Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1893/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, Binəqəqi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 22A ünvanında faktiki yaşayan), 3-cü şəxs X2 (Bakı şəhəri, Binəqəqi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 22A ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər X11 və X6 cəlb olunmaqla) pasport qeydiyyatına alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunun əsassız hesab edilərək, özünün və xx.xx.2017-ci il tarixdə anadan olmuş oğlu X9 Bakı şəhəri, Binəqəqi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 22 ünvanında yerləşən mənzilə qeydiyyata alınmaqların öhdəliyinin cabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 08 fevral 202-ci il tarixli Qərardadına əsasən X11 və X6 3-cü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı və xx.xx.2017-ci il il təvəllüdlü oğlu X9 Bakı şəhəri, Binəqəqi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 22 A ünvanında yerləşən mənzilə qeydiyyata alınmaqları öhdəliyinin cabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdə X12 ilə 1 Saylı Bakı "Asan Xidmət" X4 nikaha daxil olmuşlar. İddaçı özünə məxsus əmlakını, cehiz olaraq ünvan 3 ünvanında yerləşən mənzilə aparmış, gəlin köçmüş və ailənin bütün üzvləri ilə həmin mənzildə ümumi təsərraüfat aparmaqla ailə üzvü olmuşdur. Həmin mənzildə xx.xx.2017-ci il tarixdə övladı Səid doğulmuşdur. İddiaçı sösü gedən mənzildə xx.xx.2017ci ildən başlayaraq mütəmadi olaraq mübahisəsiz olaraq yaşasa da, həmin mənzildə bir övladı dünyaya gəlsə də, nə o və nə də azyaşlı oğlu həmin mənzilə qeydiyyata alınmamışlar. Azyaşlı oğlu ilə özünün bir sıra hüquqları, yaşayış yerindən arayış almaq, seçki hüuqu kimi hüuqları pozulur. İddiaçı mübahisəziz olaraq yaşadığı mənzilə qeydiyyata alınmağı üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Polis Polis İdarəsi Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat" haqqında Qanunun 5-ci maddəsinin tələblərinə istinad edərək müraciəti təmin etməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə hazırlıq icraatı iclasında iştirak edən 3-cü şəxs X11 həyat yoldaşı, oğlu və anası ilə birlikdə Bakı şəhəri, Binəqəqi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 22A ünvanda birlikdə yaşasdıqlarını bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Şifahi Məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs X1 Nümunə Gülağa qızının Bakı şəhəri, Binəqəqi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 22A ünvanına pasport qeydiyyatına alınmasına etiraz etmədiyini bildirdi. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və 3-cü şəxs X8 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və 3-cü şəxs izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Binəqədi rayon Məhkəməsinin 26 yanvar 2001-ci il tarixli, 2-340- 2001 saylı Qətnaməsindən görünür ki, iddia təmin olunaraq iddiaçı X7 Bakı şəhəri, Binəqəqi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 22A saylı evə yaşayış hüququ tanınmışdır. - Bakı şəhəri, Binəqəqi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 22A evdə yaşayan vətəndaşların qeydiyyatı üçün ev kitabının təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayon Məhkəməsinin 26 yanvar 2001-ci il tarixli, 2-340-2001 saylı Qətnaməsinə əsasən X7, X11, X13, X10 həmin evə Polis İdarəsi tərəfindən qeydiyyata alınmışlar. -AA seriyalı ******* saylı şəxsiyyət vəsqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il təvəlüdlüdür. -AA seriyalı ******* saylı şəxsiyyət vəsqəsinin surətindən görünür ki, X6 xx.xx.1968cı il təvəlüdlüdür. -AZE seriyalı 17547076 saylı şəxsiyyət vəsqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X11 Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri, Binəqəqi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 22A ünvanda qeydiyyatdadır. -Nikah haqqında AZ-İİ 191129 nömrəli 07 mart 2017-ci il tarixli Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə İddiaçı 07 mart 2017-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 mart 2017-ci il tarixdə 520 nömrə ilə akt qeydi aparılmışdır. -Doğum haqqında AZ-İV 075499 nömrəli 18 yanvar 2018-ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, X17 21 dekabr 2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, ata adı qrafasında X11, ana adı qrafasında İddiaçı qeyd olunmuşdur. “Asan Xidmət” X4 akt qeydləri kitabında 18 yanvar 2018-ci il tarixdə 368 nömrə ilə akt qeydi aparılmışdır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 059-96444-3220 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Bakı şəhəri, Binəqəqi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 22A ünvana müvafiq sənədlər təqdim edilmədiyindən İddiaçı həmin ünvana qeydiyyata almaq mümkün deyildir. Məhkəmə qeyd edir ki, qeydiyyatın həyata keçirilməsi üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeydiyyata alınmaq üçün qanunvericiliklə tələb olunan sənədlərdən hesab edilən ev kitabı cavabdeh inzibati orqana, o cümlədən məhkəməyə təqdim olunduğundan, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Göründüyü kimi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi ilə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qismində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsindən savayı Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi təqdim etməsi tələb olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun bərabərlik prinsipini nəzərdə tutan 12.1, 12.2, 12.3 və 12.4-cü maddələrinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Hazırki iş üzrə Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi ev kitabını, o cümlədən ev sahibi olaraq X3 qeyd olunan ünvanda yaşayış hüququnun tanınması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olduğunu, həmçinin uzun müddətdir ki, iddiaçının ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və övladı ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə pasport qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan əsaslar olduğundan iddia təmin edilməli, İddiaçı və xx.xx.2017-ci il təvəllüdlü oğlu X9 Bakı şəhəri, Binəqəqi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 22 A ünvana qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı və xx.xx.2017-ci il təvəllüdlü oğlu X9 Bakı şəhəri, Binəqəqi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 22 A ünvana qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1893/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1893/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver