Məhkəmə qərarları › İş №2-1(112)-1891/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1891/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1891/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh -Cavabdehnə 3-cü şəxslər - X5, X4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qarşı «qeydiyyatdan çıxarılma» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı X5 və X1 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə məhkəmənin icraatına verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X5 və X1, xx.xx.2020-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. İş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılaraq, təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı X2 və X1 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmalarını tələb edir. İş materiallarında olan Koqaren Tiqranın adına olan “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un və Əliyev Tofikin adına olan “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un surətlərindən görünür ki, hər iki pasportda daşınmaz əmlakın ünvanı “Qarayev 9/2” göstərilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1338/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X5 və X3 qarşı cavabdehlərin ünvan 1 evindən istifadə hüququna xitam verilməsinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1338/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi işin mübahisəsiz halıdır. İPM-in 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1338/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsində göstərilmişdir: “Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlərdən X1 ünvan 2 ünvandan xx.xx.2019-cu il tarixdən, yəni, məhkəməyə iddia ərizəsi verilənədək həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. İddiaçı bununla bağlı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etməsə də, məhkəmə hazırki iddia üzrə X3 münasibətdə hüquqi qiymət verilməsi zərurəti aradan qalxdığı üçün bununla bağlı məhkəmənin 13 mart 2020-ci il tarixli qərardadı ilə həmin cavabdehə münasibətdə işin icraatına xitam verilmişdir. Məhkəmə iddiaya cavabdeh Turxan Əliyevə münasibətdə hüquqi qiymət verərək qeyd edir ki, onun və nümayəndəsinin izahatları ilə müəyyən olunur ki, o iddiaçıya məxsus evdə heç vaxt yaşamayıb, onunla həmin ünvanda ümumi təsərrüfat aparmayıb. İddiaçı da həmin cavabdehin və artıq qeydiyyatı olmayan cavabdehin ona məxsus evdə onunla birlikdə yaşamadıqlarını və ümumi təsərrüfat aparmadıqlarını təsdiq edir. Tərəflərin də izahatlarından göründüyü kimi, onlar faktiki olaraq ayrı evlərdə yaşamaqla həmin evlər birbirindən aralıdırlar. Cavabdeh Turxan Əliyev də iddiaçıya məxsus olan evə bu və ya digər şəkildə iddialı deyil və olmamışdır. Bu işin mübahisəsiz hallarıdır. Lakin hər iki evin hüquqi ünvanı eynidir.” (Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1338/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin 3-cü səhifəsinin yuxarıdan 5-ci və 6-cı abzasları) Göründüyü kimi, iddiaçı və onun qeydiyyatdan çıxarmaq istədiyi şəxslərin faktiki olaraq fərqli evlərdə yaşamaları, lakin eyni ünvanda qeydiyyatda olmaları işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən vətəndaşlar ünvana deyil, yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alındığından, iddiaçı isə qeydiyyatdan çıxarmaq istədiyi şəxslərlə faktiki olaraq fərqli evlərdə yaşadığından, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmçinin, məhkəmə iclasında iştirak edən iddiaçı öz izahatında bildirmişdir ki, 3-cü şəxslər qeyd edilən ünvanda qeydiyyatda olduqlarından, iddiaçı ona məxsus daşınmaz əmlaka dair alqı-satqı müqaviləsini bağlaya bilmir. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərildiyi kimi, vətəndaşlar ünvana deyil, yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınırlar, 3-cü şəxslərin isə yaşayış yerləri fərqli olduğundan, onların iddiaçı ilə eyni ünvanda qeydiyyatda olmaları iddiaçı tərəfindən ona məxsus evə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə (özgəninkiləşdirilməsinə) maneə törədə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə qeydiyyatdan çıxarmaq istədiyi şəxslər, yəni X2 və X1 faktiki olaraq fərqli evlərdə yaşamaları iş materialları ilə öz təsdiqini tapdığından, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur, odur ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Həmçinin, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəməyə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar