Məhkəmə qərarları › İş №2-1(112)-1895/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1895/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1895/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka yüklülüyün olub-olmaması barədə forma 8 arayışının verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Xəzər b\y 28 saylı bağ sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışina, 27\30-2989\2990 saylı bağ sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********1, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışına, 28\2988 saylı bağ sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışına, 29\2987 saylı bağ sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışına, 28 "a" saylı bağ sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışına əsasən xüsusi mülkiyyət hüququ ilə "SİMVOL” Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsus olan daşınmaz əmlaka üzərində yüklülüyün olub-olmamasına dair forma №1 Arayışının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28 saylı bağ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********33, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi 29.0.3.2012 çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə "SİMVOL” Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsusdur. 20 iyun 2022-ci il tarixdə yuxarıda qeyd olunan daşınmaz əmlaka dair yüklüİüyün olub-olmamasına dair forma №1 Arayışının alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. İddia ərizəsi verilənə qədər cavabdeh orqandan heç bir hərəkət edilməmişdir. Bu hərəkətsizlik nəticəsində Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan ”SİMVOL” MMC-nin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, 27\30-2989\2990 saylı bağ sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********1, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2012 çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsusdur. 20 iyun 2022-ci il tarixdə yuxarıda qeyd olunan daşınmaz əmlaka dair yüklülüyün olubolmamasına dair forma №1 Arayışının alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın X8 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. İddia ərizəsi verilənə qədər cavabdeh orqandan heç bir hərəkət edilməmişdir. Bu hərəkətsizlik nəticəsində Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan "SİMVOL” MMC-nin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 28\2988 saylı bağ sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsusdur. 20 iyun 2022-ci il tarixdə yuxarıda qeyd olunan daşınmaz əmlaka dair yüklülüyün olub-olmamasına dair forma № 1 Arayışının alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın X8 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. İddia ərizəsi verilənə qədər cavabdeh orqandan heç bir hərəkət edilməmişdir. Bu hərəkətsizlik nəticəsində Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan "SİMVOL” MMC-nin mülkiyyət huquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 29\2987 saylı bağ sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə "SİMVOL” Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsusdur. 20 iyun 2022-ci il tarixdə yuxarıda qeyd olunan daşınmaz əmlaka dair yükİüİüyün olub-olmamasına dair forma №1 Arayışının alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın X8 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. İddia ərizəsi verilənə qədər cavabdeh orqandan heç bir hərəkət edilməmişdir. Bu hərəkətsizlik nəticəsində Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan "SİMVOL” MMC-nin mülkiyyət huquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Xəzər b\y 28 "a” say 11 bağ sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MA, ******* nömrəli, reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə "SİMVOL” Məhdud Məhsuliyyətli Cəmiyyətinə məxsusdur. 20 iyun 2022-ci il tarixdə yuxarıda qeyd olunan daşınmaz əmlaka dair yüklülüyün olubolmamasına dair forma № 1 Arayışının alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın X8 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. İddia ərizəsi verilənə qədər cavabdeh orqandan heç bir hərəkət edilməmişdir. Bu hərəkətsizlik nəticəsində Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan "SİMVOL” MMC-nin mülkiyyət huquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı MMC-in etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 28a saylı bağ sahəsinin bir hissəsi, 28/2988 saylı bağ sahəsi, xx/xx-2989/2990 saylı, 82 saylı bağ sahəsi və 28a saylı bağ sahəsinin bir hissəsi ilə bağlı məhdudiyyət və yüklülük barədə arayışın alınması ilə bağlı xx.xx.2022ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan torpaq sahələrinə dair məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışların verilməsi üçün elektron qaydada müraciət edilməsi məqsədəuyğundur. İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuş 29/2987 saylı bağ sahəsinə dair məhdudiyyət və yüklülük barədə arayışın alınması ilə bağlı İdarəyə rəsmi qaydada müraciət edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci və 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin 29/2987 saylı bağ sahəsinə dair məhdudiyyət və yüklülük barədə arayışın verilməsi hissəsində mümkün sayılmaması, qalan hissələrdə isə təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* seriyalı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28 saylı bağ sahəsinin bir hissəsi 0.06 ha ölçüdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* serialı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, 27\30-2989\2990 bağ sahəsi 0,12 ha ölçüdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* serialı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 29/2988 saylı bağ sahəsi 0.05934 ha ölçüdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* serialı çıxarışdan görünür ki, ünvan 5 0.06 ha ölçüdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* serialı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28 a saylı bağ sahəsinn bir hissəsi 0,06 ha ölçüdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Simvol MMC-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı M-6/22 nömrəli, 20 iyun 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28 saylı bağ sahəsinin torpağının bir hissəsi mülkiyyət hüququ ilə Azərbaycan Respublikasının hüquqi şəxsi olan İddiaçı MMC-yə məxsusdur (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012; reyestr nömrəsi: **********33). Xahiş edirəm, yuxarıda göstərilən bağ sahəsinin üzərində yüklülüyün olub olmaması barədə fonu a № 1 arayışı verəsiniz. Məktuba əlavə edilmiş qəbzin surətindən görünür ki, ərizənin nömrəsi: **********, müraciətin tarixi: xx.xx.2022, hazır olma tarixi: xx.xx.2022. İş materiallarına əlavə edilmiş Simvol MMC-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 20 iyun 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 27\30- 2989\2990 bağ sahəsi mülkiyyət hüququ ilə Azərbaycan Respublikasının hüquqi şəxsi olan İddiaçı MMC-yə məxsusdur, (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012; reyestr nömrəsi: **********51). Xahiş edirəm, yuxarıda göstərilən bağ sahəsinin üzərində yüklülüyün olub olmaması barədə forma № 1 arayışı verəsiniz. Məktuba əlavə edilmiş qəbzin surətindən görünür ki, ərizənin nömrəsi: **********, müraciətin tarixi: xx.xx.2022, hazır olma tarixi: xx.xx.2022. İş materiallarına əlavə edilmiş Simvol MMC-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı M-4/22 nömrəli, 20 iyun 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 29/2988 bağ sahəsi mülkiyyət hüququ ilə Azərbaycan Respublikasının hüquqi şəxsi olan İddiaçı MMC-yə məxsusdur, (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012; reyestı nömrəsi: **********34). Xahiş edirəm, yuxarıda göstərilən bağ sahəsinin üzərində yüklülüyün olub olmaması barədə forma № 1 arayışı verəsiniz. Məktuba əlavə edilmiş qəbzin surətindən görünür ki, ərizənin nömrəsi: **********, müraciətin tarixi: xx.xx.2022, hazır olma tarixi: xx.xx.2022. İş materiallarına əlavə edilmiş Simvol MMC-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı M-3/22 nömrəli, 20 iyun 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 29/2987 bağ sahəsi mülkiyyət hüququ ilə Azərbaycan Respublikasının hüquqi şəxsi olan İddiaçı MMC-yə məxsusdur, (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012; reyestı nömrəsi: **********42). Xahiş edirəm, yuxarıda göstərilən bağ sahəsinin üzərində yüklülüyün olub olmaması barədə forma № 1 arayışı verəsiniz. Məktuba əlavə edilmiş qəbzin surətindən görünür ki, ərizənin nömrəsi: **********, müraciətin tarixi: xx.xx.2022, hazır olma tarixi: xx.xx.2022. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı MMC-nin nümayəndəsi Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli, **********72 nömrəli məktubda bildirilmişdir ki, Sizin, qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, 27/30- 2989/2990 saylı bağ sahəsində yerləşən torpağa dair Məhdudiyyət və yüklülüklər haqqında arayışın alınması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etdiyiniz xx.xx.2022-ci il tarixli ərizənizə (qeydiyyat nömrəsi **********) və ona əlavə edilmiş sənədlərə baxılmışdır. Bildiririk ki, qeyd olunan torpaq sahəsinə dair Məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın verilməsi üçün elektron qaydada müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı MMC-nin nümayəndəsi Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli, **********71 nömrəli məktubda bildirilmişdir ki, Sizin, qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 28a saylı bağ sahəsinin bir hissəsində yerləşən torpağa dair Məhdudiyyət və yüklülüklər haqqında arayışın alınması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etdiyiniz xx.xx.2022-ci il tarixli ərizənizə (qeydiyyat nömrəsi **********) və ona əlavə edilmiş sənədlərə baxılmışdır. Bildiririk ki, qeyd olunan torpaq sahəsinə dair Məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın verilməsi üçün elektron qaydada müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı MMC-nin nümayəndəsi Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubda bildirilmişdir ki, Sizin, qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəian qəsəbəsi, 28a saylı bağ sahəsində yerləşən torpağa dair Məhdudiyyət və yüklülüklər haqqında arayışın alınması iiə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etdiyiniz xx.xx.2022-ci il tarixli ərizənizə (qeydiyyat nömrəsi **********) və ona əlavə edilmiş sənədlərə baxılmışdır. Bildiririk ki, qeyd olunan torpaq sahəsinə dair Məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın verilməsi üçün elektron qaydada müraciət etməyiniz məqsədəuyğundur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********57 nömrəli məktubuilə təqdim edilmiş sənədlərin surətindən görünür ki: -29 noyabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı etibarnaməyə əsasən Babayeva X7 adından çıxış edən X9 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, xx/xx-2989/2990 saylı bağ sahəsi ünvanında yerləşən 0.12 hektar olan torpaq sahəsi alıcı İddiaçı (qanuni təmsilçi X5) mülkiyyətinə vermişdir. -07 oktyabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı etibarnaməyə əsasən X3 adından çıxış edən X9 ünvan 5 ünvanında yerləşən 0.06 hektar olan torpaq sahəsi alıcı İddiaçı (qanuni təmsilçi X5) mülkiyyətinə vermişdir. -19 oktyabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı etibarnaməyə əsasən X13 adından çıxış edən X9 ünvan 6 ünvanında yerləşən 0.05934 hektar olan torpaq sahəsi alıcı İddiaçı (qanuni təmsilçi X5) mülkiyyətinə vermişdir. -07 oktyabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı etibarnaməyə əsasən X2 adından çıxış edən X9 ünvan 7 ünvanında yerləşən 0.06 hektar olan torpaq sahəsi alıcı İddiaçı (qanuni təmsilçi X5) mülkiyyətinə vermişdir. -19 oktyabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı etibarnaməyə əsasən X4 adından çıxış edən X9 ünvan 7 ünvanında yerləşən 0.06 hektar olan torpaq sahəsini alıcı İddiaçı (qanuni təmsilçi X5) mülkiyyətinə vermişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Cavabdeh iddiaya etirazında iddiaçının iddia etdiyi bağ sahələrindən biri-29/2987 saylı bağ sahəsinə dair məhdudiyyət və yüklülük barədə arayışın alınması ilə bağlı İdarəyə rəsmi qaydada müraciət etmədiyini, bu əsasdan iddianın mümkün sayılmamasını bildirsə də, iş materiallarından müəyyən olunur ki, iddiaçı 29/2987 saylı bağ sahəsinə dair arayışın alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət etmiş, həmin müraciət ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış və cavabdeh orqan həmin müraciətə xx.xx.2022-ci il tarixdə **********70 nömrəli cavab məktubu təqdim etmişdir. Beləliklə, iddiaçının iddia etdiyi bağ sahələri ilə bağlı öhdəliyin icrası növünə uyğun ilkin müraciətə dair xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi, 28a saylı bağ sahəsinin bir hissəsi, 28/2988 saylı bağ sahəsi, xx/xx-2989/2990 saylı, 29/2987 saylı, 28a saylı bağ sahəsinin bir hissəsi ilə bağlı daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş edir. Cavabdehin iddiaya etirazının əsası ondan ibarətdir ki, iddiaçı arayışın alınması üçün elektron qaydada müraciət etməmişdir. Habuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci bəndinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunla yüklülük barədə arayış şəxsin yazılı və yaxud elektron müraciəti əsasında verilir. Hazırkı iş üzrə iddiaçı bu barədə cavabdeh orqana ünvanladığı xx.xx.2022-ci il tarixli yazılı müraciətlərini təqdim etmiş, həmin müraciətlər inzibati orqanda xx.xx.2022-ci il tarixdə qeydə alınması barədə qəbzləri məhkəməyə təqdim etmişdir. Eyni zamanda iddiaçının cavabdehə elektron müraciət etməsi barədə təqdim etdiyi ərizələrinin sistemdə “müştəri tapılmadı” qeydi ilə cavablandırıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın: -2.1-ci bəndinə əsasən arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin ərazi idarələrinə ərizə ilə müraciət etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni və şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. -4.1-ci bəndinə görə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışda aşağıdakı məlumatlar göstərilir: 4.1.1. hüquq sahibinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı); 4.1.2. daşınmaz əmlak obyektinin növü, ünvanı (olduğu yer), hüququn qeydə alındığı reyestr kitabının və vərəqinin nömrəsi; 4.1.3. mülkiyyətçilər haqqında məlumat (hüquq sahibinin adı, payı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi); 4.1.4. hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi); 4.1.5 daşınmaz əmlakın təsviri: 4.1.5.1. torpaq sahəsi haqqında hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), kateqoriyası, məqsədli istifadəsi; 4.1.5.2. su obyekti həcmi, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.3. çoxmənzilli yaşayış binası haqqında binanın tikildiyi il, mərtəbəliliyi, mənzillərin sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi, qeyri-yaşayış sahəsi, çoxmənzilli yaşayış binasının tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq, tikinti və şəhərsalma qanunvericiliyinin tələbləri nəzərə alınmaqla müəyyən edilən torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.4. qeyri-yaşayış binasının binanın tikildiyi il, mərtəbəliliyi, ümumi sahəsi (kv.m), tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha)); 4.1.5.5. qurğunun, çoxillik əkmənin, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.6. qeyri-yaşayış sahəsinin binanın tikildiyi il, mərtəbəliliyi, qeyri-yaşayış sahəsinin mərtəbəsi (yerləşdiyi mərtəbə), ümumi sahəsi (kv.m); 4.1.5.7. mənzilin yerləşdiyi binanın tikildiyi il, mərtəbəliliyi, mənzilin mərtəbəsi, yaşayış otaqlarının sayı, yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), ümumi sahəsi (kv.m); 4.1.5.8. fərdi yaşayış evi haqqında- liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter, mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.9. bağ evi və yaşayış evləri haqqında məlumat (liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter (sıra №-si), mərtəbəliliyi, təyinatı (adı), tikintialtı sahə (kv.m), cəmi), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.10. əmlak kompleksi kimi müəssisə haqqında liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.11. müəssisə filialının hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi), müəssisə filialının tərkibi haqqında məlumat (liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.6. məhdudlaşdırılma (yüklülük) haqqında məlumat; 4.1.7. “Arayış qeydiyyata alındığı gündən 30 (otuz) gün müddətində etibarlıdır.” yazısı. -8.1-ci bəndinə görə arayış qeydiyyata alındıqdan sonra hüquq sahibinə və ya onun vəkil etdiyi şəxsə Xidmətin ərazi idarəsində və ya onun rayon (şəhər) şöbəsində icraçı tərəfindən təqdim edilir. Arayışı almaq hüququ olan şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə jurnalda imza edir, tarix qoyur və bundan sonra ona arayış verilir. -8.2-ci bəndinə görə müraciət etmiş şəxsə arayışın və ya arayış verilməsindən imtina edilməsi üçün bu Təlimatın 8.3-cü bəndində nəzərdə tutulmuş imtina halları mövcud olduqda əsaslandırılmış imtina məktubunun yazılı və ya elektron formada verilməsi 1 (bir) iş günü müddətində təmin edilməlidir. -8.3-cü bəndinə əsasən arayışın verilməsindən aşağıdakı hallarda imtina edilə bilər: 8.3.1. arayışın alınması üçün ərizə bu Təlimatın 1.2-ci bəndində göstərilmiş şəxslər tərəfindən verilmədikdə; 8.3.2. məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatı ləğv edildikdə. Qeyd edilən normalardan müəyyən olunur ki, dövlət reyestrini həyata keçirən orqan tərəfindən daşınmaz əmlakla bağlı həmin əmlakın təsviri, həmin əmlakla bağlı dövlət qeydiyyatına alınmış hüquqlar eləcə də bu hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə və ya hüquq sahibinin əmlakına vərəsəlik hüququ olan şəxsə həmin daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənəd əsasında verilir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddia predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi ünvanında xx/xx-2989/2990 saylı, 29/2987 saylı, 29/2988 saylı, 28 a saylı cəmi 5 ədəd bağ sahələri alqı-satqı müqavilələri əsasında iddiaçının adına qeydə alınmış və daşınmaz əmlakın dövlət reyestrindəki iddiaçının adına aparılmış həmin qeydlər mübahisələndirilməmiş, ləğv edilməmiş və hazırda da qüvvədədir. Mülki Məcəllənin: -140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -148.1-ci maddəsinə görə daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. -148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Beləliklə, iddiaçı iddia etdiyi əmlakla bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. İş üzrə təqdim olunmuş sənədlərə əsasən iddia predmeti olan daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının müraciətinin təminindən imtina kimi qeyd edilmiş “arayış üçün elektron qaydada müraciət edilməsinin məqsəduyğun olması” barədə dəlilini məhkəmə formal mülahizə kimi qiymətləndirir. Beləliklə, cavabdeh orqanın iddiaçının həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı verməkdən imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə xüsusi mülkiyyət hüququ ilə məxsus olan xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28a saylı bağ sahəsinin bir hissəsi, xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, 27\30-2989\2990 bağ sahəsi, xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 28/2988 saylı bağ sahəsi , xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28 a saylı bağ sahəsinn bir hissəsi , xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ünvan 5nə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə xüsusi mülkiyyət hüququ ilə məxsus olan xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28a saylı bağ sahəsinin bir hissəsi, xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, 27\30-2989\2990 bağ sahəsi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 28/2988 saylı bağ sahəsi,xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər b\y 28 a saylı bağ sahəsinn bir hissəsi, xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ünvan 5nə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar