Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1897/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, A.Alı küçəsi, ev 4b, mənzil 22; ixtisası: orta təhsil; iş yeri: işləmir) və onun vəkili X9 (Ünvanı: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 19; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi:Bakı şəhəri 7 saylı Vəkil Bürosu, vəkili), 3-cü şəxsin nümayəndəsi X6 (Ünvanı: Bakı şəhəri, B,Bağırova küçəsi, ev 2, mənzil 14; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri şöbəsinin məsləhətçisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Bakı şəhəri Cavabdehnə 3-cü şəxslər - Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 58 saylı Mənzil Kommunal İstismar Sahəsi qarşı “qarajın sənədləşdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyəti) Səbail rayonu, T.Elçin küçəsi, 7 saylı yaşayış binasının qarşısında qanuni əsaslarla tikilmiş və 15 ildən artıq faktiki istifadəsində olan daş qarajın İddiaçı adına sənədləşdirilməsi barədə inzibati akt- sərəncam qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin 26.04.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 58 saylı Mənzil Kommunal İstismar Sahəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 29.07.2021-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 2005-ci ildən indiyə qədər faktiki istifadəsində olan daş qarajın adına sənədləşdirilməsi barədə sərəncam qəbul edilməsi üçün ərizə ilə Cavabdehnə müraciət etmişdir. Səbail rayonu (keçmiş 26 Bakı komissarı adına) İcraiyyə Komitəsinin 18.09.1991 -ci il tarixli, 18/3415 saylı qərarı ilə vətəndaşlar X7 və X1 H.Niyazi (indiki T.Elçin) küçəsi, 7 saylı binanın qarşısında xüsusi avtomobil saxlamaq üçün qaraj quraşdırılmasına icazə verilmişdir. Qarajların yerləşmə sxemi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 12.09.1991-ci il tarixli, 18/02-6/646 saylı məktubu ilə razılaşdırılmışdır. Yerləşmə cizgisində 2 nömrəsi ilə işarələnmiş qaraj X7 məxsus olmuşdur. Qarajın quraşdınlmasına icazə sənədlərini aldıqdan sonra İlqar Ocaqov yerləşmə cizgisinə uyğun sahədə qaraj tikintisi üçün 26.101991-ci il tarixdə Bakı şəhər İcraiyyə Komitəsi yanında Xüsusi Təmir- tikinti İdarəsinə sifariş vermiş və həmin sifariş əsasında 06.11.1991-ci il tarixdə Tikinti İdarəsi qarajın tikintisini başa çatdıraraq sifarişçiyə təhvil vermişdir. Uzun müddət ərzində həmin daş qaraj İlqar Ocaqovun istifadəsində olmuş, lakin yaşadığı mənzil satıldıqdan sonra o qarşılıqlı razılıq əsasında özünə məxsus olan daş qarajı iddiaçının istifadəsinə vermiş və qeydiyyatdan çıxaraq başqa yaşayış ünvanına köçmüşdür. X7 məxsus olmuş həmin daş qarajın 2005-ci ildən bu günə qədər iddiaçının faktiki istifadəsində olduğunu 58 saylı MKİS tərəfindən təsdiq olunmuş qonşuların imzaladığı 15.11.2017-ci il tarixli akt bir daha təsdiq edir. Eyni zamanda 58 saylı MKİS tərəfindən vəkil sorğusuna verilmiş 20.05.2020-ci il tarixli, 102 saylı arayışdan da görünür ki, sözügedən daş qarajı faktiki olaraq ona satmış X10 yaşadıqları mənzilin satılması ilə əlaqədar 19.08.1999-cu ildə qeydiyyatdan çıxarılmışdır. Onların yaşamış olduqları mənzil isə 06.08.1999-cu il tarixli, 30/14515 saylı qeydiyyat vəsiqəsinə əsasən X2 məxsusdur. Səbail rayon MKTB-yi tərəfindən verilmiş 12.05.2020-ci il tarixli mədaxil qəbzindən göründüyü kimi, 2005-ci ildən 2020-ci ilə qədər müddət üçün qarajdan istifadəyə görə istismar haqqı da iddiaçı tərəfindən ödənilmişdir. Göstərilənlərə əsaslanaraq, 15 ildən artıq onun faktiki istifadəsində olan daş qarajın adına keçirilməsi üçün ərizə ilə Cavabdehnə müraciət etmişdir. Lakin, onun müraciətinə verilmiş 27.08.2020-ci il tarixli, 10-P-9/2-091/2- 1/1 saylı cavab məktubunda bildirildi ki, Bakı şəhər İcra Hakimiyyətinin 10.01.2001 -ci il tarixli, 7-12/7 saylı məktubuna əsasən, 01.01.2001 -ci il tarixdən vətəndaşlara qaraj tikintisi üçün torpaq sahələrinin ayrılmasına və addan-ada dəyişdirilməsinə yerli icra hakimiyyəti orqanları tərəfindən sərəncam verilmir. Ona görə də həmin məktubla ona Bakı şəhər İcra Hakimiyyətinə və ya məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. Həmin cavabı aldıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətində qəbulda olmuş, lakin şifahi olaraq ona bildirildi ki, Cavabdeh məktubunda göstərildiyi kimi məsələnin həlli üçün məhkəməyə müraciət edə bilər. Halbuki, ona verilmiş cavablar mövcud qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Çünki, qüvvədə olan qanunvericilik aktlarında daş qarajın addan-ada keçirilməsinə və ya uzun illər qarajdan istifadə edən şəxsin adına sənədləşdirilməsi barədə inzibati akt qəbul edilməsinə heç bir məhdudiyyət qoyulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi və digər 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə və inzibati orqana şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı Səbail rayonu, T.Elçin küçəsi, 7 saylı yaşayış binasının qarşısında qanuni əsaslarla tikilmiş və 15 ildən artıq faktiki istifadəsində olan daş qarajın İddiaçı adına sənədləşdirilməsini xahiş edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək 27.08.2020-ci il tarixli məktubla bildirmişdir: “Qarajın addan-ada keçirilməsi barədə Səbaıl Rayon İcra Hakimiyyətinə ünvanladığınız P-9/2-091 /2-t/1 saylı, 13.08 2020-ci il tarixli müraciətinizə baxılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 7-12/7 saylı, 10 01 2001-cı il tarixli məktubu əsasında nəzərinizə çatdırırıq ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli qanununa əsasən 01 yanvar 2001-cı il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılmasına və addan-ada dəyişdirilməsinə yerli İcra Hakimiyyəti orqanları tərəfindən sərəncam verilmir, bu sahələr üzrə verilən sərəncamlar isə qeyri qanuni hesab edilir Yuxarıda göstərilənləri nəzərə alaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinə və ya məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur.” Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. İş materiallarından görünür ki, Dövlət Arxivinin Bakı Filialı 737 nömrəli 09.10.2020ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq 26 Bakı komissarı adına (indiki Səbail) İcraiyyə Komitəsinin 18.09.1991-ci il tarixli, 18/3415 saylı qərarının və həmin qərara əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, 26 Bakı komissarı adına (indiki Səbail) İcraiyyə Komitəsinin 18.09.1991-ci il tarixli, 18/3415 saylı qərarına əsasən H.Niyazi küçəsi 7 nömrəli evin qarşısında yığma-dəmir qarajlar qurmaq üçün İ.V.Ocaqov və C.İ.Məmmədova icazə verilmişdir. İddia ərizəsindən və tərəflərin izahatından müəyyən edilir ki, iddiaçı öz tələbini X7 məxsus olmuş həmin daş qarajın 2005-ci ildən hal-hazıradək onun faktiki istifadəsində olması ilə əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı faktiki istifadəsində olan daş qarajın öz adına, yəni İddiaçı adına sənədləşdirilməsini tələb etməklə faktiki olaraq mübahisə predmeti olan qarajın İ.V.Ocaqovun adından öz adına keçirilməsini, yəni 26 Bakı komissarı adına (indiki Səbail) İcraiyyə Komitəsinin 18.09.1991-ci il tarixli, 18/3415 saylı qərarının dəyişdirilməsini tələb edir. 19.06.1999-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.10.1991-ci il tarixli 372 nömrəli Fərmanında göstərilmişdir: “4.Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. 5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər. 6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.” Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qarajın İddiaçı verilməsini təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mübahisə predmeti olan qaraja dair subyektiv hüququnu müəyyən edən sənəd Bakı şəhəri Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 58 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 15.11.2007-ci il tarixdə təsdiq edilmiş Aktdır. İş materiallarından görünür ki, 15.11.2007-ci il tarixdə T.Elçin küçəsi ev 8 ünvanda yerləşən 13, 6 və 5 nömrəli mənzildə yaşayan sakinlər tərəfindən tərtib edilmiş və Bakı şəhəri Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 58 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş Aktda 26 Bakı Komissarı adına İcariyyə Komitəsinin 18/İX-91- ci ildə verilən 18/3415 saylı qərarına əsasən T.Elçin küçəsi 7 saylı evin qarşısında yerləşən yığma dəmir qaraj T.Elçin küçəsi 8 saylı evin 38 saylı mənzilin keçmiş sakini X4 istifadəsində olması, 26/X-1991 -ci ildə həmin yığma dəmir qaraj Bakı şəhər İcra Komitəsinin sifarişinə əsasən daş qarajla əvəz olunması, 2005-ci ildən vətəndaş X10 ona məxsus olan qarajı vətəndaş İddiaçı istifadəsinə verilməsi, həmin vaxtdan bu günə qədər qeyd edilən qarajın İddiaçı istifadəsində olması göstərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 58 saylı Mənzil Kommunal İstismar Sahəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir: “İddiaçı tərəfindən adına sənədləşdirilməsi xahiş olunan qarajın quraşdırılması üçün Səbail ( keçmiş 26 Bakı Komissarı adma ) rayon İcraiyyə Komitəsinin 18.09.1991-ci il tarixli, 18/3415 saylı qərarı ilə vətəndaşlar X7 və X1 icazə verilmişdir. Qarajların yerləşmə cizgisi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 12.09.1991-ci il tarixli məktubu ilə razılaşdırılmışdır. 26.10.1991-ci il tarixdə verilmiş sifariş əsasında Bakı şəhər İcraiyyə Komitəsi yanında Xüsusi Təmir-tikinti İdarəsi qarajın daşla tikintisini başa çatdıraraq sifarişçi İlqar Ocaqova təhvil vermişdir. Atasına məxsus mənzil satıldıqdan sonra 19.08.1999-cu ildə sözügedən qarayın istifadəçisi X11 qeydiyyatda olduğu T.Elçin ( keçmiş Niyazi) küçəsi 8 saylı evin 38 saylı mənzilindən qeydiyyatdan çıxarılmışdır. Hazırda həmin mənzilin mülkiyyətçisi qeydiyyat vəsiqəsinə əsasən X3r. 2005-ci ildən vət. X11 ona məxsus olmuş daş qarajı vətəndaş İddiaçı istifadəsinə vermişdir və indiyədək həmin qaraj İddiaçı istifadəsindədir. Bu fakt barədə 58 saylı MKİS tərəfindən 3 ( üç) nəfər qonşunun iştirakı ilə 15.11.2017-ci il tarixdə akt tərtib edilərək iddiaçıya verilmişdir. Eyni zamanda bildiririk ki, İddiaçı 2005-ci ildən indiyədək hər il üçün Səbail rayon MKTB-nə qarajdan istifadəyə görə istismar haqqını ödəmişdir. Yuxarıda qeyd olunanlara əsasən Səbail rayon MKTB-nin 58 saylı MKİS-si sözügedən daş qarajın faktiki istifadəçi İddiaçı adına rəsmiləşdirilməsini məqsədəmüvafıq hesab edir.” Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisə predmeti olan qarajın İddiaçı verilməsini təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyəti) Səbail rayonu, T.Elçin küçəsi, 7 saylı yaşayış binasının qarşısında tikilmiş və istifadəsində olan daş qarajın İddiaçı adına sənədləşdirilməsi barədə inzibati akt- sərəncam qəbul edilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1897/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1897/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver