Məhkəmə qərarları › İş №2-1(112)-1893/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1893/2022

24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1893/2022 24.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 (böyük mütəxəssis, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsinin 15 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə anası X10 23.10.2016-cı ildə vəfat etdiyindən və vəfat etdikdən sonra "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununun müddəlarına əsasən şəhid bacısı X5 ailə üzvü (bacısı və vərəsəsi) kimi iddiaçıya "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin üzərinə anası X10 23.10.2016-cı ildə vəfat etdiyindən və vəfat etdikdən sonra "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununun müddəlarına əsasən şəhid bacısı X5 ailə üzvü (bacısı və vərəsəsi) kimi iddiaçıya "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bacısı X11 03.11.1970-ci ildə Şəki şəhərində anadan olmuşdur, ailədə 2 bacı 1 qardaş olmuşdur. X11, Zeynalova (Əsgərova) Adilə Söhrab qızı və qardaşı X12. Bacı X1 uğrunda gedən döyüşlərdə iştirak etmək üçün bir neçə dəfə hərbi komisarlığa müraciət etmiş, lakin qadın olduğundan onun müharibəyə göndərilməsindən imtina edilmişdir. Nəhayət onun təkidlə müharibəyə yollanmaq istəyinə mane ola bilmədilər və o, 1992-ci ildə Qarabağa döyüşə yollanaraq Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etdi, döyüşlərdə dəfələrlə şücaət göstərmiş, 25.06.1992-ci ildə düşmən gülləsinə tuş gələrək yaralı halda Bərdə xəstəxanasına aparılsada orada onu xilas etmək mümkün olmamış, Alimə 24.06.1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onun nəşi X9 dəfn edilmişdir. Bacısı Alimənin ölümündən sonra ailəsinə anasının adına şəhid ailəsi üzvünün vəsiqəsi verilmiş, şəhid pulu verilməyə başlanmışdır. X3 04.09.1992-ci ildə, anası X10 isə 23.10.2016-cı ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra 2016-cı ildən ailəsinə şəhid ailələrinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü kəsilmişdir. Bacısı Alimə vəfat edərkən subay olmuş, onlardan başqa vərəsəsi olmamışdır. İddiaçı, onun bacısı və vərəsəsidir. Anası öldükdən sonra ona şəhid ailələri üçün dövlət tərəfindən tanınan imtiyazlardan yararlanmaq və müavinətlərin şəhidin onlardan başqa vərəsəsi olmadığından şəhid ailəsinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsinə köməklik göstərilməsini cavabdeh Dövlət Sosial Müdafiə X22 Şəxsinin 15 saylı regional ərazi filialından xahiş etmişdir. Cavabdeh ona 04.03.2021-ci il tarixli **********3 saylı məktub göndərərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlət Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Qərarın 2-ci maddəsinə əsasən onu şəhid ailəsinin üzvü kimi qəbul etməyərək "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün verilməsindən imtina etmişdir. İddiaçı bu imtinanı əsaslı hesab etmir. Belə ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bacısı şəhid olduqdan sonra onun vərəsəsi anası olmuş, anası vəfat etdikdən sonra isə bacısı X5 vərəsəsi iddiaçı və qardaşı olmuşdur. Bu səbəbdən şəhid ailələrinə edilən güzəşt və imtiyazlardan yararlanmaq hüququ anası vəfat etdikdən sonra onlara keçmişdir. Cavabdeh isə Azərbaycan Respublikası Nazirlət Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Qərarın 2-ci maddəsinə əsaslanaraq tələbindən imtina etmiş, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə almamışdır. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiqlənmiş "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydalarının 2-ci bəndinə əsasən, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış və ya 18 yasına çatanadək əlilliyi müəyyən olunmuş 18 yasından yuxarı əlilliyi olan uşaqlarına, usaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə təyin edilir. Bildiririk ki, qanunvericilik bu məsələ üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit etdiyindən və iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından, ona bu təqaüdün ödənilməsi mümkün deyildir. Buna görə də iddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ona verilməsi üçün subyektiv hüquqa malik olmadığından, həmçinin ona bu təqaüdün verilməməsi iddiaçının hüququna müdaxilə təşkil etməyərək onun hüququnlarını aşkar şəkildə pozmadığından iddia bu hissədə mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Həmçinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Adıçəkilən Qərarın 5.1 və 5.2-ci bəndlərinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar səkildə bas verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Bütün yuxarıda qeyd edilənlərin qarşılıqlı təhlilindən müəyyən olunur ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur, hesab edir ki, İddiaçı "şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə tələbi mümkün sayılmamalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan 08.09.2008-ci il tarixli 000976 saylı vəsiqədən görünür ki, X7 şəhid ailəsi statusu verilmişdir. İşdə olan 24.12.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı 24.06.1992-ci il tarixdə ölmüş X5 vərəsəsidir. İşdə olan İV-ЖГ seriyalı 339236 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 24.06.1992-ci il tarixdə müharibədə ermənilər tərəfindən öldürülmüşdür. İşdə olan AZ-İ seriyalı 836761 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 02.11.2016-cı il tarixdə ölmüşdür. İşdə olan 09.08.2007-ci il tarixli arayışın surətindən görünür ki, X5 X3, anası X8r. İşdə olan İİ-ЖГ seriyalı 474552 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 X3, anası X8r. İşdə olan Dövlət Sosial Müdafiə X22 Şəxsinin 15 saylı regional ərazi filialı tərəfindən iddiaçıya ünvanlanmış 04.03.2021-ci il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi barədə müraciətinə baxılmış və Azərbaycan Respublikası Nazirlət Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Qərarın 2-ci maddəsinə istinad olunaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmamalıdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 2.1.4-cü bəndinə əsasən qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar şəhid ailə üzvləri hesab olunurlar. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının bacısı X11 24.06.1992-ci il tarixdə müharibədə ermənilər tərəfindən öldürülmüşdür. İddiaçının anasına şəhid ailəsi statusu verilməklə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş, anası 02.11.2016-cı il tarixdə ölmüşdür. İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, iddiaçının müraciətinə Azərbaycan Respublikası Nazirlət Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Qərarın 2-ci maddəsinə istinad olunaraq imtina edilmişdir. Yuxarıda qeyd olunan normanın tələbindən göründüyü kimi uşaq evlərində tərbiyə olunan qardaş və bacılar şəhid ailə üzvləri hesab olunurlar. İş materiallarında olan sənədlərdən və iddiaçının izahatından göründüyü kimi iddiaçı uşaq evində tərbiyə olunan deyildir. Bu halda məhkəmə hesab edir ki, qeyd olunan normanın tələbinə əsasən iddiaçı şəhid ailə üzvü hesab olunmadığından iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar