Məhkəmə qərarları › İş №2-1(112)-1894/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1894/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1894/2022 01.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna( Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “xəstə uşağının müavinətini almamağına dair təqsirkarın müəyyən edilməsi, ona İPM-nin 13-cü maddəsinə əsasən köməklik edilməsi və 30.11.2003-cü il tarixdə doğulmuş oğlu X3 “sağlamlıq imkanlarının məhdudluğu”nun müəyyən edilməsi zamanı bir ayın 150 manat sosial müavinət və 50 manat baxım pulu olmaqla, cəmi 200 məbləğində pulun, ötürülmüş 1 ilə düşən 2400 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna(Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “xəstə uşağının müavinətini almamağına dair təqsirkarın müəyyən edilməsi, ona İPM-nin 13-cü maddəsinə əsasən köməklik edilməsi və 30.11.2003-cü il tarixdə doğulmuş oğlu X3 “sağlamlıq imkanlarının məhdudluğu”nun müəyyən edilməsi zamanı bir ayın 150 manat sosial müavinət və 50 manat baxım pulu olmaqla, cəmi 200 məbləğində pulun, ötürülmüş 1 ilə düşən 2400 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiа ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçının tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati işi Bakı İnzibati Məhkməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X4 30 noyabr 2003-cü il tarixdə doğulmuşdur. Uşaq anadangəlmə epilepsiya diaqnozu ilə xəstə doğulmuşdur. İddiaçının oğlu komissiyalardan keçərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 16 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 2016-cı il tarixli sənədə əsasən “epilepsiya” diaqnozu ilə uşağa sağlamlıq imkanları məhdud və ya əlillik dərəcəsi alaraq pensiya təyin olunmuşdur. Növbəti müayinə 15.11.2019-cu il tarixə təyin edilmişdir. Həmin tarixdə uşağ müayinəyə aparılmış, lakin heç bir əsaslı səbəb olmadan Dövlət Tibbi Sosial Ekspertizası işi süni maneələrlə uzadılaraq nəticədə 13.10.2020-ci il tarixdə uşağın sağlamlıq imkanları məhdud və ya əlillik dərəcəsi alaraq yenidən pensiya təyin olunmuşdur. Lakin buna baxmayaraq 2019-cu ilin sentyabr ayında heç bir əsaslı səbəb olmadan uşağa ödənilmiş sosial müavinət və baxım pulu 2020-ci ilin oktyabr ayınadək dayandırılmışdır. Anadangəlmə sağlamlıq imkanı məhdud uşaq sosial müavinətin və baxım pulunun dayandırıldığı 2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək sağlam olmamışdır. Həmin dövrdə də uşağın sağlamlıq imkanları məhdud olmuş və dövlət tərəfindən ödənilən sosial müavinət də davam etdirilməli idi. İddiaçı bu barədə Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edərək,almadığı ayların və baxım pulunun ödənilməsini, Elariz Bayramovun sağlamlıq imkanlarının məhdudluğuna dair verdiyi 13.10.2020-ci il tarixli rəydə (qərarda) “təyinat tarixi” qrafasında təyinatın tarixinin 14.07.2020-ci il yazılaraq göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Rəsmi qaydada poçt vasitəsi ilə məktub göndərilməsi və məktubun çatmasına dair xəbərnaməni aldığı gündən 40 gün keçməsinə baxmayaraq, cavab göndərilməmiş, göndərilmiş cavabda isə imza olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının oğlu X1 imkanları məhdud uşaq statusu aldığı 13.10.2020-ci il tarixində qanunvericilikdə nəzərdə tutulmuş qaydada DSMF tərəfindən ona sosial müavinəti təyin edilmişdir. İddiaçıya DSMF tərəfindən hər hansı imtina cavabı verilməmişdir və iş materiallarında belə bir məktuba rast qəlinmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün hesab edilməməsini məhkədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İPM-nin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM –nin 35.1.-ci maddəsinə əsasən. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İddiaçı hazırki iş üzrə iddia tələbi ilə “xəstə uşağının müavinətini almamağına dair təqsirkarın müəyyən edilməsi, ona İPM-nin 13-cü maddəsinə əsasən köməklik edilməsi və 30.11.2003-cü il tarixdə doğulmuş oğlu X3 “sağlamlıq imkanlarının məhdudluğu”nun müəyyən edilməsi zamanı bir ayın 150 manat sosial müavinət və 50 manat baxım pulu olmaqla, cəmi 200 məbləğində pulun, ötürülmüş 1 ilə düşən 2400 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Halbuki, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ) qarşı məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırkı iddia tələbi ilə bağlı cavabdehə müraciət etməsinə dair heç bir sübut və ya müraciətə dair cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xəstə uşağının müavinətini almamağına dair təqsirkarın müəyyən edilməsi, ona İPM-nin 13-cü maddəsinə əsasən köməklik edilməsi və 30.11.2003-cü il tarixdə doğulmuş oğlu X3 “sağlamlıq imkanlarının məhdudluğu”nun müəyyən edilməsi zamanı bir ayın 150 manat sosial müavinət və 50 manat baxım pulu olmaqla, cəmi 200 məbləğində pulun, ötürülmüş 1 ilə düşən 2400 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkünlük şərtlərinə əməl edilmədən verilmişdir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “xəstə uşağının müavinətini almamağına dair təqsirkarın müəyyən edilməsi, ona İPM-nin 13-cü maddəsinə əsasən köməklik edilməsi və 30.11.2003-cü il tarixdə doğulmuş oğlu X3 “sağlamlıq imkanlarının məhdudluğu”nun müəyyən edilməsi zamanı bir ayın 150 manat sosial müavinət və 50 manat baxım pulu olmaqla, cəmi 200 məbləğində pulun, ötürülmüş 1 ilə düşən 2400 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar