Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1896/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, X5 xx.xx.2008-ci il tarixli 78 saylı sərəncamdan çıxarışa əsasən X3 verilmiş 900 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, X5 xx.xx.2008-ci il tarixli 78 saylı sərəncamına əsasən mərhum X3 verilmiş 900 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququ barədə çıxarışın (arayışın) İddiaçı verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və X6 massivində 77 nömrəli bağ-tikinti kooperativindən mərhum atası X8 verilmiş 0,12 ha torpaq sahəsi olan 1026 “V” nömrəli bağ (07 mart 1990-cı il Order № Б/С) torpaq sahəsinin plan-ölçüsünün ütərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən arayış (çıxarış) verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum bacısı oğlu X7 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, mərhumun yeganə vərəsəsi iddiaçıdır. Bakı şəhəri X5 xx.xx.2008-ci il tarixli 78 saylı “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş X1 adına və istifadəsinə verilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Torpaq sahəsinə sahiblik və ondan istifadə hüquqlarının” mülkiyyətçi və istifadəçilərin qarşılıqlı rəsmiləşdirilmiş razılığı ilə digər qanuni şəxslərə verilməsini mümkün hal hesab etdiyini nəzərə alaraq, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında”, Binəqədi rayon İcra Hakimiyyətinin razılığına əsasən, Azərbaycan Respublikasının qanunlarının tələblərini və X5 Nizamnaməsini əsas tutaraq, X5 ərazi hüdudlarında Bakı şəhər sakinləri X2 və X1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq X2 isdifadəsinə ayrılmış ünvanı, cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 900 kv.m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X1 adına keçirilmişdir. Beləliklə də torpaq sahəsi Bakı şəhəri X5 xx.xx.2008-ci il tarixli 78 saylı sərəncamı əsasında X1 istifadəsinə verilmişdir. İddiaçı mərhumun yeganə vərəsəsi olduğundan həmin torpaq sahəsini özəlləşdirmək məqsədi ilə cavabdehə ərizə ilə müraciət etmiş, lakin ərizəsinə xx.xx.2020-ci il tarixdə imtina edilərək bildirilmişdir ki, təqdim edilmiş yerləşmə sxemi ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur və ərazinin bir hissəsi dəmir yolu xəttinin mühafizə zolağında yerləşir, bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar olunmamışdır və torpaq sahəsi təqdim edilmiş sənədlərə əsasən hərracdan kənar ayrılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafızə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililərin dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariyamühafızə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafızə zonasının eni 50 metrə qədər azaldıla bilər. Bakı şəhəri 29 saylı Notariat ofisinin xüsusi notariusu cavabdehə rəsmi qaydada məktub göndərərək tələb etmişdir ki, 26 oktyabr 2019-cu il tarixdə vəfat etmiş qohumu X1 vəfatından sonra miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 900 kv.m torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Buna görə də iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********23 saylı, xx.xx.2020-ci il tarixli etirazında bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, təqdim edilmiş yerləşmə sxemi ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur və ərazinin bir hissəsi dəmir yolu xəttinin mühafizə zolağında yerləşir. Həmçinin, bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar olunmamışdır və torpaq sahəsi təqdim edilmiş sənədlərə əsasən hərracdan kənar ayrılmışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********44 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin, müvafiq daşınmaz əmlaka yerində keçirilmiş baxışa əsasən müəyyən edilmişdir ki, torpaq sahəsinin bir tərəfindən, 25 metr məsafədən 110 kv-lıq yüksək gərginlikli elektrik xətti keçir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariyamühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia rədd edilməlidir. İş materiallarına aşagıdakı sənədlər əlavə olunur: - xx.xx.2015-ci il tarixli AZ-İ seriyalı 743499 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə ölmüşdür. - xx.xx.2019-cu il tarixli AZ-İİ seriyalı 041064 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2019-ci il tarixdə ölmüşdür. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********44 saylı məktubla bildirilmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli ********** nömrəli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim edilmiş yerləşmə sxemi ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur və ərazinin bir hissəsi dəmir yolu xəttinin mühafizə zolağında yerləşir. Həmçinin, bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar olunmamışdır və torpaq sahəsi təqdim edilmiş sənədlərə əsasən hərracdan kənar ayrılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər”. - Bakı şəhəri 29 saylı Notariat ofisinin xüsusi notariusunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 11 fevral 2020-ci il tarixli 77 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşı İddiaçı 07 fevral 2020-ci il tarixində Bakı şəhəri 29 saylı notariat ofisinə müraciət edərək, 26 oktyabr 2019-cu il tarixdə vəfat etmiş qohumu - X1 vəfatından sonra miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 900 kv.m torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün xahiş edirik ki, 25 yanvar 2008-ci il tarixli 78 №li Bakı şəhəri, Binəqədi rayonu X5 Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 900 kv.m torpaq sahəsinə dair Çıxarış verəsiniz”. - Bakı şəhəri Binəqədi rayonu X5 xx.xx.2008-ci il tarixli 78 saylı sərəncamında göstərilmişdir ki, “X5 ərazi hüdudlarında Bakı şəhər sakinləri X2 və X1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 900 kv.m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X1 adına keçirilsin”. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin eskizində X4 ayrılmış torpaq sahəsinə 300 kv.m torpaq sahəsi də əlavə olunaraq X3 ayrılması qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2021-ci il tarixli 26 saylı məktubu ilə məhkəməyə bildirilmişdir ki, Binəqədi rayonu X5 arxiv sənədləri Dövlət arxinin Bakı Filialına təhvil verilməmişdir. - Bakı şəhəri 29 saylı Notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş 21-60 nömrəli vərəsəlik işindən və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, mərhum X1 yeganə vərəsəsi İddiaçıdur. Azərbaycan Respublikası İPM-nin: -2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 48.3-cü maddəsinə əsasən, yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. - 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.1 maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmastnın (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin hallarından göründüyü kimi, iddiaçı torpaq üzərində hüququnun yaranmasının əsası kimi xx.xx.2008-ci il tarixli 78 saylı sərəncamına istinad etmişdir. Həmin dövrə münasibətdə bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması qaydası qanunveriliyin aşağıdakı müddəalarında əks olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 28 oktyabr 2008-ci il tarixə qədər olan redaksiyasına əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 29 iyun 2001-ci il tarixdə qəbul edilmiş, 16 avqust 2001-ci il tarixində dərc edilməklə qanuni qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu X5 xx.xx.2008ci il tarixli 78 saylı sərəncamı ilə X5 ərazi hüdudlarında Bakı şəhər sakinləri X2 və X1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 900 kv.m torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X1 adına keçirilmişdir. Hazırda onun yeganə vərəsəsi kimi iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun ərizəsinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin tərəfindən Bakı şəhəri Binəqədi rayonu X5 xx.xx.2008-ci il tarixli 78 saylı sərəncamına əsasən mərhum X3 verilmiş 900 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququ barədə çıxarışın (arayışın) verilməsindən imtina etməsi qanunvericiliyə uyğun olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinin 28 oktyabr 2008-ci il tarixə qədər olan redaksiyasına əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilinəcəyi halda, mərhum X3 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qanunvericiliyin tələbələri pozularaq hərrac və ya müsabiqə keçirilmədən ayrılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı həmin sənədə istinad edərək, torpaq sahəsinə dair mərhum X1 mülkiyyət hüququ barədə çıxarışın (arayışın) verilməsini tələb edə bilməz. Buna görə də cavabdeh tərəfindən həmin sərəncam əsasında hüquqlarının qeydiyyatından imtina barədə hərəkətləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Belə olan halda isə torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində konkret sadalanmış hüquq müəyyənedici sənədlərdən hər hansı biri iddiaçı tərəfindən təqdim edilmədiyinə görə məhkəmə hesab edir ki, helə bu əsasla da iddia tələbi rədd edilməlidir. Çünki, bu halda, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı müraciət etdiyi hüquq dövlət qeydiyyatına alınmalı olan hüquq kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, X5 xx.xx.2008-ci il tarixli 78 saylı sərəncamına əsasən mərhum X3 verilmiş 900 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququ barədə çıxarışın (arayışın) İddiaçı verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1896/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1896/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver