kv.m sahəsi olan zirzəmini qeyri-yaşayış sahəsi kimi qəbul edərək, iddiaçıya bununla əlaqədar olaraq 70.470 manat MTFSV hesablamışdır. Cavabdeh vergi orqanı göstərilən hesablamanı apararkən vergi və mənzil qanunvericiliyinin tələblərini pozaraq, zirzəmini əsassız olaraq qeyri-yaşayış sahəsi kimi qəbul etmişdir. Belə ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (taxes.gov.az) yerləşdirilən və Vergilər Nazirliyinin mövqeyini əks etdirən məlumata, eləcə də sual-cavab blokunda vətəndaşların suallarına verilən cavablara əsasən (şəkilləri iddia ərizəsinə əlavə edilir), Azərbaycan Respublikasının qanunvericilik aktlarında “qeyri-yaşayış sahəsi” anlayışı və ya həmin sahəyə binanın hansı hissələrinin aid edilməsi birbaşa müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Mənzil Məcəlləsinin tələblərinə əsasən çoxmənzilli binanın ümumi əmlakına paylı mülkiyyət hüququ olan sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik, ondan istifadə etmək, habelə bu Məcəllə ilə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarına malikdirlər. Belə ki, binanın ümumi əmlakı olan obyektlər bilavasitə sahə mülkiyyətçiləri olan şəxslərə xidmət etmək məqsədi daşıdığını və həmin şəxslərin mənzilləri ilə bağlılığını nəzərə alaraq, həmin sahələrin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulmadıqda bu hissələr sadələşdirilmiş vergiyə yaşayış sahəsi kimi cəlb olunmalıdır. Bununla yanaşı, Vergi Məcəlləsində yaşayış sahəsindən fərqli olaraq qeyri-yaşayış sahəsinə yüksəldici əmsalın tətbiqi qeyri-yaşayış sahəsindən istifadə etməklə gəlir əldə etmək imkanlarının olması ilə bağlıdır. Bu baxımdan tikilən binanın sahibkarlıq (kommersiya) fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulan və ya istifadə olunan hissələri qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməli və yüksəldici əmsal tətbiq etməklə vergiyə cəlb olunmalıdır. İddiaçı tərəfindən tikilən binanın zirzəmisinin sahibkarlıq (kommersiya) fəaliyyəti (satmaq, icarəyə vermək və s.) məqsədləri üçün istifadəsi nəzərdə tutulmayıb və həmin sahə hazırda bina sakinlərinin təmənnasız ümumi istifadəsindədir. Göründüyü kimi, binanının zirzəmisinin iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməsi barədə hər hansı sübut olmadığı halda, cavabdeh vergi orqanı həmin sahəni qeyri-yaşayış sahəsi kimi qiymətləndirərək, əsassız əlavə vergi məbləği hesablamışdır. Beləliklə, cavabdeh vergi orqanı bina sakinlərinin ümumi istifadəsində olan və sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulmayan (buna dair hər hansı sübut olmayan) 2.610 m2 sahəsi olan zirzəmini əsassız olaraq qeyri-yaşayış sahəsi kimi qiymətləndirərək iddiaçıya qanunsuz əlavə vergi məbləği hesablamışdır. Üçüncüsü, səyyar vergi yoxlaması aktından göründüyü kimi, iddiaçıya mütəxəssis rəyi ilə müəyyən edilən əmək tutumu (332.171,30 adam saat) və əmək haqqı xərci (1.234.570,0 manat) əsas götürülməklə, ümumilikdə 153.608,09 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Bununla bağlı qeyd edilir ki, cavabdeh vergi orqanı mübahisəli hesablamanı apararkən 9 ədəd yaşayış binasından 8 ədədinin müqavilə əsasında cəlb edilmiş podratçılar tərəfindən, 1 ədədinin isə iddiaçı tərəfindən tikildiyini və həmin tikintidə iştirak etmiş işçilərlə iddiaçı arasında əmək müqaviləsinin bağlanmasını və həmin işçilər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilərin hesablanaraq ödənildiyini nəzərə almamış və ehtimal, fərziyyə əsasında hesablama aparmışdır. Halbuki, cavabdeh vergi orqanı qeyd olunan faktları, yəni 8 ədəd binanın podratçı tərəfindən tikildiyini və iddiaçı tərəfindən təqdim edilmiş Muzdlu işlə əlqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrində hər-hansı kənarlaşmanın aşkar edilmədiyini səyyar vergi yoxlaması aktında qeyd və etiraf etmişdir. Bundan əlavə, cavabdeh vergi orqanı ümumilikdə 9 ədəd bina üzrə əmək tutumunu və əmək haqqı xərcini iddiaçının vergi öhdəliyi kimi qəbul etmişdir. Halbuki, 8 ədəd bina podratçı tərəfindən işə cəlb edilmiş işçilər tərəfindən tikilmişdir ki, bu zaman vergi orqanı əmək haqqı xərcini 8 binaya münasibətdə həmin podratçıya hesablaya bilərdi. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı 9 ədəd binanın hər biri üzrə əmək tutumunu və əmək haqqı xərcini ayrılıqda müəyyən etmədən, bütün əmək haqqı xərcini iddiaçının vergi öhdəliyi kimi qəbul etmiş və bununla da iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Eyni zamanda mütəxəssisin rəyi tam şəkildə iddiaçıya təqdim edilmədiyindən həmin rəyin məzmunu, eləcə də rəyi tərtib edən şəxsin bu sahədə xüsusi biliyə malik olan şəxs olması barədə hər hansı dəqiq məlumat mövcud deyil. Həmçinin, cavabdeh vergi orqanı əmək tutumunun müəyyən edilməsi ilə bağlı mütəxəssis dəvət edərkən vergi qanunvericiliyində müəyyən edilən ardıcıllığı gözləməmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən vergi ödəyicisi səyyar vergi yoxlaması zamanı sənədləri təqdim etmədikdə, vergilər vergi orqanı tərəfindən əlaqəli məlumatlar və ya analoji vergi ödəyicisinin uçot məlumatları əsasında hesablanır. Lakin göründüyü kimi qeyd olunan ardıcıllığa riayət edilmədən, birbaşa mütəxəssis rəyindən istifadə edilmişdir. Beləliklə, cavabdeh vergi orqanı vergi qanunvericiliyinin tələblərini (hesablama aparılması üçün müəyyən edilən 3 illik müddəti, zirzəminin iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilmədiyini, 9 ədəd binadan 8 ədədini tikən podratçının vergi öhdəliyinə iddiaçının cavabdeh olmamasını, VM-nin 67.1-ci maddəsində müəyyən edilən ardıcıllığı və s.) nəzərə almadan, iddiaçıya əsassız əlavə vergi məbləği hesablanmasına və maliyyə sanksiyasının tətbiq edilməsinə əsas olan və iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozan 23.05.2019-cu il tarixli **********183645 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qəbul etmişdir. Sonda iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin 18.07.2019-cu il tarixdə məhkəməyə daxil olmuş etirazında göstərilmişdir ki, cavabdeh iddiaçının iddia tələbi ilə razılaşmır və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Belə ki, Departamentin 01.02.2018-ci il tarixli **********138481 nömrəli qərarı ilə iddiaçı müəssisədə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Aparılmış yoxlamanın nəticələri 29.03.2019-cu il tarixli aktla rəsmiləşdirilmiş, akt əsasında “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” 23.05.2019-cu il tarixli **********183645 nömrəli qərar qəbul edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə müəssisə binaların tikintisi ilə məşğul olmuşdur. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən Abşeron rayonu İcra Hakimiyyətinin Başçısının 15.09.2014-cü il tarixli 448 saylı Sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 0,79 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında 4 ədəd 2 girişli 7-8 mərtəbəli və 1 ədəd 9 mərtəbəli, 501 mənzilli yaşayış binasının tikinti işləri aparılmışdır. FHN-nin 04.06.2018-ci il tarixli istismara hazırlıq aktına əsasən tikinti işləri 25.01.2017-ci il tarixdə başa çatdırılmışdır. Həmin tikinti üzrə vergi ödəyicisi tərəfindən 2016-cı ilin İ rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi metodu seçilərək bəyannamə təqdim edilmişdir. Bəyannamədə bu tikinti üzrə ümumi sahənin 46577,41 kv.m olduğu qeyd edilmiş və sahənin hər kvadrat metrinə 54,0 manat (45*1,2) olmaqla cəmi 2515180,14 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmışdır. Qeyd olunan tikintinin sahəsinin müəyyən edilməsinə zərurət yaranmış, bu məqsədlə Departamentin 10.09.2018-ci il tarixli **********162759 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarı çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Mütəxəssis ona təqdim edilmiş sənədlər (tikintiyə aid layihələr) əsasında MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin ümumi sahəsinin 46577,41 kv.m (yaşayış sahəsi 32146,35 kv.m, zirzəmi sahəsi 5606,2 kv.m (qaraja yararlı sahə - 2610,0 kv.m), pilləkən, dəhliz, lift sahəsi 8824,86 kv.m) olduğunu qeyd etmişdir. Beləliklə yaşayış sahəsi kimi bina tikintisi üzrə sadələşdirilmiş vergiyə cəlb olunan sahənin 43967.41 kv.m, qeyri-yaşayış sahəsi kimi bina tikintisi üzrə sadələşdirilmiş vergiyə cəlb olunan sahənin 2610,0 kv.m olduğu mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Bununla da Vergi Məcəlləsinin 220.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesabatda yaşayış sahəsi kimi göstərilmiş 2610,0 kv.m qaraja yararlı sahə üzrə düzgün hesablanmamış vergi məbləğinə yoxlama ilə düzəliş edilmişdir. Belə ki, 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin 2585650,14 manat (43967.41 kv.m x 45 x 1.2 + 2610.0 kv.m x 45 x 1.2 x 1.5) olduğu müəyyən edilmiş və nəticədə 70470,0 manat (2585650,14- 2515180,14) Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləği hesablanmışdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən ünvan 2 ünvanında inşa olunan 9 blokdan ibarət 4 ədəd 2 girişli 7-8 mərtəbəli və 1 ədəd 9 mərtəbəli yaşayış binaları üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində sərf olunan əmək tutumunun müəyyən edilməsi məqsədilə Departamentin 27.09.2018-ci il tarixli **********162759 saylı qərarına əsasən Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis dəvət edilmiş və çəkilmiş xərclərin tərkibində normativ əmək tutumunu müəyyənləşdirmək məqsədi ilə işlərinin dəyərində əmək tutumunun müəyyən edilməsi barədə 27.09.2018-ci il tarixli mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən aparılan tikinti işlərinin ümumi dəyərinin tərkibində əmək haqqı xərcinin ümumilikdə 1234570,0 manat olduğu müəyyən edilmişdir. Tikinti işlərinin əsasən 2015-ci və 2016-cı illərdə aparıldığını və həmin dövrlərdə vergi ödəyicisinin öz işçilərinə ödədiyi 53243,59 manat əmək haqqı məbləği, habelə işlərin podratçı tərəfindən görülməsi ilə bağlı müəssisə tərəfindən 84125,74 manat "xxxx" MMCyə ödənilmiş vəsaiti nəzərə almaqla 1097200,67 manat əmək haqqı xərcinin hesabatda göstərilməməklə vergidən yayındırıldığı müəyyən edilmişdir. Qeyd olunan 1097200,67 manat ümumi əmək haqqı xərcinə görə yoxlama ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci, 45-ci, 83.2-ci, 101-ci və 150.1.7-ci maddələrinə əsasən rüblər üzrə, yəni 2015-ci ilin birinci rübü üzrə 20671,2 manat, ikinci rübü üzrə 17591,4 manat, üçüncü rübü üzrə 16551,8 manat, dördüncü rübü üzrə 16703,5 manat və 2016-cı ilin birinci rübü üzrə 20903,6 manat, ikinci rübü üzrə 20401,5 manat, üçüncü rübü üzrə 20267,9 manat, dördüncü üçüncü rübü üzrə isə 20517,2 manat olmaqla cəmi 153608,09 manat əlavə ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə azaldılmış ödəmə mənbəyində 82090,20 manat vergi məbləğinə görə 30593,30 manat məbləğində, eyni zamanda vergi hesabatlarının vaxtında verilməməsinə görə isə 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı isə vergi orqanı tərəfindən aparılmış hesablama ilə razılaşmayaraq, iddiasını onunla əsaslandırmışdır ki, iddiaçıya əlavə vergi məbləği hesablanarkən Vergi Məcəlləsinin 36.3, 56.1 və 85.4-cü maddələrinin imperativ tələbləri gözlənilməmiş və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Vergi qanunvericiliyinin müvafiq maddələri ilə səyyar vergi yoxlamasının vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə etməsi müəyyən edilmişdir. Səyyar vergi yoxlaması aktı ilə müəyyən edilir ki, yoxlamanın keçirilməsi barədə qərar 01.02.2018-ci il tarixdə qəbul edilmiş, yoxlama isə 16.02.2018-ci il tarixdə başlanılmışdır. Həmin tarixdən əvvəlki 3 illik müddət 2015-ci ilin 1-ci rübündən başladığından, qeyd olunan yoxlama ilə bağlı iddiaçının 3 illik müddətə dair iddiaları əsassızdır. Yəni göründüyü kimi, vergi ödəyicisinin fəaliyyətinə dair vergi yoxlaması açılarkən səyyar vergi yoxlaması iddiaçının son 3 illik dövrünü əhatə etmişdir. Lakin vergi orqanının vəzifəli şəxslərinin iradəsindən asılı olmayan səbəblərdən yoxlamanın müddətinin uzanması vergi orqanı tərəfindən vergi qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilməz. Qanunvericiliyin tələbinə görə səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər. Eyni zamanda, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması qanunda müəyyən edilmiş hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır. Qeyd olunan müddəların tələbindən və iş materiallarından aydın olur ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar əvvəlki 3 ilin yoxlanılmasını nəzərdə tutmuş, lakin vergi qanunvericiliyinin tələblərinə riayət edilməklə yoxlama müddəti uzanmışdır. Belə olan halda yoxlama müddətinin uzanması vergi ödəyicisini vergi məsuliyyətindən azad edilməsinə əsas ola bilməz. Bundan başqa iddiaçının iddia tələbinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçı tərəfindən tikilən binanın zirzəmisinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulmadığından və həmin sahə hazırda bina sakinlərinin təmənnasız ümumi istifadəsində olduğundan vergi orqanı tərəfindən həmin sahənin qeyri-yaşayış sahəsi kimi yüksəldici əmsal tətbiq edilməklə vergiyə cəlb edilməsi əsassızdır, iddiaçı öz tələbini Mənzil Məcəlləsinin müddəalarına istinad etməklə əsaslandırmağa çalışmışdır. İddiaçının dəlilinə cavab olaraq ilk öncə qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən, vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. Buradan aydın olur ki, iddiaçının vergitutma və vergi nəzarəti ilə bağlı digər qanunvericilik aktlarına istinad etməsi əhəmiyyətsizdir. Hətta iddiaçının istinad etdiyi Mənzil Məcəlləsinin özündə də yaşayış sahələrinə aşağıdakılar aid edilir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri. Göründüyü kimi səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş 2610 kv.m zirzəminin yaşayış sahəsi kimi qiymətləndirilərək vergiyə cəlb edilməsi əsassızdır. Digər bir tərəfdən qeyd edilməlidir ki, göstərilən zirzəminin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməməsi həmin sahənin qeyri yaşayış sahəsi kimi vergiyə cəlb edilməsini istisna etmir. Belə ki, Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Maddənin tələbindən aydın olur ki, tikilən binanın qeyri-yaşayış sahəsinin istifadəsinin təyinatı həmin sahənin vergitutma bazasının müəyyən edilməsinə təsir edən amil kimi müəyyən edilməmişdir. Belə olan halda tikilən binanın yaşayış sahəsi kimi nəzərdə tutulmamış yararlı 2160 kv.m zirzəminin qeyri-yaşayış sahəsi kimi vergiyə cəlb edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğundur. Bundan başqa, iddiaçı göstərmişdir ki, vergi orqanı mübahisəli hesablamanı apararkən 9 ədəd yaşayış binasının 8 ədədinin müqavilə əsasında cəlb edilmiş podratçılar tərəfindən, 1 ədədinin iddiaçı tərəfindən tikildiyini və həmin tikintidə iştirak etmiş işçilərlə iddiaçı arasında əmək müqaviləsinin bağlanmasını və həmin işçilər üzrə muzdlu işlə əlaqədar ÖMV-nin ödənildiyini nəzərə almamışdır. Qeyd edilir ki, iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə əsasən yoxlama ilə əhatə olunan dövrdə işçilərin orta siyahı sayı 11 nəfər, bir nəfərə düşən əmək haqqı 196.63 manat, əmək haqqından tutulan gəlir vergisi 4672.56 manat müəyyən olunmuşdur. Eyni zamanda Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza" Birliyindən cəlb edilmiş mütəxəssisin rəyinə əsasən müəyyən edilmiş əmək tutumu əsasında yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən aparılan tikinti işlərinin ümumi dəyərinin tərkibində əmək haqqı xərcinin ümumilikdə 1234570,0 manat olduğu müəyyən edilmişdir. Eyni dövrdə iddiaçı tərəfindən əmək müqaviləsi bağlanmış orta siyahı sayı 11 nəfər olan işçilərlə 9 binanın tikilməsi faktiki olaraq mümkün deyil. Eyni zamanda iddiaçı 8 binanın podratçı tərəfindən tikildiyini qeyd etsə də, səyyar vergi yoxlaması zamanı podratçı təşkilatlarla bağlanmış müqavilələri, həmin işlərin podratçı təşkilatlar tərəfindən aparılmasını təsdiq edən sənədləri vergi orqanının vəzifəli şəxslərinə təqdim etməmişdir (84125,74 manat "xxxx" MMC-yə ödənilmiş vəsaiti nəzərə almışdır). Belə olan halda iddiaçının iddia etdiyi 8 binanın tikilməsinə dair cəlb edilmiş şəxslərə ödənilmiş məbləğlərə görə ÖMV-nin hesablanmasına cavabdeh olmamasına dair iddiaları əsassızdır. Həmçinin, iddiaçı tələbini onunla əsaslandırır ki, vergi orqanı əmək tutumu müəyyən edilməsi ilə bağlı mütəxəssis dəvət edərkən vergi qanunvericiliyində müəyyən edilən ardıcıllığı gözləməmişdir. Bununla əlaqədar qeyd edilir ki, iddiaçı bu dəlilini əsaslandırarkən istinad etdiyi Vergi Məcəlləsinin 67-ci maddəsində vergitutma obyektlərinin müəyyən edilməsində hər hansı ardıcıllıq nəzərdə tutulmamışdır. Eyni zamanda Vergi Məcəlləsinin 45.1-ci maddəsində səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət olunması nəzərdə tutulmuşdur. Səyyar vergi yoxlaması zamanı qanunvericiliyin tələbləri qaydasında cəlb olunmuş mütəxəssisin yoxlamaya təqdim etdiyi məlumatlar əsasında iddiaçının vergi öhdəliyinin müəyyən edilməsi mümkünlüyü, hər hansı ardıcıllıqla şərtləndirilməmişdir. Göründüyü kimi iddiaçının iddia tələbinin dəlilləri vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan və vergi öhdəliklərindən yayınmaq məqsədi daşıdığından iddia təmin olunmadan rədd olunmalıdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 23.05.2019cu il tarixli **********183645 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, iddiaçıya 2016-cı ilin 1-ci rübü 70470,0 manat Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləği, 2015-ci ilin birinci rübü üzrə 20671,2 manat, ikinci rübü üzrə 17591,4 manat, üçüncü rübü üzrə 16551,8 manat, dördüncü rübü üzrə 16703,5 manat və 2016-cı ilin birinci rübü üzrə 20903,6 manat, ikinci rübü üzrə 20401,5 manat, üçüncü rübü üzrə 20267,9 manat, dördüncü üçüncü rübü üzrə isə 20517,2 manat olmaqla, cəmi 153608,09 manat əlavə ödəmə mənbəyində tutulan vergi hesablanmış, vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə azaldılmış ödəmə mənbəyində 82090,20 manat vergi məbləğinə görə 30593,30 manat məbləğində sanksiya, vergi hesabatının və arayışın vaxtında verilməməsi görə 120 manat məbləğində maliyyə sanksiyası olmaqla, ümumilikdə isə 224.078,10 manat əlavə vergi məbləği hesablanmış və eyni zamanda ümumilikdə 30.713,30 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 29.03.2019cu il tarixli **********1433927 saylı “Səyyar vergi yoxlaması aktı”ndan görünür ki, yoxlama zamanı bina tikintisi fəaliyyəti ilə maşğul olan şəxslərin sadələşdirilmiş vergisinin 70470.00 manat, ödəmə mənbəyindən verginin 153608.10 manat azaldılması, ümumilikdə isə 224.078,10 manat əlavə vergi məbləği müəyyən edilmişdir. Azaldılmış həmin vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 112039.05 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Bundan əlavə yoxlama dövründə 8 ədəd ödəmə mənbəyində vergi bəyannaməsinin vergi orqanına vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 320 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********543100 saylı tələbnamədən görünür ki, 23.05.2019-cu il tarixli **********183645 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar əsasında əlavə hesablanmış vergilər 224078.10 manat və maliyyə sanksiyaları 30713.30 manat, büdcəyə ödənilməli olan cəmi məbləğ 254791.40 manatı təşkil etmişdir. - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, İddiaçı MMC ********** VÖEN-lə 03.12.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2503/2019 saylı, 30.10.2019cu il tarixli qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2020-ci il tarixli 30823 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar göstərilmişdir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı üzrə 01.01.2015-ci il tarixdən 01.01.2018-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödəmə mənbəyinə tutulan verginin az hesablanması müəyyən edilmir. Bundan başqa qeyd edilir ki, yuxarıda göstərilənlərə əsasən 2610,0 kv.m qaraja yararlı sahənin qeyri yaşayış sahəsi kimi qəbul edilmədiyi təqdirdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan az hesablanmış sadələşdirilmiş vergi məbləği müəyyən olunmur. Əks halda, yəni həmin sahənin qeyri yaşayış sahəsi kimi qəbul edildiyi təqdirdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 70470,0 manat məbləğində sadələşdirilmiş verginin az hesablanması müəyyən olunur. - Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 25.06.2018-ci il tarixli 075 saylı Tikinti obyektinin istismarına İcazədən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa V. küçəsində 4 ədəd 1 girişli, 8 mərtəbəli A, C, E, G blokdan) 4 ədəd 1 girişli, 7 mərtəbəli (B,D,F,H) və 1 ədəd 1 girişli 9 mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. - İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 02.02.2015-ci il tarixli podrat müqaviləsindən görünür ki, iddiaçı Abşeron rayonu İcra Hakimiyyətinin Başçısının 27.05.2014-cü il tarixli 262 saylı Sərəncamı ilə ünvan 3 ünvanında yerləşən 0,20 ha torpaq sahəsində 2 girişli, 1-ci girişi 7 mərtəbəli, 2-ci girişi isə 8 mərtəbəli olan yaşayış binasının tikintisi ilə əlaqədar FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Tikinti Müfəttişliyinin Ekspeetiza İdarəsində təsdiq olunmuş ekspertiza rəyi olmaqla memarlıq və konstruksiya layihələrinə müvafiq olaraq tikinti quraşdrıma işlərinin yerinə yetirilməsini, ümumi və texniki nəzarəti "xxxx" MMC-yə tapşırmış, sonuncu isə ona FHN tərəfindən verilmiş Lisenziya (073889 №-li, 21 aprel 2014-cü il tarixli, qeydiyyat nömrəsi FHN/54-01480) əsasında Tikinti Norma və Qaydalarına, qəbul olunmuş standartlara uyğun olaraq təklif olunan işləri yüksək keyfiyyətə yerinə yetirməyi, tikinti-quraşdırma işlərinin aparılmasında mövcud standartların tələblərinə və layihəyə uyğun nəzarət edilməsini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. - İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 04.05.2015-ci il tarixli podrat müqaviləsindən görünür ki, iddiaçı Abşeron rayonu İcra Hakimiyyətinin Başçısının 15.09.2014-cü il tarixli 448 saylı Sərəncamı ilə ünvan 3 ünvanında yerləşən 0,796 ha torpaq sahəsində 6 girişli, 3 girişi 7 mərtəbəli və 3 girişi isə 8 mərtəbəli olan yaşayış binasının tikintisi ilə əlaqədar FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Tikinti Müfəttişliyinin Ekspeetiza İdarəsində təsdiq olunmuş ekspertiza rəyi olmaqla memarlıq və konstruksiya layihələrinə müvafiq olaraq tikinti quraşdrıma işlərinin yerinə yetirilməsini, ümumi və texniki nəzarəti "xxxx" MMC-yə tapşırmış, sonuncu isə ona FHN tərəfindən verilmiş Lisenziya (073889 №-li, 21 aprel 2014-cü il tarixli, qeydiyyat nömrəsi FHN/54- 01480) əsasında Tikinti Norma və Qaydalarına, qəbul olunmuş standartlara uyğun olaraq təklif olunan işləri yüksək keyfiyyətə yerinə yetirməyi, tikinti-quraşdırma işlərinin aparılmasında mövcud standartların tələblərinə və layihəyə uyğun nəzarət edilməsini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. - İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 04.05.2015-ci il tarixli podrat müqaviləsi üzrə “Yerinə yetirilmiş işlərin qəbulu aktı”ndan görünür ki, 2015-ci ilin sentyabr tarixdə 10.443 manat dəyərində İddiaçı MMC tərəfindən təhvil alınmışdır. - 11.06.2015-ci il tarixli 19 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC "xxxx" MMC-nin bank hesabına 3,540.24 manat köçürülmüşdür. - 11.06.2015-ci il tarixli 20 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC "xxxx" MMC-nin bank hesabına 19.668 manat köçürülmüşdür. - 24.12.2015-ci il tarixli 45 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC "xxxx" MMC-nin bank hesabına 4.576,32 manat köçürülmüşdür. - 24.12.2015-ci il tarixli 46 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC "xxxx" MMC-nin bank hesabına 25.424 manat köçürülmüşdür. - "xxxx" MMC tərəfindən təqdim edilmiş HJ seriyalı 177054 saylı X8-Fakturasından görünür ki, 2015-ci ilin fevral-aprel ayları ərzində 23.208,24 manat dəyərində İddiaçı MMC üçün işlər görülmüşdür. - Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssis tərəfindən tərtib edilmiş İddiaçı MMC tərəfindən ünvan 3ndə inşa edilmiş 9 girişli 7-8 mərtəbəli yaşayış binalarına çəkilən əmək haqqı xərcinin qiymətləndirmə cədvəlindən görünür ki, ümumi tikililərə çəkilən xərc 1.234.570 manat təşkil etmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1350/2020 saylı, 20.08.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08.02.2021-ci il tarixli 10/2754 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar göstərilmişdir: İddiaçı MMC tərəfindən ünvan 2ndə inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının texniki sənədlərdə göstərilmiş 2610 kv.m zirzəmi sahələrinin istifadəyə yararlı olduğu müəyyən edilmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmədə işin halları müəyyən olunmuşdur ki, cavabdehin 01.02.2018-ci il tarixli **********138481 nömrəli qərarı ilə iddiaçı müəssisədə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticələri 29.03.2019-cu il tarixli aktla rəsmiləşdirilərək “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” 23.05.2019-cu il tarixli **********183645 nömrəli qərarı qəbul edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən Abşeron rayonu İcra Hakimiyyətinin Başçısının 15.09.2014-cü il tarixli 448 saylı Sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 0,79 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında 4 ədəd 2 girişli 7-8 mərtəbəli və 1 ədəd 9 mərtəbəli, 501 mənzilli yaşayış binasının tikinti işləri aparılmışdır. FHN-nin 04.06.2018-ci il tarixli istismara hazırlıq aktına əsasən tikinti işləri 25.01.2017-ci il tarixdə başa çatdırılmışdır. Həmin tikinti üzrə vergi ödəyicisi tərəfindən 2016-cı ilin İ rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi metodu seçilərək bəyannamə təqdim edilmişdir. Bəyannamədə bu tikinti üzrə ümumi sahənin 46577,41 kv.m olduğu qeyd edilmiş və sahənin hər kvadrat metrinə 54,0 manat (45*1,2) olmaqla cəmi 2515180,14 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmışdır. Lakin cavabdeh inzibati orqan hesab etmişdir ki, tikintinin sahəsinin müəyyən edilməsinə zərurət yaranmış və bu məqsədlə 10.09.2018-ci il tarixli **********162759 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarı çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Mütəxəssis ona təqdim edilmiş sənədlər (tikintiyə aid layihələr) əsasında MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin ümumi sahəsinin 46577,41 kv.m (yaşayış sahəsi 32146,35 kv.m, zirzəmi sahəsi 5606,2 kv.m (qaraja yararlı sahə - 2610,0 kv.m), pilləkən, dəhliz, lift sahəsi 8824,86 kv.m) olduğunu qeyd etmişdir. Beləliklə yaşayış sahəsi kimi bina tikintisi üzrə sadələşdirilmiş vergiyə cəlb olunan sahənin 43967.41 kv.m, qeyri-yaşayış sahəsi kimi bina tikintisi üzrə sadələşdirilmiş vergiyə cəlb olunan sahənin 2610,0 kv.m olduğu mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Bununla da Vergi Məcəlləsinin 220.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesabatda yaşayış sahəsi kimi göstərilmiş 2610,0 kv.m qaraja yararlı sahə üzrə düzgün hesablanmamış vergi məbləğinə yoxlama ilə düzəliş edilmişdir. Belə ki, 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin 2585650,14 manat (43967.41 kv.m x 45 x 1.2 + 2610.0 kv.m x 45 x 1.2 x 1.5) olduğu müəyyən edilmiş və nəticədə 70470,0 manat (2585650,14- 2515180,14) Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləği hesablanmışdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən ünvan 2 ünvanında inşa olunan 9 blokdan ibarət 4 ədəd 2 girişli 7-8 mərtəbəli və 1 ədəd 9 mərtəbəli yaşayış binaları üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində sərf olunan əmək tutumunun müəyyən edilməsi məqsədilə cavabdeh orqanın 27.09.2018-ci il tarixli **********162759 saylı qərarına əsasən Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis dəvət edilərək işlərin dəyərində əmək tutumunun müəyyən edilməsi barədə 27.09.2018-ci il tarixli mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən aparılan tikinti işlərinin ümumi dəyərinin tərkibində əmək haqqı xərcinin ümumilikdə 1234570,0 manat olduğu müəyyən edilmişdir. Tikinti işlərinin əsasən 2015-ci və 2016-cı illərdə aparıldığını və həmin dövrlərdə vergi ödəyicisinin öz işçilərinə ödədiyi 53243,59 manat əmək haqqı məbləği, habelə işlərin podratçı tərəfindən görülməsi ilə bağlı müəssisə tərəfindən 84125,74 manat "xxxx" MMCyə ödənilmiş vəsaiti nəzərə almaqla 1097200,67 manat əmək haqqı xərcinin hesabatda göstərilməməklə vergidən yayındırıldığı müəyyən edilmişdir. Qeyd olunan 1097200,67 manat ümumi əmək haqqı xərcinə görə yoxlama ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci, 45-ci, 83.2-ci, 101-ci və 150.1.7-ci maddələrinə əsasən rüblər üzrə, yəni 2015-ci ilin birinci rübü üzrə 20671,2 manat, ikinci rübü üzrə 17591,4 manat, üçüncü rübü üzrə 16551,8 manat, dördüncü rübü üzrə 16703,5 manat və 2016-cı ilin birinci rübü üzrə 20903,6 manat, ikinci rübü üzrə 20401,5 manat, üçüncü rübü üzrə 20267,9 manat, dördüncü üçüncü rübü üzrə isə 20517,2 manat olmaqla cəmi 153608,09 manat əlavə ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə azaldılmış ödəmə mənbəyində 82090,20 manat vergi məbləğinə görə 30593,30 manat məbləğində, eyni zamanda vergi hesabatlarının vaxtında verilməməsinə görə isə 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşagıdakı maddələri bu işə tətbiq olunur: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 15.1.6. vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq vergi ödəyicisinin hüququdur. 15.1.8. vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 39.1. səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.4. vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7. vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 6-ci bəndinə əsasən: 6.1. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 6.2. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38-ci maddəsinin müddəalarına müvafiq bu Qaydaların 13-cü hissəsinin tələbləri nəzərə alınmaqla vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ına (Əlavə 2) əsasən həyata keçirilir. Həmin Qaydaların 8-ci bəndinə əsasən: 8.1. Bu Qaydalarda müddətlərin müəyyən edilməsi Vergi Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 8.2. Yarım illə hesablanan müddət altı aya, rüblə hesablanan müddət üç aya bərabərdir. 8.3. Vergi Məcəlləsi ilə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. 8.4. Bu Qaydalarda nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. 8.11. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. 8.12. Müstəsna hallarda, yəni səyyar vergi yoxlamasının başa çatdırılması mümkün olmadıqda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında Qərar”ına (Əlavə 11) əsasən səyyar vergi yoxlamasının müddəti 90 günə qədər artırıla bilər. 8.13. Səyyar vergi yoxlamasının nəticələri üzrə akt yoxlama başa çatdıqdan sonra 3 iş günü müddətində tərtib edilir. 8.14. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında Qərar”ına (Əlavə 26) əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: 8.14.1. Nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; 8.14.2. Səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 8.15. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması müddəti bir qayda olaraq 10 gün müəyyən edilir. İşin hallarına uyğun olaraq zamana görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) qüvvədə olan (20 oktyabr 2015-ci il tarixli 1384-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 dekabr 2015-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1433) ilə 219.3-cü maddə yeni redaksiyada verilmişdir): 219.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir (29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 219.3-cü və 219.7 – 219.11-ci maddələr ləğv edilmişdir). Əvvəlki redaksiyada deyilirdi: 219.3. Mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) vergitutma obyektidir. Məhkəmə iclasda tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” iddiaçı barəsində 23.05.2019-ci il tarixli, **********183645 saylı qərarı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2016-cı ilin İ rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi metodu seçilərək bəyannamə təqdim edilmişdir. Bəyannamədə bu tikinti üzrə ümumi sahənin 46577,41 kv.m olduğu qeyd edilmiş və sahənin hər kvadrat metrinə 54,0 manat (45*1,2) olmaqla cəmi 2515180,14 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən tikinti sahəsinin müəyyən edilməsi məqsədilə cəlb edilmiş “Azərekspertiza” Birliyinin mütəxəssisi tərəfindən inşa edilmiş yaşayış kompleksinin ümumi sahəsinin 46577,41 kv.m (yaşayış sahəsi 32146,35 kv.m, zirzəmi sahəsi 5606,2 kv.m (qaraja yararlı sahə - 2610,0 kv.m), pilləkən, dəhliz, lift sahəsi 8824,86 kv.m) olduğunu qeyd etmişdir. Beləliklə yaşayış sahəsi kimi bina tikintisi üzrə sadələşdirilmiş vergiyə cəlb olunan sahənin 43967.41 kv.m, qeyri-yaşayış sahəsi kimi bina tikintisi üzrə sadələşdirilmiş vergiyə cəlb olunan sahənin 2610,0 kv.m olduğu mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Bununla da Vergi Məcəlləsinin 220.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesabatda yaşayış sahəsi kimi göstərilmiş 2610,0 kv.m qaraja yararlı sahə üzrə düzgün hesablanmamış vergi məbləğinə yoxlama ilə düzəliş edilmişdir. Belə ki, 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin 2585650,14 manat (43967.41 kv.m x 45 x 1.2 + 2610.0 kv.m x 45 x 1.2 x 1.5) olduğu müəyyən edilmiş və nəticədə 70470,0 manat (2585650,14- 2515180,14) Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləği hesablanmışdır. Lakin məhkəmə tərəfindən bu hal araşdırılaraq alınmış 22 yanvar 2020-ci il tarixli 30823 nömrəli məhkəmə ekspertizası rəyində 2610,0 kv.m qaraja yararlı sahənin qeyri yaşayış sahəsi kimi qəbul edilmədiyi təqdirdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış sadələşdirilmiş vergi məbləğinin müəyyən olunmadığı, əks halda, yəni həmin sahənin qeyri yaşayış sahəsi kimi qəbul edildiyi təqdirdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 70470,0 manat məbləğində sadələşdirilmiş verginin az hesablanması müəyyən olunduğu göstərilmişdir. İş üzrə alınmış əlavə 08.02.2021-ci il tarixli 10/2754 nömrəli məhkəmə ekspertizasının rəyi ilə İddiaçı MMC tərəfindən ünvan 2ndə inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının texniki sənədlərdə göstərilmiş 2610 kv.m zirzəmi sahələrinin istifadəyə yararlı olduğu müəyyən edilmişdir. Bundan başqa, şifahi məhkəmə baxışı iclasında şahid qismində izahat verən həmin binanın sakinləri X6, X2, X1, X4 ayrıayrılıqda bildirmişlər ki, İddiaçı MMC tərəfindən ünvan 2ndə inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının 2610 kv.m zirzəmi sahəsi sakinlər tərəfindən ortaq şəkildə avtomobillərini saxlamaq üçün qaraj kimi istifadə edilir və hazırda bunun üçün heç kəsə xidmət haqqı ödənilmir, mənzillərini alarkən həmin zirzəmi hissəsinə görə əlavə heç bir pul vəsaiti ödənilməmiş, həmin hissədə ümumi ortaq sakinlər tərəfindən avtomobilləri yumaq məqsədilə yaradılmış yuyucu məntəqəsindən başqa heç bir ictimai iaşə obyekti yoxdur, sahə qeyri-yaşayış sahəsi kimi istifadə edilə bilməz, yalnız qaraj kimi istifadəyə yararlıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 26-cı maddəsində isə təsbit edilmişdir ki, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Bununla bağlı olaraq nəzərə almaq lazımdır ki, işin materialları ilə 2610 kv.m zirzəmi sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə hər-hansı hal müəyyən edilmir, iş materiallarında olan binanın tikinti-texniki sənədlərində həmin sahənin zirzəmi sahəsi olması göstərilir, cavabdeh tərəf də zirzəmi sahəsinin qeyri-yaşayış sahəsi olması barədə mötəbər sübut təqdim etməmişdir. Beləliklə də məhkəmədə müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı bina sakinlərinin ümumi istifadəsində olan və sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulmayan (buna dair hər hansı sübut olmayan) 2610 kv.m sahəsi olan zirzəmini əsassız olaraq qeyri-yaşayış sahəsi kimi qiymətləndirərək iddiaçıya qanunsuz əlavə vergi məbləği hesablamışdır. Məhkəmə iddia tələbinin mübahisələndirilən qərarının iddiaçının üzərinə ödəmə mənbəyində tutulan verginin (ÖMV) öhdəliyi qoyan hissəsində ləğv olunması hissəsində əsaslığını araşdıraraq hesab edir ki, cavabdehin qərarının ÖMV hesablanması və buna maliyyə sanksiyası hesablanması hissəsində də əsassızdır. Belə ki, vergi ödəyicisi tərəfindən ünvan 2 ünvanında inşa olunan 9 blokdan ibarət 4 ədəd 2 girişli 7-8 mərtəbəli və 1 ədəd 9 mərtəbəli yaşayış binaları üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində sərf olunan əmək tutumunun müəyyən edilməsi məqsədilə cavabdeh orqanın 27.09.2018-ci il tarixli **********162759 saylı qərarına əsasən işlərin dəyərində əmək tutumunun müəyyən edilməsi barədə 27.09.2018-ci il tarixli mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən aparılan tikinti işlərinin ümumi dəyərinin tərkibində əmək haqqı xərcinin ümumilikdə 1234570,0 manat olduğu müəyyən edilmişdir. Tikinti işlərinin əsasən 2015-ci və 2016-cı illərdə aparıldığını və həmin dövrlərdə vergi ödəyicisinin öz işçilərinə ödədiyi 53243,59 manat əmək haqqı məbləği, habelə işlərin podratçı tərəfindən görülməsi ilə bağlı müəssisə tərəfindən 84125,74 manat "xxxx" MMC-yə ödənilmiş vəsaiti nəzərə almaqla 1097200,67 manat əmək haqqı xərcinin hesabatda göstərilməməklə vergidən yayındırıldığı müəyyən edilmişdir. Qeyd olunan 1097200,67 manat ümumi əmək haqqı xərcinə görə yoxlama ilə rüblər üzrə, yəni 2015-ci ilin birinci rübü üzrə 20671,2 manat, ikinci rübü üzrə 17591,4 manat, üçüncü rübü üzrə 16551,8 manat, dördüncü rübü üzrə 16703,5 manat və 2016-cı ilin birinci rübü üzrə 20903,6 manat, ikinci rübü üzrə 20401,5 manat, üçüncü rübü üzrə 20267,9 manat, dördüncü üçüncü rübü üzrə isə 20517,2 manat olmaqla cəmi 153608,09 manat əlavə ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə azaldılmış ödəmə mənbəyində 82090,20 manat vergi məbləğinə görə 30593,30 manat məbləğində, eyni zamanda vergi hesabatlarının vaxtında verilməməsinə görə isə 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İşin araşdırılan hallarından göründüyü kimi, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 10.09.2018-ci il tarixli **********162749 nömrəli tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və müəssisənin maddi məsul şəxsləri tərəfindən yoxlamanın predmetinə aid sənədlər qismən də olsa təqdim edilmişdir. Belə ki, yoxlamaya 6 ədəd ödəniş tapşırdıqları, “İşçi layihə” (konstruksiya hissəsi), 2 ədəd podrat müqaviləsi, istismara hazırlıq Aktı, tikintiyə icazə verilməsi barədə Abşeron RİH Sərancamı, sınaq nəticələri təqdim edilməsinə baxmayaraq, təhvil təslim aktları (forma 2), digər sənədlər işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması cədvəlləri təqdim edilməmiş, bu barədə sənədlərin qismən təqdim edilməsi barədə akt tərtib edilmişdir. Lakin MMC-nin rəhbərliyindən bununla bağlı izahat verilməsi tələb edilmiş, izahatda da 4 ədəd 1 girişli 7 mərtəbəli, 4 ədəd 1 girişli 8 mərtəbəli binanın tikintisinin subpodratçı tərəfindən, 1 ədəd 9 mərtəbəli binanın "xxxx" MMC tərəfindən inşa edildiyi, 2 ədəd podrat müqaviləsi yoxlamaya təqdim edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı mübahisəli hesablamanı apararkən 9 ədəd yaşayış binasından 8 ədədinin müqavilə əsasında cəlb edilmiş podratçılar tərəfindən, 1 ədədinin isə iddiaçı tərəfindən tikildiyini və həmin tikintidə iştirak etmiş işçilərlə iddiaçı arasında əmək müqaviləsinin bağlanmasını və həmin işçilər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilərin hesablanaraq ödənildiyini nəzərə almamış və ehtimal, fərziyyə əsasında hesablama aparmışdır. Halbuki, cavabdeh vergi orqanı qeyd olunan faktları, yəni 8 ədəd binanın podratçı tərəfindən tikildiyini və iddiaçı tərəfindən təqdim edilmiş Muzdlu işlə əlqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrində hər-hansı kənarlaşmanın aşkar edilmədiyini səyyar vergi yoxlaması aktında qeyd və etiraf etmişdir. Belə ki, aktdan da göründüyü kimi vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə əsasən işçilərin orta siyahı sayı 11 nəfər, bir nəfərə düşən əmək haqqı 196.63 manat olmaqla əmək haqqından 4672.56 manat gəlir vergisi hesablanmış və həmin verginin hesablanmasında kənarlaşmanın müəyyən olunmadıgı göstərilmişdir. Bundan əlavə, cavabdeh vergi orqanı ümumilikdə 9 ədəd bina üzrə əmək tutumunu və əmək haqqı xərcini iddiaçının vergi öhdəliyi kimi qəbul etmişdir. Halbuki, 8 ədəd bina podratçı tərəfindən işə cəlb edilmiş işçilər tərəfindən tikilmişdir ki, bu zaman vergi orqanı əmək haqqı xərcini 8 binaya münasibətdə həmin podratçıya hesablaya bilərdi. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı 9 ədəd binanın hər biri üzrə əmək tutumunu və əmək haqqı xərcini ayrılıqda müəyyən etmədən, bütün əmək haqqı xərcini iddiaçının vergi öhdəliyi kimi qəbul etmiş və bununla da iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdehin qərarı üzrə vergi borcunun düzgün hesablanıb-hesablanmadığını müəyyənləşdirmək məqsədilə məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2020-ci il tarixli 30823 nömrəli ekspert rəyinə əsasən İddiaçı üzrə 01.01.2015-ci il tarixdən 01.01.2018-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödəmə mənbəyinə tutulan verginin az hesablanması müəyyən edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən qəbul edilmiş qərarda iddiaçıya əsassız olaraq, ödəmə mənbəyində tutulan vergi üzrə 2015-ci il üçün 71.517,90 manat, 2016-cı il üzrə isə 82.090,20 manat, həmin dövr üçün 30593,30 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Bundan əlavə yoxlama dövründə 8 ədəd ödəmə mənbəyində vergi bəyannaməsinin vergi orqanına vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 320,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi də əsassız olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin hesablama Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyri-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. Göründüyü kimi cavabdeh yuxarıda qeyd olunan normaların tələbləri qaydasında analoji vergi ödəyicisinə görə, onun tərəfindən bağlanmış müqavilə və hesabatları nəzərə alınmaqla, iddiaçıya ödəmə mənbəyində tutulan vergi hesablamaq imkanına malik olmuşdur. Cavabdeh vergi məbləğinin müəyyən olunması üçün, mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmişdir. Məhkəmə qeyd edir ki, ödəmə mənbəyində vergilərin tutulması qaydası öz əksini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150-ci maddəsində tapmışdır. Həmin Məcəllənin 150.1.7. maddəsində göstərilir ki, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Ekspertin də qeyd etdiyi kimi müəssisə tərəfindən VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdiyi xidmətə (işlərə) görə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumat iş materiallarında mövcud deyil. Eyni zamanda Vergi Məcəlləsinin ödəmə mənbəyində tutulan verginin səyyar aktında göstərilən üsulla hesablanması da nəzərdə tutulmamışdır. Məhkəmənin ekspert rəyinin tədqiqi qaydaları aşadakı prosessual normalarla tənzimlənir. Azərbaycan Respublikası İPM: Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. ... 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi .... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM: Maddə 101. Ekspertin rəyi 101.1. Ekspert yazılı formada rəy verir. 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Bu normaların baxılan işə tətbiqi o nəticəyə gəlməyə əsas verir ki, məhkəmə iş materiallarında olan ekspert rəylərini qiymətləndirərək İPM-nin 58.1-ci və MPM-nin 101.3cü maddələrinə uyğun ekspert rəylərini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edib mötəbər sübut kimi qəbul edir. Həmçinin cavabdehin ekspert rəyinə dair etirazın dəlillərini araşdıran məhkəmə qeyd edir ki, işə baxan məhkəmə sübutlara qiymət verməyə borclu olsa da, qiymətvermə üzrə hər hansı nəticəyə gəlməkdə sərbəstdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur və yalnız sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Ekspert rəylərinin qiymətləndirilməsi zamanı kifayət qədər aydın və ya tam olmayan, əsassız və bir-birinə zidd ekspert rəyləri ilə qarşılaşan məhkəmədən mütləq şəkildə müvafiq olaraq əlavə və ya təkrar ekspertiza təyin olunmasını tələb edən norma yoxdur. Əlavə və ya təkrar ekspertiza təyin olunması məhkəmənin vəzifəsi deyil, hüququdur. Məhkəmə ekspert rəyini (rəylərini) tədqiq edərək, özünün mülahizəsinə əsasən əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Əks yanaşma məhkəmənin müstəqilliyi prinsipinə zidd olardı. Bundan başqa, iş materiallarından görünür ki, mübahisələndirilən qərar həmçinin cavabdeh tərəfindən yoxlama aparılması üçün qanunla müəyyən olunmuş müddətlər pozulduguna görə də qanunsuzdur. Belə ki, cavabdehin 01.02.2018-ci il tarixli **********138481 nömrəli qərarı ilə iddiaçı müəssisədə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Aparılmış yoxlamanın nəticələri 29.03.2019-cu il tarixli aktla rəsmiləşdirilmiş, akt əsasında “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” 23.05.2019-cu il tarixli **********183645 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması aktı ilə müəyyən edilir ki, yoxlamanın keçirilməsi barədə qərar 01.02.2018-ci il tarixdə qəbul edilmiş, yoxlama isə 16.02.2018-ci il tarixdə başlanılmış və 27.03.2019 tarixdə başa çatdırılmışdır. Aktdan göründüyü kimi yoxlama aşağıdakı qərar(lar)a əsasən müvəqqəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: Qərarın adı Tarixi Nömrəsi Müddəti Müvəqqəti 02.04.2018 **********14 31 Müddət 01.05.2018 **********14 30 Müddət 21.06.2018 **********15 30 Müvəqqəti 11.07.2018 **********15 34 Müvəqqəti 11.09.2018 **********16 30 Müvəqqəti 10.10.2018 **********16 30 Müvəqqəti 08.11.2018 **********16 30 Müvəqqəti 07.12.2018 **********17 32 Əlavə vergi 05.02.2019 190019702 30 yoxlaması 2175733 tədbirlərinin keçirilməsi Beləliklə də yoxlama 6 halda cəmi 187 gün dayandırılmış, 2 halda isə cəmi 60 gün uzadılmışdır. Azərbaycan Respublikasınını Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 7 sentyabr 2016-cı il tarixli **********011400 saylı Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın “Müddətlərin müəyyən edilməsi” adlı 8.5.4-cü bəndində qeyd edilmişdir ki, günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. Göstərilən qayda isə Mülki Məcəllənin 369.6-cı maddəsinin tələbindən irəli gəlir. Həmin Qaydaların müddəalarına əsasən müddət uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan, yəni növbəti gündən hesablanır (8.9-cu bənd.). Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır (8.10-cu bənd). Qaydaların 8.11-ci bəndində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilməz. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə isə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Bununla da, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci abzasının 2-ci cümləsində göstərilən “30 gün” ifadəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, səyyar vergi yoxlaması 30 təqvim günü daxilində vergi ödəyicisinin iş vaxtını əhatə edən iş günləri ərzində həyata keçirilməlidir. Göstərilən qayda Vergi Məcəlləsinin müddətlərlə bağlı digər normalarını təhlil etdikdə də öz təsdiqini tapır. Belə ki, Məcəllənin 33.10-cu, 34.7.2-ci, 36.3-cü, 37.2-ci, 37.4cü, 42.1-ci, 42.14-cü, 50-1.3-cü, 70.2-1.2-ci, 70.2-1.3-cü, 72.7-ci, 76.2-ci, 77-ci, 83.4-cü, 157.2-ci, 221.4-cü və 221.8.5-ci maddələrində müəyyən olunan müddətlər konkret iş günləri ilə göstərilmişdir. Buradan isə belə müəyyən olunur ki, qanunverici Məcəllənin 38.2-ci maddəsi də daxil olmaqla qalan bütün müddətləri təqvim günləri ilə tənzimləmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383-cü nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Belə olan halda vergü organının müddətin uzadılmasına dair qərarları 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Bundan başqa, VM-nin 38.7-ci maddəsində səyyar vergi yoxlamasının dayandırılması qaydaları və əsasları müəyyən olunmuşdur. Həmin normaya görə səyyar vergi yoxlaması, yoxlama barədə qərar qəbul etmiş vergi organının əsaslandırılmış qərarına əsasən dayandırılır. Eyni zamanda, səyyar vergi yoxlaması müddətinin artırılması yalnız müstəsna hallarda həyata keçirildiyindən, belə müstəsna halın zəruriliyini özündə əks etdirən sübut iş materiallarında mövcud deyil. Bundan əlavə məhkəmə iclasında araşdırılan səyyar vergi yoxlaması və onun əsasında qəbul edilmiş məsuliyyətə cəlb etmə haqqında qərardan göründüyü kimi, iddiaçıya 2016-cı ilin İ rübü üzrə 70470 manat MTFSV və 20903,6 manat ÖMV, 2015-ci ilin İ-İV rübləri üzrə isə 71517,90 manat ÖMV hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 36.3, 56.1 və 85.4-cü maddəsinin tələblərinə əsasən vergi nəzarəti, o cümlədən səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinin son 3 ildən (hesabat dövrü illik olan vergilər üzrə təqvim ilindən) çox olmayan fəaliyyəti əhatə oluna bilər. MTFSV və ÖMV üzrə hesabat dövləri və yenidən hesablama müddəti aşağıdakı tarixlərdə bitmişdir: Vergi dövrü Hesabat dövrünün qurtadığı Hesablama dövrünün bitdiyi tarix tarix 2015-cı il İ rüb 20.04.2015 20.04.2018 2015-cı il İİ rüb 20.07.2015 20.07.2018 2015-cı il İİİ rüb 20.10.2015 20.10.2018 2015-cı il İV rüb 21.01.2016 21.01.2019 2016-cı il İ rüb 20.04.2016 20.04.2019 Beləliklə, cavabdeh vergi orqanı mübahisələndirilən inzibati aktı qəbul edərkən və iddiaçıya 2015-ci ilin İ-İV rübləri üzrə 71517,90 manat, 2016-cı ilin İ rüb üzrə isə 91373,60 manat əlavə vergi öhdəliyi yaradarkən müddətlə bağlı vergi qanunvericiliyin tələblərini və iddiaçının qanunla qorunan hüquq və maraqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 5.0-ci maddəsinə əsasən, vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 36.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3-cü maddəsinə əsasan, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 36.4. Vergi ödəyicisi olan hüquqi şəxslərin ləğvi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti ilə bağlı və bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır. 36.6. Vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Hazırkı halda vergi orqanı vergi ödəyicisinin 3 ildən artıq dövr üçün fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin etməklə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbini pozmusdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Nəzərə alınmalıdır ki, inzibati icraatda müəyyən olunmuş müddətlərə riayət olunması məcburidir. “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2 və 67.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına və maliyyə sanksiyalarının tətbiq olunmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir. Vergi Məcəlləsinin işə tətbiq edilən aşagıdakı maddələrinə əsasən: 49.5. vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3. vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.
64. vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 94.0.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2ci maddəyə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, müvafiq inzibati aktların qəbul edilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.05.2019-ci il tarixli **********183645 saylı qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.05.2019-ci il tarixli **********183645 saylı qərarı ləğv edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5
SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA