Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1893/2020 01.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı Cavabdehnə qarşı “övladının soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,Məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X3 doğum akt qeydində soyadının “Mirzəyev” soyadından “Mirzəbəyli” soyadına dəyişdirilərək, yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1893/2020 saylı, 13 fevral 2020-ci il tarixli qərardadı ilə X4 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X4 rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahdan üç övladları dünyaya gəlib. Böyük övladının soyadı “Mirzəbəyli” olsa da, kiçik övladı X1 dəyişdirilərək, “Mirzəbəyli” edilməsi barədə müraciətə Bakı şəhəti Cavabdeh tərəfindən əsassız olaraq təmin edilməmişdir. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, AA0692541 saylı, FİN: 8Q03ADT nömrəli şəxsiyyət vəsiqəsi 16 sentyabr 2014-cü il təvəllüdlü vətəndaş X5 verilmişdir. AZ-İ№315186 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında 11 aprel 2007-ci il tarixdə nikah bağlanmışdır. AZ-İİİ№410729 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən və məhkəmə sorğusu əsasında təqdim olunmuş 410729 saylı akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X8 16.09.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Həmin şəhadətnamədə, onun atasının İddiaçı, anasının isə X4 olduğu göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh 12 noyabr 2019-cu il tarixli 1192-05/15 nömrəli məktubdan görünür ki, 16.09.2014-cü il təvəllüdlü -X1 “Mirzəyev”-dən “Mirəbəyli”-yə dəyişiklik edilməsi qanunvericiliyə uyğun olmadığından İddiaçı müraciətinə imtina edilmişdir. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 X1 dəyişdirilməsinə etiraz etməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı 16 sentyabr 2014-cü il tarixində doğulmuş uşağının doğumunun qeydə alınması və uşağa “Mirzəbəyli” soyadının verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan uşağın soyadının bir qayda olaraq valideynlərinin soyadı ilə müəyyən edildiyinə istinad edərək məsələnin həlindən imtina etmişdir. Haızrki iddiasında iddiaçı uşağın soyadının sonluğunun dəyişdirilməsi məsələsini mübahisələndirir və dəlillərinin əsasını belə bir dəyişikliyin qanunvericiliklə qadağan edilmədiyi təşkil edir. Məhkəmə hazırki işlə bağlı aşağıdakı normaların təhlilini zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Yuxarıda göstərilən normalardan göründüyü kimi, qanunvericilikdə uşağın soyadının bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən olunduğu qeyd olunmuşdur. Hazırki işdə valideynlərin soyadlarının eyni olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, hər iki soyadda sözün kökü “Mirzə”dir və uşağa verilməsi istənilən “Mirzəbəyli” soyadı “Mirzəyev” soyadından yalnız sonluğuna görə fərqləndiyindən mübahisəyə soyad sonluğunun dəyişdirilməsi qaydaları əsasında baxılmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarının birinci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “- oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq bildirir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Lakin, bu sahədə istinad olunan yeganə hüquqi akt hazırda da qüvvədə olan Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarıdır. Həmin Qərarda isə “-ov”, “- yev” sonluqlu soyadların dəyişilməsi qaydası dəqiq formada müəyyənləşdirilmişdir. Hazırki iş üzrə valideynlərin soyadı “Mirzəyev” olduğundan göstərilən Qərarın müddəaları onlara da şamil edilir. Belə ki, valideynlərin soyadı “-yev” sonluğu ilə bitdiyindən, Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan Qərarı həmin sonluğun “-li”, “-zadə”, “-oğlu” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilməsinə imkan verir. Odur ki, qanunvericiliklə ”Mirzəyev” soyadının – “Mirzəli”, “Mirzəzadə”, “Mirzə”, “Mirzəoğlu” ifadə formaları ilə əvəz edilmə imkanı nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərdən aydın olur ki, sözügedən qərarda “yalnız”, “əvəz etməlidirlər” kimi ifadələr qeyd olunmasa da, onlar dispozitiv norma kimi başa düşülməməlidir. Belə ki, həmin Qərar sonluğun dəyişmə qaydasını müəyyən etmək üçün qəbul olunmuşdur və “ov”, “-yev” sonluqlu soyadın bu Qanunda göstəriləndən başqa formada dəyişməsinin mümkünlüyü nəzərdə tutulmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Cavabdeh imtinası qanunazidd deyildir və İddiaçı hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçıCavabdehnə qarşı “övladının soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1893/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1893/2020
01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver