Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1890/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X19) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X19) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 Bakı şəhəri, M.Arif küçəsində yerləşən 27, 192 A saylı ev ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Bakı şəhəri, M.Arif küçəsində yerləşən 27, 192 A saylı ünvanda yerləşən ev iddiaçılar tərəfindən 1990-cu illərdə yenidən inşa olunmuşdur, həmin mənzildə onlar uşaqları ilə qeydiyyatda olmaqla uzun müddətdir yaşayırlar. Bu mənzil inşa olunmamışdan əvvəl həmin ünvanda köhnə tikili mövcud olmuş, 1988-1990-cu illərdə bu tikili yararsız vəziyyətə düşərək dağılmışdır, yerində isə iddiaçıların öz vəsaiti hesabına yeni tikili inşa edilmişdir. Bu ünvana 1954-cü il təvəllüdlü X1 dəfə 2009-cu illərdə pasport qeydiyyatına alınmışdır. Əvvəllər isə qeydiyyatda olmaqla o, 1988-ci ildən bu evi tərk edərək daimi yaşamaq üçün başqa bir ünvana köçmüşdür. Onun qeydiyyatı isə bu günədək iddiaçıların üstündə olmaqla qalır. Bu isə onlardan artıq pul vəsaitlərinin tutulmasına zəmin yaradır. O, bu ünvanda yaşamaya-yaşamaya onlar onun əvəzinə Mənzil İstismar Sahəsinə kommunal xərclər ödəməyə məcbur qalırlar. Ödəməyəndə də Mənzil İstismar Sahəsi tərəfindən onlara uşaqlarının məktəbinə və sair digər zəruri arayışlar verilmir. Onun iddiaçıların evində heç bir əmlakı yoxdur, istifadə hüququ yoxdur, yalnız pasport qeydiyyatıdır, o da formal xarakter daşıyır, heç bir hüquq yaratmır. Bu barədə iddiaçılar Cavabdehnə ərizə ilə müraciət edərək onun pasport qeydiyyatından çıxarılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli imtina məktubu vermişdir. Həmin imtina məktubunda cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələbinə əsasən, vətəndaşların qeydiyyatdan çıxarılma məsələlərinin polis orqanının səlahiyyətlərinə aid olmadığı üçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdehin imtinası əsassız və qanunsuzdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1996-cı il tarixli Fərmanının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayəş sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi vətəndaş X8 iddiaçıların evlərində heç bir hüququ yaranmamış və mövcud deyil. Bu halı indiyə qədər tərəflər arasında baş vermiş mülki mübahisələrə dair qanuni qüvvəsini alan məhkəmə aktları bir daha subut edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər X11 və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsinə dair iddiası təmin edilmiş, X19, X20 və X3 Bakı şəhəri, M.Arif küçəsində yerləşən 27, 192 A saylı evə istifadə hüquqları itirilməklə pasport qeydiyyatından çıxarılmaları qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə cavabdeh X19 və qeyrilərinin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı1 cavabdehlər X23ma və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 2(102)-3697/10 saylı qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilmədən Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, hazırki tələblə bağlı mülki işə baxan məhkəmələr İddiaçı1 iddiasının təmin edilməməsi barədə nəticəyə gəlsələr də, eyni zamanda cavabdeh Qənirə Osmanovanın 1987-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsindəki 27 saylı evin 192 “A” saylı mənzilindən daimi yaşamaq üçün başqa ünvana köçüb getməsi və orada yaşamamasına münasibət bildirilməmişdir. Bundan sonra iddiaçılar X19 və X13 cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı mənzildən və qeydiyyatdan çıxarılma, yaşayış sahəsinin yerinin müəyyən edilməsi, mənzilə köçürülmə, əsassız varlanma nəticəsində əldə olunmuş pulun, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsələr də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli 2(005)-2824/2011 saylı qətnaməsi ilə onların iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(103)-601/2011 saylı qətnaməsi ilə birinci instansiyası məhkəməsinin həmin qətnaməsindən X19 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Həmin qətnamə də bu gün qanuni qüvvəsindədir. Həmin tələblərə dair mülki işi araşdırarkən məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsindəki 27 saylı evin 192 “A” saylı mənzili iddiaçı X17 tərəfindən inşa etdirilmiş özbaşına tikilidir və iddiaçı həmin özbaşına tikiliyə Bakı şəhəri Nərimanov rayon XDS İK-nin xx.xx.1983-cü il tarixli 62 saylı protokluna əsasən qeydiyyata alınmışdır. Həmin özbaşına tikili cavabdehlərin yaşadıqları ünvanla qonşuluqda yerləşmişdir, iddiaçı X19 1988-ci ildən barəsində mübahisə gedən özbaşına tikilidən ailə üzvləri ilə birlikdə köçüb getmiş, bir daha həmin ünvana qayıtmamışdır və artıq 23 ildir həmin ünvanda yaşamır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından, həmçinin tərəflərin izahatları və şahidlərin ifadələrindən müəyyən edilmişdir ki, barəsində mübahisə gedən özbaşına tikilinin tavanı və divarlarının bir hissəsi 1990-cı ildə uçub dağılmış, ev yaşamaq üçün tam yararsız vəziyyətə düşmüş, tikili bir müddət dağılmış vəziyyətdə qaldıqdan sonra, cavabdeh X4 vəsaiti hesabına evin həmin tikilinin yerində yenisi tikilmişdir. Belə ki, məhz iddiaçının özü elə iddia ərizəsində yaşayış yerinin müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Bununla da məhkəmələr hesab etmişlər ki, iddiaçı X19 özbaşına tikili ilə bağlı faktiki sahiblik hüququnu itirmişdir. Sonradan bir müddət sonra iddiaçılardan X21 və daha sonra müəyyən bir müddət keçdikdən sonra X13 iddiaçıların evindən özləri qeydiyyatdan çıxarılmışdırlar. X2 1988-ci ildən həmin mənzildən köçüb getsə də, bu günədək də iddiaçıların evində formal pasport qeydiyyatındadır, bu da qeyd edildiyi kimi, onun yerinə artıq pul vəsaitlərinin - kommunal xərclər üçün ödənişlər xərcləmələrinə şərait yaradır. Bundan başqa X8 mənzildə qeydiyyatda qalması Ölkə Başçısı İlham Əliyev cənablarının son dövrlər özbaşına tikililərin sənədləşdirilməsi ilə bağlı vermiş olduğu Sərancamın da icrasına maneələr yaradır. Həmin şəxsin iddiaçıların evində qeydiyyatda qalması formal baxımdan müəyyən problemlər yaradır. İddiaçıların mübahisə predmeti olan evə mülkiyyət hüququ əldə etməyə gözlənti hüquqları vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər Cavabdeh tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Sizin Nərimanov RPİ-nə ünvanladığınız pasport qeydiyyatında olan X12 Sizə məxsus Nərimanov rayon, M.Arif küç, ev.27, m. 192 A saylı evdən qeydiyyatdan çıxarılmasına dair ərizənizə QMB-də baxıldı. Bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri bizim səlahiyyətimiz daxilində olmadığından pasport qeydiyyatında olan köhnə sakinlərin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir. Odur ki, bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 38 saylı MKİS-nin xx.xx.2019-cu il 051033 saylı forma-2 arayışından görünür ki, Bakı şəhəri, M.Arif küçəsində 27 saylı evin 192A saylı mənzilində İddiaçı2 (özü), İddiaçı1 (arvadı), X14 (qızı), X15 (qızı), X19 qeydiyyatdadırlar. İş materiallarında olan Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 38 saylı MKİS-nin xx.xx.2019-cu il 251481 saylı arayışından görünür ki, İddiaçı2 həqiqətən Bakı şəhəri, M.Arif küçəsində 27 saylı evin 192A saylı mənzilində pasport qeydiyyatındadır və göstərilən mənzilin bütün kommunal xərclərini ödəyir. İş materiallarında olan Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 38 saylı MKİS-nin 318/0192a nömrəli şəxsi hesab vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, M.Arif küçəsində 27 saylı evin 192A saylı mənzilində İddiaçı2 (özü), İddiaçı1 (arvadı), X14 (qızı), X15 (qızı), X19 qeydiyyatdadırlar. İş materiallarında olan Nərimanov rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2002-ci ildə verilmiş Vİİ-JQ seriyalı 441591 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 X16 ilə xx.xx.2002-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(005)-2824/2011 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X8 və X5 cavabdehlər İddiaçı1, İddiaçı2, X9, X10, X22ma və Vəkil Bayram oğluna qarşı cavabdehlər İddiaçı1, İddiaçı2, X6, X7, X4 və Vəkil Bayram oğlunun Bakı şəhəri Nərimanov rayonu M.Arif küçəsində yerləşən 27 saylı evin 192“A” saylı mənzilindən (evindən) qeydiyyatdan, həmin mənzildən (evdən) və həyətdən çıxarılmaları, göstərilən mənzilin (evin) yaşayış və həyətyani sahəsinin, dəmir darvazasının yerinin müəyyən edilməsi, iddiaçılar X8 və X5 qeyd edilən ünvana köçürülmələri, həmin (evə) mənzilə aid olan kommunal xidmət, yəni su, qaz və kanalizasiya xətlərinin ayrılmaları, əsassız varlanma nəticəsində əldə edilmiş 69.000 manat, vurulmuş maddi zərərə görə 10.000 manat və mənəvi zərərə görə 5.000 manat məbləğində pulun və 120 manat məbləğində məhkəmə məsrəflərinin cavabdehlərdən iddiaçıların xeyrinə tutulması, cavabdehlər İddiaçı1, İddiaçı2, X6 və X7 Bakı şəhəri Nərimanov rayonu M.Arif küçəsində yerləşən 27 saylı evin 192“A” saylı mənzilindən qeydiyyatdan çıxarılmaları barədə yazının ləğv edilməsinin Bakı şəhəri Cavabdeh Şəxsiyyət və qeydiyyat vəsiqəsi şöbəsinə və Mənzil İstismar Sahəsinə həvalə edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(103)-601/2011 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X19 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2824/2011 saylı, xx xxxxxxx 2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X8 qeydiyyatda olduğu tikili özbaşına tikili olmuş, iddiaçı 1989-cu ildən həmin tikilidən köçüb getmiş, həmin tikilidən həmin vaxtdan da istifadə etməmiş, bir müddətdən sonra həmin tikili uçub dağılmış, sonradan cavabdeh tərəfindən həmin tikilinin yerində yeni özbaşına tikili tikilmişdir, iddiaçı özbaşına tikili ilə bağlı faktiki sahiblik hüququnu itirmişdir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir; 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. İş materiallarından görünür ki, ünvan 3 A ünvanı 1988-1990-cı illərdən mövcuddur. İddiaçılar həmin tarixdən həmin ünvanda yaşayırlar və hazırda da həmin ünvanda qeydiyyatdadırlar. İddiaçıların qızları xx.xx.2003-cü il təvəllüdlü X14 və xx.xx.2006-cı il təvəllüdlü X15 da həmin ünvanda qeydiyyatdadırlar və orada yaşayırlar. Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 38 saylı MKİS tərəfindən həmin ünvanla bağlı İddiaçı2 adına şəxsi hesab vərəqəsi də tərtib edilmişdir. Üçüncü şəxs X19 da qeyd olunan ünvanda qeydiyyatdadır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X19 qeyd olunan ünvandan 1989-cu ildən köçüb getmişdir və həmin ünvanla bağlı faktiki sahiblik hüququnu itirmişdir. Qənirə Osmanova 1989-cu ildən həmin ünvandan köçüb getməsinə baxmayaraq, qeydiyyatdan çıxmamış və formal olaraq orada qeydiyyatda qalmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iş üzrə üçüncü şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 3 A ünvanından X8 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1890/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1890/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver