Məhkəmə qərarları › İş №2-1(112)-189/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-189/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-189/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Cəlilabad rayonunda qeydiyyatdadır, ixtisası iqtisadçı, işsiz), iddiaçının vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, fərdi qaydada fəaliyyət göstərən vəkil), Bakı Metropoliten QSC-nin nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində aparıcı hüquq məsləhətçisi vəzifəsində işləyir), üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X3 (Füzuli rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqşünas işləyir) iştirakı ilə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı üçüncü şəxs qismində "xxxx" QSC və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi işə cəlb olunmaqla “ ünvan 1 ünvanında yerləşən 229,8 kv.metr hissəsinə görə 828000 (səkkiz yüz iyirmi səkkiz min) manat, əldən çıxmış faydaya görə 643500 (altı yüz qırx üç min beş yüz) manat, mənəvi zərərə görə 200000 (iki yüz min) manat, ümumillikdə ******* (bir milyon doqquz yüz iyirmi beş) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən 300 kv.m torpaq sahəsinə və orada yerləşən tikililərdən 129,8 kv.m hissəsinə görə ******* manat, əldən çıxmış faydaya görə 405000 manat, mənəvi zərərə görə 200000 manat ümumilikdə ******* manat mbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edrək cavabdehlər Binəqədi rayon İcra Hakimiyyətidən, Bakı Metropoliten QSC-dən, Azərbaycan X12 Agentliyindən ünvan 1 ünvanında yerləşən 229,8 kv.metr hissəsinə görə 828000 (səkkiz yüz iyirmi səkkiz min) manat, əldən çıxmış faydaya görə 643500 (altı yüz qırx üç min beş yüz) manat, mənəvi zərərə görə 200000 (iki yüz min) manat, ümumillikdə ******* (bir milyon doqquz yüz iyirmi beş) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MŞ ******* seriyalı, ********** qeydiyyat nömrəli, 24 iyul 2008-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ünvanında iddiaçının istifadəsində olan 0,03768 hə torpaq sahəsində yerləşən 320 kv.metr sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası iddiaçının mülkiyyətindədir. 29 iyul 2005-ci il tarixli texniki pasporta əsasən həmin əmlakın yerləşdiyi ərazinin ümumi sahəsi 1318,4 kv.metrdir. 2008-ci ilin sentyabr ayında qeyd olunan əmlakının bir hissəsi – 300 kv.metr torpaq sahəsi və orada yerləşən tikililərdən 229,8 kv.metr hissə dövlət ehtiyacları üçün ərazini alan orqan kimi cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bununla əlaqədar olaraq iddiaçı dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşmüş və əmlakının sökülməsinə görə ona kompensasiya veriləcəyi barədə vəd verilmişdir. Lakin bu günə qədər dövlət ehtiyacları üçün özgəninkiləşdirilmiş mülkiyyətinə görə kompensasiya almamışdır. Sökülən ərazidə torpaq sahəsinin 100 kv.metri, yəni bir sotu bazar qiyməti ilə təqribi 200000 manatdır. Bu səbəbdən 300 kv.metr torpaq sahəsi üçün iddiaçıya 600000 manat kompensasiya verilməlidir. Eyni zamanda, kommersiya obyekti kimi fəaliyyətdə olan 229,8 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə görə 700000 manat kompensasiya da müəyyən edilməlidir. Sökülən qeyd olunan 6 qeyri-yaşayış sahəsinin hər birinin ayda 500 manata icarəyə vermiş və oradan hər ay ümumillikdə 3000 manat gəlir əldə edirdi. Söküntünün 2008-ci ilin sentyabr ayında həyata keçirildiyi nəzərə alınsa, 135 ay ərzində həmin obyektlərdən 405000 manat gəlir götürməli idi. İddiaçının əmlakını sökmüş cavabdehin vəzifəli şəxsləri tərəfindən uzun illər aldadılmışdır. Bu isə daim əsəb gərginliyi, stress keçirməyinə səbəb olmuşdur. Bu səbəbdən mənəvi zərərin əvəzi olaraq cavabdeh 200000 manat kompensasiya ödəməlidir. İddiaçının mübahisəli əmlakı "xxxx" ASC-də girovdadır, ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC iddiaçıya qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Cəlilabad rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə həmin iş üzrə əmlakın qiymətləndirilməsi üçün ekspertiza təyin etmiş, lakin qeyd olunan mübahisəli əmlakın bir hissəsinin söküldüyü müəyyən edildiyi üçün, əmlakın tam şəkildə qiymətləndirilməsi mümkün olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı məhkəmədə iddia irəli sürməzdən əvvəl mülkiyyətinə olan qeyri-yaşayış binasının 2008-ci ildə Nəsimi metro stansiyasının tikintisi zamanı sökülməsi ilə bağlı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Ərizəçinin qeyd etdiyi qeyri-yaşayış binası Nəsimi metro stansiyasının tikintisinədək mövcud olması, mövcud olmuşdursa söküntünün kim tərəfindən həyata keçirilməsi ilə əlaqədar müvafiq sənədlər təqdim edilməmiş və rayon İcra Hakimiyyətinin arxivində söküntünün aparılması üçün qəbul edilmiş hər hansı bir qərar aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, metrotunel və metrostansiyaların tikintisinin aparılması rayon İcra Hakimiyyəti səlahiyyətinə aid edilməmişdir. Qeyd olunanlara əsasən ərizəçiyə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə müraciəti aidiyyəti üzrə Bakı Metropoliteni QSC-yə göndərilmişdir. Qeyd olunanlarla bağlı ərizəçiyə ətraflı cavab verilmişdir. İş materiallarında olan sənədlərdə və hətta yerində belə görsənir ki, iddiaçının iddia etdiyi yerdə Nəsimi metrostansiyası mövcuddur. Belə olan halda dəymiş zərər kimi kompensasiyanın rayon İcra Hakimiyyətinin üzərinə qoyulması absurddur.İşin mahiyyəti belədir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi ünvanında yerləşən 320 kv.m qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24.07.2008-ci il tarixdə verilmiş 01339864 seriya MH nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən vətəndaş İddiaçı mülkiyyədtində olmuşdur. Vətəndaşın çoxsaylı müraciətləri əsasında narazılığına səbəb olan məsələnin aradan qaldırılması məqsədi ilə rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı üzrə Bakı Metropoliteninin rəhbərliyinə rəsmi müraciətlər edilmişdir. İddiaçının çoxsaylı müraciətləri RİH tərəfindən Bakı Metropoliten QSC-yə ünvanlanmış və bu hal bütün sənədlərdə sübuta yetirilir. Bütün aşağıda qeyd olunan hallar barədə artıq uzun müddət araşdırmalar aparılmışdır. Bakı şəhər X10 İcraiyyə Komitəsinin 01.11.1986-cı il tarixli 20/943 saylı qərarına əsasən Binəqədi rayonunun şimal hissəsində İİİ növbəli metro stansiyasının yerüstü tikintisinin aparılması qərara alınmışdır. Qərarın 12.3.2-ci bəndində Kirov rayonu İcraiyyə Komitəsinə tikinti altına düşən sakinlərin siyahısının dəqiqləşdirilməsi tapşırılmışdır. Qərarın 12.3.3-cü bəndində tikinti smetasina tikililərin sökülməsi və ərazinin təmizlənməsi xərclərinin salınması tapşırılmışdır. Qərarın 12.4-cü bəndində Kirov rayonu İcraiyyə Komitəsinə tikinti altına düşən sakinlərin köçürülməsi tapşırılmışdır. Qərarın 12.4-cü bəndinin Binəqədi reayon icra Hakimiyyəti tərəfindən icra olunmamasından, yəni sakinlərin köçürülməsi prosesinin aparılmadığına görə 16.05.2008-ci il tarixli, 40 nömrəli, 10/3-235 saylı məktubla Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına Bakı Metropoliteni QSC tərəfindən müraciət olunmuşdur. Artıq bu fakt təsdiq edir ki, Binəqədi rayon İcra Hakimiyyəti sakinlərin köçürülmə prosesini aparmamışdır. Həmçinin iddiaçı Bakı Metropoliteni analoji iş üzrə yəni eyni ünvanda mövcud olmuş digər qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar vətəndaş C.İ.Cəfərova qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldıraraq DƏÖD verdiyi mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsini, qeyri-yaşayış sahəsinin sökülməsini və torpaq sahəsinin Bakı Metropolitenin istifadəyə verilməsini xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)1241/2008 saylı, 30.05.2008-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və tərəflər qətnaməni mübahisələndirməmişdirlər. Binəqədi rayon İcra Hakimiyyəti 30.06.2008-ci il tarixli 16/334 saylı məktubla Azərbaycan Respublikasının Baş Nazirinin müavininə müraciət edərək, 6-cı mkr, S.Məmmədova küçəsindəki Nəsimi metro stansiyasının tikintisi ilə əlaqədar vətəndaşların obyektlərinin Bakı Metropoletin tərəfindən söküldüyünü, obyekt sahiblərinə Binəqədi şossesində və Baksol ərazisində yerlər təklif olunsada, imtina etdikləri və bununla əlaqədar çoxsaylı müraciətləri nəzərə alaraq kompensasiya ayrılması məqsədilə komissiyanın yaradılmasını xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti 15.09.2009-cu il tarixdə 12/375 saylı məktubla Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək, 6-cı mkr. S.Məmmədova küçəsindəki Nəsimi metro stansiyasının tikintisinin başa çatdığının, həmin ərazidə 1616,15 kv.metr torpaq sahəsinin olduğunu və həmin ərazidə obyektləri sökülmüş şəxslərin iddiaçı və digərlərin obyektlərinin yenidən tikilməsinə razılıq verilməsini xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti 22.10.2009-cu il tarixdə 12/375 saylı məktubla Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək 6-cı mkr. S.Məmmədova küçəsindəki Nəsimi metro stansiyasının tikintisinin başa çatdığının, həmin ərazidə 1616,5 kv.m torpaq sahəsinin olduğunu və həmin ərazidə sökülmüş obyektlərin yerləşdirilməsinin texniki cəhətdən mümkün olduğunu, qeyri-yaşayış obyektinin yenidən tikilməsinə etiraz olunmadığını və səlahiyyətlərinə aid olduğu üçün münasibət bildirilməsini xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti iddiaçının və digər şəxslərin yaranmış problemlərinin həlli istiqamətində AR-nın Baş Nazirinin müavininə müraciət edərək iddiaçının və digərlərinin obyektlərinin Bakı Metropoliteni tərəfindən söküldüyünü, obyekt sahiblərinə Binəqədi şossesində və Baksol ərazisində yerlər təklif olunsada imtina etdiklərini və bununla əlaqədar çoxsaylı müraciətləri nəzərə alaraq kompensasiya ayrılması məqsədilə komissiyanın yaradılmasını, Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək Nəsimi metro stansiyasının tikintisinin başa çatdığının, həmin ərazidə obyektləri sökülmüş şəxslərin iddiaçı və digərlərin obyektlərinin yenidən tikilməsinə razılıq verilməsini xahiş etmişdir. Göründüyü kimi, Bakı şəhər X10 İKnin 01.11.1986-cı il tarixli, 20/943 saylı qərarının 12.3.2-ci bəndində Kirov rayonu İK-nə tikinti altına düşən sakinlərin siyahısının dəqiqləşdirilməsi, qərarın 12.3.3-cü bəndində tikinti smetasına tikililərin sökülməsi və ərazinin təmizlənməsi xərclərinin salınması, qərarın 12.4-cü bəndində Kirov rayonu İK-nə tikinti altına düşən tikililərin sakinlərinin siyahısının dəqiqiləşdirilməsi, qərarın 12.3.3-cü bəndində tikinti smetasına tikililərin sökülməsi və ərazinin təmizlənməsi xərclərinin salınması, qərarın 12.4-cü bəndində Kirov rayonu İK-nə tikinti altına düşən sakinlərin köçürülməsi, qərarın 12.4-cü bəndinin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən icra olunmamasından yəni sakinlərin köçürülmə prosesinin aparılmamasına görə analoji iş üzrə 2008-ci ildə vətəndaş İ.Ə.Yusifova qarşı Bakı Metropoliteni tərəfindən məhkəmədə iddia qaldırılması, sonradan məhkəmədə qaldırdığı iddia ərizəsindən imtina edilməsi, Bakı Metropoliteni metro stansiyasının tikintisi başa çatdıqdan sonra həmin ərazi Bakı şəhəri və Binəqədi rayonu İcra Hakimiyyətlərinin razılığı əsasında geri qaytarıla biləcəyi faktları Binəqdi rayon İcra Hakimiyyətinin iş üzrə cavabdeh ola biləcəyinin mümkünsüz edir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh qismində seçilmiş Binəqədi rayon İcra Hakimiyyəti hər-hansı bir söküntü işləri aparmamış, əksinə olaraq vətəndaşlara əməli köməklik göstərərək hüquqlarının bərpa olunmasında, sökülmüş obyektlərinin yenidən bərpa olunmasında qanunvericiliyin tələblərinə uyğun köməklik göstərmişdir. Bundan əlavə Binəqədi RİH dəfələrlə Bakı Metropoliteninə vətəndaşın müraciətlərini yönəltmişdir. Metropoliten bir dəfədə olsun cavab məktubunda bu işin onlara aidiyyətının olmamasını bildirməmişdir. Bütün qeyd olunan hallardan əlavə qeyd olunan ünvan üzrə və eyni hal üzrə Ali Məhkəmənin çoxsaylı Qərarları qəbul edilmişdir ki, onlardan biri iddiaçı X5 işi 2(102)2908/08 saylı, 22.10.2008-ci il tarixli olmuşdur ki, məhkəmə həmin ünvanda Bakı Metropoliteni tərəfindən iş aparılmasının və sahibkarlara dəymiş zərərin həmin təşkilat tərəfindən ödənilməli olduğunu müəyyən etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh X12 Agentliyi iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi üzrə X12 Agentliyi cavabdeh qismində olmamalıdır. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi barədə Agentlikdə heç bir məlumat olmamış və bununla bağlı Agentliyə dövlət büdcəsindən heç bir vəsait ayrılmamış, həmin söküntü işlərinin sifarişçisi və təşkilatçısı olmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh qismində icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh "xxxx" QSC tərəfindən iddia ərizəsinə etiraz təqdim edərək bildirilmişdir ki, "xxxx" QSC-nin cavabdeh kimi cəlb edilməsinin qeyri-mümkün sayılması barədə qərardad qəbul edilməlidir. Belə ki, Bakı şəhər X10 İcraiyyə Komitəsinin Tikintisnin layihələndirilməsinə icazənin verilməsi və torpaq sahəsinin ayrılması barədə 01 noyabr 1986-cı il tarixli, 20/943 saylı qərarı ilə Kirov (hazırda Binəqədi) və Nəsimi rayonları ərazisindən keçən Memar Əcəmi stansiyasından Dərnəgül stansiyasınadək Bakı Metropoliteninin İİ növbəsinin şimal hissəsinin layihələndirilməsi qərara alınmışdır. Qərarın 12.3.2-bəndində Kirov şəhər Sovetinin İcraiyyə Komitəsinə köçürüləcək tikililərin siyahısının Bakı şəhər Soveti İcraiyyə Komitəsinin yaşayış sahəsinin uçotu və bölüşdürülməsi İdarəsinə və Baş Memarlıq- Layihələndirmə İdarəsinə təqdim edilməsi tapşırılmışdır. Qərarın 12.4-cü bəndində açıq üsulla həyata keçiriləcək metropolitenin İİİ növbəsinin tikintisi üçün nəzərdə tutulan ərazinin hüdudlarına düşən tikililərin köçürülməsi Binəqədi rayon icra Hakimiyyətinə tapşırılmışdır. Qərarın 10.3-cü bəndində həmin sahəyə düşən qəbirstanlıqda dəfnlərin yol verilməməsi Kirov şəhər Sovetinin İK-nə tapşırılmışdır. Qərarın 10.6-cı bəndində Kirov şəhər Sovetinin İK-nə metropoliten obyekti tikintisi üçün ayrılmış torpaq sahəsinin kənar təşkilatlar tərəfindən tutulmasının yol verilməməsi və müəyyən olunmuş qaydanı pozan şəxslərin məsuliyyətə cəlb edilməsi tapşırığı verilmişdir. Həmin ərazidə Bakıdövlət layihə və Bakımetrolayihə İnstutlarının layihəsi əsasında şəhərin gələcək perspektiv inkişaf planı nəzərə alınmaqla tunellərin tikintisi və abadlıq işlərinin aparılması üçün hazırlıq işlərinin yerinə yetirilməsinə başlanılmışdır. Lakin ölkədə qeyri-stabillik, müharibə və digər səbəblərdən yaranmış ağır vəziyyət, o cümlədən maliyyə çətinlikləri bu işlərin tam gücü ilə və fasiləsiz icrasına mənfi təsir etmiş, hətta işlərin səngiməsinə səbəb olmuş və həmin dövrdə nəinki Bakı Metropoliteninin İİİ növbəsinin şimal hissəsinin tikintisi üçün ayrılmış sahə boşaldılmış, əksinə həmin ərazilərdə ayrı-ayrı şəxslər tərəfindən yaşayış və qeyriyaşayış obyektlərinin tikintisi vüsət almağa başlamışdır ki, bununla əlaqədar Bakı Metropoliteni İdarəsi mütəmadi olaraq müxtəlif instansiyalara müraciət etmiş, qeyri-qanuni tikililərin sökülməsini xahiş etmişdir. Bakı Metropoliteni uzun illər aidiyyəti yerli və mərkəzi icra hakimiyyəti orqanlarına, yerli bələdiyyələrə edilən müraciətlərində Bakı şəhər X10 İcraiyyə Komitəsinin 01 noyabr 1986-cı il tarixli, 20/943 saylı qərarı ilə Bakı Metropoliteninin İİİ növbəsinin şimal hissəsinin tikintisi üçün ayrılmış ərazilərin hüdudlarına düşən tikililərin köçürülməsini xahiş etmiş, bu müddət ərzində qeyri-qanuni tikililərin həyata keçirildiyini bildirərək, onların qarşısının alınması və ləğv edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. İddiaçı ünvanlanmış 20.11.2019-cu il tarixli, 40N-10/5-262 nömrəli cavab məktubunda da Bakı Metropoliteninin İİİ növbəsinin şimal hissəsinin tikintisi sahəsinə düşən fərdi yaşayış və qeyri-yaşayış binalarının köçürülməsinin Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edildiyi, ona məxsus olduğunu iddia etdiyi Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi 84 C ünvanında vaxtilə yerləşmiş, sonradan sökülmüş avtotəmir məntəqəsinə görə kompensasiya tələbinin "xxxx" QSC-yə qarşı əsassız olduğu bildirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş analoji məhkəmə işində 2-1(81)-20/2018 saylı, X13 cavabdehlər Binəqədi rayon İcra Hakimiyyətinə və "xxxx" QSC-yə qarşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə ******* manat kompensasiyanın və vurulmuş zərər olan 500000 manat pulun – cəmi ******* (iki milyon üç yüz yetmiş səkkiz min doqquz yüz) manat məbləğində pulun cavabdeh olan inzibati orqandan alınaraq ödənilməsi barədə iddia tələbi üzrə iddiaçının cavabdeh orqan "xxxx" QSC-yə qarşı olan hissəsində mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31.10.2018-ci il tarixli, 2-1(103)-1961/2018 saylı qərardadı və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 22.04.2019-cu il tarixli 2-1(102)-1201/2019 saylı Qərarı ilə qüvvədə saxlanılmışdır. Həmçinin, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.04.2018-ci il tarixli, 2-1(81)-20/2018 saylı qərardadında qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Baş Nazirinə ünvanlanmış 10.01.2008-ci il tarixli, 7-309/2 nömrəli məktubunun surətindən görünür ki, Metropolitenin Azadlıq və Nəsimi metro stansiyalarının tikintisinin vaxtında başa çatdırılmasına maneəçilik törədən bütün obyektlərin (tikililərin) ən qısa müddət ərzində köçürülməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə tərəflərindən Binəqədi rayon İcra Hakimiyyətinə tapşırıq verilmişdir. Cavabdeh göstərilənlərə əsasən, iddia tələbinin Bakı Metropoliteni QSC-yə qarşı mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7.-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırda iddiaçının iddiası cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı olan hissəsində mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti öz nümаyəndəsini məhkəməyə göndərməmişdir.Odur ki, işə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında İddiaçı, və iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi X9 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin "xxxx" QSC-yə olan hissəsində mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs “AccessBank “ QSC-nin nümayəndəsi, X7 iddiaçının banka kredit borcu olması barədə bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsində istifadədə olan 0.03768 ha torpaq sahəsində yerləşən 84 C nömrəli binada 320.0 kv.m ümumi, 320.0 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (52 saylı avtomobillərə texniki xidmət sahəsi) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 1569 nömrəli vərəqində qeydiyyata alınmışdır. 009326 nömrəli, 29 iyul 2005-ci il tarixdə tərtib edilmiş əmlakın inventarlaşdırılması bürosunun müəssisə və obyektin texniki pasportuna əsasən, İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Pişəvəri küçəsinin cənub-şərqi, 3245-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi – 52 saylı avtomobillərə texniki xidmət sahəsinin tikinti altı sahəsi 357.6 kv.m, ümumi sahəsi 320.0 kv.m, əsas sahəsi 320.0 kv. m göstərilmişdir. "xxxx" QSC-nin iddiaçıya ünvanladığı 40N-10/5-69 nömrəli, 04 aprel 2018-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Bakı metropoliteninin İİİ növbəsinin Şimal sahəsinin tikintisi, Bakı şəhər X10 İcraiyyə Komitəsinin 01 noyabr 1986-cı il tarixli 20/943 nömrəli qərarına əsasən həyata keçirilmişdir; qərara əsasən tikinti sahəsinə düşən fərdi yaşayış və qeyri-yaşayış binaların köçürülməsi Binəqədi rayon İcraiyyə Komitəsinə həvalə edilmişdir. Bu səbəbdən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi 84 C ünvanında yerləşən və sökülən avtotəmir məntəqəsinə görə kompensasiya tələbi "xxxx" QSC-yə qarşı əsassızdır. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı 02/09-11- 11/Q-155-50 nömrəli, 05 noyabr 2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, ərizədə qeyd edilən qeyri-yaşayış binasının Nəsimi metro stansiyasının tikintisinədək mövcud olması, mövcud olmuşdursa söküntünün kim tərəfindən həyata keçirilməsi ilə əlaqədar müvafiq sənədlər təqdim edilməmiş və rayon İcra Hakimiyyətinin arxivində söküntünün aparılması üçün qəbul edilmiş hər-hansı bir qərar aşkar edilməmiş, metrotunel və metrostansiyaların tikintisinin aparılması rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilməmiş, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə müraciəti aidiyyəti üzrə "xxxx" QSC-yə göndərilməsi tövsiyyə edilmişdir. Heba Consulting MMC-nin Ç-557 nömrəli, 30 may 2018-ci il tarixli Cəlilabad rayon məhkəməsinə ünvanladığı məktuba əsasən, ünvan 11rası məqsədilə, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına (52 saylı avtomobillərə texniki xidmət sahəsi) baxış keçirilən zaman, binanın bir hissəsinin söküldüyü müəyyən edilmişdir. Bu səbəbdən, əmlakın tam şəkildə qiymətləndirilməsi mümkün olmadığından, qərardad icra edilmədən geri qaytarılmışdır. "xxxx" QSC-nin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 40N-10/3-770 nömrəli, 05 avqust 2020-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, ünvan 13 ünvanında yerləşən torpaq sahəsinin Nəsimi metro stansiyasının tikintisi ilə əlaqədar tikinti altına düşən torpaq sahəsi olmayıb. Cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti məhkəməyə iddia ərizəsinə etirazını əsaslandıran sübut qismində Ali Məhkəmənin 2(102)-2908/08 saylı, 17 noyabr 2008-ci il tarixli qərarını və Ali Məhkəmənin 2-1(103)-1961/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qərardadını təqdim etmişdir. "xxxx" QSC-nin iddiaçıya ünvanladığı 40N-10/5-262 nömrəli, 20 noyabr 2019-cu il tarixli məktubuna əsasən, Bakı metropoliteninin İİİ növbəsinin Şimal sahəsinin tikintisi, Bakı şəhər X10 İcraiyyə Komitəsinin 01 noyabr 1986-cı il tarixli 20/943 nömrəli qərarına əsasən həyata keçirilmişdir. Yuxarıda göstərilən qərara əsasən tikinti sahəsinə düşən fərdi yaşayış və qeyri-yaşayış binaların köçürülməsi Binəqədi rayon İcraiyyə Komitəsinə həvalə edilmişdir. Bu səbəbdən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi 84 C ünvanında yerləşən və sökülən avtotəmir məntəqəsinə görə kompensasiya tələbi "xxxx" QSC-yə qarşı əsassızdır. Azərbaycan X12 Agentliyinin iddiaçıya ünvanladığı Q-3/16-8328 nömrəli, 07 noyabr 2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, qeyd olunan ünvanda Azərbaycan X12 Agentliyi tərəfindən heç bir yol-infrastruktur layihə həyata keçirilməmişdir və qeyd edilən daşınmaz əmlak Azərbaycan X12 Agentliyi tərəfindən sökülməmişdir. "xxxx" MMC-nin 01/612-1 nömrəli, 23 dekabr 2020-ci il tarixli ekspert rəyinə əsasən göstərilmişdir ki, ünvan 15 ünvanında yerləşən qeyri-yaşayış binasının 229.8 kv.m hissəsinin (orta təmirli kimi nəzərə almaqla) 23.12.2020-ci il tarixə olan bazar dəyəri – 520.000 (beş yüz iyirmi min) manat, likvid dəyəri - 416.000 (dörd yüz on altı) manat təşkil edir. Məhkəmənin 25 iyun 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmış, ekspert qarşısında aşagıdakı suallar qoyulmuşdur: ünvan 16 ünvanında 2008-ci ildə iddiaçıya məxsus olmuş tikililərin yerlərinin airokosmik görüntüdən istifadə olunmaqla müəyyən edilməsi; yol çəkildikdən sonra iddiaçıya məxsus olmuş və söküntüyə məruz qalmış tikililərin sahəsinin müəyyən edilməsi . Məhkəmə Ekspertiza Mərkəzinin 10/3689 nömrəli, 04 noyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, 29 iyul 2005-ci il tarixdə, İddiaçı adına tərtib olunmuş Texniki Pasportda qeyd olunan ünvan 1 ünvanında yerləşən tikililərin yerləşmə yeri aerokosmik görüntülərə əsasən müəyyən olundu. İddiaçı adına tərtib olunmuş Texniki Pasportda qeyd olunan ünvan 1 ünvanda yerləşən 2008-ci ildə mövcud olmuş tikililərin 129,8 kv.m (tikintialtı sahəsi 103.9 kv.m olan A literli və 25,9 kv.m olan H literli tikililər) hissəsinin, eyni zamanda texniki pasportda qeyd olunmayan 2008-ci ildə mövcud olmuş tikilinin 30 kv.m hissəsinin yol çəkilərkən (2008-2009-cu illərdə) söküldüyü və faktiki olaraq həmin ərazidən yol keçdiyi müəyyən olunur. Qeyd olunur ki, texniki pasportda qeyd olunan 1318,4 kv.m torpaq sahəsinin 340 kv.m hissəsindən faktiki olaraq yol keçdiyi müəyyən olunur. İddiaçı istifadəsində qalan 978,4 kv.m hissədə yerləşən tikililərin faktiki yerləşmə vəziyyətinin, ölçüsünün, konfiqurasiyasının 29 iyul 2005-ci il tarixdə tərtib olunmuş qeyri-yaşayış sahəsinə dair Texniki Pasportda qeyd olunan, 2008-ci il tarixdə mövcud olmuş B,C,D,E,F literli tikililərdən fərqli olmasını, 2008-ci ilin görüntülərində texniki pasportda qeyd olunmayan təqribən 80 kv.m (16x5) ölçüdə tikilinin mövcud olmasını və aerokosmik görüntülərdə 2008-ci ildən sonra həmin ərazidə yeni tikililərin müşahidə olunmasını nəzərə alaraq, texniki pasportda qeyd olunan bütün tikililərin eyni zamanda texniki pasportda qeyd olunmayan təqribən 80 kv.m (16x5) ölçüdə olan 2008-ci il tarixdə mövcud olmuş tikilinin yol çəkilərkən (2008-2009-cu illərdə) söküldüyü müəyyən olunur. Qeyd olunur ki, texniki pasportda qeyd olunan ərazinin iddiaçının istifadəsində qalan 978,4 kv.m hissəsində yeni tikililətin inşa edildiyi müəyyən olunur. Məhkəmə İddiaçı iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İşin faktiki hallarından müəyyən olunur ki, ünvan 17 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan əmlak 2008-ci ildə metronun Nəsimi stansiyasının tikintisi zamanı sökülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İşin faktiki hallarına əsasən iddiaçının Bakı şəhərinin Binəqədi rayon ərazisində mülkiyyətində olan qeyri-yaşayış sahəsi metronun Nəsimi stansiyasının tikintisi zamanı sökülmüşdür və iddiaçıya bu günə qədər həmin əmlaka görə kompensasiya ödənilməmişdir. Oxşar inzibati iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 841/2020 nömrəli, 15.09.2020-ci il tarixli qərarında iddiaçının əmakının sökülməsinə görə cavabdeh qismində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tanınmaqla, əks olunmuş mövqeyinə əsasən “X2 Company” MMC-nin rəyi ilə müəyyən edilən orta bazar qiyməti əsas götürülməklə, iddiaçıya onun əmlakının alınması ilə əlaqədar kompensasiya ödənilməsi ədalətli və ağlabatan əvəzi hesab edilə bilər. Hazırki iş üzrə "xxxx" MMC tərəfindən iddiaçının əmlakının qiymətləndirməsinə dair rəyinə əsasən ünvan 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 229.8 m2 hissəsinin 23.12.2020-ci il tarixə olan bazar dəyəri 520 000 (beş yüz iyirmi min) manat təşkil edir. 689 nömrəli 26 dekabr 2007-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilmişdir: “2.3. dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.” Belə olan halda məhkəmə iddiaçının sökülmüş qeyri-yaşayış sahəsinə görə (520000 + 124000 )cəmi 624000 manat kompensasiyanın ödənilməsi ağlabatan və ədalətli hesab edir. Eyni zamanda məhkəmə iddiaçının digər tələbini - əldən çıxmış faydaya görə 643500 manat məbləğinin ödənilməsi hissədə iddianı- əsassız hesab edir. Belə ki, iddiaçıya məxsus olmuş, hal-hazırda sökülmüş, qeyri-yaşayış sahəsinin istifadəsi zamanı gəlirlərin əldə edilməsinə dair sənədlər təqdim edilməmiş, onların mövcud olması barədə məlumat verilməmişdir. Bundan başqa iddiaçı ona mənəvi zərərin ödənilməsini də tələb etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri ilə iddiaçının mənəvi zərərə səbəb ola bilən mənfi psixoloji reaksiyaya məruz qalması işə baxılan zaman öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçıya 624000 (altı yüz iyirmi dörd min) manat kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmənin 05.04.2022-ci il tarixli, 2-1(112)-189/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Bakı Metropoliten QSC, Azərbaycan X1rşı ünvan 1 ünvanında yerləşən 229,8 kv.metr hissəsinə görə 828000 (səkkiz yüz iyirmi səkkiz min) manat, əldən çıxmış faydaya görə görə 643500 (altı yüz qırx üç min beş yüz) manat, mənəvi zərərə görə 200000 (iki yüz min) manat, ümumillikdə ******* (bir milyon doqquz yüz iyirmi beş) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi cavabdehlər Bakı Metropoliten QSC-yə və Azərbaycan X12 Agentliyinə münasibətdə mümkün hesab edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat məbləği cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 68 , 69, 85 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 624000 (altı yüz iyirmi dörd min) manat kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləği tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X6, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar