Məhkəmə qərarları › İş №2-1(112)-1892/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1892/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1892/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “ümumi orta təhsil haqqında fərqlənmə attestatının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Republikasının Elm və Təhsil Nazirliyinə və Azərbaycan Republikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü övladı X2 ümumi orta təhsil haqqqında fərqlənmə attestatının verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra qanuni nümayəndə kimi ərizələr təqdim edərək, iddiaçının əsl iddiaçı X3 ilə əvəz edilməsini, cavabdeh qismində isə yalnız Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsini göstərməklə, xx.xx.2007-ci il təvəllüdlü X2 ümumi orta təhsil haqqqında fərqlənmə attestatının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin (bundan sonra – cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizələr təmin edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri 114 saylı tam orta məktəbin 9 "Q" sinifində orta təhsil almış xx.xx.2007-ci il təvəllüdlü X3 1-ci sinifdən 9-cu sinifə qədər tam əlaçı olmaqla "əla" qiymətlərlə oxumuşdur. Məhəmməd Qasımovun hər zaman arzusu orta məktəbi "əla" qiymətlərlə bitirərək, ali məktəbə daxil olmaq idi. Məhəmməd məktəbin ən yaxşı oxuyanı, bütün tədbirlərdə öndə getməklə fəal iştirak edən bir şagirdi olmuşdur. xx.xx.2022-ci il tarixdə 9-cu sinif imtahanlarını yenə də yüksək göstəricilərlə vermişdir. Lakin 9-cu sinif üzrə fərqlənmə attestatı alması üçün 1 balı çatmamışdır. Son nəticədə riyaziyyat fənni üzrə biliyi bir qədər aşağı, yəni 74 bal qiymətləndirilmişdir. Bununla bağlı M.Qasımov dərin psixoloji gərginlik və sarsıntı hissləri keçirir. Hazırda onun oxumağa həvəsi kəskin dərəcədə düşmüş və özünə inam hissi azalmışdır. X1 1 balının artırılması heç bir kəsin hüquqlarını pozmamaqla onun daha da əzmlə oxumasına səbəb ola bilər. Əlbəttə ki, 11-ci sinif imtahanlarının nəticəsi ilə bağlı olsaydı, müraciət olunmazdı, çünki o imtahanların nəticəsi ali məktəblərə qəbula təsir edir və belə bir müraciət başqa övladların hüququnu pozmasına yönəlmiş bir addım, ədalətsizlik olardı. Digər bir tərəfdən, M.Qasımovun riyaziyyat fənni üzrə biliyi yüksək olduğu halda aşağı qiymətləndirmə aparılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli iddiaya yazılı münasibətdə iddia tələbinin təmin edilməməsi xahiş olunmuş və göstərilmişdir ki, Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2017-ci il tarixli, 129 nömrəli əmri ilə təsdiq edilmiş” Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın 2.3-cü bəndinə əsasən ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları verilməsi şərtlərindən biri də tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında məzunun hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplamasıdır. X3 riyaziyyat fənni üzrə yekun attestasiya imtahanından 74 bal toplamışdır, bununla da, Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2017-ci il tarixli, 129 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın 2.3-cü bəndinə qeyd edilən şərti ödəyə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan Azərbaycan Resoublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan və ümumi orta təhsil haqqında attestatdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu 114 nömrəli tam orta məktbin 9Q sinif şagirdi xx.xx.2007-ci il təvəllüdlü X3 buraxılış imtahanında ana dili üzrə 89, riyaziyyat üzrə 74, xarici dil üzrə 91 bal toplamış, ona C seriyalı 600925 nömrəli xx.xx.2022-ci il tarixli ümumi orta təhsil haqqında adi attestat verilmişdir. İddiaçı ona fərqlənmə attesatının verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2017-ci il tarixli. 129 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqındə fərqlənmə attestatlarının verilməsi Qaydası”nda ümumi orta təhsil haqqında fərqlənmə attestatının verilməsi üçün qeyd olunmuş tələblərdən biri şagirdin ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplamasıdır. İddiaçı riyaziyyat fənni üzrə topladığı bal, tələbi ödəmədiyi üçün ümumi orta təhsil haqqında fərqlənmə attestatının verilməsi mümkün deyildir. İddiaçı bu imtina ilə razılaşmayaraq ona fərqlənmə attesatının verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”na əsasən: - 1.2. Ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir. - 1.3. Ümumi təhsil müəssisələrində ümumi orta və tam orta təhsil səviyyələrində təhsilalanların yekun attestasiyası Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən aparılır. - 2.2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada aşağıdakı iki mərhələdə keçirilir: 2.2.1. birinci mərhələdə şagirdlərə tədris dili fənnindən 20, xarici dil fənnindən 15 və riyaziyyat fənnindən 10 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Bu mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 bal olmaqla, cəmi 90 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır; 2.2.2. ikinci mərhələdə şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla, cəmi 210 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən: - 2.2. Ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir: 2.2.1. ümumi orta təhsil haqqında attestat (adi və fərqlənmə); 2.2.2. tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və xüsusi nümunəli). 2.3. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat verilir. - 5.1. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim edilir. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2017-ci il tarixli 129 saylı əmri ilə təsdiq edilmiş “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”na əsasən: - 1. Bu Qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 2.3-cü və 2.4-cü bəndlərinə uyğun hazırlanmışdır və ümumi təhsil müəssisələrində məzunlara ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi prosesini tənzimləyir. - 2. Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları aşağıdakı tələblərə uyğun gələn məzunlara verilir: 2.1. ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi; 2.2. bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması; 2.3. ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması; 2.4. tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması); 2.5. buraxılış imtahanında inşadan (essedən) minimum 7 (yeddi) bal toplaması. - 3. Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. - 4. Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məktəb direktorunun təqdimatına əsasən, məktəbin tabe olduğu təhsili idarəetmə orqanının əmri ilə rəsmiləşdirilir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində məzunlara ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Pedaqoji Şuranın qərarına əsasən, məktəb direktorunun əmri ilə rəsmiləşdirilir. - 5. Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları məzunlara təntənəli surətdə təqdim edilir. İstinad olunan normalardan görünür ki, ümumi orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzuna fərqlənmə attestatının verilməsi üçün:

1. sinif rəhbəri məktəbin pedaqoji şurasına təqdimat verir;

2. həmin təqdimat əsasında məktəbin pedaqoji şurası müvafiq qərar qəbul edir;

3. Məktəbin pedaqoji şurasının qərarından sonra məktəb direktoru məktəbin tabe olduğu təhsili idarəetmə orqanına təqdimat verir;

4. məktəb direktorunun təqdimatına əsasən, məktəbin tabe olduğu təhsili idarəetmə orqanı müvafiq əmr verir. İşdə olan A.Səfərov adına 114 nömrəli tam orta məktəbin 133 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 2013-2021-ci illərdə 114 №li tam orta məktəbdə təhsil almış, 2021-ci ildə İX sinfi əla qiymətlərlə bitirmiş, ümumi orta təhsil haqqında adi attestat almışdır. “Ümumi orta həhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası” nın şərtlərindən biri məzunun ümumi orta təhsil səviyyətində buraxılış imtahanlarından hər bir fənn üzrə ən azı 75 bal toplamasıdır. Haqqında danışılan X3 buraxılış imtahanında Azərbaycan dili fənnindən 89 bal, xarici dil fənnindən 91 bal, riyaziyyat fənnindən 74 bal toplamışdır. Qasımov Məhəmməd riyaziyyat fənnindən 74 bal topladığından fərqlənmə attestatının verilməsi tələbini ödəməmişdir. Bu səbəbdən X2 adi attestat verilmişdir. X2 fərqlənmə attestatı verilməsi barədə Pedaqoji Şurada qərar qəbul edilməmiş və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də təqdimat göndərilməmişdir. Görünüdüyü kimi, cavabdehin iddiaçıya fərqlənmə attestatı verilməsi barədə qərar qəbul etməsi, yəni bu barədə inzibati icraatın başlanması üçün ona 114 №li tam orta məktəbin pedaqoji şurasının qərarı və məktəb direktorunun təqdimatı göndərilməli olduğu halda həmin sənədlər təqdim edilməmişdir. Belə olan halda, aydındır ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halına yol verilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iş üzrə arzuladığı nəticəyə nail olması üçün müvafiq qərar qəbul edilməsi məqsədilə məktəbin pedoqoji şurasına müraciət etməlidir, tələbi təmin edilmədikdə isə həmin imtinanı məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir. Yalnız həmin qərar qəbul edilməklə, təqdimat əlavə edilmiş müvafiq sənədlərlə birlikdə cavabdehə göndərildikdən sonra, iddiaçının cavabdehə qarşı fərqlənmə attesatatının verilməsi barədə tələb irəli sürmək hüququ yaranacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar