Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18969/2025 30.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X21 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səavət qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və müvəqqəti yaşayış icazəsinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Prosesslərini Tənzimləmə Baş İdarısinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1987 - ci il tarixi! Respublikası, İmişli rayonunda anadan olmuşdur. Valideynləri - X2 və anası X9 azərbaycanlıdırlar, Azərbaycanda anadan olmuşlar və Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçının X2 və anası X9 Azərbaycan SSR İmişli rayonunda anadan olmuşdurlar. İddiaçı Gürcüstan Respublikasında dünyaya gəlsə də, daha sonra indiki valideynləri onu rəsmi qaydada övladlığa götürmüşdürlər. İddiaçı Azərbaycan Respublikasında yaşamışdır. Bu səbəbdən Azərbaycan Respublikasında şəxsiyyət vəsiqəsi ala bilməmişdir. İddiaçının həyat yoldaşı X10 Azərbaycan Respublikasının vətəndaşıdır. X1 da Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasında anadan olmuşdur, Azərbaycan Respublikası tərəfindən ona doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı Azərbaycanı çox sevir. Azərbaycan dilində mükəmməl danışır. Azərbaycan Respublikasında yaşamaq, burada təhsil almaq və ailə qurmaq istəyir. Bu səbəbdən də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Prosesslərini Tənzimləmə Baş İdarısinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixdə məktubla müraciətə imtina edilməsi barədə bildiriş almışdır. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçıə Vilayət qızı (Babaeva Ainura) Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.1-ci maddəsində göstərilən əsasla (Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda) müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2025-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – Xidmət) müraciət etmişdir. Müraciətin icrası ilə əlaqədar aparılmış araşdırma zamanı İddiaçıə Vilayət qızının (Babaeva Ainuranın) Azərbaycan Respublikasının ərazisində yaşamasını qanuniləşdirmək üçün məqsədli şəkildə Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1988-ci il təvəllüdlü X10 ilə nikaha daxil olduğu, həmçinin iddiaçının xx.xx.2025-ci il tarixinədək olduğu yer üzrə qeydiyyata alındığı müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşı X10 ilə nikah əsasında yaşama icazəsinin alınması ilə bağlı artıq 3-cü müraciətidir. İddiaçının bu əsasla ilk 2 müraciəti zamanı onların nikahının həqiqi olub-olmaması Xidmət tərəfindən ətraflı araşdırılmışdır. Belə ki, xx.xx.2019-cu il tarixli müraciət zamanı Aınur Babaeva xx.xx.2019-cu il tarixdə Xidmətə dəvət edilmiş və onunla qeyd edilən məsələ ilə bağlı izahat alınmışdır. İddiaçıə Vilayət qızı (Babaeva Ainura) ölkə ərazisində işləmək üçün Azərbaycan Respublikasının vətəndaşı X10 ilə rəsmi nikaha daxil olduğunu, lakin onunla ailə olaraq birgə yaşamadıqlarını, ailə (ər-arvad) münasibətində olmadıqlarını, özünün 2 övladı (əvvəlki ərindən olan) ilə bərabər Bakı şəhəri, Sabunçu rayonunda, X3 isə ata-anası ilə birgə İmişli rayonu, Şahverdilər kəndində yaşadığını izahatında səmimi etiraf etmişdir. Yoxlamanın nəticəsinə uyğun olaraq, əcnəbinin müraciətinin təmin edilməməsi barədə Xidmət tərəfindən müvafiq qərar qəbul edilmişdir. Həmçinin iddiaçının digər xx.xx.2019-cu il tarixli 2-ci müraciəti də əvvəlki müraciətinin nəticəsinə uyğun olaraq təmin edilməmişdir. İddiaçıə Vilayət qızının (Babaeva Ainuranın) xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək mövcud vəziyyətlə (COVİD-19 pandemiyası ilə bağlı) əlaqədar ölkə ərazisində olduğu məlum olmuşdur. xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazisində olan və COVİD-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Xidmət tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xx.xx.2025-ci il tarixinədək AR Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşamaq üçün icazənin alınması üçün Xidmətə müraciət etməli və ya ölkə ərazisini tərk etməli olmaları barədə Xidmət tərəfindən elan verilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində ölkə ərazisini tərk etmiş, xx.xx.2025-ci il tarixdə ölkə ərazisinə daxil olmuş və Azərbaycan Respublikasının vətəndaşı X4 tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanına xx.xx.2025-ci il ölkə ərazisində olduğu yer üzrə qeydiyyata alınmışdır. Sonrakı dövrlərdə olduğu yer üzrə qeydiyyat müddəti bitdikdən sonra giriş-şıxış etməmək üçün iddiaçı yenidən nikah əsasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2025-cü il tarixdə Xidmətə müraciət etmişdir. Sonuncu müraciət sənədlərinə baxış zamanı əcnəbiyə ölkədə müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə X3 razılıq ərizəsinin İmişli “ASAN Xidmət” mərkəzində təsdiq edilməsi diqqətdən yayınmamışdır. Araşdırma zamanı X3 İmişli rayonu, Şahverdilər kəndində ataanası ilə birgə yaşaması, valideynlərinin bu nikahdan xəbərsiz olmaları, əcnəbini tanımamaları, şəxslərin ailə olaraq kənddə heç zaman yaşamamaları faktı bir daha öz təsdiqini tapmışdır. Beləliklə, araşdırmanın ümumi nəticəsi, aparılan müqayisəli təhlillər, həmçinin Xidmət əməkdaşları tərəfindən X3 yaşadığı ünvana baxış şəxslərin “vahid ailə” olaraq birgə yaşamadıqlarını, iddiaçının ölkədə yaşamaq və işləmək üçün Azərbaycan Respublikasının vətəndaşı ilə məqsədli nikaha daxil olmasını söyləməyə əsas vermişdir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçının xx.xx.2025-ci il tarixli müraciəti də xx.xx.2025ci il tarixli 10168544 nömrəli qərarla təmin edilməmiş və ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsində imtina edilmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Odur ki, qeyd edilənləri nəzərə alıb İddiaçıə Vilayət qızının (Babaeva Ainuranın) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Tədqiq edilən sübutlar AZ-T 045545 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1987ci il tarixdə Gürcüstan Respublikası Marneuli (Aşağı Sarğal) rayonunda anadan olmuşdur. X2, anası X6r. AZ-H 040416 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X11 və İddiaçı arasında xx.xx.2019-cu il tarixində nikah bağlanmışdır. Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” xx.xx.2025-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, aparılmış icraat nəticəsində şəxsin müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə Azərbaycan Respublkası vətəndaşı ilə nikaha daxil olduğu, həmçinin 30 okyabr 2025-ci il tarixinədək olduğu yer üzrə qeydiyyata alındığı müəyyən ediilmişdir. Gürcüstan vətəndaşı İddiaçı müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə 16 sentyabr 2025-ci il tarixli 386435/m nörəli müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-844/2020 nömrəli Qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların ləğv edilməsi, müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2209.2020-ci il tarixli 2- 1(103)-1596/2020 nömrəli Qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmşdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2844/2020 saylı 02 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. IV. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Miqrasiya Məcəlləsindən: 44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 44.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 44.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar dəyişdikdə və ya icazə vəsiqəsi itirildikdə, onlar bu barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidirlər. 44.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır): 45.1.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; ... Maddə 48. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi 48.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. 48.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. 48.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. 48.4. Bu Məcəllənin 48.3-cü maddəsində göstərilən şəxslər ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təkrar müraciət edərlərsə, yalnız müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsinə əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edirlər. Məhkəmə ilk növbədə nəzərə alır ki, İddiaçı xx.xx.2020-ci il tarixində “qərarların ləğv edilməsi, müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(112)-844/2020 nömrəli Qərarı ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “...iddiaçı Azərbaycan Respublikası ərazisində yaşamağa görə icazə almaq üçün nikaha daxil olduğunu, özünün izahatında da etiraf etdiyi kimi qeyd edilən nikahın məqsədli şəkildə bağlandığını, əslində isə X12 ilə heç bir ər-arvad münasibətində olmadığını, onunla birgə təsərrüfat aparmadığını, ayrı-ayrı üvanlarda yaşadıqlarını nəzərə almayaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı qərarın ləğv edilməsi və ona müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını tələb edir. Məhkəmə araşdırması nəticəsində yuxarda qeyd olunan xüsusatlara əsasən həmin qərarın qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyi və ləğv olunması üçün hər hansı əsasın olmadığı müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nikahda olduğunu əsas gətirməklə Azərbaycan Respublikası ərazisində yaşamaq üçün ona icazənin verilməli olduğunu tələb etsə də, lakin iş materiallarında olan iddiaçının cavabdeh inzibati orqana vermiş olduğu izahatındakı məqamlar ziddiyət təşkil etdiyindən, o cümlədən faktlar üstüstə düşmədiyindən məhkəmə hesab edir ki, hazırki halda iddiaçı tərəfindən göstərilənlər ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinin əsası kimi qəbul edilə bilməz. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə ləğv edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin qərarın ləğv edilməklə iddiaçıya Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz...”. Məhkəmə nəzərə alır ki, iddiaçı tərəfindən müvəqqəti yaşamaq üçün icazənin verilməsi məqsədilə cavabdeh inzibati orqana təkrar müraciət edilmiş olsa da, əvvəlki müraciət üzrə imtina qərarının qəbul edilməsinə əsas olmuş hallar aradan qaldırılmamışdır. Belə ki, iddiaçının Azərbaycan Respublikası ərazisində yaşamaq üçün əsas kimi istinad etdiyi nikah münasibətlərinin formal xarakter daşıması, ər-arvad münasibətlərinin faktiki olaraq mövcud olmaması, birgə təsərrüfatın aparılmaması və tərəflərin ayrı-ayrı ünvanlarda yaşamaları ilə bağlı əvvəlki məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki hallar dəyişməz qalmışdır. Eyni zamanda, iddiaçı tərəfindən təkrar müraciət zamanı yeni hüquqi və ya faktiki əsaslar təqdim edilməmiş, imtinanın qanunsuz hesab edilməsinə səbəb ola biləcək hər hansı yeni hal sübuta yetirilməmişdir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, imtina qərarının qəbul edilməsinə əsas olmuş hüquqi və faktiki vəziyyət dəyişmədiyindən, cavabdeh inzibati orqanın əvvəlki mövqeyinin dəyişdirilməsi üçün yetərli əsas mövcud deyil. Odur ki, imtinanın əsasını təşkil edən hallar dəyişməz qaldığından, iddia tələbinin təmin olunması üçün hüquqi əsas mövcud deyildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. X23
Məhkəmə qərarları › İş №2-1(112)-18969/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-18969/2025
30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver