Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18968/2025 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı xx.xx.1979xx.xx.1992-ci il tarixlərində "Bakı Alüminyum-Yayma"xxxx"Şüvəlan ASC"-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 X4 Hüququnun təminatı ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Ancaq xx.xx.2025-ci il tarixdə 3-17-1/2-M-21210/2025 sayılı məktubla imtina cavabı gəlmişdir. Belə hesab edir ki, həmin imtina əsassız və qanunsuzdur. Onun əmək stajı, fəaliyyəti və yaşı Qanuna əsasən, güzəştli şərtlərlə pensiya təminatına imkan verməkdədir. Belə ki, xx.xx.1979-cü il tarixində keçmiş "Bakı Alüminyum-Yayma"xxxx"Şüvəlan ASC" - də 1 sayılı sürükləmə sexinə sürkləyici şagirdi işinə qəbul edilmişdir (Əmr No. 122/k; 03.12.79-cu il) . Daha sonra isə, xx.xx.1983-cü il tarixində 2 saylı sahəyə 2-ci dərəcə ilə sürükləyici vəzifəsinə keçirilmişdir (Əmr No. 1/k ; 03.01.83-cü il). Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1986-cı il tarixli 205 r sayıllı Qətnaməsinə əsasən, X5 üzrə Bakı Zavodu və Bakı Alüminium Prokat Zavodu birləşdirilib və onların əsasında " Azərrənglimetal" İdarəsinin Bakı Rəngli X6 yaradılıb (Əmr No. 92 ; 05.08.86-cı il). SSRİ Metallurgiya Nazirliyinin xx.xx.1989-cü il tarixli 118 sayılı Əmrinə əsasən, Bakı Rəngli X6, Bakı Rəngli X6 və Bakı Alüminium Prokat Zavoduna ayrılıb (Əmr No. 31; xx.xx.1990-cı il). Sonra isə, xx.xx.1992-ci il tarixdə, Azərbaycan SSR ƏQM 36-cı maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr No. 18; 01.04.92-ci il). "X7"ndə xx.xx.1992 - ci il tarixində Çilingər işinə qəbul olunmuşdur. (Əmr No. 28/k; 30.03.92-ci il). Azərbaycan Respublikası ƏQM 37-ci maddəsinə əsasən (öz xahişi ilə), xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (Əmr No. 49/k; 15.08.94-cü il). " ALTUN" Müstəqil Səhmdar Cəmiyyətinin nəzdində fəaliyət göstərən Limonad sexində fəhlə qismində işə qəbul edilmişdir (Əmr No. 17 ; 2 ; xx.xx.1994-cü il). Azərbaycan Respublikası ƏQM 37-ci maddəsinə əsasən (öz xahişi ilə), xx.xx.1995-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (Əmr No. 10; 01.03.95-ci il). "MetalMədəniMəişət" Səhmdar Cəmiyyətinin Quraşdırıcı sahəsinin 1. dərəcəli əl ilə düzəldici işinə qəbul edilmişdir (Əmr No. 37; xx.xx.2008-ci il). Azərbaycan Respublikası ƏM 68-ci maddəsinin "a" bəndinə əsasən (öz xahişi ilə), xx.xx.2008-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir (Əmr No. 71; xx.xx.2008-ci il). Keçmiş "Bakı Alüminyum-Yayma"xxxx"Şüvəlan ASC" - də xx.xx.2013 - cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T 12 kartoçkaları da yanmışdır. Bu şəbədən də, zavod ona əlavə sənədlər təqdim edə bilmir. Ərizəyə həmin yanğın hadisəsinə dair cinayət işinin Qərarının surətini, yanğın haqqında aktlarının surətini və əmək kitabçasının notarius təsdiqli Azərbaycan dilinə tərcüməsini və notarius təsdiqini də əlavə edir.
3. Cavabdehin iddiaya münasibəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.1979-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək “Bakı Aluminium-Yayma” zavodunda, yəni indiki "xxxx" ASC-də işlədiyi illər sosial sığorta stajına daxil edilməli, 25 il ümumi sosial sığorta stajı və 12 il 6 ay güzəştli iş stajı nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının tələbi daha əvvəl Bakı İnzibati Məhkəməsinə verdiyi iddia ərizəsi ilə eynilik təşkil edir. Belə ki, iddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə goyulması” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12577/2023 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Müvafiq gərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, nəticədə qərar qanuni güvvəsini almışdır. Beləliklə, iddiaçının “xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda, iddiaçı eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin ganuni güvvəyə minmiş gərarı olduğundan iddia tələbi mümkün sayılmamalıdır.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12577/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçı xx.xx.1979 – xx.xx.1992-ci il tarixlərində “Bakı Alüminyum- Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC” – də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin olunmaması qərara alınmışdır.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
7. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır
11. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12577/2023 saylı qərarı ilə eyni tərəflər arasında eyni predmetlə bağlı iddia tələbinə məhkəmə tərəfindən baxılaraq iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəyə minmişdir.
12. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə qüvvəyə minmiş yekun məhkəmə aktı olduğuna görə hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva